1
İzahlı lüğət - Q hərfi ilə başlayanlar - H. 61
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

QOPARMA (ID - 25850)

“Qoparmaq” dan f.is.

QOPARMAQ (ID - 25851)

f. 1. Dartaraq və ya çəkərək bir şeyin bir hissəsini ayırmaq, kəsmək, üzmək, qırmaq. Bloknotdan bir vərəq qoparıb yazdım. Ağacın budağını qoparmaq. - [Buğaç] belindəki xəncəri qoparıb, qəbzəsi ilə onun gicgahına bir zərbə...

QOPARTDIRMAQ (ID - 25852)

“Qopartmaq” dan icb.

QOPARTMA (ID - 25853)

“Qopartmaq” dan f.is.

QOPARTMAQ (ID - 25854)

bax qoparmaq. Köhnə suvağın üstünə təzə suvaq çəksən, köhnəni də divardan qopardıb özü də tökülər yerə. C.Məmmədquluzadə. [Usta Ağabala] cəld çərməyi tullayıb, döşlüyü döşündən qopartdı. Çəmənzəminli. Fərman...

QOPMA (ID - 25855)

“Qopmaq” dan f.is.

QOPMAQ (ID - 25856)

f. 1. Dartılmaq, çəkilmək və s. nəticəsində kəsilmək, üzülmək, qırılmaq. Paltarın düymələri qopdu. - Sanki onun ürəyi şaxta vurmuş qönçə kimi qopub düşəcəkdi. Mir Cəlal. // Yapışdığı, bitişdiyi yerdən aralanmaq, ayrılmaq,...

QOPUQ (ID - 25857)

1. sif. Qopmuş, qırılmış, cırılmış, kəsilmiş, kəsik.
2. is. Bir şeyin qopmuş, qırılmış, cırılmış, zədələnmiş, yaxud sınıb düşmüş yeri. Çaynikin qopuğu. Ayaqqabının qopuğunu yamamaq.

QOPUŞMAQ (ID - 25858)

qarş. Hamı birdən yerindən sıçrayıb yüyürmək; cumuşmaq. Bunu görcək arvad-uşaq, it bağıra-bağıra quruta tərəf qopuşdular. A.Divanbəyoğlu.

QOPUZ (ID - 25859)

is. Orta Asiya xalqlarında və qədim Azərbaycanda saza oxşar musiqi aləti. Ozanlar ozanı Dədə Qorqud gəldi, sədəfli qopuzunu sinəsinə basıb, igidə belə ad qoydu.. M.Rzaquluzadə.

QOR (ID - 25860)

is. Ocaq və ya təndirdə odun yandıqdan sonra qalan xırda od parçaları, kül arasında işıldayan xırda kömür parçaları. Ocaqda köz yox, qor var. Qorun üstündə bişirmək. - Başımız üzərində bütün qüvvəti ilə hərarət saçmaqda...

QORA (ID - 25861)

is. Üzümün dəyməmişi, kalı. Qora suyu. Qora dişi qamaşdırar. - Saxlaram qora səni; Kal səni, qora səni; Sən getdin, tez gələsən; Kim saldı tora səni. (Bayatı).
□ Gözünün qorasını tökmək (sıxmaq) bax göz.

QORABA (ID - 25862)

is. 1. Qora suyu.
Üzüm və müxtəlif meyvə şirəsindən hazırlanan riçal.
məc. Göz yaşı. Gözündən tökülən qorabanı əlinin arxası ilə silərək qaşına və yanaqlarına yaydı. S.Rəhimov.

QORABAŞI (ID - 25863)

is. məh. Üzüm yetişib qurtardıqdan sonra, təzədən ikinci dəfə yetişməyə başlayan üzüm. Bu il qorabaşı olmadı.

QORABİŞİRƏN (ID - 25864)

is. Üzüm dəyən vaxtı, yayın ən isti vaxtı. Avqust ayı bizim camaat arasında “qorabişirən ay” adı ilə məşhurdur. F.Köçərli. Əlbət, əlbət, elədir, hələ qorabişirən qabaqdadır! S.Rəhimov.

QORALEY (ID - 25865)

is. zool. Bədəni göy, qarnı və sifəti ağ köçəri quş.

QORASUYU (ID - 25866)

is. Abqora, kal üzümün turş şirəsi.

QORĞANMAQ (ID - 25867)

f. məh. Bir şeyi çox qoruyub saxlamaq, gözdən qoymamaq, üstündə əsmək. Bəxti malını qorğanır, onun üstündə, doğrudan da, ilan kimi qabıq qoyurdu. S.Rəhimov.

QORXACAQ (ID - 25868)

dan. b a x qorxaq.

QORXAQ (ID - 25869)

sif. 1. Qorxu hissinə tez qapılan, ürəksiz, ağciyər, xoflu, cəsarətsiz. Qorxaq adam. Qorxaq xasiyyət. - Kəndxuda çox qorxaq adamdı. Uryadnikin vurulması onu büsbütün haldan çıxartmışdı. M.Hüseyn. // İs. mənasında. Ana yurdu bu...

QORXAQCASINA (ID - 25870)

zərf Qorxaq adamlar kimi, qorxaq adama xas olan bir şəkildə. Qorxaqcasına dala çəkilmək.

QORXAQLIQ (ID - 25871)

is. Qorxağa xas olan hal; cəsarətsizlik, ürəksizlik, ağciyərlik. Çətinlik qarşısında qorxaqlıq göstərmək. Müharibədə qorxaqlıq cinayətə bərabərdir. Ehtiyat qorxaqlıq demək deyil. - Qıraqdan baxanlar müəllimin qorxaqlığına...

QORXMA (ID - 25872)

“Qorxmaq” dan f.is.

QORXMAQ (ID - 25873)

f. 1. Bir adam, ya şey, yaxud hadisə və s. qarşısında qorxu hiss etmək, ürkmək, xoflanmaq, qorxaqlıq göstərmək. Qaranlıqdan qorxmaq. Itdən qorxmaq. [Novruz:] Ağa, nə üçün fikir edirsən, yoxsa qaçaqlardan qorxursan? N.Nərimanov....

QORXMAMAZLIQ (ID - 25874)

bax qorxmazlıq. Lakin bu qorxmamazlığa və cürətliliyə baxmayaraq, Baxış oğlu Həsən çox da şəriət qoyan qanundan çıxmaz və dinin yolunu azmazdı. B.Talıblı.

QORXMAZ (ID - 25875)

sif. Heç şeydən qorxmayan, çəkinməyən; ürəkli, qoçaq, cəsur, igid. Nəhayət, bəlli oldu ki, qorxmaz uşaq tüfəng ilə o tərəflərdə gəzişirmiş. A.Şaiq.

QORXMAZLIQ (ID - 25876)

QORXU (ID - 25877)

is. 1. Gözlənilən və ya yaxınlaşan bir təhlükə qarşısında hasil olan həyəcan halı, dəhşət, təlaş hissi; hövl, xof. Qorxu hissi. Olüm qorxusu. Qorxudan əsmək. Yazıq şair qorxudan övrət məsələsini fars və ərəb dilində...

QORXUBİLMƏZ (ID - 25878)

sif. Heç şeydən qorxmayan, çəkinməyən; çox ürəkli. Qorxubilməz uşaq.

QORXUBİLMƏZLİK (ID - 25879)

is. Heç bir şeydən qorxmamazlıq, ürəklilik.

QORXUDULMA (ID - 25880)

“Qorxudulmaq” dan f.is.

QORXUDULMAQ (ID - 25881)

“Qorxmaq” dan məch.

QORXU-HÜRKÜ (ID - 25882)

is. bax qorxu 2-ci mənada.

QORXULU (ID - 25883)

sif. 1. Qorxunc, qorxu hissi doğuran; qorxu gətirən, qorxudan, dəhşətli. Qorxulu nağıllar. Qorxulu yuxu.
Təhlükəli, xətərli, xatalı. Qorxulu yol. Qorxulu səfər. - Zəmanənin dəyişikliklərindən bixəbər işə başlamaq yolsuz və...

QORXULUQ (ID - 25884)

is. 1. Təhlükə, qorxulu vəziyyət.
2. Quşları, heyvanları qorxutmaq üçün bostan və tarlada qoyulan uyuq. Qorxuluq qoyulduqdan sonra, bir zaman bostanın yaxınlığına heç bir heyvan gəlmir. Cəbrayılbəyli.

QORXUNC (ID - 25885)

sif. 1. Dəhşət doğuran, qorxuya salan, vahiməyə salan, dəhşətli. Qorxunc səs. - Dərə qərbə getdikcə qayalıq, dağlıq iri və oyuq daşlarla dolu qorxunc yerlərdən ibarətdi. A.Şaiq. [Mehribanın] dişləri kilidlənmiş, əl-ayağı...

QORXUSUZ (ID - 25886)

sif. və zərf 1. Qorxusu olmayan, qorxu bilməyən, qorxmaz, heç şeydən ehtiyat etməyən, qorxmayan, çəkinməyən. Qorxusuz adam. Qorxusuz uşaq. - Şığıyıb şimşək kimi qayalar arasından; Qorxusuz keçib gedir qüdrətli dağ qartalı....

QORXUSUZLUQ (ID - 25887)

is. 1. Qorxu bilməmə, heç şeydən qorxmama, çəkinməmə; cəsarət. [Qız] məni özünün dalğınlığı, qorxusuzluğu ilə maraqlandırdı. S.Hüseyn.
Təhlükəsizlik, əmin-amanlıq, əmniyyət.

QORXUŞMAQ (ID - 25888)

f. Qorxmaq (çoxları), hamısı qorxmaq. Çinovniklərdən hər biri bu sözlərin hədyan və başdan-ayağa yalan olduğunu anlayıb, bu hədyanatı eşitdikcə dəxi də artıq qorxuşurlar. F.Köçərli.

QORXUTMA (ID - 25889)

“Qorxutmaq” dan f.is.

QORXUTMAQ (ID - 25890)

f. 1. Qorxmasına səbəb olmaq, qorxu vermək, xoflandırmaq, çəkindirmək. Noldu qəmimə gətirmədin tab? Qorxutdu məgər səni bu girdab? Füzuli. Başında nişanə aldım almanı; Qorxutmadı hədəf nişanə səni. “Koroğlu” . ..Kərbəlayı...

QORXUZMA (ID - 25891)

“Qorxuzmaq” dan f.is.

QORXUZMAQ (ID - 25892)

dan. b ax qorxutmaq. Ay çalağanlar, məni qorxuzmayın; Mən sizə tərk eyləmişəm lanəni! M.Ə.Sabir. Tənbəl anaları uşağı xortdandan qorxuzublar ki, səsini kəsib yatsın. C.Məmmədquluzadə. Bəlkə Həpir .. arvad-uşağı qorxuzmaq...

QORİLLA (ID - 25893)

[xar.] Qərbi Afrika meşələrində yaşayan ən iri, insanabənzər meymun. Qorilla insanabənzər meymunların ən böyüyü olub, 180 sm və daha artıq hündürlüyə çatır. “Zoologiya” .

QORLAMA (ID - 25894)

“Qorlamaq” dan f.is.

QORLAMAQ (ID - 25895)

f. 1. Yanan odunu qor halına gətirmək, qora çevirmək.
2. Bişirilən bir şeyin üstünü qor ilə örtmək, qor ilə basdırmaq.

QORLANDIRMAQ (ID - 25896)

bax qorlamaq 1-ci mənada.

QORLANMA (ID - 25897)

“Qorlanmaq” dan f.is.

QORLANMAQ (ID - 25898)

1. t-siz. Qor halına gəlmək, qora çevrilmək, yanıb qor olmaq, qoru tökülərək alovsuz yanmaq. Odur, bax, meşənin içində hələ bir ocaq da qorlanır. S.Rəhimov.
məch. Qor ilə basdırılmaq, qor ilə örtülmək.
t-siz. məc. Şikayətlənmək,...

QORLAŞMA (ID - 25899)

“Qorlaşmaq” dan f.is.

Bu səhifə 165 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif