1
İzahlı lüğət - Q hərfi ilə başlayanlar - H. 67
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

QRİMLƏMƏK (ID - 26150)

f. Qrim vasitəsilə üzünə lazımi surət vermək. Artistləri qrimləmək.

QRİMLƏNMƏ (ID - 26151)

“Qrimlənmək” dən f.is.

QRİMLƏNMƏK (ID - 26152)

qayıd. Üzünə qrim vurmaq. Artist güzgünün qabağında oturub qrimlənir.

QRİMLƏNMİŞ (ID - 26153)

f.sif. Üzünə qrim vurmuş. Qrimlənmiş artistlər.

QRİMLƏTMƏK (ID - 26154)

icb. Qrim vurdurmaq.

QRİMLİ (ID - 26155)

sif. Üzündə qrim olan, üzünə qrim vurmuş.

QRİP (ID - 26156)

[fr.] tib. Nəfəs yollarının iltihabı, qol və qıçların ağrıması, əzginlik və s. şəklində təzahür edən çox yoluxucu xəstəlik. Qrip ilə mübarizə.

QRİPLİ (ID - 26157)

sif. və is. Qrip xəstəliyinə tutulmuş (adam).

QROSSMEYSTER (ID - 26158)

[alm.] Şahmat ustalarına verilən yüksək ad və bu adı almış şahmatçı.

QROSSMEYSTERLİK (ID - 26159)

is. şahm. Qrossmeyster adı.

QRUP (ID - 26160)

is. [alm.] 1. Bir yerdə, bir-birinə yaxın olan bir neçə adam, heyvan, şey və s.; dəstə. Bir qrup adam. // Bir neçə adamın qrafik təsviri, yaxud birgə fotoşəkli. Qrup ilə şəkil çəkdirmək.
Siyasi görüşləri, məqsədləri, peşələri...

QRUPBAZ (ID - 26161)

is. [alm. qrup və fars. ...baz] Qrupbazlıqla məşğul olan adam; dəstəbaz.

QRUPBAZLIQ (ID - 26162)

is. Ümumi mənafe ziddinə olaraq məhdud bir qrupun mənafeyini müdafiə etmə; hər hansı bir kollektivin işində vəhdət olmaması, dəstələrə ayrılma; dəstəbazlıq.

QRUPCUQ (ID - 26163)

is. Kiçik qrup, balaca qrup, balaca dəstə.

QRUPLAŞDIRILMA (ID - 26164)

“Qruplaşdırılmaq” dan f.is.

QRUPLAŞDIRILMAQ (ID - 26165)

məch. Qrup-qrup düzəldilmək, qruplar şəklində birləşdirilmək, dəstə-dəstə edilmək; təsnif edilmək.

QRUPLAŞDIRILMIŞ (ID - 26166)

f.sif. Qrup-qrup düzəldilmiş, qruplar şəklində birləşdirilmiş, dəstə-dəstə edilmiş; təsnif edilmiş.

QRUPLAŞDIRMA (ID - 26167)

"Qruplaşdırmaq” dan f.is.

QRUPLAŞDIRMAQ (ID - 26168)

f Qrup(lar) halında birləşdirmək, qrup-qrup düzmək, yerləşdirmək; dəstələmək, dəstə-dəstə etmək; təsnif etmək.

QRUPLAŞMA (ID - 26169)

1. “Qruplaşmaq” dan f.is. Mütləqiyyətin yıxılması ilə əlaqədar olaraq, Şehli kəndində qruplaşmalar gedirdi. S.Rəhimov.
2. B ax qrup 2-ci mənada.

QRUPLAŞMAQ (ID - 26170)

f. Qrup-qrup olmaq, dəstədəstə olmaq, qruplar şəklində birləşmək, toplaşmaq. Hər tərəfdə atlı və piyada qoşun dəstələri dolaşır, hər tində qruplaşmış jandarm və polis dəstələri gəzirdi. M.S.Ordubadi.

QU, QU QUŞU (ID - 26171)

is. 1. Ördək fəsiləsinə mənsub ağ (nadir hallarda qara) yumşaq tüklü, uzun boyunlu, gözəl iri su quşu; sona. Qara qu. - Qeyr ilə yarım gedir, gərdən çəkib bir qu kimi; Qalmışam viranələr küncündə mən bayqu kimi. S.Ə.Şirvani.
2....

QUAŞ (ID - 26172)

is. [fr.] 1. Qeyri-şəffaf sulu rəng.
2. Həmin rəng ilə çəkilən şəkil.

QUBA, QUBA-QAZ (ID - 26173)

is. şair. Vəhşi qaz. Sona tək silkinib gərdən çəkəndə; Bənzəyirsən quba-qaza, Müşkünaz! Aşıq Ələsgər. Göllər üstə seyrə çıxmış sonalar; Qatarlaşıb quba-qaz gəlib gedir. Çoban Əfqan. Bir qıy vurram, göydən gedən quba-qazlar...

QUBAR (ID - 26174)

is. [ər.] 1. klas. Toz, torpaq.
2. məc. Kədər, dərd, qəm, qüssə. Getdi o köhnə qubari ki, gözümdə var idi. Heyran xanım. Zülmətin yer üzünü qaplaması; Qəlblərdə oyandırırdı qubar. C.Cabbarlı. Keçər ürək dərdi, könül...

QUBARLANMA (ID - 26175)

“Qubarlanmaq” dan f.is.

QUBARLANMAQ (ID - 26176)

f. Son dərəcə kədərlənmək, qəmlənmək, qüssələnmək. Onun əlindən ürəyim qubarlandı.

QUBARLATMA (ID - 26177)

“Qubarlatmaq” dan f.is.

QUBARLATMAQ (ID - 26178)

icb. Son dərəcə kədərləndirmək, qəmləndirmək, qüssələndirmək.

QUBARLI (ID - 26179)

sif. Dərdli, kədərli, qəmli, ürəyi dərdli. Dərdli, qubarlı aşıq; Gəlib görünür yenə. M.Rahim.

QUBERNAT (ID - 26180)

“Qubernator” sözünün vaxtı ilə canlı danışıq dilində işlənmiş forması. Ərzə verdim keçən qubernatə; Keçmədi, heyf, ərzə isbatə. S.Ə.Şirvani. ..Əgər sizə bir milyon da pul verələr, ya qubernat siz ilə əl-ələ versə,...

QUBERNATOR (ID - 26181)

[lat.] tar. 1. 1917-ci il inqilabından əvvəl Rusiyada quberniya (vilayət) rəisi; vali. Qubernator həmişə deyərdi: “Poçt yolundakı çaparxanaların hər birində Rəhim bəy kimi mənim bir adamım olsa, yolda heç bir çapqın olmaz, qurd...

QUBERNATORLUQ (ID - 26182)

is. tar. 1. Qubemator (vali) vəzifəsi.
2. Qubernatorun (valinin) idarəsi altında olan vilayət.

QUBERNİYA (ID - 26183)

[lat.] Çar Rusiyasında və rayonlaşmadan qabaq SSRİ-də əsas inzibati-ərazi vahidi; vilayət. ..Bunu biz bilirik ki, Gəncə quberniyasının aclarından ötrü keçən il Bakıda ianə cəmiyyəti quruldu. C.Məmmədquluzadə.

QUCAQ (ID - 26184)

is. 1. Qolları açdıqda döş ilə qollar arasında əmələ gələn boşluq. Bayram aşağı əyildi, yerə sərilmiş fəhlələrdən birini qucağına alıb ortadan çıxartdı.. M.Hüseyn. Qaraca çoban yaralı qardaşını qucağına alıb tayaya...

QUCAQLAMA (ID - 26185)

“Qucaqlamaq” dan f.is.

QUCAQLAMAQ (ID - 26186)

f. 1. Nəvaziş və mehribanlıq əlaməti olaraq birini qolları arasına alıb döşünə basmaq, ağuşuna almaq. Ana uşağını qucaqladı. - Məcid .. [Nadirin] bu cür tutulduğunu görüb ayağa qalxdı və uca səslə qarşılayaraq qucaqlayıb...

QUCAQLANMA (ID - 26187)

“Qucaqlanmaq” dan f.is.

QUCAQLANMAQ (ID - 26188)

məch. 1. Qollar arasına alınmaq, ağuşa alınmaq.
2. məc. Əhatə olunmaq, dövrələnmək. Bu yer qalın, sıx meşəlik, çılpaq qayalıq uçurumlu dərələrlə qucaqlanmışdı. A.Şaiq.

QUCAQLAŞMA (ID - 26189)

“Qucaqlaşmaq” dan f.is.

QUCAQLAŞMAQ (ID - 26190)

qarş. 1. Bir-birini qucaqlamaq, bir-birinə sarılmaq, bir-birini bağrına basmaq; qol-boyun olmaq. İki qardaş bir-birini görüncə qucaqlaşdılar. - İllər ayrısıyam, gəl qucaqlaşaq; Sevdiyim, şikayət zamanı deyil. Q.Zakir. Məscidin içində...

QUCMA (ID - 26191)

“Qucmaq” dan f.is.

QUCMAQ (ID - 26192)

bax qucaqlamaq. Yalançı nəfsə uymuşsan, qucursan dünyanı nədir? Nəsimi. Nola mən divanə qucsam sən pərini hər gecə. Kişvəri. Döndüm əğyar əlindən; Can qurtardım felindən; Qızıl kəmər olaydım; Qucaydım yar belindən. (Bayatı)....

QUCU (ID - 26193)

uş. dil. Balaca uşaqları qucağa çağırarkən deyilən söz. Gəl qucuma!

QUCULMAQ (ID - 26194)

b a x qucaqlanmaq.

QUCUM (ID - 26195)

is. xüs. Bir şeyin dairəsinin ölçüsü, uzunluğu. ..At fermalarında yetişdirilmiş və cıdır sınaqlarından keçmiş Qarabağ tipli 13 baş ayğırın orta hesabla .. döş qucumu 157 sm-dir. Səttarzadə. Dayçaların inkişafı onları qapanda...

QUCUMAQ (ID - 26196)

bax qucaqlamaq.

QUDA (ID - 26197)

is. Gəlin ilə oğlanın ata-analarının bir-birinə olan qohumluq münasibəti. İki quda ötə-bəridən məhəbbətlə danışdılar. Şaiq. Gəlin qayınananın xoşuna gələrdi. Qayınana qudaları qonaq edərdi. H.Sarabski. Quda olmaq - b a x...

QUDALAŞMA (ID - 26198)

“Qudalaşmaq” dan f.is.

QUDALAŞMAQ (ID - 26199)

f. Bir-birinə quda olmaq; qız almaq və ya qız verməklə biri ilə qohum olmaq.

Bu səhifə 146 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif