Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

QOLFİ (ID - 25750)

is. [fr.] Qısa qadın corabı.

QOLFSTRİM (ID - 25751)

[ing.] coğr. Atlantik okeanında: Meksika körfəzindən şimal-şərqə doğru axan və Avropanın şimal-qərb tərəfinin iqlimini yumşaldan isti cərəyan.

QOL-QABIRĞA (ID - 25752)

is. Bədənin qol və qabırğalar olan hissəsi. □ Qol-qabırğasını əzmək (qırmaq, qırıb tökmək) - döymək, əzişdirmək, kötəkləmək. On il bundan əvvəl Zeynəb bircə vaxt namazını keçirsəydi, anası onun qol-qabırğasını...

QOL-QANAD (ID - 25753)

is. 1. Bax qanad 1-ci mənada.
2. Şaxə, qol-budaq. Ot saçaqları sallanan bir təpədə iri qol-qanadı qurumuş bir ağac vardı. Çəmənzəminli. □ Qol-qanad atmaq - şaxələnmək, yayılmaq, genişlənmək, inkişaf etmək, böyümək. Budaqların...

QOL-QIÇ (ID - 25754)

is. Əl-ayaq, ətraf üzvlər. Qolqıçını əzmək. - Tərlan hər gündə döyərdi Laçını; Sındırardı yazığın qol-qıçını. Ə.Vahid.

QOL-QOLA (ID - 25755)

zərf Qollarını bir-birinə keçirmiş halda. Qol-qola gəzmək. Qol-qola sürüşmək. - Onümüzdə dursa da min əngəl, min təhlükə; Gəzəcəyik səninlə qol-qola ölkəölkə. S.Rüstəm. Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəlf...

QOLLU (ID - 25756)

sif. Qolları olan. Qollu jaket. Qollu paltar.

QOLLU-BUDAQLI (ID - 25757)

sif. Çoxlu qolları olan. Qollu-budaqlı ağac. - Dağlıq, yamaclıq yerlərdə dağın və yamacın ətəyindən başlayaraq, ətrafa qollu-budaqlı lağımlar atırlar. Ə.Vəliyev.

QOLLU-QANADLI (ID - 25758)

bax qol-budaqlı. Şəhərin kənarındakı qollu-qanadlı ağacların yaşıl budaqları alaçığa çevrilərək ağacların diblərini quru saxlayırdı. S.Rəhimov.

QOLORDU (ID - 25759)

is. hərb. köhn. Bir neçə diviziya, ya briqadadan ibarət iri qoşun birləşməsi; korpus.

QOLSUZ (ID - 25760)

sif. 1. Qolu olmayan. Qolsuz mayka. Qolsuz köynək. Qolsuz jilet. Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl ot üstündə ayaqyalın gəzirlər. Mir Cəlal.
2. Bir qolu olmayan (kəsilmiş). Qolsuz adam. Qolsuz qəhrəman.

QOLSUZ-QANADSIZ (ID - 25761)

sif. Aciz, hər cür imkandan məhrum; bir iş görməyə imkanı, bacarığı olmayan.

QOLTUQ (ID - 25762)

is. 1. Qolun, döşün yanı ilə çiyin bəndinin altındakı hissəsi, qolun çiyinlə birləşdiyi yerin altındakı çuxur. Kitabı vurun qoltuğunuza və Arazı hoppanın, keçin .. vətəninizə. C.Məmmədquluzadə. Götürüb qoltuğuna çantasını;...

QOLTUQAGACI (ID - 25763)

is. Topal və ya ayağı xəstə adamların gəzərkən qoltuqlarının altına qoyub dayaq kimi istinad etdikləri ağac. Qoltuqağaclarına söykənib kamançalan; Kölgələr əl uzadır, kim ötüb keçsə yoldan. Ə.Cəmil.

QOLTUQALTI (ID - 25764)

is. Qoltuq altına qoyulan kiçik yastıq.

QOLTUQÇU (ID - 25765)

is. köhn. Qoltuğunda parça və başqa şeylər gəzdirib satan adam; xırdavatçı. Qoltuqçu malları açıb tökdü, gözəl firəng və İstanbul qumaşları şairi heyran qoydu. Çəmənzəminli. [Ələmdar] qoltuqçunun çiynindəkipaltonu götürüb...

QOLTUQÇULUQ (ID - 25766)

is. köhn. Qoltuğunda parça və xırdavat gəzdirib satmaq peşəsi; xırdavatçılıq. [Xəlil:] Mənim sənətim qoltuqçuluqdu, yəni dörd-beş top çit qoltuğuma vurub dolanıram öz kəndimizi. C.Məmmədquluzadə.

QOLTUQFÜRUŞ (ID - 25767)

[qoltuq və fars. ...füruş] köhn. bax qoltuqçu.

QOLTUQFÜRUŞLUQ (ID - 25768)

is. köhn. bax qoltuqçuluq. [Hacı Rəcəbəli:] Bu da marağalı Hənifədir ki, gündüz qoltuqfüruşluq edir, gecələr mənim yanımda olur. M.F.Axundzadə.

QOLTUQLAMA (ID - 25769)

“Qoltuqlamaq” dan f.is.

QOLTUQLAMAQ (ID - 25770)

f. 1. Bir şeyi qoltuğuna vurmaq, qoltuğuna almaq, qoltuğuna keçirmək.
2. Qolunu başqasının qoluna keçirmək, birinin qoluna girmək. Adamların hay-küyü yaxınlaşır.. Hacı Həsən bir tərəfdən və Şeyx Əhməd bir tərəfdən, Şeyx...

QOLTUQLANMA (ID - 25771)

“Qoltuqlanmaq” dan f.is.

QOLTUQLANMAQ (ID - 25772)

“Qoltuqlamaq” dan məch.

QOLTUQLU (ID - 25773)

sif. Qoltuğu söykəmək üçün xüsusi yeri olan. Qoltuqlu kürsü. Qoltuqlu stul. - ..Adəti üzrə məni dalı-dalı aparıb qoltuqlu sandalyada oturtdu. M.S.Ordubadi.

QOLTUQSAZI (ID - 25774)

is. mus. Orta həcmli, beşsimli saz. Çayçı dükanlarında .. əvvəlcə qoltuqsazı çalıb şikəstə oxuyardılar. H.Sarabski.

QOLUBAGLI (ID - 25775)

zərf və sif. Qolları bağlı; qolları bağlı olduğu halda. Qolubağlı keçdim Xudafərindən; Üzüm gülməz, heç açılmaz, ah, mənim. Qurbani. Məmməd bəy vuruşmadan başı açılan kimi, Mustafa xanın buraxıb getdiyi karvana tərəf...

QOLUÇİRMƏKLİ (ID - 25776)

sif. və zərf Paltarının qolları qaldırılmış. Qoluçirməkli işləmək. Qoluçirməkli uzunboy xəmirgir işarə ilə taxtın üstünü göstərdi. Mir Cəlal.

QOLUGÜCLÜ (ID - 25777)

bax qolçomaq 2-ci mənada. Ayna Mirzə Polad müəllimin gizli işlərə qoşulduğunu, qolugüclülər qabağına çıxıb, fəqir-füqəra tərəfdə dayandığı günlərdən narahat olmağa başlamış(dı). S.Rəhimov.

QOLUGÜCLÜLÜK (ID - 25778)

is. bax qolçomaqlıq 2-ci mənada. Hər yerdə, hər mühitdə haqsızlığın, qolugüclülüyün, zorbalığın əleyhinə çıxışlar olurdu. S.Hüseyn.

QOLUKƏSİK (ID - 25779)

sif. Bir qolu kəsilmiş, bir qolu olmayan. Qolukəsik adam.

QOLUQ (ID - 25780)

bax qovluq. Sübhanverdizadə hər bir qoluğu əlində sanballayıb çəkdi və dodaqaltı mırıldandı: - Ünsür.. sənin canın buradadır!.. S.Rəhimov.

QOLUQÜVVƏTLİ (ID - 25781)

sif. Güclü, qüvvətli, sağlam. Bu az zamanda neçə-neçə gözəl oğlanlar, qoluqüvvətli, ürək-təpərli öz müsəlman qardaşlarının əlində badi-fənaya gedib... N.Vəzirov.

QOLUZORBA (ID - 25782)

QOLUZORBALIQ (ID - 25783)

bax qolçomaqlıq 2ci mənada.

QOLUZORLU (ID - 25784)

sif. və is. 1. Bax qoluzorba.
2. Güclü. Yekəpərlər, qoluzorlular özlərini verirlər qabağa, zəifləri, xüsusən qadınları və uşaqları sıxışdırırlar dala. “Kirpi” .

QOM (ID - 25785)

QOMARLAMA (ID - 25786)

“Qomarlamaq” dan f.is.

QOMARLAMAQ (ID - 25787)

f. məh. Dövrələmək, dövrəyə almaq, mühasirəyə almaq. İtlər paltarı su çəkib ağardılmış Safonu qomarladılar. S.Rəhimov. Onların hər ikisi tüfəngini doldurub, dışarı çıxana qədər yasavullar evi qomarladılar. M.Hüseyn.

QOMARLANMA (ID - 25788)

“Qomarlanmaq” dan f.is.

QOMARLANMAQ (ID - 25789)

məch. məh. Dövrələnmək, dövrəyə alınmaq, mühasirəyə alınmaq.

QOMİNDAN (ID - 25790)

Çində 1949-cu ildə qalib gəlmiş xalq inqilabı tərəfindən devrilmiş iri burjuaziya və mülkədarların partiyası.

QOMİNDANÇI (ID - 25791)

is. Qomindan partiyasının üzvü, tərəfdarı.

QOMLAMA (ID - 25792)

“Qomlamaq” dan f.is.

QOMLAMAQ (ID - 25793)

f. Dəstə ilə bağlamaq, toplamaq, yığıb bir yerdə bağlamaq.

QONAQ (ID - 25794)

is. 1. Görüşmək üçün və ya başqa bir məqsədlə birinin evinə gələn adam. ..Naçalnik yanına gələn qonaqlar ilə düşmüşdülər Hacı Namazalının evində. C.Məmmədquluzadə. Qonaqlar üçün papirosla maxorka da gətirilmişdi....

QONAQCIL (ID - 25795)

bax qonaqpərəst. [Qulam dayı:] Məşədibəy qonaqcıl oğlandır. Hökumət adamıdır. M.Hüseyn.

QONAQCILLIQ (ID - 25796)

bax qonaqpərəstlik. Qoyar dost yolunda olan-olmazın; Bəllidir elimin qonaqcıllığı. M.Rahim.

QONAQÇI (ID - 25797)

QONAQ-QARA (ID - 25798)

is. dan. Qonaq(lar). Onun həmişə qonaq-qarası olur.

QONAQ-QARALI (ID - 25799)

sif. dan. Həmişə qonaqları olan. Qonaq-qaralı ev.

Bu səhifə 113 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla