1
İzahlı lüğət - Q hərfi ilə başlayanlar - H. 17
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

QARDEROB (ID - 23650)

[fr.] 1. Paltar şkafı. [Əbdüləli bəy:] Biz orasını ərz edirik ki, piano, qarderob kimi alət və əsbabi-qərbiyyə ilə çaxça və kasa kimi aləti-şərqiyyə bir-birinə taraz gəlmir. C.Cabbarlı.
2. İctimai binalarda üst paltarı saxlamaq...

QARE (ID - 23651)

is. [ər.] köhn. 1. Oxucu, mütaliəçi. Niyə bəs belə bərəldirsən, a qare, gözünü? Yoxsa bu ayinədə əyri görürsən özünü? M.Ə.Sabir. Ey möhtərəm qarelərim, topladığım bu əşar; Həp ürəkdən çıxan bütün ixtiyarsız fəryaddır....

QARƏT (ID - 23652)

is. [ər.] Bir ölkəni, xalqı, camaatı soyma, var-yoxunu zorla əlindən alma; çapqın, çapovul, talan. Avarın qaniçən xanı Bayan, bulqarları məğlub edərək, qətl və qarətdə əlindən gələni etdi. A.Bakıxanov. Dəhşətli qarət davam...

QARƏTÇİ (ID - 23653)

bax qarətgər. Çar jandarmeriyası və çar polisləri Bakı şəhərini qarətçilərə, quldurlara, adamöldürənlərə tapşırmışdı. M.S.Ordubadi.

QARƏTÇİLİK (ID - 23654)

b ax qarətgərlik.

QARƏTGƏR (ID - 23655)

is. [ər. qarət və fars. ...gər] Qarətlə məşğul olan adam; soyğunçu, çapovulçu, talançı, quldur. Məktəb dediyin qeydidilü bəndi-zəbandır; Qarətgəri-candır. M.Ə.Sabir.

QARƏTGƏRLİK (ID - 23656)

is. Çapqınçılıq, soyğunçuluq, talançılıq, çapovçuluq, quldurluq.

QARGÜLLƏSİ (ID - 23657)

is. Uşaqların qardan qayırdıqları top, yumru. Həvəsim yox məscidə getməyə, neynim, a bacı? Qoy gedim küçədə qargülləsi oynum, a bacı! M.Möcüz.

QARĞA (ID - 23658)

is. Leş və böcəklərlə qidalanan iri, döşü boz qara quş. Qarğanın səsi çıxanda qar gələr. (Ata. sözü). Qarğaya güllə atırdım, gündə gəlib toyuqların cücələrini daşıyır. Ə.Haqverdiyev. □ Qarğa-quzğun kimi tökül(üş)mək...

QARĞAAYAĞI (ID - 23659)

is. bot. Aran yerlərdə yayılmış yeyilən bir bitki.

QARĞABURNU (ID - 23660)

is. 1. Qapını içəridən kilidləmək üçün qarmaq, ucuəyri dəmir.
tex. Dəmir və s.-ni əymək üçün xüsusi quruluşlu kəlbətin.

QARĞABURUN (ID - 23661)

sif. dan. Bumunun ucu qabağa uzanmış, biçimsiz bumu olan. [Hacı] sizin bildiyiniz qarğaburun, muncuqgöz, təkəcə saqqal hacılara bənzəməz. Qantəmir.

QARĞADİLİ (ID - 23662)

is. dan. Yalnız bir neçə adam arasında anlaşılan uydurma şərti dil. // Heç kəsin anlamadığı dil. Mən ondan söz soruşuram, o mənə qarğadili danışır.

QARĞADUZU (ID - 23663)

is. köhn. dan. Torpaq altında tapılan yarımşəffaf kristal maddə. ..Zikr olan şeylərdən savayı hər bir əkin yerində gərək qeyri daşlardan əmələ gələn şeylər olsun. Məsələn, qarğaduzu, xörəkdə işlətdiyimiz duz, kükürd,...

QARĞALIBAZAR (ID - 23664)

is. dan. Çox səs-küv olan ver; bazar. □ Qarğalıbazar salmaq səs-küv salmaq, bazar açmaq. [Nəriman:] Nə qarğalıbazar salmısınız? İ.Əfəndivev.

QARĞAMAQ (ID - 23665)

bax qarğımaq. Yeri, gözəl, yeri, sənə qarğamam; Ölənədək işin ahü zar olsun! Xəstə Qasım. [Əzim baba:] Mən elə hər zaman bu qırğını törədən mazarata qarğamışam, bu da havayı gedə bilməzdi. S.Rəhimov. Başmaqlarını sürüyə-sürüyə...

QARĞANMAQ (ID - 23666)

f. Qarğınmaq. Aldılar yarı əlimdən; Qarğana-qarğana (z.) getdi. Aşıq Abbas.

QARĞAOTU (ID - 23667)

is. bot. Dağlıq verlərdə bitən zəhərli bitki (ot).

QARĞASAQQIZI (ID - 23668)

is. məh. Alça, qaysı və gavalı ağaclarının budaq və kötüklərindən sızan yapışqan maddə, şirə, kitrə.

QARĞASOĞANI (ID - 23669)

is. məh. Çöldə və bağlarda bitən soğana bənzər yabanı bitki.

QARĞAŞA (ID - 23670)

is. dan. Qalmaqal, dava, səsküv. [Dədə Qorqud:] Oğul, Qarçar, nə qarğaşa edərsən? “Kitabi-Dədə Qorqud” .

QARĞAŞALIQ (ID - 23671)

is. Qarışıqlıq, hərc-mərclik; səs-küv, haray, çaxnaşma, araqarışma. İclasda qarğaşalıq daha da şiddətləndi. Mir Cəlal. □ Oarğaşalıq salmaq - qarışıqlıq salmaq, hərc-mərclik törətmək, çaxnaşma salmaq.

QARĞATMAQ (ID - 23672)

bax qarğıtmaq. [Zibevdə:]
Sənin qərəzin budur ki, gedəsən Əziz bəyə, o əhli-zələmədən törəyənə, tamam ölülərimizin ruhunu özünə qarğadasan. M.F.Axundzadə.

QARĞI (ID - 23673)

is. bax qamış. [Buğac] yeddisəkkiz yaşlarında ikən özünə qoşa nar çubuğundan bir yay və qarğıdan oxlar qayırmışdı. M.Rzaquluzadə.

QARĞIDALI (ID - 23674)

is. Noxuda oxşar veməli dənləri olan, uzunsov dənliyi iki-üç qat nazik və uzun yarpaqlarla örtülü bostan bitkisi. Qarğıdalı dənli bitkilər ailəsindəndir. Qarğıdalının tərkibində nişasta və yağ çoxdur. // Bu bitkinin dəni....

QARĞIDALIÇI (ID - 23675)

is. k.t. Qarğıdalı becərməklə məşğul olan (adam).

QARĞIDALIÇILIQ (ID - 23676)

is. k.t. Qarğıdalı vetişdirməklə, becərməklə məşğul olma.

QARĞIDALILIQ (ID - 23677)

is. Qarğıdalı əkilmiş tarla, ver; qarğıdalı əkini. Burada yamyaşıl çəltik zəmilərinə, canlı və hündür qarğıdalılığa, iri yarpaqlı tütün kollarına baxdıqca baxmaq istəyirsən. M.İbrahimov.

QARĞILAMA (ID - 23678)

“Qarğılamaq” dan f.is.

QARĞILAMAQ (ID - 23679)

f. Bir şeyin üstünü qarğı ilə örtmək.

QARĞILANMA (ID - 23680)

“Qarğılanmaq” dan f.is.

QARĞILANMAQ (ID - 23681)

məch. Üstü qarğı ilə örtülmək (damın və s.-nin).

QARĞILATMA (ID - 23682)

“Qarğılatmaq” dan f.is.

QARĞILATMAQ (ID - 23683)

icb. Üstünü qarğı ilə örtdürmək.

QARĞILIQ (ID - 23684)

is. Çoxlu qarğı bitən ver; qamışlıq.

QARĞIMA (ID - 23685)

“Qarğımaq” dan f.is.

QARĞIMAQ (ID - 23686)

f. Qarğış etmək, nifrin etmək. Züleyxa da hər gün ağlayır. Fərhadı qarğıyırdı, ki, nə üçün onları bu qədər bəlaya saldı. Cabbarlı. [Günəş] Arazı uzaqlara, Sibir çöllərinə sürgün edərlərsə, onsuz necə yaşaram? -...

QARĞIŞ (ID - 23687)

is. Birisinin haqqında pis arzu, nifrin, bəddua. Gər mənə nifrin edər düşmən, mən ondan qəm yeməm; Kim münafiqdən gələn qarğış dua nisbətlidir. Xətavi. Matməəttəl qalmışam ki, bu nə bəladı, nəzərdi, gözdü, afatdı, vurğudu,...

QARĞIŞLAMA (ID - 23688)

“Qarğışlamaq” dan f.is.

QARĞIŞLAMAQ (ID - 23689)

f. Qarğış etmək, qarğımaq. Kərimin anası oğlunu bu halda görcək, əhvalatdan xəbərdar olardı ki, Kərimi falaqqaya salmışlar və mollanı qarğışlamağa başlardı. H.Sarabski.

QARĞITMAQ (ID - 23690)

icb. Qarğımağa, qarğış etməyə məcbur etmək; qarğımasına səbəb olmaq.

QARI (ID - 23691)

is. 1. Qoca qadın, qoca arvad. Budur! Dünya görmüş o qarıya bax; Mənalı gözləri intizardadır. S.Vurğun. Ayna qarının qolundan tutaraq yanına çəkdi. Ə.Məmmədxanlı.
Arvad, zövcə. Qoca öz qarısı ilə kənddə yaşayırdı. -...

QARIÇQAY (ID - 23692)

is. zool. köhn. Sərçədən azca böyük boz rəngli tarla quşu; torağay. Xuyu məlaikə, özü pərinaz; Cilvəsi qarıçqay, cıqqası şahbaz. M.P.Vaqif.

QARIXDIRILMA (ID - 23693)

“Qarıxdırılmaq” dan f.is.

QARIXDIRILMAQ (ID - 23694)

məch. Çaşdırılmaq, özünü itirəcək bir hala salınmaq.

QARIXDIRMA (ID - 23695)

“Qarıxdırmaq” dan f.is.

QARIXDIRMAQ (ID - 23696)

f. Çaşdırmaq, özünü itirəcək bir hala salmaq. Həsən bəy deyir: - Camaat, nə xəbərdir? Xam uşaqdır, teatr görməyib, o yazıq hürkür, siz də onu lap qarıxdırırsınız. H.Sarabski.

QARIXMA (ID - 23697)

“Qarıxmaq” dan f.is.

QARIXMAQ (ID - 23698)

f. Çaşmaq, özünü itirmək. [Ağa Mərdan:] Yoxsa, əlbəttə, mürafiə məclisində qarıxarsan, dilin tutular.. M.F.Axundzadə. Ştirner bu haqlı təəssüfün qarşısında qarıxıb nə deyəcəyini bilmədi. Ə.Əbülhəsən.

QARILAŞMA (ID - 23699)

“Qarılaşmaq” dan f.is.

Bu səhifə 189 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif