1
İzahlı lüğət - Q hərfi ilə başlayanlar - H. 49
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

QIR-SAQQIZ (ID - 25250)

is. 1. Bax qarasaqqız.
məc. dan. Adama yapışaraq əl çəkməyən, adamı təngə gətirən. O, lap qır-saqqızdır. □ Qır-saqqız olub yapışmaq - bərkbərk yapışaraq əl çəkməmək, təngə gətirmək. Bir ağızucu söz demək, bir...

QIRT (ID - 25251)

is. Cücə çıxarmaq üçün yumurta üstündə yatan toyuq. □ Qırt basdırmaq qırt düşmüş toyuğun altına yumurta qoymaq, cücə çıxarmağa yatırmaq. Qırt düşmək cücə çıxarmaq üçün yumurta üstündə oturmaq ehtiyacında olmaq...

QIRTIC (ID - 25252)

is. bot. Taxıl fəsiləsindən yem bitkisi.

QIRTI (ID - 25253)

is. dan. Parça, tikə, azacıq şey.

QIRTILDAMA (ID - 25254)

“Qırtıldamaq” dan f.is.

QIRTILDAMAQ (ID - 25255)

f. Qırt-qırt etmək.

QIRT-QIRT (ID - 25256)

təql. Qırt toyuğun çıxardığı səs.

QIRTLAQ (ID - 25257)

is. anat. Ağ ciyərlərlə əsnəyi birləşdirən boru; xirtdək. Son gülləsini atmış həbəş; Dişləri ilə gəmirdi; düşmənin qırtlağını. R.Rza.

QIRTLAMA (ID - 25258)

“Qırtlamaq” dan f.is.

QIRTLAMAQ (ID - 25259)

f. 1. Qırt-qırt etmək. Toyuq qırtlayır.
2. Xırda-xırda dişləmək. Siçan sabahadək nəyi isə qırtlayırdı.

QIRTLAŞMAQ (ID - 25260)

qarş. 1. Hamı birdən qırtqırt eləmək. Toyuqlar həyətdə qırtlaşırlar.
2. Bax qırt düşmək (“qırt” da).

QIRTLIQ (ID - 25261)

is. Qırt düşmüş toyuğun halı.

QIRTMAQ (ID - 25262)

f. dan. Azacıq kəsmək, qopartmaq.

QIRTMIQ (ID - 25263)

sif. dan. Qıraqlarının tükü getmiş. Başında bir qırtmıq papağı var idi.

QIS (ID - 25264)

qıs vurmaq - qısqırtmaq; səsləyib, haraylayıb saldırmaq. Qıs vurun, qoçaqlarım; İti canavara yüyür! Aşıq Hüseyn.

QISA (ID - 25265)

sif. 1. Boyca gödək, alçaq; gödək. Qısa boy. Qısa ağac. Qısa saç. Qısa paltar. - [Şəkər] qısa boz don, göy kofta geymişdi. Ə.Əbülhəsən.
Vaxtı, müddəti az, uzun sürməyən; sürəksiz. Qısa bir zaman keçdi. Qısa bir sükutdan...

QISAAYAQ (ID - 25266)

sif. Ayağı qısa olan. Qısaayaq miz.

QISABOĞAZ(LI) (ID - 25267)

sif. Boğazı, quncu qısa olan, gödək boğazlı. Qısaboğaz çəkmə. Qısaboğaz corab.

QISABOY(LU) (ID - 25268)

QISABOYUN(LU) (ID - 25269)

sif. Boynu qısa olan. Qısaboyunlu adam.

QISABUYNUZ(LU) (ID - 25270)

sif. Buynuzları qısa olan. Qısabuynuzlu camış.

QISACA (ID - 25271)

sif. 1. Az qısa, çox uzun olmayan. Qısaca boylu kişi.
2. Müxtəsərcə, gödəkcə; qısa, müxtəsər; ötəri. Qısaca söhbət. - Mədəd Tapdığa qısaca suallar verməyə başladı. Ə.Əbülhəsən. // Zərf mənasında. Qısaca danışmaq....

QISACIQ (ID - 25272)

sif. 1. Çox qısa, lap qısa. Qısacıq paltar.
2. Çox müxtəsər, lap gödək (söz, iş və s.).

QISADALĞAÇI (ID - 25273)

is. rad. Qısa dalğada radio verib qəbul etməklə məşğul olan radio həvəskarı.

QISADALĞALI (ID - 25274)

sif. rad. Qısa dalğalarda radio verən və qəbul edən. Qısadalğalı radioverilişi qurğuları.

QISAQIÇ(LI) (ID - 25275)

sif. Qıçları çox qısa olan. Qısaqıçlı kişi.

QISAQOL(LU) (ID - 25276)

sif. Qolu qısa olan, qolu gödək. Qısaqollu paltar.

QISAQUNDAQLI (ID - 25277)

sif. Qundağı qısa. [Səttarxan] qısaqundaqlı bir Avstriya karabini götürmüşdü. P.Makulu.

QISAQUYRUQ(LU) (ID - 25278)

sif. Quyruğu uzun olmayan, gödəkquyruq. Qısaquyruq xoruz.
Sarxangilin qapısında qısaquyruqlu bir it vardı. M.Hüseyn.

QISALDILMA (ID - 25279)

“Qısaldılmaq” dan f.is.

QISALDILMAQ (ID - 25280)

məch. Gödəldilmək, güdə kəsilmək, kəsilib qısa edilmək. // Müxtəsərləşdirilmək.

QISALDILMIŞ (ID - 25281)

f.sif. Qısa hala salınmış, gödəldilmiş, azaldılmış, ixtisar edilmiş. Qısaldılmış palto. Qısaldılmış iş günü.

QISALIQ (ID - 25282)

is. Qısa şeyin halı; gödəklik (uzunluq ziddi). Paltarın qısalığı. Söhbətin qısalığı. Cavabın qısalığı. Günlərin qısalığı ildə iki dəfə olur. // Müxtəsərlik.

QISALİFLİ (ID - 25283)

sif. k.t. Lifləri, telləri qısa olan. Qısalifli pambıq.

QISALMA (ID - 25284)

“Qısalmaq” dan f.is.

QISALMAQ (ID - 25285)

f. 1. Gödəlmək, qısa olmaq, yığılmaq. Köynəkyuyulub qısalmışdır. Boyu qısalmaq.
2. Müddətcə azalmaq, məhdudlaşmaq. Qışda günlər qısalır.

QISALMIŞ (ID - 25286)

f.sif. Qısa hala düşmüş, gödəlmiş, azalmış. Qısalmış palto.

QISALTDIRMA (ID - 25287)

“Qısaltdırmaq” dan f.is.

QISALTDIRMAQ (ID - 25288)

icb. Gödəldilmək, qısa hala saldırmaq. Şalvarı dərziyə verib qısaltdırmaq. Saçlarını dəlləyə qısaltdırmaq.

QISALTMA (ID - 25289)

“Qısaltmaq” dan f.is.

QISALTMAQ (ID - 25290)

f. 1. Bir şeyi gödək etmək, qısa etmək, gödəltmək, azaltmaq, ixtisar etmək. Paltarın ətəklərini qısaltmaq. Paltonun qollarını qısaltmaq.
2. Müxtəsər etmək, uzatmamaq, tez qurtarmaq. Söhbəti qısaltmaq. Mübahisəni qısaltmaq....

QISAMETRAJLI (ID - 25291)

sif. Uzunluqca adi filmlərdən qısa olan. Qısametrajlı film. - “Azərbaycanfilm” kinostudiyası bir sıra qısametrajlı filmlər istehsal etmişdir.

QISAMÜDDƏTLİ (ID - 25292)

sif. Az müddəti nəzərdə tutan; qısa müddətdə olan, baş verən, az müddət davam edən, çox sürməyən. Qısamüddətli borc. Qısamüddətli ezamiyyət.

QISARAQ (ID - 25293)

sif. Bir qədər qısa, gödək.

QISASAÇLI (ID - 25294)

sif. Saçları gödək olan, saçları qısa kəsilmiş, gödəksaçlı. Qısasaçlı qız.

QISAYUNLU (ID - 25295)

sif. xüs. Yunu qısa olan. Qısayunlu qoyunlar.

QISDIRMA (ID - 25296)

“Qısdırmaq” dan f.is.

QISDIRMAQ (ID - 25297)

icb. Qısmağa məcbur etmək, sıxdırmaq.

QISICI (ID - 25298)

1. sif. Qısan, sıxan, tutan.
2. is. xüs. Sıxıcı (tutucu) alət. Hidravlik qısıcı.

QISIQ (ID - 25299)

sif. 1. Qısılmış, sıxılmış, kiçilmiş; qısaldılmış, qısa. Ağacların, divarların qısıq kölgələri ərimiş, filiz kimi donmuş dururdu. A.Şaiq.
Boğuq, tutqun, batmış, xırıltılı.

Bu səhifə 150 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif