1
İzahlı lüğət - Q hərfi ilə başlayanlar - H. 72
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

QURBAĞAOTU (ID - 26400)

is. bot. Bataqlıq yerlərdə bitən, bəzi növləri xalq təbabətində işlədilən çoxillik bitki. Poruq və ya qurbağaotu .. növü bataqlıqlarda bitir. Kökü unlu və ətirlidir, bişmiş halda çox ləzzətli olur.. M.Qasımov.

QURBAN (ID - 26401)

is. [ər.] 1. Dini adətlərə görə, Allah yolunda kəsilən qoyun və ya başqa bir heyvan. □ Qurban bayramı - hicri ilin sonuncu ayında müsəlmanların qurban kəsdikləri dini bayram. Qurban kəsmək - həmin mərasimi icra etmək. Bugünkü...

QURBANGAH (ID - 26402)

is. [ər. qurban və fars. ...gah] Qurban kəsilən yer. Yaz vəyay gecələrində bu lampalar eyni ilə bir qurbangah kimi idilər. Ə.Məmmədxanlı.

QURBANLIQ (ID - 26403)

sif. 1. Qurban kəsilmək üçün saxlanmış, ayrılmış. Vaqif oğlunun qurbanlıq qoyunu kimi yerə uzandırıldığını gördükdə qışqırdı. Çəmənzəminli. Ay yazıq, bilmirsənmi, qurbanlıq qoyuna qənd yedirərdilər, xına yaxar, gözünə...

QURBAN-SADAĞA (ID - 26404)

dan. bax sadağa.
□ Qurban-sadağa getmək - həddindən artıq əzizləmək, oxşamaq, nazlamaq.

QURCALANMA (ID - 26405)

"Qurcalanmaq” dan f.is.

QURCALANMAQ (ID - 26406)

f. dan. Qurdalanmaq, yerindəcə tərpənmək, o yan-bu yana çevrilmək (çox vaxt “yerində” sözü ilə). Mürsəl kişi utancaq gözlərini Məryəmə zilləyib yerində qurcalandı. M.Hüseyn. Nəbi ailəsinə sabah haradan çörək tapacağını...

QURCANMA (ID - 26407)

“Qurcanmaq” dan f.is.

QURCANMAQ (ID - 26408)

bax qurcalanmaq. Kazım yerində qurcandı, diqqətlə oğlana baxdı, utancaq bir təbəssüm üzünə yayıldı. Çəmənzəminli.

QURCUXMA (ID - 26409)

“Qurcuxmaq” dan f.is. Qurcuxma düşmək - narahatlıq və maraq əlaməti olaraq hamı yerindəcə hərəkət etmək, tərpəşmək.

QURCUXMAQ (ID - 26410)

f. dan. Bir yerdə sakit oturmayıb tez-tez çevrilmək, qurdalanmaq. Səfər yerində qurcuxur, sonra yenə gözlərini ulduzlara dikərək, qəlbini dinləməyə başla yırdı. Çəmənzəminli. Yarım saat keçmədi ki, yenə topalın qurcuxduğunu...

QURCUŞMA (ID - 26411)

“Qurcuşmaq” dan f.is. “Böyük düz” yiyələrinin arasında yenə qurcuşma düşdü. Ə.Əbülhəsən.

QURCUŞMAQ (ID - 26412)

bax qurcuxmaq.

QURD1 (ID - 26413)

is. Canavar. Düşdü qəzadan ora qurdun yolu; Baxdı ki, görsün, quyu boşdur, dolu. A.Səhhət. Qurd da öz yerini qaranlıq istər ki, onu heç görən olmasın, o da əlinə keçəni dağıdıb gəmirsin, sümüklü-sümüklü, qanlı-qanlı udsun....

QURD2 (ID - 26414)

is. zool. Yumşaq bədənli, uzunsov, ayaqsız, sürünərək hərəkət edən kiçik heyvan. Formaları, rəngləri, növləri, böyüklükləri və yaşayış tərzləri xeyli müxtəlif və qəribə olan minlərlə qurd növü dənizin səthindən...

QURDABƏNZƏR (ID - 26415)

sif. Görünüşcə qurda (soxulcana) oxşayan.

QURDAĞZI (ID - 26416)

is. bot. Çoxillik ot bitki; it ağzı.

QURDALAMA (ID - 26417)

“Qurdalamaq” dan f.is.

QURDALAMAQ (ID - 26418)

f. 1. Bir şeyi əli ilə və ya başqa bir şeylə əlləşdirmək, yerindən tərpətmək, qarışdırmaq, o tərəf-bu tərəfinə toxunmaq. Şeyləri qurdalamaq. - Rəhim bəy dodaqaltı gülümsədi, böyründəki maşanı götürüb manqalın közlərini...

QURDALANMA (ID - 26419)

“Qurdalanmaq” dan f.is.

QURDALANMAQ (ID - 26420)

f. 1. Öz yerindəcə tərpəşmək, nə isə bir şeylə əlləşmək, məşğul olmaq, yüngülcə işləmək; sakit oturmamaq. Binanın o biri başında, üst mərtəbənin balaca eyvanında Salman qurdalanırdı. S.Rəhimov. Yunis yaxınlaşanda ağac...

QURDALAŞMA (ID - 26421)

"Qurdalaşmaq” dan f.is.

QURDALAŞMAQ (ID - 26422)

f. Öz-özünə tərpəşmək, öz yerində qurdalanmaq. Asta-asta dəbərib qurdalaşırsan, deyəsən; Bəzi əfsanəçilərlə yanaşırsan, deyəsən. M.Ə.Sabir.

QURDAOXŞAR (ID - 26423)

b ax qurdabənzər.

QURDBAĞRI (ID - 26424)

is. bot. Meşələrdə geniş yayılmış bir kol bitki; birgöz. Birgöz və ya qurdbağrı .. Azərbaycan meşələrində geniş yayılmışdır. Hündürlüyü 3 m-ə qədər olan koldur. M.Qasımov.

QURDBASAN (ID - 26425)

is. İri çoban iti.

QURDBOĞAN (ID - 26426)

is. bot. Acı və zəhərli şirəsi olan bir bitki, ot.

QURDEŞƏNƏYİ (ID - 26427)

is. dan. 1. Bir-birinə qarışdırılmış, alt-üst edilmiş şey və ya yer haqqında. Bu nədir, elə bil qurdeşənəyidir, hər şey alt-üst edilmişdir.
2. Bədən ətinin parça-parça qızarmasından ibarət xəstəlik.

QURDKOLU (ID - 26428)

is. bot. Paxlalılar fəsiləsindən kol bitki.

QURDQOVAN, QURDQOVUCU (ID - 26429)

sif. tib. İnsan, ya heyvan bağırsaqlarındakı qurdları çıxaran (dərman və s.). Alimlərimiz tərəfindən qankəsici, qurdqovucu, ödqovucu, qusdurucu təsirə malik bir sıra dərman bitkiləri də öyrənilmişdir.

QURD-QUŞ (ID - 26430)

top. Həşərat, cücülər. Toyuq cücələri ilə o ağaclıqda gəzişir, qurd-quş, çəyirtkə tutub yeyir və çalaların altında eşələnirdi. A.Şaiq.

QURDLAMA (ID - 26431)

“Qurdlamaq” dan f.is.

QURDLAMAQ (ID - 26432)

f. Bala doğmaq, balalamaq (qurd haqqında).

QURDLANDIRMA (ID - 26433)

“Qurdlandırmaq” dan f.is..

QURDLANDIRMAQ (ID - 26434)

f. Bir şeyi çox saxlayaraq qurdlanmasına, qurd düşməsinə səbəb olmaq; iyləndirmək. Pendiri qurdlandırmaq. Əti qurdlandırmaq.

QURDLANMA (ID - 26435)

“Qurdlanmaq” dan f.is.

QURDLANMAQ (ID - 26436)

f. 1. Çox qalmaqdan, istidən, yaxud başqa bir səbəbdən qurd düşmək, iylənmək. Pendir qalıb qurdlanıbdır.
2. məc. dan. Paxıllıq etmək, ürəyində paxıllığını çəkmək.

QURDLATMAQ (ID - 26437)

b a x qurdlandırmaq.

QURDLU (ID - 26438)

sif. 1. Qurd düşmüş, qurd dəymiş. Qurdlu alma. Qurdlu pendir.
məc. Kinli, qəlbiqara, paxıl. Qaragünün dərdi böyük idi. Onun gözü ac, ürəyi qurdlu idi. M.Rzaquluzadə.

QURDLUQ (ID - 26439)

is. Canavarlıq, vəhşilik, yırtıcılıq. Qurd doğulduğu zaman qurdluq xasiyyəti ilə yox, yalnız qurdluq şəkli ilə doğulur. M.S.Ordubadi.

QURDLULUQ (ID - 26440)

is. Qurd düşmüş şeyin halı.

QURDOTU (ID - 26441)

is. bot. Paxlalılara mənsub yabanı bir bitki.

QURDU-QURDU (ID - 26442)

is. dan. Həyəcan, yaxud narazılıq əlaməti olaraq gizli danışma, deyinmə, qeybət etmə. □ Qurdu-qurduya düşmək - həyəcan, yaxud narazılıq əlaməti olaraq gizli danışmaq, deyinmək, qeybət etmək.

QURDURMA (ID - 26443)

“Qurdurmaq” dan f.is.

QURDURMAQ (ID - 26444)

“Qurmaq” dan icb.

QURĞAN (ID - 26445)

is. məh. Hasar; böyük və hündür barı.

QURĞU1 (ID - 26446)

is. Bir yerdə qurulmuş mexanizm, maşın, cihazlar sistemi və s. texniki avadanlıq. Orda keşik çəkən bütün fəhlələr; Gözü tək qoruyur bu qurğuları. S.Vurğun. // Hər hansı bir işi, əməliyyatı icra etmək üçün vasitə ola bilən...

QURĞU2 (ID - 26447)

is. dan. 1. Büsat, təntənə, dəsgah. Çərxin gərdişindən bimürvət fələk; Sitəmindən necə canlar itibdir; zülmünü aşikar qıldın nümayan; Qurğular pozulub, sanlar itibdir. Aşıq Ələsgər.
Hiylə, kələk, dolab, əl altından...

QURĞUŞUN (ID - 26448)

is. 1. Göyə çalar bozumtul rəngli çox ağır yumşaq metal. Ərgin qurğuşun. Mətbəə hərfləri qurğuşundan tökülür. Ayrı-ayrı kimyəvi elementlərdən alüminium, sürmə, volfram, nikel, kobalt, qurğuşun və radioaktiv metalların...

QURĞUŞUNLAMA (ID - 26449)

“Qurğuşunlamaq” dan f.is..

Bu səhifə 149 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif