1
İzahlı lüğət - Q hərfi ilə başlayanlar - H. 7
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

QALXINMA (ID - 23150)

“Qalxınmaq” dan f.is.

QALXINMAQ (ID - 23151)

f Qalxmaq, durmaq. Birdən rus qızı yerindən qalxındı, sanki canının ağrısından Ulduzun əllərini bərk-bərk sıxdı. Ə.Məmmədxanlı.

QALXIŞMA (ID - 23152)

“Qalxışmaq” dan f.is.

QALXIŞMAQ (ID - 23153)

f. 1. Hamı birdən ayağa qalxmaq.
B ax qalxmaq 5-ci mənada. [Nizami:] Qızıl Arslanın Məmundan alaraq bizə aşılamaq istədiyi yanlış fikirlərin birisi də Babəkin dinə qarşı yox, təriqətlərə qarşı üsyan etməsinin zəruri olduğunu...

QALXIZMA (ID - 23154)

“Qalxızmaq” dan f.is.

QALXIZMAQ (ID - 23155)

b a x qaldırmaq 1-ci mənada.

QALXMA (ID - 23156)

“Qalxmaq” dan f.is.

QALXMAQ (ID - 23157)

f. 1. Ayağa durmaq, dik vəziyyət almaq. Müəllim sinfə girdikdə şagirdlər qalxdılar. Bütün salondakılar ayağa qalxdılar. Hamı yerindən qalxıb sıraya düzüldü. Harın at qalxdı dik ayaq üstə; Ox dəyən ahu kimi tullandı. A.Səhhət....

QALIQ (ID - 23158)

məc. Sağalmaq. Xəstə artıq qalxıbdır. Xəstə tez qalxana oxşamır.
Bir şeyin üstünə, təpəsinə, başına çıxmaq; yuxarı çıxmaq, dırmaşmaq. Dağa qalxmaq. - Gördüm ki, camaat axşam vaxtı seyrəngaha çıxıb, yol ilə başyuxarı...

QALIQ (ID - 23159)

is. 1. Bir şeyin, işləndikdən sonra artıq qalmış hissəsi, parçası. Yemək qalıqları. Xörəyin qalığı. - Dümbər papiros qalığını ayağı ilə basıb söndürdü. S.Rəhman. // Tullantı. İstehsalat qalıqları.
Verginin və s.-nin...

QALIN-QAYIM (ID - 23160)

qalıqları. - Əxlaq kitabları və asari-ətiqə qalıqları heç bir ölkədə keçmişdə vaqe olan işləri lazımi tərtib və təfsil ilə ifadə edə bilməz. A.Bakıxanov.
riyaz. Bir ədədi bir ədədə bölərkən qalan kəmiyyət.

QALIQLI (ID - 23161)

sif. riyaz. Böldükdə qalıq qalan (b ax qalıq 4-cü mənada).

QALIQSIZ (ID - 23162)

sif. riyaz. Böldükdə qalıq qalmavan (b ax qalıq 4-cü mənada).

QALIM (ID - 23163)

is. Qalma, sağlıq, dirilik. Dəli könlüm, məndən sənə əmanət; Demə bu dünyada qalım yaxşıdır. Xəstə Qasım.

QALIN (ID - 23164)

sif. 1. Kütləsi köndələn vəziyyətdə çox ver tutan, yoğun (nazik müqabili). Qalın kitab. Qalın divar. Qalın döşək. Qalın gön.
Bir-birinə çox yaxın ağaclardan, kollardan ibarət olan; sıx. Gün çıxıb, dağ başından uçdu...

QALINBIĞLI (ID - 23165)

sif. Bığları yoğun olan. Qalınbığlı kişi.

QALINCA (ID - 23166)

sif. Çox qalın. Qalınca bir tir. // Qalın. Qısa adamın qalınca dodaqlarında istehzalı bir gülüş bilindi. H.Nəzərli.

QALINDODAQ (ID - 23167)

sif. Dodaqları qalın olan.

QALINQABIQ (ID - 23168)

sif. Qabığı qalın olan. Qalınqabıq qoz. Qalınqabıq püstə. Qalınqabıq qovun. - Otağım doludur sükutla; Sükutun içində mən qalınqabıq meyvə içində qalmış tum kimi. R.Rza.

QALINQAFALI (ID - 23169)

sif. Heç bir şey qanmayan, həssaslıqdan, real düşünmək qabiliyyətindən məhrum; küt, qanmaz, dərrakəsiz.

QALINQAŞ (ID - 23170)

sif. Qaşları qalın olan.

QALIN-QAYIM (ID - 23171)

sif. Canı bərk, ətli-canlı. Xankişi bir qalın-qayım arvadı aralığa saldı. Mir Cəlal.

QALINLAMAQ (ID - 23172)

b a x qalınlaşdırmaq.

QALINLATMAQ (ID - 23173)

bax qalınlaşdırmaq.

QALINLAŞDIRILMA (ID - 23174)

"Qalınlaşdırılmaq” dan f.is.

QALINLAŞDIRILMAQ (ID - 23175)

məch. Daha qalın hala salınmaq, daha qalın edilmək.

QALINLAŞDIRMA (ID - 23176)

"Qalınlaşdırmaq” dan f.is.

QALINLAŞDIRMAQ (ID - 23177)

f. Daha qalın etmək. Paltonun astarını qalınlaşdırmaq. Yorğanı qalınlaşdırmaq.

QALINLAŞMA (ID - 23178)

“Qalınlaşmaq” dan f.is.

QALINLAŞMAQ (ID - 23179)

f 1. Daha qalın olmaq. Bu kətan yuyulduqda qalınlaşır. // Getdikcə qalın olmaq, yoğunlaşmaq. Zorxana milinin başı nazik idi, lakin getdikcə qalınlaşırdı, ucu isə yumru idi. H.Sarabski.
2. Sıxlaşmaq, kəsifləşmək, çoxalmaq, gurlaşmaq....

QALINLIQ (ID - 23180)

is. 1. Qalın şeyin halı; yoğunluq (naziklik müqabili). Parçanın qalınlığı. Ağacın qalınlığı. - Kərim baba .. bir qarış iki barmaq qalınlığında yaş çubuğu yonurdu. Şaiq. Dərin dərənin içi ilə qumluq aşağı axan suyun...

QALINLIQÖLÇƏN (ID - 23181)

sif. xüs. Müxtəlif şeylərin qalınlığını ölçən. Qalınlıqölçən cihaz.

QALINTÜK(LÜ) (ID - 23182)

sif. Tükü qalın, sıx və çox olan. Qalıntüklü qoyun. Qalıntüklü dəri.

QALIŞ (ID - 23183)

is. Qalma; qalmaq işi. Əsli xanım köçdü getdi elindən; Mənim burda qalışıma nə deyim? Aşıq Kərəm.

QALİB (ID - 23184)

sif. [ər.] Üstün gələn (gəlmiş), qələbə çalan (çalmış). Qalib ordu. - Fəxrəddinin qalib dəstələri şəhərə girdiyi zaman, Gəncə qadınları qalib dəstələrin başına damlardan gül səpirdilər. M.S.Ordubadi. // Is. mənasında....

QALİBA (ID - 23185)

ara söz [ər.] kit. köhn. 1. Çox ehtimal ki, yəqin ki, zənnimcə, mənə görə. Demirəm mən sənə şair deyilsən, var şerin; Vəzni var, qafiyə var, qaliba yox can, Yusif! S.Ə.Şirvani.
Bax qalibən. Ümum camaatında qaliba mütəəssib...

QALİBANƏ (ID - 23186)

zərf [ər. qalib və fars. ...anə] Qalib sifəti ilə, qalib kimi, qaliblərə yaraşan bir tərzdə. Qalibanə yürüş.

QALİBƏN (ID - 23187)

zərf [ər.] kit. köhn. Əksəriyyətlə, əksərən, çox zaman, çox vaxt. Əhli İran qalibən bisavaddırlar. M.F.Axundzadə.

QALİBİYYƏT (ID - 23188)

is. [ər.] Döyüşdə, müharibədə, mübarizədə, yarışda üstünlük, müvəffəqiyyət; qalib gəlmə, qələbə (məğlubiyyət ziddi). Düşmən üzərində qalibiyyət. Yarışda qalibiyyət qazanmaq. - Biz səadətin qədrini bildiyimiz kimi,...

QALİBİYYƏTLİ (ID - 23189)

sif. Həmişə qalib gələn, müzəffər; məğlubedilməz. Qalibiyyətli türk ordusu. Qalibiyyətli xalq üsyanı.

QALİBLİK (ID - 23190)

is. Qalib gəlmə, üstün gəlmə. Qalibliyin məğrurluğu nə don geyir; Son zərbənin nəşəsinə bürünəndə?! M.Araz.

QALİFE (ID - 23191)

[fr. xüs. is. -dən] Aşağısı dar, yuxarısı isə yanlardan enli hərbi şalvar. Əksərən uzunboğaz çəkmə, qalife şalvar və cibli köynək geyərək belini qayışla bərkitmiş kişilər furqonun yan tərəfinə doluş(du).. M.Ibrahimov....

QALLAC (ID - 23192)

sif. dan. Əliaçıq, səxavətli. Qallac adam.

QALLAR (ID - 23193)

QALLI (ID - 23194)

QALLİSIZM (ID - 23195)

[fr.] dilç. Fransız dilindən alınma söz, ya ifadə; fransız dilinə xas olan cümlə.

QALLON (ID - 23196)

[ing.] İngiltərədə, ABŞ-da və başqa ölkələrdə maye və səpələnən cisimlər üçün həcm ölçüsü vahidi (4,5 litrə bərabərdir).

QALMA (ID - 23197)

“Qalmaq” dan f.is.

QALMAQ (ID - 23198)

f. 1. Olduğu yerdə və halda durmaq, yerini dəyişməmək, yerindən getməmək. Hamı getdi, o qaldı. Qışda kənddə qalmaq. - Evdə ancaq Sona ilə Bahadır qaldı. N.Nərimanov. Bu axşam student evdə qalaraq, atasına məktub yazmaqla məşğul...

QALMAQAL (ID - 23199)

is. Səs-küy, dava, dava-dalaş. Qalmaqal salmaq (etmək). - Hər zaman ki, səndən umdum şəfəqqət; Bir dava başladın, qalmaqal etdin. M.P.Vaqif. Emalatxanada böyük bir qalmaqal çıxdı. M.S.Ordubadi. Qapı ağzında oturan köhnə cahıl işin...

Bu səhifə 214 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif