İzahlı lüğət

QOBUZ (ID - 25650)

QOCA (ID - 25651)

1. sif. Yaşlı, qocalmış (cavan ziddi). Qoca kişi. Qoca kəndli. Qoca alim. Qoca at.
Bahadır hələ üzünü yumamış, ev yiyəsi qoca arvad Bahadırı çay içməyə çağırdı. N.Nərimanov. Bu anda qoca usta başını dik qaldırıb, dəmir...

QOCAFƏNDİ (ID - 25652)

sif. Qoca üçün əlverişli, qocaya yaraşan, qocaya münasib olan.

QOCALAŞDIRMA (ID - 25653)

“Qocalaşdırmaq” dan f.is.

QOCALAŞDIRMAQ (ID - 25654)

f. Qoca göstərmək. Bu paltar onu lap qocalaşdırır.

QOCALAŞMA (ID - 25655)

“Qocalaşmaq” dan f.is.

QOCALAŞMAQ (ID - 25656)

f. Yavaş-yavaş qocalmaq, qocalıq yaşına dolmaq.

QOCALIQ (ID - 25657)

is. 1. Qoca adamın, heyvanın və ya ağacın halı. Ay ağalar, tutdu qoldan; Bixəbər birdən qocalıq. Molla Cümə. Atalar oğul istər ki, qocalıqda söykənəcəkləri olsun. Mir Cəlal.
2. Qədimlik, köhnəlik.
□ Qocalıqda yorğalıq...

QOCALI-CAVANLI (ID - 25658)

top. Qocalar və cavanlar hamısı. Qocalı-cavanlı hamısı təzə paltar geyinmişdi. Ə.Vəliyev.

QOCALMA (ID - 25659)

“Qocalmaq” dan f.is.

QOCALMAQ (ID - 25660)

f. 1. Qoca olmaq, qocalıq yaşına dolmaq. O çox tez qocaldı. - Cavanlar gəldi dünyayə, qocaldım, heyf pir oldum. S.Ə.Şirvani. Əfsus qocaldım, ağacım düşdü əlimdən; Səd heyf cavanlıq! M.Ə.Sabir.
2. məc. Köhnəlmək, gücdən...

QOCALMIŞ (ID - 25661)

f.sif. 1. Qoca yaşına çatmış; qoca. Qocalmış kişi. Qocalmış şair.
2. Köhnəlmiş, gücdən düşmüş, yıpranmış. Qocalmış çinar. Qocalmış torpaq.

QOCALTMA (ID - 25662)

“Qocaltmaq” dan f.is.

QOCALTMAQ (ID - 25663)

1. icb. Vaxtından tez qocalmasına səbəb olmaq. Dərd onu qocaltdı.
2. f. Qoca kimi göstərmək, qoca göstərmək. Sən özünü lap qocaltdın. Bu paltar onu qocaldır.

QOCAMAN (ID - 25664)

sif. 1. Yaşlı, çox yaşayıb yaratmış, təcrübə qazanmış; uzunmüddətli xidmət və fəaliyyətinə görə hamının hörmətini qazanmış; əməkdar. Qocaman alim. Qocaman ədib. Qocaman artist. - Qoca ayrı, qocaman ayrı. (Ata. sözü)....

QOCAYANA (ID - 25665)

b ax qocafəndi.

QOÇ (ID - 25666)

is. 1. Qoyunun erkəyi, damazlıq erkək qoyun. Qoç döyüşünə qoç dayanar. (Ata. sözü). □ Qoç döyüşdürmək - keçmişdə: əyləncə üçün xüsusi təlim verilmiş qoçları bir-biri ilə kəllə-kəlləyə vuruşdurmaq adəti. [Allahqulu:]...

QOÇAQ (ID - 25667)

sif. İgid, şücaətli, rəşadətli, qorxmaz; mərd. [Heydər bəy:] ..Handa bir rəşid və qoçaq adam cürət edib bir yük, iki yük çıxarda bilər. M.F.Axundzadə. Məgər bu şəhərdə hamıdan qoçaq mən oldum? C.Məmmədquluzadə. // Zirək,...

QOÇAQCASINA (ID - 25668)

zərf Qoçağa layiq bir surətdə, igidliklə, mərdliklə. Qoçaqcasına hərəkət.

QOÇAQLANMAQ (ID - 25669)

bax qoçaqlaşmaq.

QOÇAQLAŞMA (ID - 25670)

“Qoçaqlaşmaq” dan f.is.

QOÇAQLAŞMAQ (ID - 25671)

f. Qoçaq olmaq, igidləşmək, cəsurlaşmaq, ürəklənmək. // Zirəkləşmək.

QOÇAQLIQ (ID - 25672)

is. İgidlik, rəşadət, şücaət, mərdlik. Qoçaqlıq göstərmək. - [Tarverdi:] A qardaş, bircə qulaq as, gör nə deyirəm, sən qoçaqlığı lap qələt anlayırsan. M.F.Axundzadə. // Zirəklik, hünərlilik, hünər. [Cahanın] qoçaqlığını...

QOÇBAŞI (ID - 25673)

is. tar. Qədim müharibələrdə: qalaların divarlarını dəlmək üçün bir tərəfinə qoyun başı kimi dəmir taxılmış tirdən ibarət hərb aləti. Gecə-gündüz divarları qoçbaşı adlanan alətlərlə dağıdırdılar.

QOÇBAZ (ID - 25674)

is. [qoç və fars. ...baz] Köhnə məişətdə: döyüşdürmək üçün qoç saxlayan və bu işlə məşğul olan adam.

QOÇBAZLIQ (ID - 25675)

is. Köhnə məişətdə: döyüşdürmək üçün qoç saxlama və qoç döyüşdürmə. Mollaxanadan qovulan gündən etibarən uşaq fikrini quşbazlıq, qoçbazlıq .. və bu kimi işlərə verərdi. H.Sarabski.

QOÇBUYNUZU (ID - 25676)

sif. və zərf Qoçbuynuzu kimi buruq. [Zöhrə] .. birçəklərini qoçbuynuzu burdu, sonra balaca darağı ilə telini darayıb, birçəklərinin arasında qırçınladı. Ə.Vəliyev.

QOÇLUQ (ID - 25677)

is. dan. İgidlik, qoçaqlıq, ürəklilik, diribaşlıq, zirəklik, dilavərlik.

QOÇU (ID - 25678)

is. köhn. Keçmişdə: xalqa əziyyət verən, camaatı qorxu altında saxlayan, tədhiş edən, qan tökməkdən çəkinməyən, özbaşınalıq edən adam; qolugüclü. Qoçular, quldurlar qatar taxardı; Fağır-füqərayə yanyan baxırlar. Aşıq...

QOÇUBAZLIQ (ID - 25679)

is. köhn. Keçmişdə: varlıların qoçu saxlaması, qoçulara arxalanması. // Qoçuluq etmə, qoçuluqla məşğul olma; xalqı tədhiş edib əziyyət vermə; qoçuların başlı-başınalığı. // Dəstəbazlıq, zorakılıq, qolugüclülük. Çar...

QOÇULUQ (ID - 25680)

is. köhn. Qolçomaqlıq, qolugüclülük, zorakılıq. // Qoçuların başlı-başınalığı. Doğrudan da, mədənlərdə oğurluq, qoçuluq gündən-günə artırdı. A.Şaiq.

QODUQ (ID - 25681)

is. Eşşəyin balası (bəzən söyüş yerində işlənir). Qoduq hürkəndə anasından qabaq düşər. (Ata. sözü).

QODUQLAMA (ID - 25682)

“Qoduqlamaq” dan f.is.

QODUQLAMAQ (ID - 25683)

f. Bala doğmaq, balalamaq (eşşək haqqında).

QODUQLANMA (ID - 25684)

dan. “Qoduqlanmaq” dan f.is.

QODUQLANMAQ (ID - 25685)

f. dan. Birinin qabağında kiçilmək, alçalmaq, yaltaqlanmaq.

QODUQLUQ (ID - 25686)

QODU-QODU (ID - 25687)

is. etnoqr. Keçmişdə: arasıkəsilmədən yağış yağdıqda kənd uşaqlarının toplaşıb həyət-həyət gəzərək nəğmə oxuma mərasimi və bu mərasimdə oxunan nəğmənin özü.

QOĞAL (ID - 25688)

is. Kiçik, yağlı və ya yağsız, südlü girdə çörək; kökə. Yağlı qoğal. Mehmanlara hazır elə min dürlü naharı; Ver küncə qoğalı. M.Ə.Sabir.

QOHUM (ID - 25689)

is. 1. Biri ilə qohumluq əlaqəsi olan adam. Yaxın qohum. Uzaq qohum. Ata tərəfindən qohum. - Hazırda mən öz qohumlarım və öz elim ilə bərabər cəbhəyə gedirəm. M.S.Ordubadi. Məlum oldu ki, Mirzə Səfərin, Həsən ağanın qohumu...

QOHUMBAZ (ID - 25690)

is. [qohum və fars. ...baz] Öz qohumlarını həddindən artıq sevən adam; öz qohum və yaxın adamlarının mənafeyini ictimai mənafedən yüksək tutan, yalnız onların mənafeyini güdən adam. // Tərəfsaxlayan, üzgörən adam.

QOHUMBAZLIQ (ID - 25691)

is. Öz qohum-qardaşını həddən artıq sevmə; yalnız öz qohumlarının yaxın adamlarının mənafeyini güdmə, birinci növbədə onların xeyrini nəzərdə tutma. Kiminin rüşvətxorluğu, qohumbazlığı; kiminin xəsisliyi, bəzisinin nadanlığı...

QOHUMCANLI (ID - 25692)

sif. Öz qohumlarını, öz yaxın adamlarını çox sevən, onların qeydinə qalan. Qohumcanlı adam.

QOHUMCANLILIQ (ID - 25693)

is. Öz qohumlarını, öz yaxın adamlarını çox sevmə, onların qeydinə qalma.

QOHUM-ƏQRƏBA (ID - 25694)

top. [qohum və ər. əqrəba] Qohumlar. [Xortdan:] Qohuməqrəba yığılıb onu evdən qovdular, qaldı küçədə. Ə.Haqverdiyev. [Həcər xanım:] Piri baba, Çingizin burada olmasının xatası yoxdur, Şahbaz bəyin qohum-əqrəbası dinc durmayacaqdır....

QOHUM-QARDAŞ (ID - 25695)

top. Qohumlar, əqrəba. Kimim vardır qohum-qardaş el olsun; Qərib öldüm, bikəs öldüm, yad öldüm. M.V.Vidadi. Bütün qohum-qardaş başına toplanmış olduğu halda, .. [Günəşin] qəlbi açılmır, üzü gülmürdü. A.Şaiq. Cümə günü...

QOHUM-QONŞU (ID - 25696)

bax qonum-qonşu. Mirzə Kələntəri həyətdə görməyən qohumqonşu təəccüblə ondan soruşdular. S.Rəhimov. Qohum-qonşu qadınlarla görüşmək Büləndi çox yormuşdu. Ə.Əbülhəsən.

QOHUM-QUDA (ID - 25697)

b a x qohum 1-ci mənada. Hacı Abtalıb istəyir səninlə qohum-quda olsun. H.Sarabski.

QOHUMLAŞDIRMA (ID - 25698)

“Qohumlaşdırmaq” dan f.is.

QOHUMLAŞDIRMAQ (ID - 25699)

f. Qohum etmək, yaxınlaşdırmaq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed