1
İzahlı lüğət - Q hərfi ilə başlayanlar - H. 18
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

QARILAŞMAQ (ID - 23700)

f. Qocalmaq, qoca halına düşmək (qadın haqqında).

QARILAŞMIŞ (ID - 23701)

f.sif. Qocalmış. Onun qarılaşmış bir nənəsi var.

QARILDAMA (ID - 23702)

“Qarıldamaq” dan f.is.

QARILDAMAQ (ID - 23703)

f. Qarğa kimi səs çıxarmaq, qar-qar etmək. Qarğa qarıldayıb başına qar gətirər, çaqqal ulayıb başına qal gətirər. (Ata. sözü). Ağaclarda qarğalar səs salıb qarıldayır. M.Seyidzadə.

QARILDAŞMA (ID - 23704)

“Qarıldaşmaq” dan f.is.

QARILDAŞMAQ (ID - 23705)

f. Hamısı birdən qarıldamaq, hərə öz yerindən qar-qar etmək, səs salmaq. Qarğalar qarıldaşıb yem axtarırlar.

QARILDATMA (ID - 23706)

“Qarıldatmaq” dan f.is.

QARILDATMAQ (ID - 23707)

icb. Qarıltı səsi çıxartdırmaq.

QARILIQ (ID - 23708)

is. 1. Qocalıq (qadın haqqında).
2. Arvadlıq, zövcəlik.

QARILTI (ID - 23709)

is. Qarğanın çıxardığı səs, qarıldaması. [Qarğa] ağacda adam görüb .. elə qarıltı saldı ki, bir-iki dəqiqənin ərzində meşənin qarğalarını yuvasının başına cəm etdi. S.S.Axundov. Ağacların başına toplaşan qarğaların...

QARIM (ID - 23710)

is. məh. 1. Alaçığın içinə su girməmək üçün, ətrafında qazılan çuxur, arx. Qarım olmasaydı, sel alaçığı basardı.
2. Müxtəlif məqsədlər üçün qazılan çuxur.

QARIMA (ID - 23711)

“Qarımaq” dan f.is.

QARIMAQ (ID - 23712)

f. 1. Qocalmaq, qoca yaşlarına çatmaq (bəzən “qocalıb-qarımaq” şəklində işlənir). ..Bu qırx ildə də qarıdıqca onun [Ziba xanımın] qısqanclığı artıbdır. S.Rəhimov. Səni sevən cavan olur günbəgün; Qarımaz, qocalmaz,...

QARIMIŞ (ID - 23713)

f.sif. 1. Qocalmış. Qarımış arvad.
məc. Qocalıb təcrübə qazanmış. Saçısaqqalı ağarmış, müharibələrdə qarımış generallar bunu artıq hiss etmişlər. M.Hüseyn.

QARIN (ID - 23714)

is. 1. İnsan və heyvan bədəninin qara ciyər, mədə, bağırsaqlar, dalaq və s. orqanlar yerləşən hissəsi. Qarnı ağrımaq. Qarın boşluğu. Qarnı şişmək. - Eşikağası əllərini yerə dəstək verib qalxdı, arxalığını, çuxasını...

QARINAFƏTİR (ID - 23715)

zərf dan. Bir qarın çörəyə, gündəlik yeməyə. Qarınafətir işləmək. [Sonqulunu] birinci ağası yağlı dillərlə üç il qarınafətir işlədib pul verməmişdi. H.Sarabski.

QARINAĞRISI (ID - 23716)

is. dan. 1. Bəhanə, üzr, yalandan şıltaq, umacaq. Onun qarınağrısı var, qoy sözünü desin.
Əziyyət, əzab. [Kosaoğlu:] A bala, camaatın halalca haqqını niyə qarınağrısı ilə verirsən? İ.Şıxlı. □ Qarınağrısı olmaq təngə...

QARINALTI (ID - 23717)

is. Yəhəri və ya qaltağı bərkitmək üçün atın (eşşəyin, qatırın) qarnı altından çəkilib bağlanan qayış. Atın qarınaltısını çəkmək.

QARINAYAQLI (ID - 23718)

sif. zool. Qarmayaqlılar sinfinə mənsub olan. Yerdə sürünməklə əlaqədar olaraq, tənək ilbizinin qarın tərəfi pəncə şəklində genişlənmiş əzələli ayaqdan ibarətdir; buna görə də belə ilbizlərə qarınayaqlı ilbizlər deyilir....

QARINAYAQLILAR (ID - 23719)

cəm, zool. Molyusklarm (onurğasız yumşaqbədənli heyvanların) bir sinfi. Yumşaqbədənlilərin bəziləri yastı formada olub, arxalarında qabıq əvəzinə qalxancıq vardır. Bunlar özlərinin geniş alt hissələri ilə sualtı daşlara möhkəmcə...

QARINBAĞI (ID - 23720)

is. Paltar altından qarın üzərinə bağlanan bağ.

QARINCA (ID - 23721)

bax qarışqa. Qarıncaların yuvasında iki cür qarınca olur: qanadlı və qanadsız. H.Zərdabi. Kəpənəklər uçuşur; Qarıncalarqaçışır; Azuqəsin toplayır. H.K.Sanılı. Qarınca (yuvası) kimi qaynaşmaq (qaynamaq) - bax qarışqa kimi...

QARINCIQ (ID - 23722)

is. 1. Kiçik qarın.
2. zool. Cücülərin bədəninin, ayaqlardan geridə olan hissəsi.

QARINDAŞ (ID - 23723)

“Qardaş” sözünün qədimi forması. Həman doxsan altıncı ildə qarındaşı Süleyman ibni-Əbdülməlik xilafətə əyləşdi. “Dərbəndnamə” . Ac qarındaşlara infaq edilirmi, əmican? M.Ə.Sabir. Sən kimi qardaş öz qarındaşını;...

QARINƏNƏ (ID - 23724)

is. 1. Qoca nənə; ata, ya ananın anası. Birdən xoruzlar hinlərdə banladı, Qarınənə sübh olduğun anladı. A.Səhhət.
2. Ümumiyyətlə, qoca arvad, qoca qarı. Deyirlər tapılıb Babək qılıncı; Muştuluq paylayın, qarı nənələr!...

QARIN-QARINA (ID - 23725)

zərf Döş-döşə, lap yanaşı.

QARINQULU (ID - 23726)

sif. və is. Qarnına qul olan, qarnına həddindən artıq qulluq edən, çoxyeyən; doymaz, yeyimcil. Qarınqulu adam. Qarınqulu yeməkdə qoçaq olar, köməkdə naçaq. (Ata. sözü). Var idi bir qarınqulu abid. S.Ə.Şirvani. Bu oğlanın yaman...

QARINQULULUQ (ID - 23727)

is. Qarınqulu, yeyimcil, doymaz adamın hal və sifəti, daima yemək ardınca düşmə; yeyimcillik. [Koxa:] Düzü bu yaşa çatmışam, - dedi, - heç qarınqululuq eləməmişəm. S.Rəhimov.

QARINLI (ID - 23728)

sif. 1. Qarnı böyük, yekəqarın, şişman. Qarınlı adam. Qarınlı at. - Ağayar ucaboylu, sifətcə çox yapışıqlı, yaşı təzəcə qırxı ötmüş qarınlı bir kişi idi. Ə.Əbülhəsən.
dan. Çoxyeyən, qarın düşkünü. Qarınlı...

QARIŞ (ID - 23729)

is. Açıq əlin baş barmağı ucundan çeçələ barmağın ucuna qədər olan məsafə (ölçü kimi işlənir). □ Bir qarış - çox kiçik. Bir qarış boyu var. - Haram oldu bizə bir qarış torpaq. Q.Zakir. [Bir sümük:] Mən daşlar altında...

QARIŞ-BULAŞ (ID - 23730)

is. dan. Qarışıq, səliqəsiz, tərtibsiz, nizamsız. [Məmmədəli:] Bu ev çox qarış-bulaşdır. N.Vəzirov.

QARIŞDIRAN (ID - 23731)

bax qarışdırıcı 2-ci mənada. Onların arasını qarışdıran var.

QARIŞDIRICI (ID - 23732)

is. və sif. 1. Bir şeyi qarışdırmağa məxsus alət, cihaz. Gilli məhlulu hazırlamaq üçün gil qatından, ya da hidravlik qarışdırıcıdan istifadə edilir. Quliyev.
2. məc. Araqarışdıran, araya fitnə salan, fəsadçı.

QARIŞDIRICILIQ (ID - 23733)

is. Fitnə-fəsad törətmə, ara pozma; fitnəçilik, fəsadçılıq.

QARIŞDIRILMA (ID - 23734)

“Qarışdırılmaq” dan f.is.

QARIŞDIRILMAQ (ID - 23735)

“Qarışdırmaq” dan məch.

QARIŞDIRMA (ID - 23736)

“Qarışdırmaq” dan f.is.

QARIŞDIRMAQ (ID - 23737)

f. 1. Bir şeyi başqa şeyə qatıb, bir-birindən ayrılmayacaq, yaxud çətin ayrılacaq hala salmaq. Una qənd qarışdırmaq. Çaxırı su ilə qarışdırmaq. Qumu əhənglə qarışdırmaq. // İki və ya çox şeyi bir-birinə qatıb birləşdirmək....

QARIŞIQ (ID - 23738)

sif. 1. Müxtəlif şeylərdən və ya növlərdən ibarət olan, başqa şey və ya şeylər qatılmış olan; yekcins olmayan, saf və xalis olmayan, müxtəlif ünsürlərdən ibarət olan. Qarışıq yun. Qarışıq yağ. // Qoşma mənasında. Başqa...

QARIŞIQ-DOLAŞIQ (ID - 23739)

sif. Çox qarışıq, çox dolaşıq, anlaşılmaz. Qarışıq-dolaşıq yazıların içində kitabın adını tapa bilmədim. C.Məmmədquluzadə.

QARIŞIQLI (ID - 23740)

sif. Qarışıq olan, başqa şeylə qarışdırılmış, saf və xalis olmayan.

QARIŞIQLIQ (ID - 23741)

is. 1. Qarışıq şeyin halı.
Tərtibsizlik, nizamsızlıq, qaydasızlıq.
Hərc-mərclik, nizamsızlıq; asayişin, əmin-amanlığın olmaması. Qarışıqlıq düşmək. - Nə bilim, deyirlər ki, Zəncan tərəfində qarışıqlıqdır. M.İbrahimov....

QARIŞIQSIZ (ID - 23742)

sif. Başqa şey(lə) qarışdırılmamış, heç bir qarışığı, xəlitəsi olmayan; saf, xalis. Qarışıqsız yağ. Qarışıqsız un.

QARIŞQA (ID - 23743)

is. Torpaq altında böyük cəmiyyət halında yaşayan zərqanadlılar fəsiləsindən kiçik cücü. Qara qarışqa. Sarı qarışqa. Atlı qarışqa (qarışqanın yüyürək bir qismi). Qanadlı qarışqa.
□ Qarışqa kimi, yaxud qarışqa yuvası...

QARIŞ-QARIŞ (ID - 23744)

zərf 1. Qarışla ölçərək. Qarış-qarış ölçmək. Yeri qarış-qarış bölmək. // Hər dəfəsində bir qarış. Yaşıl otlar gecələr qarış-qarış qalxır. Ə.Vəliyev.
məc. Qarışla ölçər kimi, heç bir yerini buraxmadan; hər...

QARIŞ-QURUŞ (ID - 23745)

zərf və sif. Bir-birinə qarışmış, qarışıq-dolaşıq. Otaqda şeylər qarışquruş haldadır. Qarış-quruş yuxular görmək.

QARIŞLAMA (ID - 23746)

“Qarışlamaq” dan f.is.

QARIŞLAMAQ (ID - 23747)

f. Qarışla ölçmək.

QARIŞMA (ID - 23748)

“Qarışmaq” dan f.is.

QARIŞMAQ (ID - 23749)

f. 1. Başqa şeyin, ya şeylərin içərisinə girib orada itib getmək, ayrılmayacaq, fərqlənməyəcək, seçilməyəcək hala düşmək. Boyalar qarışdı. Kağızlar bir-birinə qarışıbdır. - Bənövşə rəngli üfüqdə almazparçası kimi...

Bu səhifə 141 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif