1
İzahlı lüğət - Q hərfi ilə başlayanlar - H. 46
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

QIRÇINMAQ (ID - 25100)

f. məh. İncimək, dözməmək, sınmaq. [Şeyxsəlim] varlığını hiss etmirdi, çünki ona daş dəydikdə belə deyəsən, incimir və qırçınmırdı. M.S.Ordubadi.

QIRÇ, QIRÇ-QIRÇ (ID - 25101)

təql. Dişlərin bir-birinə sürtülməsindən çıxan səs.

QIRDIRILMAQ (ID - 25102)

“Qırdırmaq” dan məch.

QIRDIRMA (ID - 25103)

“Qırdırmaq” dan f.is.

QIRDIRMAQ (ID - 25104)

icb. 1. Qırmağa, sındırmağa, kəsməyə məcbur etmək. Molla Güləndam bacı da düşmənin pəncərəsini mütəəllimələrə qırdırıb və həyətinə qayıtdı. Çəmənzəminli. Qaraca çoban qəsdən buranı seçmişdi. Hələ gecə ikən...

QIRĞI (ID - 25105)

is. zool. Balaca quşları ovlayan iti və uzun caynaqlı, qısa qarmaq dimdikli yırtıcı quş. Qırğı yuvası. - Sərçəni bir qırğı edərkən şikar; Bir tələyə oldu qəzadan düçar. A.Səhhət. Bir azdan sonra qırğı göründü. Çil...

QIRĞIBURUN(LU) (ID - 25106)

sif. Burnunun ortası çıxıq, ucu isə getdikcə nazikləşərək aşağı əyilmiş.

QIRĞIN (ID - 25107)

is. 1. Heyvanların, mal-qaranın, ev quşlarının kütləvi surətdə qırılıb tələf olmasına səbəb olan yoluxucu xəstəlik. Heyvanlara qırğın düşmək.
Böyük insan tələfatı; bu cür tələfata səbəb olan qanlı vuruşma, müharibə;...

QIRĞIOTU (ID - 25108)

is. məh. bot. Dağlarda, çəmənlərdə, kolluqlarda bitən çoxillik ot bitki.

QIRĞIZ (ID - 25109)

is. Qırğızıstanın əsas əhalisini təşkil edən türkdilli xalq və bu xalqa mənsub adam.

QIRĞIZCA (ID - 25110)

sif. və zərf Qırğız dilində. Qırğızca dərs kitabı. Qırğızca danışmaq.

QIRHAQIR (ID - 25111)

is. Kütləvi surətdə qırma, öldürmə, məhv etmə; qırğın. Səmada, torpaqda düşür qırhaqır; Yerdən alov yağır, göydən od yağır. M.Rahim.

QIRX (ID - 25112)

say. 1. Otuz doqquzdan sonra gələn say, 40 ilə işarə olunan rəqəmin adı. Qırx manat. Qırx ədəd. - Qırxında öyrənən gorunda çalar. (Ata. sözü).
2. Bir şəxsin ölümünün qırxıncı günü. Qırx bağla(t)maq - xalq adətincə...

QIRXAYAQ (ID - 25113)

is. zool. 1. Çoxayaqlılar fəsiləsindən uzunsov çoxayaqcıqlı bir cücü.
2. dan. Xərçəng. Bu çinovniklər qorxuram ki, sabah gəlib bunu desinlər ki, sabah badımcan dolması əvəzinə qırxayaq (xərçəng) şorbası içəsiniz. Onda...

QIRXBAYIR (ID - 25114)

is. Gövşəyən heyvanlarda üçüncü və ehtiyat mədəsi.

QIRXBUĞUM (ID - 25115)

is. bot. Əsasən dağlıq yerlərdə bitən, xörəyə qatılan ətirli bir bitki. Beşi də böyrünü yerə vermiş, yenicə bitmiş qırxbuğumdan qıraraq ağızlarına qoyur və çeynəyirdilər. Ə.Vəliyev.

QIRXÇƏLLƏK (ID - 25116)

is. Quyudan su çəkmək üçün hərəkət edən lentə, ya zəncirə bənd edilmiş çanaqlardan ibarət alət.

QIRXDAMAR (ID - 25117)

sif. dan. 1. Canı bərk, davamlı, dözümlü (adam haqqında).
2. Qatları, damarları çox olan (torpaq haqqında).

QIRXDIRILMA (ID - 25118)

"Qırxdırılmaq” dan f.is.

QIRXDIRILMAQ (ID - 25119)

icb. Başında, üzündə, yaxud bədənində olan tüklər ülgüc və ya qayçı ilə dibindən kəsdirilmək. Qoyunlar qırxdırılmışdır.

QIRXDIRMA (ID - 25120)

“Qırxdırmaq” dan f.is.

QIRXDIRMAQ (ID - 25121)

icb. Başında, üzündə, yaxud heyvanın bədənində olan tükləri dibindən kəsdirmək. Başını qırxdırmaq. Saqqalını qırxdırmaq. Qoyunları qırxdırmaq.
[Nadir] bu nədir saçını qırxdırmısan? deyə acıqlı-acıqlı sordu və...

QIRXDİLLİ (ID - 25122)

sif. dan. Hamıya söz verən, hamını aldadan; riyakar, ikiüzlü. Qırxdilli adam.

QIRXDON (ID - 25123)

is. məh. bot. Gövdəsi soğan kimi qat-qat olan, qırmızı gül açan, yeyilən bir bitki.

QIRXIQ (ID - 25124)

sif. Qırxılmış. Qırxıq üz. Qırxıq baş. - Yuxarıdan düşən, işıq .. [miyandarın] qırxıq başını işıldadırdı. Çəmənzəminli. [Dəllək:] Qoy bu topuşu bir üç yaşar quyruğu qırxıq dayçaya döndərim, sonra Ələmdar qardaşın...

QIRXILI (ID - 25125)

sif. Qırxılmış.

QIRXILIQ (ID - 25126)

1. sif. Qırxılmağa yararlı, qırxılmalı olan, qırxılmaq üçün ayrılmış, qırxılmaq vaxtı çatmış. Qırxılıq qoyun. Qırxılıq keçi.
2. Bax qırxlıq2.

QIRXILMA (ID - 25127)

“Qırxılmaq” dan f.is.

QIRXILMAQ (ID - 25128)

QIRXILMIŞ (ID - 25129)

f.sif. Tükü ülgüc və ya qayçı ilə dibindən kəsilmiş; qayçılanmış, qırxılı. Qırxılmış baş. Qırxılmış qoyun. - Qışda şiddətli soyuq təsirindən qırxılmış başlar donub nə ölü olurlar, nə diri. C.Məmmədquluzadə....

QIRXIM (ID - 25130)

is. 1. Bir dəfədə qırxılan yun.
2. Qoyunların qırxılması mövsümü, qoyunlar qırxılan vaxt, qoyunların qırxılması işi.

QIRXIN (ID - 25131)

bax qırxım.

QIRXINCI1 (ID - 25132)

is. Qoyun qırxan adam.

QIRXINCI2 (ID - 25133)

“Qırx” dan sıra sayı. Qırxıncı nömrə. Qırxıncı illər. Qırxıncı gün. Qırxıncı il.

QIRXINTI (ID - 25134)

is. Bir şeyin kənarlarından, ya uclarından kəsilib atılan qırıntılar.

QIRXLIQ1 (ID - 25135)

sif. Qırx rəqəmi ilə əlaqədar olan ölçü; məs.: qırxlıq qazan, kisə və s. (qırx girvənkə, ya qırx kilo tutan qazan, kisə və s.); qırxlıq çəllək (qırx vedrə su və ya başqa maye tutan çəllək); qırxlıq dirək (qırx arşın,...

QIRXLIQ2 (ID - 25136)

is. Qoyunları qırxmaq üçün xüsusi qayçı.

QIRXMA (ID - 25137)

“Qırxmaq” dan f.is.

QIRXMAQ (ID - 25138)

f. 1. Üzündəki, başındakı və ya bədəninin başqa yerlərindəki tükləri ülgüc və ya qayçı ilə dibindən kəsmək. Üzünü qırxmaq. Dəllək başımı qırxdı. - ..Usta bir müştərinin başını qırxıb qurtarıb qanatdığı yerlərə...

QIRXYARPAQ (ID - 25139)

is. məh. bot. Çoxyarpaqlı, xırda gül açan ot bitki.

QIRICI (ID - 25140)

sif. 1. Qıran, məhv edən, qırıb tələf edən, öldürücü. Həşərat qırıcı vasitələr.
Düşmən gəmi və təyyarələrini məhv etmək, düşmən diversantları və s. ilə mübarizə etmək vəzifəsini daşıyan. Qırıcı aviasiya....

QIRIQ (ID - 25141)

sif. 1. Qırılmış, kəsilmiş. Qırıq ip. Qırıq məftil.
Rabitəsiz, əlaqəsiz. Qırıq cümlə.
Sınıq, sınmış. Qırıq kasa. Qırıq şüşə. Sarxan əlindəki qırıq fənəri yuxarı qaldırdı. M.Hüseyn. Yelkənlər qırıq quş...

QIRIQÇI (ID - 25142)

dan. bax sınıqçı.

QIRIQÇILIQ (ID - 25143)

dan. bax sınıqçılıq.

QIRIQ-QIRIQ (ID - 25144)

sif. və zərf Tikə-tikə, parça-parça. Qırıq-qırıq xətt. Qırıq-qırıq olmaq. //Rabitəsiz. [Ustalar] .. arabir danışır, qırıqqırıq fikirlər və mülahizələr yürüdürdülər. Çəmənzəminli. [Sübhanverdizadə] ..Nemətullayev...

QIRIQ-QURAQ (ID - 25145)

sif. Qırıq parçalardan ibarət olan.

QIRIQ-QURUQ (ID - 25146)

dan. bax qırıq-sökük
2-ci mənada.

QIRIQLIQ (ID - 25147)

is. 1. Qırıq şeyin halı; sınıqlıq. 2. Əzginlik, ağrı, sızıltı. Bütün vücudumda bir qırıqlıq, bir sızı hiss edirəm. A.Şaiq.

QIRIQ-SÖKÜK (ID - 25148)

dan. 1. sif. Rabitəsiz, dağınıq.
sif. Dağılmış, sökülmüş, sınıq.
is. Qırıntı, söküntü, tullantı.

QIRIQ-TÖKÜK (ID - 25149)

bax qırıq-sökük 1 və
2-ci mənalarda.

Bu səhifə 156 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif