1
İzahlı lüğət - Q hərfi ilə başlayanlar - H. 31
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

QEYRİ-MƏMNUN (ID - 24350)

sif. [ər.] Məmnun olmayan, razı olmayan, xoşnud olmayan.

QEYRİ-MƏMNUNLUQ (ID - 24351)

is. Qeyri-məmnun olma, məmnunsuzluq, xoşnudsuzluq.

QEYRİ-MƏNTİQİ (ID - 24352)

sif. Məntiqə zidd olan; ziddiyyətli, ardıcıl olmayan. Qeyri-məntiqi mühakimə. Qeyri-məntiqi ifadə.

QEYRİ-MƏSKUN (ID - 24353)

sif. [ər.] Məskun olmayan, adam yaşamayan. Qeyri-məskun yerlər.

QEYRİ-MÖTƏBƏR (ID - 24354)

sif. [ər.] Mötəbər olmayan, etibar edilə bilməyən. Qeyri-mötəbər xəbərlər.

QEYRİ-MUƏYYƏN (ID - 24355)

sif. [ər.] Müəyyən olmayan, dəqiqləşdirilməmiş, müəyyən edilməmiş. Qeyri-müəyyən istiqamət. Qeyrimüəyyən vaxt. Qeyri-müəyyən şərtlər. // Tam aydın və müəyyən olmayan, qəti olmayan, naməlum. Qeyri-müəyyən cavab. Qeyrimüəyyən...

QEYRİ-MUƏYYƏNLİK (ID - 24356)

is. Qeyri-müəyyən şeyin hal və vəziyyəti.

QEYRİ-MUKƏMMƏL (ID - 24357)

sif. [ər.] Mükəmməl olmayan, tamamlanmamış, təkmilləşməmiş; bitməmiş, yarımçıq. Qeyri-mükəmməl rəsm. Qeyri-mükəmməl üsul.

QEYRİ-MUKƏMMƏLLİK (ID - 24358)

is. Qeyri-mükəmməl şeyin halı; natamamlıq, yarımçıqlıq.

QEYRİ-MUMKUN (ID - 24359)

sif [ər.] Mümkün olmayan, imkansız, imkan xaricində olan, həyata keçirilə bilməyən. Qeyri-mümkün iş.

QEYRİ-MUMKUNLUK (ID - 24360)

is. Mümkün olmama, imkan xaricində olma, həyata keçirilə bilməmə.

QEYRİ-MUNBİT (ID - 24361)

sif. [ər.] Münbit olmayan, bitkini yaxşı bitirməyən, məhsul verməyən, bərəkətsiz. Qeyri-münbit torpaq. Qeyri-münbit sahə.

QEYRİ-MUNBİTLİK (ID - 24362)

is. Qeyri-münbit torpağın halı; bərəkətsizlik.

QEYRİ-MUNTƏZƏM (ID - 24363)

sif. [ər.] Müntəzəm olmayan, tərtibsiz, nizamsız. Qeyri-müntəzəm qoşun. - Üzəngilər qeyri-müntəzəm (z.) bir halda cingildədi. M.Hüseyn.

QEYRİ-MUNTƏZƏMLİK (ID - 24364)

is. Qeyri-müntəzəm şeyin halı; tərtibsizlik, nizamsızlıq. Hərəkətin qeyri-müntəzəmliyi.

QEYRİ-MUTƏHƏRRİK (ID - 24365)

sif. [ər.] Bir yerdən başqa yerə köçürülə bilməyən, yerindən tərpədilə bilməyən, hərəkət etməyən.

QEYRİ-MUTƏHƏRRİKLİK (ID - 24366)

is. Qeyrimütəhərrik şeyin halı.

QEYRİ-MUTƏNAHİ (ID - 24367)

sif. köhn. İntəhasız; sonu-axırı olmayan.

QEYRİ-MUTƏNAHİLİK (ID - 24368)

is. köhn. Sonsuzluq, intəhasızlıq, sonu-axırı olmama.

QEYRİ-MUTƏNASİB (ID - 24369)

sif. [ər.] Mütənasib olmayan; bir-biri ilə uyğun olmayan, tutmayan. // Aralarında nisbət olmayan.

QEYRİ-MUTƏNASİBLİK (ID - 24370)

is. Qeyri-mütənasib şeyin halı; bir-biri ilə uyğun olmama, tutmama.

QEYRİ-MUTƏŞƏKKİL (ID - 24371)

sif. [ər.] Təşkil olunmamış; mütəşəkkillikdən, təşkilatdan məhrum. Qeyri-mütəşəkkil kütlə. Qeyrimütəşəkkil çıxış. Qeyri-mütəşəkkil iş. Qeyrimütəşəkkil (z.) hərəkət etmək.

QEYRİ-MUTƏŞƏKKİLLİK (ID - 24372)

is. Qeyrimütəşəkkil şeyin halı. Konsertin qeyri-mütəşəkkilliyi nəzərə çarpdı.

QEYRİ-MUVAFİQ (ID - 24373)

sif. [ər.] Müvafiq olmayan, uyğun olmayan, münasib olmayan, məqsədə uymayan.

QEYRİ-NİZAMİ (ID - 24374)

sif. [ər.] Nizami olmayan. Qeyri-nizami qoşun. // zərf Nizamsız bir surətdə, heç bir nizam və qaydaya riayət etmədən.

QEYRİ-NİZAMİLİK (ID - 24375)

is. Qeyri-nizami qoşunun halı.

QEYRİ-NORMAL (ID - 24376)

sif. [ər. qeyri və lat. normal] Normal olmayan, adi normadan kənara çıxan; qeyri-adi. Qeyri-normal hal. Qeyri-normal hərəkət. Qeyri-normal vəziyyət.

QEYRİ-NORMALLIQ (ID - 24377)

is. Qeyri-normal olma; qeyri-normal vəziyyət, hal. Vəziyyətin qeyri-normallığı.

QEYRİ-REAL (ID - 24378)

sif. [ər. qeyri və lat. real] Real olmayan, gerçək olmayan, həyati olmayan, həyata keçirilə bilməyən.

QEYRİ-REALLIQ (ID - 24379)

is. Real olmama, həyati olmama, həyata keçirilə bilməmə. Təklifin qeyri-reallığı.

QEYRİ-RƏSMİ (ID - 24380)

sif. [ər.] Rəsmi olmayan, rəsmiyyətə salınmamış, rəsmi cəhətdən əhəmiyyəti olmayan. Qeyri-rəsmi məlumat. Qeyri-rəsmi bəyanat. Qeyri-rəsmi tələb. Qeyri-rəsmi (z.) bildirmək, elan etmək. [Məmmədbağır] əvvəl fikrində bunu...

QEYRİ-RƏSMİLİK (ID - 24381)

is. Qeyri-rəsmi olma, rəsmi olmama. Məlumatın qeyri-rəsmiliyi.

QEYRİ-SABİT (ID - 24382)

sif. [ər.] Sabit olmayan, möhkəm olmayan, qərarsız.

QEYRİ-SABİTLİK (ID - 24383)

is. Sabit olmayan şeyin halı.

QEYRİ-SƏMİMİ (ID - 24384)

sif. [ər.] Səmimi olmayan, öz həqiqi hiss və fikirlərini gizləyən, ikiüzlü, riyakar. Qeyri-səmimi adam. Qeyrisəmimi (z.) hərəkət etmək.

QEYRİ-SƏMİMİLİK (ID - 24385)

is. Səmimi olmama, ürəkdən gəlməmə; səmimi olmayan iş, hərəkət, münasibət; ikiüzlülük, riya.

QEYRİ-SİMMETRİK (ID - 24386)

sif. Simmetrik olmayan, mütənasib olmayan.

QEYRİ-ŞƏFFAF (ID - 24387)

sif. [ər.] Şəffaf olmayan, şəffaflıqdan məhrum. Qeyri-şəffaf şüşə. Naftalan yağabənzər, qatı, qeyri-şəffaf bir mayedir.

QEYRİ-ŞƏFFAFLIQ (ID - 24388)

is. Qeyri-şəffaf şeyin halı, xassəsi.

QEYRİ-ŞUURİ (ID - 24389)

zərf [ər.] Düşünmədən, düşünülmədən, bilmədən; qeyri-ixtiyari, qeyri-iradi. Qeyri-şüuri söyləmək. Qeyrişüuri halda demək. - Bəzən arxada qalan atlıya [atlılardan biri] acıqlanaraq, qeyrişüuri bir halda əlini qaldırıb çadırın...

QEYRİ-ŞÜURİLİK (ID - 24390)

is. Qeyri-şüuri olma, qeyri-iradilik, qeyri-ixtiyarilik.

QEYRİ-TƏBİİ (ID - 24391)

sif. [ər.] 1. Təbii olmayan, qeyri-adi. Qeyri-təbii səs. Qeyri-təbii (z.) səslə bağırmaq. - Bahadırın yaşına uyğun gəlməyən ciddiyyəti nə üçünsə qocaya qeyritəbii görünmürdü. M.Hüseyn. Çox yatmaq təriflənəsi adət deyildir:...

QEYRİ-TƏBİİLİK (ID - 24392)

is. Qeyri-təbii şeyin halı; sünilik.

QEYRİ-TƏNQİDİ (ID - 24393)

sif. [ər.] Tənqidi olmayan, tənqidə əsaslanmayan. Qeyri-tənqidi münasibət. Məsələyə qeyri-tənqidi (z.) yanaşmaq.

QEYRİ-ÜZVİ (ID - 24394)

sif. [ər.] Heyvan, ya bitki aləminə mənsub olmayan, həyat prosesləri olmayan; cansız. Qeyri-üzvi maddələr. Qeyriüzvi təbiət. // Bitki, ya heyvan aləminə mənsub olmayan maddələrdən ibarət olan; tərkibinə bu kimi maddələr daxil olan....

QEYSƏR (ID - 24395)

is. [əsli lat.] Qədim Roma və Bizans padşahlarının ünvanı. // Ümumiyyətlə, padşah. Ərəb meydan oxudu şövkətli qeysərlərə. Ə.Cavad.

QEYSƏRLİK (ID - 24396)

is. köhn. İmperatorluq, padşahlıq.

QEYZ (ID - 24397)

is. [ər.] Qəzəb, hiddət, acıq. Koroğlu qeyz ilə nərə çəkəndə bir ağaclıqdan eşidilirdi. “Koroğlu” . □ Qeyzə gəlmək, qeyzi tutmaq - hirslənmək, qəzəblənmək, hiddətlənmək, qeyzi tutmaq. Ağalar elə bir qeyzə gəldilər...

QEYZLƏNDİRİLMƏ (ID - 24398)

“Qeyzləndirilmək” dən f.is.

QEYZLƏNDİRİLMƏK (ID - 24399)

məch. Qeyzlənməsinə səbəb olmaq, acıqlandırılmaq, hiddətləndirilmək, acığı tutdurulmaq.

Bu səhifə 151 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif