1
İzahlı lüğət - Q hərfi ilə başlayanlar - H. 65
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

QOVUŞDURULMA (ID - 26050)

“Qovuşdurulmaq” dan f.is.

QOVUŞDURULMAQ (ID - 26051)

məch. Bitişdirilmək, birləşdirilmək.

QOVUŞMA1 (ID - 26052)

“Qovuşmaq1’dan f.is.

QOVUŞMA2 (ID - 26053)

“Qovuşmaq2” dan f.is.

QOVUŞMAQ1 (ID - 26054)

f. 1. Birləşmək, bitişmək. İki yolun qovuşduğu nöqtə. Çayın qolları kəndin yanında qovuşur. Çayların suyu bir-birinə qovuşub axırda dənizə tökülür. - Turşsu çayların içi ilə Araza axır, Kürə qovuşur. S.Rəhimov.
məc....

QOVUŞMAQ2 (ID - 26055)

qarş. 1. Bir-birini qovmaq, biri digərinin ardınca yüyürmək, bərk qaçmaqda yarışmaq. Uşaqlar həyətdə qaçıb qovuşurlar.
At yarışında bir-birini keçməyə, ötməyə, arxada qoymağa çalışmaq. At qovuşmaq.

QOVUŞUQ (ID - 26056)

sif. Bitişik, bir-birinə bağlı, arası olmayan; bütöv.

QOVUŞUQLUQ (ID - 26057)

is. Qovuşuq şeyin halı; bitişiklik, bir-birinə bağlılıq.

QOVUT (ID - 26058)

is. Qovrulmuş buğda, noxud və s. unundan hazırlanan və bəzən şəkər tozu və s. ilə qarışdırılıb yeyilən çərəz.
□ Ağzına qovut verən yoxdur - əhəmiyyət verən yoxdur, qulaq asan yoxdur.

QOVZADILMAQ (ID - 26059)

məch. Qaldırılmaq.

QOVZAMA (ID - 26060)

"Qovzamaq” dan f.is.

QOVZAMAQ (ID - 26061)

f. dan. Qaldırmaq. [Oruc:] Bəli, tüfəngin çaxmağın yuxarı ayağa qovza ki, hamımız birdən tüfəngləri boşaldaq. M.F.Axundzadə. Dilmanc əlindəki kağızı yuxarı qovzayıb başladı oxumağa. C.Məmmədquluzadə. Başımı yavaşca qovzayıb...

QOVZANMAQ (ID - 26062)

məch. Qaldırılmaq.

QOVZATMAQ (ID - 26063)

icb. Qaldırtmaq.

QOY (ID - 26064)

əd. İcazə, razılıq, əmr, lazımlıq bildirir. Qoy qalsın. Qoy fikirləşsin. İstəyirsə, qoy getsin. Qoy uşaqlar həyətdə oynasınlar. Qoy bu işi o görsün. - Kim ki bu halə düşmədi, qoy vara kəndi halinə. Nəsimi. Qapında inləyim...

QOYDURMAQ (ID - 26065)

“Qoymaq” dan icb. Surxay partladılacaq qayaya göz gəzdirdi. Dinamit qoydurdu. M.İbrahimov.

QOYMA (ID - 26066)

1. “Qoymaq” dan f.is.
2. sif. Əslində olmayıb sonradan qoyulmuş; süni. Qoyma diş. - Qoyma xaldan xal olmaz. (Ata. sözü).

QOYMAQ (ID - 26067)

f. 1. Bir şeyi bir yerə buraxmaq, bir şeyi bir yerə yerləşdirmək. Kitabı şkafa qoymaq. Paltarları sandığa qoymaq. Şeyləri yerinə qoymaq. Yaylığı cibinə qoydu.
[Qulu:] Otaq təmizdir. Ancaq heç şeyimiz yoxdur ki, qoyaq. N.Nərimanov....

QOYULMA (ID - 26068)

“Qoyulmaq” dan f.is.

QOYULMAQ (ID - 26069)

məch. 1. Bir yerə yerləşdirilmək; düzülmək. Kitabların hamısı şkafa qoyuldu. - Bir azdan sonra stol üzərinə qələm, kağız və mürəkkəb qoyuldu. M.S.Ordubadi. Sürahilər şərbət və şərablarla doldurulub, sərin bulaqlara qoyulmuş(du)....

QOYULUŞ (ID - 26070)

is. 1. Qoyulma (bax qoyulmaq 10-cu mənada). Su təsərrüfatı tədbirlərinə kapital qoyuluşu 50 faizdən çox artmalıdır. Qoyulmaq tərzi, qoyulmaq qaydası. Kərpicin qoyuluşu.
İrəli sürülmə, meydana atılma. Məsələnin qoyuluşu, müzakirəsi...

QOYUM (ID - 26071)

is. köhn. Qızıl və gümüşdən düzəldilmiş bəzək şeyləri, ya qab-qacaq.

QOYUMÇU (ID - 26072)

sif. köhn. Qızıl-gümüşdən qabqacaq, bəzək şeyləri qayıran usta; zərgər.

QOYUMÇULUQ (ID - 26073)

is. köhn. Qoyumçu sənəti, qızıl və gümüşdən qab-qacaq və zinət şeyləri qayırmaq sənəti; zərgərlik.

QOYUN1 (ID - 26074)

is. Ət, yun və süd verən sıx, qıvrım tüklü gövşək ev heyvanı. Alışan tayaların işığında hürküşüb bir-birinə qarışmış qoyun sürüləri mələşir. M.Rzaquluzadə.
□ Qoyun kimi - təbiətcə çox yumşaq, həlim, sakit,...

QOYUN2 (ID - 26075)

is. 1. Ağuş, qucaq. Anası uşağı qoynuna alıb yatdı. - Necə ki, insana qurbağanı ələ alıb qoynuna qatmaq nagüvara gələr, elə də bəlkə bundan artıq Zeynəbə Xudayar bəyin iri burnuna və kifir sifətinə baxıb ona ər demək nagüvara...

QOYUNBOĞAN (ID - 26076)

is. bot. Rütubətli yerlərdə bitən alaq bitki.

QOYUNÇU (ID - 26077)

is. 1. Qoyunçuluq mütəxəssisi. // Qoyun saxlamaqla, qoyunçuluqla məşğul olan adam, təsərrüfat. Keçən təsərrüfat ilində qoyunçularımız hər yüz ana qoyundan yüz quzu almışlar.
köhn. Satmaq məqsədi ilə qoyun yetişdirib saxlayan...

QOYUNÇULUQ (ID - 26078)

is. k.t. Qoyun yetişdirmə, qoyun saxlama. Qoyunçuluq sovxozu. Qoyunçuluq təsərrüfatı. Kolxozun qoyunçuluq ferması. Qoyunçuluğun inkişafı.

QOYUN-QUZU (ID - 26079)

top. Qoyunlar, quzular bir yerdə; davar. Çöldən gəlir mal-qara, mələşir qoyun-quzu. R.Rza.

QOZ (ID - 26080)

is. 1. Bərk qabıqlı, qoşa ləpəli bir meyvə. Qoz ləpəsi. - Teyibə evə yolu düşəndə Bahadır üçün həmişə fındıq, qoz, saçaqlı konfet, iydə və bəzən xurma gətirirdi. M.Hüseyn. // Bu meyvənin ağacı. Qoz ağacından əla mebel...

QOZA (ID - 26081)

is. 1. Palıd, şam və qayın ağaclarının qoza oxşayan yeyilməyən meyvəsi. Səndə bitər bir neçə vecsiz qoza; Ancaq o da qismət olar donquza. M.Ə.Sabir. Pambıq kolunun hələ açılmamış, yuvarlaq şəkilli və içində pambıq olan qönçəsi....

QOZACIQ (ID - 26082)

is. Balaca qoza, kiçik qoza.

QOZALAMA (ID - 26083)

“Qozalamaq” dan f.is.

QOZALAMAQ (ID - 26084)

f. Qoza gətirmək, qoza ilə örtülmək, düymələnmək (pambıq, palıd ağacı və s.). [Pambıq kollarının] biri açılmağa başladığı halda, digəri yenicə qozalayırdı. Ə.Vəliyev.

QOZALANMA (ID - 26085)

“Qozalanmaq” dan f.is.

QOZALANMAQ (ID - 26086)

f. Qoza halına gəlmək. Qoza tökmək.

QOZAVARİ (ID - 26087)

sif. Qoza kimi, qozaya oxşayan.

QOZBEL (ID - 26088)

sif. 1. Döş və ya arxa sümüklərinin əyilməsi nəticəsində beli qoz kimi qalxıq; donqar. Qozbel adam. - [Qulu:] Podnos elə köhnədir ki, ortası qozbel adamın beli kimi qalxıbdır. S.S.Axundov. // İs. mənasında. [Dilbər:] Doğru demişlər:...

QOZDƏSTƏ (ID - 26089)

is. dan. zar. Tapança. Zeynal .. Veysin belindəki tapançaya baxıb, astadan zarafatla dedi: - Bəlkə sən bu qozdəstəni çayqıraqlılara göstərmək istəyirsən? Ə.Əbülhəsən.

QOZQURAB (ID - 26090)

is. bot. Tarlalarda torpaq altında bitən kiçik kartofa bənzər kök bitki.

QOZQUR(T)MAQ (ID - 26091)

f. dan. Özündən uydurub söyləmək, uydurma sözlər danışmaq, əcaib şeylər danışmaq, cəfəngiyat danışmaq, lovğalanmaq, öyünmək, gop basmaq. [Divanbəyi:] A kişi, sən nə qozqurursan? M.F.Axundzadə. [Mirzə Səməndər:] A kişi,...

QOZLA, QOZLU (ID - 26092)

[rus.] Araba və fayton kimi miniklərdə sürücü oturan yer; şahnişin. ..Bacım Tutunu, on səkkiz yaşındakı oğlunu da qoydum faytona, kuçerimiz Əsədi mindirdim qozluya və özüm də mindim. C.Məmmədquluzadə. Gədə də tüfəngi götürüb...

QOZLANMA (ID - 26093)

“Qozlanmaq” dan f.is.

QOZLANMAQ (ID - 26094)

f. dan. Kibrlənmək, təşəxxüslənmək, qürrələnmək, lovğalanmaq, kişilənmək.

QOZLUQ (ID - 26095)

is. Çoxlu qoz ağacı bitən yer, qoz meşəsi.

QÖNÇƏ (ID - 26096)

is. [fars.] Açılmamış qızılgül və ya başqa çiçək; gül və ya başqa çiçəyin tumurcuğu. Qızılgül qönçə açmışdır. - Bülbül qonub qönçə üstə; Nə şirin dillər açılıb. Aşıq Əli. // Sif. mənasında. Açılmamış,...

QÖNÇƏCİK (ID - 26097)

is. Zərif qönçə. Şəmə pərvanə şövqmənd olmuş; Qönçəciklər həbibidir budağın. A.Səhhət.

QÖNÇƏDƏHAN, QÖNÇƏDƏHƏN (ID - 26098)

sif. və is. [fars.] klas. Ağzı qönçə kimi kiçik və gözəl. Bir təbəssüm qıl xuda üçün, güli-qönçədəhan. Kişvəri. Ey qönçə-dəhanü sərvqamət; Gül, oyna, zəmani et fərağət! Füzuli. Soruşdum qızlardan, Allahı sevən;...

QÖNÇƏDODAQ(LI) (ID - 26099)

sif. Dodaqları qönçə kimi gözəl, zərif. Ucaboylu, incəbelli, qönçədodaqlı .. qız utanaraq, qumral saçlarını üzünə örtüb, ürkmüş maral kimi evə qayıdır. H.Sarabski.

Bu səhifə 156 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif