İzahlı lüğət

QEYRİ-ANTAQONİST (ID - 24300)

sif. [ər. qeyri və yun. antaqonist] fəls. Antaqonist olmayan. Qeyri-antaqonist ziddiyyət.

QEYRİ-BELƏ (ID - 24301)

sif. dan. Başqa cür. Belədir, ya qeyri-belə?

QEYRİ-BƏDİİ (ID - 24302)

sif. [ər.] Bədii olmayan. Qeyri-bədii əsər.

QEYRİ-BƏDİİLİK (ID - 24303)

is. Qeyri-bədii şevin halı.

QEYRİ-BƏRABƏR (ID - 24304)

sif. və zərf Bir bərabərdə olmayan, bir bərabərdə getməvən. Qeyri-bərabər inkişaf. - Qeyri-bərabər döyüşdən qalib çıxa bilməyəcəklərini başa düşdükdən sonra əsgərlər ağ bayraq qaldırdılar. İ.Şıxlı.

QEYRİ-BƏRABƏRLİK (ID - 24305)

is. Qeyri-bərabər olma.

QEYRİ-CAİZ (ID - 24306)

sif. [ər.] köhn. Caiz olmayan, icazə verilməvən, rüsxət verilməvən; qadağan.

QEYRİ-CİDDİ (ID - 24307)

sif. Ciddi olmayan, ciddivvətsiz. Qeyri-ciddi adam. - Musiqili əsərlərin zərəri və öz tərbiyəvi roluna görə drama nisbətən üçüncü dərəcəli əhəmiyyətə malik olması haqqındakı söhbətləri sadəcə olaraq musiqi sənətinə...

QEYRİ-CİDDİLİK (ID - 24308)

is. Ciddi olmama; qeyri-ciddi iş, hərəkət, söz; ciddivvətsizlik.

QEYRİ-ELMİ (ID - 24309)

sif. [ər.] Elmi prinsiplərə əsaslanmavan, elmə zidd olan, həqiqi elmə aid olmayan, elmdən uzaq olan. Qeyri-elmi mübahisə. Qeyri-elmi məsələ. Qeyri-elmi nəzəriyyə. Məsələnin qeyri-elmi (z.) qoyuluşu.

QEYRİ-ELMİLİK (ID - 24310)

is. Elmi prinsiplərə əsaslanmama, elmə aid olmama, elmə zidd olma, elmdən uzaqlıq.

QEYRİ-ƏDƏBİ (ID - 24311)

sif. [ər.] Ədəbi olmayan, qaba, kobud, vulqar. Qeyri-ədəbi söz, ifadə.

QEYRİ-ƏDƏBİLİK (ID - 24312)

is. Qeyri-ədəbi olma, qabalıq, vulqarlıq. Sözün qeyri-ədəbiliyi.

QEYRİ-ƏXLAQİ (ID - 24313)

sif. [ər.] Əxlaq normalarına zidd olan, əxlaq qavdalarına uymavan.

QEYRİ-FƏAL (ID - 24314)

sif. [ər.] Fəal olmayan, passiv.

QEYRİ-HƏQİQİ (ID - 24315)

sif. [ər.] Doğru olmayan, həqiqi olmayan; saxta. // Yalançı, səmimi olmayan. Qeyri-həqiqi dost.

QEYRİ-ƏSGƏRİ (ID - 24316)

bax qeyri-hərbi.

QEYRİ-HƏQİQİLİK (ID - 24317)

is. Doğru olmama, həqiqi olmama; saxtalıq.

QEYRİ-HƏRBİ (ID - 24318)

sif. [ər.] Hərbi olmayan; mülki. Qeyri-hərbi obyektlər.

QEYRİ-HƏYATİ (ID - 24319)

sif. [ər.] Həvati olmayan, real olmayan; lazım olmayan, yaxud həvata keçirilməsi mümkün olmayan. Qeyrihəyati təklif. Qeyri-həyati layihə.

QEYRİ-HƏYATİLİK (ID - 24320)

is. Qeyri-həvati şevin halı.

QEYRİ-İCTİMAİ (ID - 24321)

sif. [ər.] İctimai olmayan.

QEYRİ-İXTİYARİ (ID - 24322)

b a x qeyri-iradi. Qeyri-ixtiyari gülüş. Qeyri-ixtiyari ağlamaq. Qeyri-ixtiyari ayağa qalxdı. - [Vaqif] qeyri-ixtiyari olaraq əlini pəncərəyə tərəf hərləyəndə güldana toxunub saldı. Çəmənzəminli. Hamının gözü qeyri-ixtiyari...

QEYRİ-İNSANİ (ID - 24323)

sif. [ər.] İnsan qüvvəsi, insan bacarığı xaricində olan; fövqəladə. Qeyri-insani bir qüvvə ilə.

QEYRİ-İRADİ (ID - 24324)

sif. [ər.] İradəsindən, arzusundan asılı olmayan. Qeyri-iradi gülüş. Qeyri-iradi hərəkət. // zərf İradəsiz olaraq, iradəsindən asılı olmayaraq; ixtiyarsız, bilməyərək, qeyri-şüuri, xəbəri olmadan, istəristəməz. Qeyri-iradi...

QEYRİ-İRADİLİK (ID - 24325)

is. Qeyri-iradi olma, iradədən asılı olmama. Hərəkətin qeyri-iradiliyi. Gülüşün qeyri-iradiliyi.

QEYRİ-KAFİ (ID - 24326)

sif. [ər.] Kifayətsiz, kifayət etməyən, bəs olmayan, təmin etməyən. Qeyri-kafi miqdarda pul. // Pis. Qeyri-kafi qiymət. // Zərf mənasında. Yerli komitənin işi qeyri-kafi hesab olundu.

QEYRİ-KAFİLİK (ID - 24327)

is. Qeyri-kafi şevin halı; kifayətsizlik, azlıq; qənaətbəxş olmama.

QEYRİ-KAMİL (ID - 24328)

sif. [ər.] Kamil olmayan, mükəmməl olmayan, yetkin olmayan, bitkin olmayan; yetişməmiş, nöqsanlı, qüsurlu, natamam, naqis.

QEYRİ-KAMİLLİK (ID - 24329)

is. Qeyri-kamil şevin halı və keyfiyyəti; nöqsanlılıq, naqislik, qeyri-mükəmməllik.

QEYRİ-QABİL (ID - 24330)

sif. [ər.] 1. Mümkün olmayan, həvata keçirilə bilməyən. Həyata keçirilməyə qeyri-qabil iş.
2. Bir işə bacarığı olmayan, qabil olmayan, qabiliyyəti olmayan; qabiliyyətsiz, istedadsız. Musiqiyə qeyri-qabil adam.

QEYRİ-QABİLLİK (ID - 24331)

is. Qabil olmama, qavramamazlıq, istedadsızlıq, qabiliyyətsizlik.

QEYRİ-QANUNİ (ID - 24332)

sif. və zərf [ər.] Qanunsuz, qanundan kənar, qanundan xaric, qanuna zidd. Qeyri-qanuni hərəkət. Qeyri-qanuni hərəkət etmək.

QEYRİ-QANUNİLİK (ID - 24333)

is. Qanuni olmama, qanuna zidd olma.

QEYRİ-QƏNAƏTBƏXŞ (ID - 24334)

sif. və zərf [ər.] Hər hansı bir tələbə cavab verməyən, qane etməyən; yarıtmaz, kifayətsiz, pis. Qeyriqənaətbəxş iş. O, hələ indiyədək qeyri-qənaətbəxş işləyir.

QEYRİ-QƏTİ (ID - 24335)

sif. və zərf [ər.] Qəti olmayan. Qeyri-qəti hərəkət. Qeyri-qəti cavab vermək.

QEYRİ-QƏTİLİK (ID - 24336)

is. Qəti olmama, qeyriqəti şeyin halı. Cavabın qeyri-qətiliyi.

QEYRİ-LAYİQ (ID - 24337)

sif. [ər.] Layiq olmayan, münasib olmayan, namünasib, yaraşmaz, ləyaqətsiz.

QEYRİ-LEQAL (ID - 24338)

sif. [ər. qeyri və fr. leqal] Leqal olmayan, gizli şəraitdə işləməyə məcbur olan, qanunən yol verilməyən. Qeyrileqal qəzet. Qeyri-leqal dərnək. Qeyri-leqal mətbəə. Qeyri-leqal iş şəraiti.

QEYRİ-MADDİ (ID - 24339)

sif. [ər.] fəls. Maddi olmayan; mənəvi.

QEYRİ-MADDİLİK (ID - 24340)

is. Qeyri-maddi şeyin halı və keyfiyyəti; maddi olmama.

QEYRİ-MƏCBURİ (ID - 24341)

sif. [ər.] Məcbur olmayan, könüllü. Qeyri-məcburi dərs. Təzkirəli mütəxəssislər (doktorlar, mühəndislər və dava vəkilləri) öz ana dillərindən və öz tarix və ədəbiyyatlarından bixəbərdirlər. Və bunun yeganə səbəbi o dərslərin...

QEYRİ-MƏCBURİLİK (ID - 24342)

is. Qeyri-məcburi olma, məcburi olmama.

QEYRİ-MƏHDUD (ID - 24343)

sif. [ər.] 1. Həddi-hüdudu olmayan, ucsuz-bucaqsız, sonsuz. Qeyri-məhdud səhralar, düzənliklər.
2. Heç bir şeylə məhdudlaşdırılmayan. Qeyri-məhdud ixtiyar. Qeyri-məhdud hakimiyyət. Qeyri-məhdud səlahiyyət.

QEYRİ-MƏHDUDLUQ (ID - 24344)

is. Qeyri-məhdud olma, həddi-hüdudu olmama, qeyri-məhdud şeyin halı. Hakimiyyətin qeyri-məhdudluğu.

QEYRİ-MƏHSULDAR (ID - 24345)

sif. [ər.] 1. Məhsuldar olmayan, məhsul verməyən, bəhər verməyən, artım verməyən.
2. dilç. Sözlər və şəkilçilər haqqında: yeni sözlər əmələ gətirməyən, yaxud çox az əmələ gətirən. Qeyri-məhsuldar şəkilçi.

QEYRİ-MƏHSULDARLIQ (ID - 24346)

is. Qeyriməhsuldar şeyin halı.

QEYRİ-MƏQBUL (ID - 24347)

sif. [ər.] Qəbul oluna bilməyən, bəyənilməyən, yararsız. Qeyriməqbul dəlil. Qeyri-məqbul iş. Qeyri-məqbul təklif. Qeyri-məqbul şərtlər. // Pis. Qeyri-məqbul qiymət.

QEYRİ-MƏQBULLUQ (ID - 24348)

is. Məqbul olmama, qəbula keçməmə, qəbul edilə bilməmə.

QEYRİ-MƏLUM (ID - 24349)

sif. [ər.] Məlum olmayan, bəlli olmayan, tanınmayan. Qeyriməlum ada. Əsərin qeyri-məlum müəllifi.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed