1
İzahlı lüğət - Q hərfi ilə başlayanlar - H. 21
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

QARTIMA (ID - 23850)

“Qartımaq” dan f.is.

QARTIMAQ (ID - 23851)

f. 1. Qocalmaq. [Sultan bəy:] ..Nə axmaq sözdür; necəyəni ərə getmək istəmirsən; evdə qalıb qocalıb qartımayacaqsan ki?.. Ü.Hacıbəyov.
2. məc. Təzəliyini, təravətini itirmək, köhnəlmək.

QARTIMIŞ (ID - 23852)

f.sif. 1. Qocalmış. 2. məc. Təzəliyini, təravətini itirmiş, köhnəlmiş (insan, heyvan, bitki haqqında). Qədir.. fikirləşdi ki, Mirzə qəribə adamdı, atasından o boyda evi yerlə-yeksan olub, yurdu dağılıb, onun dərdini çəkmir,...

QART-QURT (ID - 23853)

təql. dan. Anlaşılmaz danışıq səsi, anlaşılmaz danışma, pis danışma (bir dildə). Qart-qurt eləmək. - ..Ay qardaşlar, bizlərdə qardaşlıq həmiyyəti yoxdur: qartqurt rus dili bilənlərimiz rus qəzeti gətirdirlər ki, onu əvamünnas...

QARTLAMAQ1 (ID - 23854)

f. Çox qartlaşmaq.

QARTLAMAQ2 (ID - 23855)

f. Bədəninin bir yerini bərk qaşımaq, dırnaqla qart-qart qaşımaq.

QARTLANMA (ID - 23856)

“Qartlanmaq” dan f.is.

QARTLANMAQ1 (ID - 23857)

qayıd. Bərk qaşınmaq, dırnaqla qaşınmaq.

QARTLANMAQ2 (ID - 23858)

f. bax qartlaşmaq.

QARTLAŞMA (ID - 23859)

“Qartlaşmaq” dan f.is.

QARTLAŞMAQ (ID - 23860)

f. 1. Qocalmaq.
2. məc. Gəncliyini, təravətini itirmək; sərtləşmək, qabalaşmaq.

QARTLAŞMIŞ (ID - 23861)

f.sif. Qocalmış. Qartlaşmış toyuq.

QARTLIQ (ID - 23862)

is. 1. Qocalıq.
2. məc. Sərtlik, qabalıq, köhnəlik.

QARTMAQ1 (ID - 23863)

is. 1. Sağalmaq üzrə olan yaranın üzündə əmələ gələn köz, qasnaq, bərk qabıq.
2. İnsan və ya heyvanın dərisi üzərindən qopub tökülən qalın kir, quru dəri parçaları; pasaq. Camış bədəninin qartmağını ağaca sürtüb...

QARTMAQ2 (ID - 23864)

f. Bərkimək, sərtləşmək.

QARTMAQLANMA (ID - 23865)

“Qartmaqlanmaq” dan f.is.

QARTMAQLANMAQ (ID - 23866)

f. 1. Üzü qartmaq bağlamaq, köz tutmaq, qasnaqlanmaq, qasnaq bağlamaq, qartmaqla örtülmək (yara).
Çirkdən qabıq bağlamaq, qartmaq bağlamaq.

QARTMAQLI (ID - 23867)

sif. Qartmaq bağlamış, qartmaq örtmüş, qasnaqlı.

QARTOP(U) (ID - 23868)

bax qargülləsi. Qartopu oynamaq. - Qar yağır lopa-lopa; Uşaqlar adamları tez-tez basır qartopa. R.Rza.

QARUN (ID - 23869)

is. [xüs. is.-dən] Çox dövlətli, çox varlı adam (qədim İsraildə çox dövlətli bir şəxsin adından). [Molla Salman:] Hacı Nuru, sənin qiyasına görə, mən gərək Qarun olaydım; bəs mən niyə bir həsir və lüləyindən qeyri bir...

QARUS (ID - 23870)

[pol.] 1. Yumşaq yun iplik növü.
Yun parçaya oxşayan pambıq parça növü. Qarusdan tikilmiş (toxunmuş). Qarus parça. Qarus şərf

QARZAQ (ID - 23871)

b a x qərzək.

QARZAQLAMAQ (ID - 23872)

b a x qərzəkləmək.

QARZAQLANMAQ (ID - 23873)

bax qərzəklənmək.

QARZAQLI (ID - 23874)

b a x qərzəkli.

QASIQ (ID - 23875)

is. anat. Qarnın iki bud arasında olan alt tərəfi.

QASIQBAGI (ID - 23876)

is. Qasıq yırtığını (qrijanı) tutmağa məxsus yaylı bağ.

QASIQOTU (ID - 23877)

is. məh. bot. Sarımtıl-yaşıl rəngli çoxillik ot-bitki. Qasıqotu odunlaşmış kökə malikdir. Qarşı-qarşıya düzülmüş, kənarı bütöv və kiçik yarpaqları vardır, sarımtıl-yaşıl rəngli xırda çiçəkləri yarpaqlarının qoltuğunda...

QASILMAQ (ID - 23878)

məch. 1. Parçanın qırağı qatlanıb tikilmək, köklənmək.
2. Çəkilib daralmaq, qısalmaq.

QASIRGA (ID - 23879)

is. Ardı kəsilmədən fırlanıb havaya qalxan çox şiddətli, iti külək; tufan, boran. Pozmamışdır vüqarını nə qasırğa, nə tufan. S.Rüstəm. Biz tufanda, qasırğada qayalarda külüng vurduq; Hər dalğanın üstündə biz hər gün...

QASIRGALI (ID - 23880)

sif. Tufanlı, boranlı. Qasırğalı hava. - Dəniz qasırğalı, dəniz əsəbi; Dağ kimi dalğalar verib əl-ələ. O.Sarıvəlli. // məc. Coşqun, gurultulu. Qasırğalı ömür verib; Qocaltmışdı onu dövran. N.Rəfibəyli.

QASİB (ID - 23881)

sif. və is. [ər.] köhn. Qəsb edən, zorla alan. Zavallı müsəlmanlar bir neçə sərsəri qasiblərin əlində baziçə qalmışlar. A.Səhhət.

QASİD (ID - 23882)

is. [ər.] köhn. Xəbər və ya məktub aparıb-gətirən adam; elçi, çapar. Qasid! Tezcə yardan gətirbir xəbər; Ol güli-xəndanım neçin ağlayır? M.P.Vaqif. Yoxdu qasidim, göndərim pəyam; Yarə dərdimi eyləyim əyan. Nəbati. Qasidxəbər...

QASİDLİK (ID - 23883)

is. köhn. Qasidin işi; məktub və ya xəbər aparıb-gətirmə işi. Qoyma dəxi onda gedəsən sən; Qasidliyi ona edəsən sən. Xətayi.

QASNAQ (ID - 23884)

is. 1. Sağalmaq üzrə olan yaranın üzündə əmələ gələn qabıq, köz. Yaranın qasnağını qoparmaq. // Yaş torpaq quruduğu zaman üzündə əmələ gələn nazik, kövrək təbəqə. Torpaq qasnaq bağlamışdır.
2. Ələk, xəlbir və...

QASNAQLAMA (ID - 23885)

"Qasnaqlamaq” dan f.is.

QASNAQLAMAQ (ID - 23886)

f. 1. Qasnaq bağlamaq, köz bağlamaq (yara). // Üzü bərkimək, nazik qabıq bağlamaq.
2. Ələk, xəlbir və s. bu kimi şeylərə qasnaq (çənbər) keçirmək.

QASNAQLANMA (ID - 23887)

“Qasnaqlanmaq” dan f.is.

QASNAQLANMAQ (ID - 23888)

məch. Qasnaq (çənbər) keçirilmək.

QASNAQLANMIŞ (ID - 23889)

f.sif. Qasnaq bağlamış.

QASNAQLI (ID - 23890)

sif. Üzündə qasnaq olan, qasnaq bağlamış.

QASTRIT (ID - 23891)

[yun.] tib. Mədənin selikli qişasının iltihabı, mədə katarı.

QASTROL (ID - 23892)

is. [alm.] Başqa şəhərlərdən və ya ölkədən gəlmiş artistin, yaxud teatrın, sirkin və s. tamaşası. Paytaxt artistlərinin qastrolu. Artistləri qastrola dəvət etmək. [Əmirxan:] Gündə bir qastrol, bir müsamirə... Bəs soyutmayacaq...

QASTROLÇU (ID - 23893)

is. 1. Başqa şəhərlərdən gəlib çıxış edən, ya tamaşa verən artist.
2. məc. dan. İş yerini tez-tez dəyişən, qeyriciddi, təsadüfi işçi haqqında. O, işçi deyil, qastrolçudur.

QASTROLÇULUQ (ID - 23894)

is. 1. Qastrolçunun işi, qastrol verməsi, qastrolda olması.
məc. İş yerini tez-tez dəyişdirmə, bir yerdə çox qalıb işləməmə, işə ciddi yanaşmama, ayaqüstü iş görmə.

QASTRONOM (ID - 23895)

[fr.] Yeyinti malları mağazası.

QASTRONOMİYA (ID - 23896)

[fr.] Yeyinti malları. Qastronomiya mağazası.

QAŞ (ID - 23897)

is. 1. İnsanın gözləri üstündə qövs şəklində uzanan tüklərdən ibarət xətt. Qara qaş. Çatıq qaşlar (bitişik qaşlar). Qələm qaş (incə və gözəl cizgili qaş). Kaman qaş (qövs şəkilli qaş). Qaşı kaman (qaşları qövs şəklində...

QAŞ-DAŞ (ID - 23898)

is. Qiymətli daşlar: qızıl və cavahirat. [Gültəkin:] Mənim üçün nə paltarın, nə də qaş-daşın qiyməti yoxdur. C.Cabbarlı. Günlərin birində Qaraçı vəhşiyə deyir ki, kontordan qaş-daş oğurlamışam. H.Sarabski.

QAŞ-GÖZ (ID - 23899)

is. Qaşlar və gözlər. Qaş-gözü qara oğlan. - Can qurban eyləsən, layıqdı, layıq; Bir yar ki, mətləbi tez qanan ola; Işarətlə, qaş-göz ilə anlaya; Nəinki deməklə söz qanan ola. Aşıq Ələsgər. □ Qaş-göz atmaq (oynatmaq),...

Bu səhifə 176 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif