İzahlı lüğət

QOPARMAQ

f. 1. Dartaraq və ya çəkərək bir şeyin bir hissəsini ayırmaq, kəsmək, üzmək, qırmaq. Bloknotdan bir vərəq qoparıb yazdım. Ağacın budağını qoparmaq. - [Buğaç] belindəki xəncəri qoparıb, qəbzəsi ilə onun gicgahına bir zərbə vurdu. M.Rzaquluzadə. Ayna əyilərək çiçəkləri qoparırdı. Ə.Məmmədxanlı. // Bütöv bir şeyi başqa bir şeylə vurmaqla və ya dartmaqla onun bir parçasını, bir hissəsini ayırmaq, sındırmaq, aralamaq. Qənddən bir tikə qopar. Toyuğun budunu qoparıb yedi. Çaynikin lüləyini qopardı. - Kişi çörəkdən bir qulaq qoparıb, etinasız və hətta acıqlı bir hərəkətlə yerə atdı. M.İbrahimov.
Yapışmış şeyi yapışdığı yerdən dartıb ayırmaq, çəkib ayırmaq, aralamaq. Divarın kağızını, suvağını qoparmaq. Yaranın qartmağını qoparmaq. Dırnağını qoparmaq.
Bunlardan bəziləri əllərində ling, iri daşı yerindən qoparıb, çayın içinə yumalayırdılar. Ə.Vəliyev. // Kökündən çıxartmaq, yerindən oynatmaq. Külək ağacı yerindən qopardı. - Kişilər himməti dağı qoparır; Kişi
ol, dağ qopar həmiyyət ilə. M.Ə.Sabir. Çay bəzən dağ boyda böyüyür, köklü ağacları qoparıb gətirir, öz igidliyindən həzz alır kimi şikarını atıb-tuturdu. Ə.Vəliyev. // Dartıb çıxarmaq. At qabaq əllərini qaldırdı göyə və az qaldı noxtanı Kərbəlayı Qasımın əlindən qoparsın. C.Məmmədquluzadə.
məc. Ayırmaq. Ayna gözlərini xalçadan qopardı. Ə.Məmmədxanlı.
Birindən bir şeyi zorla, yaxud hiylə ilə almaq, ələ keçirmək, əldə etmək. O, deyəsən, yenə bir şey qoparmaq istəyir.
Mübarizə, inadla çalışmaq, əlləşmək, yaxud təhdid, icbar nəticəsində əldə etmək. 1905-ci ildə xalqın qoparmış olduğu xırda siyasi azadlıqları çar mütləqiyyəti yenidən geri almaq istəyirdi. M.S.Ordubadi.
Bir sıra isimlərə qoşularaq, qaldırmaq, etmək, salmaq, yaxud ismin göstərdiyi hərəkətə, işə başlamaq mənasını ifadə edir; məs.: fəryad qoparmaq, gurultu qoparmaq, vəlvələ qoparmaq, haray qoparmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

QAN

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed