Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

QİDALANDIRICI (ID - 25550)

sif. Qida verən, bəsləyici, qida üçün yararlı, cana faydalı. Qidalandırıcı maddələr.

QİDALANDIRILMA (ID - 25551)

“Qidalandırılmaq” dan f.is.

QİDALANDIRILMAQ (ID - 25552)

məch. Qida verilmək, yedirilib-bəslənilmək; yedirilmək, bəslənmək.

QİDALANDIRMA (ID - 25553)

“Qidalandırmaq” dan f.is.

QİDALANDIRMAQ (ID - 25554)

f Qida vermək, yedirib-bəsləmək, yedirmək. Uşağı vaxtlıvaxtında qidalandırmalı. Bədəni qidalandıran maddələr. Mədəni gübrələr bitkiləri qidalandırır.

QİDALANMA (ID - 25555)

“Qidalanmaq” dan f.is.

QİDALANMAQ (ID - 25556)

f. Qida almaq, bəslənmək, qida ilə təmin olunmaq, qida kimi qəbul etmək, yeyib-içmək. Meyvə ilə qidalanmaq. Heyvanlar bitkilərdən fərqli olaraq qeyriüzvi maddələrlə qidalana bilmirlər.

QİDALI (ID - 25557)

sif. Tərkibində bəsləyici maddələr olan, orqanizmi qidalandıran. Qidalı yemək. Qidalı yemlər. Qidalı maddələr.

QİDALILIQ (ID - 25558)

is. Qidalı olma, bəsləyici olma; bəsləyicilik; qidalı şeyin keyfiyyəti. Yeməyin qidalılığı. Yemin qidalılığı. At südündən müalicə əhəmiyyəti və yüksək qidalılığı olan qımız hazırlanır.

QİDASIZ (ID - 25559)

sif. Qidası olmayan, tərkibində qida maddələri olmayan və ya çox az olan. Qidasız maddə. Qidasız yemək.

QİDASIZLIQ (ID - 25560)

is. Qidasız şeyin keyfiyyəti; qidanın, qida maddələrinin olmaması, ya azlığı.

QİLAF (ID - 25561)

is. [ər.] Qın, silah qabı. Onlar öz bəxtlərini bir daha sınamaq üçün qılınclarını qılafından çıxarmaq istəyirlər. M.S.Ordubadi. // Bir şeyin üstünü örtən sərt qabıq.

QİLAFLI (ID - 25562)

sif. Qilafı olan, qınlı.

QİLMAN (ID - 25563)

is. [ər.] Dindarlara görə, cənnət xidmətçiləri, behişt xidmətçiləri.

QİLÜ QAL (ID - 25564)

is. [ər.] Mübahisə, dedi-qodu, söz, danışıq. Mehrü məhəbbətin gecə bu minval; Çıxar aralıqdan olan qilü qal. Q.Zakir. Dedim: cahanda nədir bunca qilü qalə səbəb? S.Ə.Şirvani. Mən çəkdiyim xalqın qilü qalıdır. Aşıq Ələsgər....

QİLÜ QALÇI (ID - 25565)

sif. və is. Qilü qal salan, qalmaqalçı, davakar, dava-dalaş salan, səsküy salan.

QİLÜ QALÇILIQ (ID - 25566)

is. Qilü qal salan adamın xasiyyəti; qalmaqalçılıq, səs-küy salma, dava-dalaş salma, davakarlıq.

QİNA1 (ID - 25567)

is. [ər.] köhn. Xanəndəlik; nəğmə, hava oxuma; vokal. Avropa səliqəsi ilə keçilən qina dərsləri oxuyanın avazını qüvvətləndirir, səsini artırır və gözəlləşdirir. Ü.Hacıbəyov.

QİNA2 (ID - 25568)

is. [ər.] köhn. 1. Qənaətlənmə.
Zənginlik, var-dövlət.
Sərvət.

QİRAƏT (ID - 25569)

is. [ər.] Müəyyən üsul və qayda ilə oxuma. Qiraət dərsi. - ..Axşam vaxtı oraya adamlar cəm olub, söhbətə, qiraətə, musiqiyə məşğul olurlar. C.Məmmədquluzadə. Aqil şeri bərkdən və qiraətlə (z.) oxuyurdu. Ə.Vəliyev. // Ümumiyyətlə...

QİRAƏTÇİ (ID - 25570)

is. Qiraətlə, mütaliə ilə məşğul olan adam; oxucu.

QİRAƏTXANA (ID - 25571)

is. [ər. qiraət və fars. ...xanə] Qiraətlə məşğul olmaq üçün yer (bina, zal, otaq və s.). Klub qiraətxanası. Qiraətxana, axşam saat 5-dən açıqdır. Qiraətxana müdiri.

QİRAƏTXANAÇI (ID - 25572)

is. Qiraətxana müdiri, qiraətxana işçisi.

QİSAS (ID - 25573)

is. [ər.] İntiqam; edilmiş pisliyin, düşmənçiliyin əvəzini çıxma, qanını yerdə qoymamaq. Qisas almaq. - Bax, həmin bu otaqda od saçıb nəfəsindən; Atamın qisasını alacağam, - dedi, - mən. S.Rüstəm. Yurdumuzun qisasını yağılardan...

QİSASÇI (ID - 25574)

is. Qisas almağa çalışan, intiqama can atan. Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı; Bir dəfə bunu anla, ipəkdən qəzil olmaz. Şəhriyar.

QİSASÇILIQ (ID - 25575)

is. Qisasçının niyyəti, işi, hərəkəti, qisas almağa yönəldilmiş fəaliyyət. Qisasçılıq siyasəti.

QİSİM (ID - 25576)

is. [ər.] 1. Bütöv bir şeyin ayrı-ayrı parçası; hissə. Məhsulun bir qismi toplanmışdır. Mətnin bir qismi yığılmışdır. İşin çox qismi görülmüşdür. - Günlərimin bir qismini də Kərim baba ilə keçirirdim. A.Şaiq. Çocuqların...

QİSMƏN (ID - 25577)

zərf [ər.] Bir şeyin hamısı yox, bir hissəsi; tamamilə yox, bir qədəri; bir qədər. Məsələ qismən həll edildi. Ay qismən tutulmuşdur. O, qismən haqlıdır. - Ənisə çox yaxşı bilirdi ki, ər evinə getməklə istər özünün, istər...

QİSMƏT (ID - 25578)

is. [ər.] 1. Tale, nəsib, qədər, bəxt; bəxtə çıxan şey. [Falçı qarı:] Ay cavan, atdan düş, bir falına baxım. Sənin qismətində, deyəsən, bir gözəl var. Çəmənzəminli. Bizim qismətimiz göz yaşı deyil; Bizimdir yaşamaq, gülmək...

QİSSƏ (ID - 25579)

is. [ər.] Rəvayət edilən doğru və ya uydurma hekayə, əhvalat; nağıl, hadisə, vaqiə, qəziyyə. Sorma bu gecə silsileyizülfi-siyahın; Tulani olan qissədi bu, müxtəsər olmaz. S.Ə.Şirvani. Molla bu qissədən pərişanhal; Evinə döncək...

QİSVƏT (ID - 25580)

is. 1. Kobudluq, qabalıq.
2. Daşürəklik, zalımlıq.

QİŞA (ID - 25581)

is. [ər.] anat. Canlı orqanizmin hər hansı bir hissəsinin üstünü örtən bəzi toxumaların adı; örtü, zar, pərdə, təbəqə. Beyin qişası. Ağ ciyər qişası. Selikli qişa.

QİŞALI (ID - 25582)

sif. anat. Qişa ilə örtülmüş; pərdəli, örtülü.

QİTƏ (ID - 25583)

is. [ər.] 1. coğr. Yer kürəsinin, okean və dənizlərlə əhatə olunmuş böyük hissələrindən hər biri. Asiya qitəsi. Avropa başqa qitələrə nisbətən böyük deyildir. Yer kürəsi günəşdən ayrılandan və üst təbəqəsi soyuyandan...

QİTƏLƏRARASI (ID - 25584)

sif. Yer kürəsinin qitələri arasında hərəkət edən, bir qitədən digər qitəyə, yaxud qitələrə gedib çatan. Qitələrarası raket.

QİYABİ (ID - 25585)

sif. [ər.] 1. İşə münasibəti olan şəxsin özü olmadığı və iştirak etmədiyi halda baş verən, görülən. Qiyabi mühakimə. Qiyabi hökm. Qiyabi tanışlıq. İşə qiyabi (z.) baxmaq.
2. Mühazirələri müntəzəm dinləmədən, müəllimlə...

QİYABİÇİ (ID - 25586)

is. və sif. Qiyabi təhsil alan (tələbə).

QİYAFƏ (ID - 25587)

[ər.] bax qiyafət. Hələ içəridə qrim vurub, qiyafəsini dəyişdirib qapıdan çıxanda tanıya bilsən, qoçaqsan! - dedi. A.Şaiq. Sizin .. əlbisəniz və qiyafəniz elə təsir bağışlayırdı ki, mühitin ruhunu təhlil etmiş, onun məfkurəsini...

QİYAFƏT (ID - 25588)

is. [ər.] Paltar, geyim, üst-baş. Böyükxanım da Münəvvərin əlbisə və qiyafətini mülahizə edib dərin-dərin düşünürdü. M.S.Ordubadi. // Bir adamın zahiri görünüşü, surəti; görkəm. [Bəhram:] Əvvəl sən belə deyildin, mən...

QİYAQ (ID - 25589)

is. bot. Nazik şüy şəklində bitən yarpaqsız ot bitki. [Tarverdi] .. yaşıl qiyağa qarışmış ala, qırmızı çiçəkləri yerə tökürdü. S.Rəhimov. Çayların üstündə əmələ gələn qara qiyaqların yalnız boynu burulur, çayırların...

QİYAM (ID - 25590)

is. [ər.] 1. Özbaşına, qeyri-mütəşəkkil üsyan, hakimiyyətə qarşı silahlı çıxış; bunt. Atabəyin xəstə yatdığı şayiələri məmləkətə yayıldığı vaxt, bir çox evlərdə üsyan və qiyamlar başlayırdı. M.S.Ordubadi. □...

QİYAMÇI (ID - 25591)

is. Qiyam edən, qiyamda iştirak edən adam; üsyançı. [Sədr:] Müttəhim Baxşının qiyamçılar təşkilatlarına mənsub olması haqqında sizin əlinizdə başqa bir sübut varmı? C.Cabbarlı.

QİYAMÇILIQ (ID - 25592)

is. Qiyamda iştirak etmə, qiyam hərəkatı.

QİYAMƏT (ID - 25593)

is. [ər.] 1. Dini etiqadlara görə axırzamanda aləm dağıldıqdan sonra bütün ölülərin dirilib qalxması; məhşər günü. Güman etməyin ki, Şeyx Şəban azan verməyinə muzd alırdı; xeyr, əstəğfürullah, azan verməyi məhz savab...

QİYAS (ID - 25594)

is. [ər.] 1. Məntiqdə: bir şeyi başqa bir şeyə bənzədərək və ya onunla müqayisə edərək hökm vermə, mühakimə yeritmə.
2. Zənn, güman, təxmin. [Molla Salman:] Hacı Nuru, sənin qiyasına görə, mən gərək Qarun olaydım; bəs...

QİYƏ (ID - 25595)

is. [ər.] köhn. Üç girvənkəyə bərabər köhnə ölçü vahidi. Biz bir qiyə buğdanı min hiylə ilə ələ keçirdiyimiz halda, onların payız və qış ərzaqları anbarda hazırdır. M.S.Ordubadi.

QİYMƏ (ID - 25596)

is. 1. Çox xırda döyülmüş ət. Qiymə etmək - qiymələmək, çox narın döymək. Əti qiymə edib qızartmaq.
2. Xırda döyülmüş ətdən hazırlanmış xörək.
□ (Ətini) qiymə çəkmək məc. - tikə-tikə doğramaq. Anacan, .....

QİYMƏBALIQ (ID - 25597)

is. aşp. İçinə yumurta, soğan və s.-dən hazırlanmış qiymə qoyulmuş balıq (xörək).

QİYMƏÇIĞIRTMA (ID - 25598)

is. aşp. Soğan, istiot və zəfəran qarışdırılıb qovrulmuş və üzərinə yumurta vurulmuş qiyməli ət xörəyi.

QİYMƏKEŞ (ID - 25599)

is. [qiymə və fars. ...keş] Əti narın döymək üçün kəsici alət, böyük ağır bıçaq.

Bu səhifə 110 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla