1
İzahlı lüğət - Q hərfi ilə başlayanlar - H. 32
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

QEYZLƏNDİRMƏ (ID - 24400)

“Qeyzləndirmək” dən f.is.

QEYZLƏNDİRMƏK (ID - 24401)

f. Acıqlandırmaq, hiddətləndirmək, qəzəbləndirmək, hirsləndirmək, acığını tutdurmaq.

QEYZLƏNMƏ (ID - 24402)

“Qeyzlənmək” dən f.is.

QEYZLƏNMƏK (ID - 24403)

f. Hiddətlənmək, qəzəblənmək, bərk acığı tutmaq. [İmamverdi:] Bəy, namus bir bəyzadələrdə deyil, kasıb-kusubun da özünə görə namusu var və namusum da məni qeyzlənməyə vadar edir. Ə.Haqverdiyev. Lakin bu dəfə qarı artıq...

QEYZLƏTMƏ (ID - 24404)

“Qeyzlətmək” dən f.is.

QEYZLƏTMƏK (ID - 24405)

b a x qeyzləndirmək.

QEYZLİ (ID - 24406)

sif. və zərf Hiddətli, acıqlı, hirsli, qəzəbli; hiddət, acıq, hirs, yaxud bərk narazılıq ifadə edən. Qeyzli baxış. Qeyzli sifət. - Heydər əmi qeyzli çıxardı küçəyə və gəlib yapışardı qulaqlarımdan, qalxızardı göyə....

QEYZNAK (ID - 24407)

zərf [ər. qeyz və fars. ...nak] köhn. Qeyzli surətdə, qeyzlə. Cütçü baba böylə deyib qeyznak; Eylədi ol qırğını ol dəm həlak. A.Səhhət.

QƏBA (ID - 24408)

is. [ər.] Keçmişdə adətən mollaların geydiyi uzun paltar, cübbə, don (bəzən əba-qəba şəklində işlənir). [Mirzə Şəfi:] Mən İrandan bir əba, bir qəba ilə gəlmişdim. Mir Cəlal. Yaxşısı budur ki, camaat şübhələnməmiş...

QƏBAHƏT (ID - 24409)

is. [ər.] Çirkin iş, çirkin hərəkət, yaraşmaz iş; qüsur, nöqsan, günah. Əgər qəbahətdir, bunun nisbətini bizə niyə verirsən? M.F.Axundzadə. ..O saat tutduğu işin qəbahətini anlayıb, o işi bir də tutmaz. Ə.Haqverdiyev. Səltənət...

QƏBAHƏTLİ (ID - 24410)

sif. Qəbahəti olan, qüsuru olan. Qəbahətli olduğuna görə səsini çıxarmır. Qəbahətli eynilərdi çox üzləşənlər; Nadanları tutaşdırıb zövq alan azmı? M.Araz.

QƏBAHƏTSİZ (ID - 24411)

sif. Qəbahəti, günahı, qüsuru olmayan.

QƏBAHƏTSİZLİK (ID - 24412)

is. Qəbahəti, günahı, qüsuru olmama.

QƏBALƏ (ID - 24413)

is. [ər.] köhn. Bir mülkün və sairənin alınıb-satılması haqqında rəsmi sənəd. Bunlar pul təməssükləri, mülk qəbalələri və sair lazımsız kağızlardı. M.S.Ordubadi. [Həkimülmülk:] Malımız da, canımız da qurban olsun, sabah...

QƏBALƏNAMƏ (ID - 24414)

is. [ər. qəbalə və fars. ...namə] bax qəbalə.

QƏBALI (ID - 24415)

sif. köhn. Qəba geymiş, əynində qəba olan. Atlazdan qəbalı, belində şalı; Gövhərdən bahalı üzündə xalı. Aşıq Ələsgər. Yer ilə göyün arası, adlarını müctəhid və ruhani qoyan əmmaməli, əbalı, qəbalı həşərat ilə,...

QƏBİH (ID - 24416)

sif. [ər.] köhn. 1. Çirkin, yaraşıqsız, kifir. Qəbih üz. Qəbih əndam.
Qəbahətli, nalayiq, yaraşmayan, ləyaqətsiz, pis. Qəbih söz. Qəbih iş. - [Qəmər:] Yox, özgənin məktubunu oxumaq qəbih şeydir. S.S.Axundov. Adamlara ləqəb...

QƏBİL (ID - 24417)

[ər.] Cür, növ, kimi, cins. Bizim mübarizə apardığımız əmir də bu qəbil adamlardandır. M.S.Ordubadi. Qəhrəmani o qəbil insanlardan idi ki, onların fikri bir məsələnin üstündə gərgin işlədiyi zaman xarici aləmdə heç bir şey...

QƏBİLƏ (ID - 24418)

is. [ər.] İbtidai cəmiyyətdə: bir soydan törəmiş və bir rəisin idarəsi altında birlikdə yaşayan köçəri tayfa, nəsil; əşirət, oymaq. Qəbilə birlikləri. Qəbilə quruluşu. [Skiflər] cəsarətli, vəhşi xasiyyətli və köçəri...

QƏBİR (ID - 24419)

is. [ər.] Ölüləri basdırmaq üçün xüsusi şəkildə qazılan çuxur: məzar, gor. Hər cümə axşamı [Zeynəb] ərinin qəbri üstə gedib, bir yekə mərəkə qurar. C.Məmmədquluzadə.
□ Qəbri qazılmışdır - ölümünə az qalmışdır,...

QƏBİRDAŞI (ID - 24420)

is. Qəbrin üstünə qoyulan tavadaşı.

QƏBİREŞƏN (ID - 24421)

bax goreşən.

QƏBİRİSTAN (ID - 24422)

is. [ər. qəbr və fars. ...stan] Qəbirlər olan yer, ölülərin basdırıldığı yer; məzarlıq. Qəbiristandan ölü qayıtmaz. (Ata. sözü). Həmin boz dağda, yol kənarında köhnə xaraba bir qəbiristan vardır. S.S.Axundov. [Məmməd:] Evimizdən...

QƏBİRİSTANLIQ (ID - 24423)

bax qəbiristan. Qəbiristanlığın girəcəyində Ağası bəy əlini döşünə qoyub xana və məiyyətinə təzim edib döndü. Çəmənzəminli.

QƏBİRQAZAN (ID - 24424)

is. 1. Ölüləri basdırmaq üçün qəbir qazan adam. Ay qəbirqazanlar; gedin ev tikin! Bu qəmli dərədə [“Qurd ağzı” nda] plan ki, yoxdur. N.Kəsəmənli.
zool. Qəbirləri eşib qazıyan bir cücü, həşərat. // Kaftar, goreşən, sırtlan.
məc....

QƏBİZ (ID - 24425)

is. [ər.] Qarnı bağlanma, mədəsi işləməmə. □ Qəbiz etmək (eləmək) - qarnını bərkitmək, bağlamaq. Qəbiz olmaq qarnı işləməmək, qarnı bərkimək.

QƏBİZLİK (ID - 24426)

is. Qəbiz olma, qarnı işləməmə.

QƏBUL (ID - 24427)

is. [ər.] 1. Verilən, təslim edilən, göndərilən, təklif edilən şeyi alma. Ərizələrin qəbulu başlanır. Teleqramların qəbulu. Malların qəbulu haqqında akt.
Götürmə; öz sıralarına alma, daxil etmə. Instituta qəbul.
Söhbət...

QƏBULÇU (ID - 24428)

is. Göndərilən, ya təhvil verilən malı və s. qəbul edən işçi, xidmətçi. Zavod sahibi gəlir, qəbulçuya lazımi buyuruq və göstərişlər söyləyir. H.Nəzərli.

QƏBULEDİCİ (ID - 24429)

sif. Radio (elektromaqnit) dalğalarını qəbul edən; alıcı. Qəbuledici radiostansiya. // Is. mənasında. Radio dalğalarını tutub, onları səs halına salan aparat, cihaz.

QƏBZ (ID - 24430)

is. [ər.] Pul, qiymətli şey və sairənin alınması, qəbul edilməsi haqqında verilən kağız, sənəd. Ev kirəsi qəbzi. Pulu verib qəbz almaq. - [Allahqulu:] Bostan pulunu mən istəyəndə, mənə qəbz göstərdilər. N.Vəzirov. Bakı cəmiyyəti-xeyriyyəsi...

QƏBZƏ (ID - 24431)

is. [ər.] Bir şeyin tutulacaq yeri, qulpu, dəstəsi. Qılıncın qəbzəsi. - Zakirin qətlinə bəsdir nigahın; Əl vurma, qəbzeyixəncər istəməz. Q.Zakir. Qılınc və xəncərlərin gümüş qəbzələri, tüfənglərin bəndləri sönükparıltı...

QƏBZƏLİ (ID - 24432)

sif. Tutacağı, dəstəsi olan; saplı, dəstəli. [Cavanşir:] Onun qılıncı qızıl qəbzəli olsa da, mən özünə qaytarardım. M.Hüseyn.

QƏCƏC (ID - 24433)

is. bot. Dəniz sahili qumluqlarında və şoranlıqlarda bitən kol-bitki.

QƏCƏLƏ (ID - 24434)

is. Sağsağan.

QƏCƏRƏ (ID - 24435)

is. məh. Yəhərin üstündən salınan bəzəkli örtü, cecim.

QƏCƏRƏLİ (ID - 24436)

sif. məh. Üstündən qəcərə salınmış.

QƏDD (ID - 24437)

is. [ər.] 1. Boy, boy-buxun, qamət. Qəddin ki, sərvi-xuraman ilən bərabərdir. Qövsi. Zorbadır hərçənd ki, qəddin sənin; Yox mənə tay olmağa həddin sənin. M.Ə.Sabir.
2. Bel. □ Qəddi bükülmək (əyilmək) beli bükülmək. Ala...

QƏDDAR (ID - 24438)

is. və sif. [ər.] Rəhmsiz, amansız, mərhəmətsiz, zalım. Qəddar düşmən. Bütün dövrlərdə müstəbid, qəddar; Ağıldan, kamaldan, fikirdən qorxar. B.Vahabzadə. // Qatı, yaman, bərk.

QƏDDARANƏ (ID - 24439)

zərf [ər. qəddar və fars. ...anə] Amansızcasına, mərhəmətsizcəsinə, insafsızcasına, zalımcasına.

QƏDDARCASINA (ID - 24440)

b ax qəddaranə.

QƏDDARƏ (ID - 24441)

is. [ər.] köhn. Hər iki tərəfi kəsən ağır qılınc. Nəhayət, [əlbəyaxa vuruşmalardan] heç bir şey çıxmazdı, qəddarələr və xəncərlər işə düşərdi. H.Sarabski.

QƏDDARLIQ (ID - 24442)

is. Rəhmsizlik, mərhəmətsizlik, amansızlıq, zalımlıq. Yağıları sevindirdik, bəs eləyər! Al mumluğu; al, qəddarlıq öyrət bizə! M.Araz.

QƏDDƏMƏK (ID - 24443)

f. dan. Yonmaq, çərtmək. Hikmət haradansa çoxlu karandaş gətirib qəddədi, stolun üstünə qoydu. Mir Cəlal.

QƏDDƏNMƏK (ID - 24444)

məch. dan. Çərtilmək, yonulmaq.

QƏDDƏNMİŞ (ID - 24445)

f.sif. dan. Çərtilmiş, yonulmuş.

QƏDD-QAMƏT (ID - 24446)

is. Boy-buxun.

QƏDD-QAMƏTLİ (ID - 24447)

sif. Boy-buxunlu.

QƏDƏH (ID - 24448)

is. [ər.] Şərab, su və s. içməyə məxsus qab; piyalə, kasa. Şərab qədəhi. Saqi, kərəm eylə, cam gəzdir! Durma, qədəhi müdam gəzdir! Füzuli. Bir az sonra şişlik qoxusu, zurna-qaval səsləri, şərab qədəhlərinin cingiltisi bir-birinə...

QƏDƏHCİK (ID - 24449)

is. Kiçik qədəh, incə qədəh.

Bu səhifə 163 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif