1
İzahlı lüğət - Q hərfi ilə başlayanlar - H. 50
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

QISIQLIQ (ID - 25300)

is. 1. Qısılmış (sıxılmış) şeyin halı.
Boğuqluq, xırıltı.

QISILMA (ID - 25301)

“Qısılmaq” dan f.is.

QISILMAQ (ID - 25302)

f. 1. Bir şeyin arasında qalıb bərk sıxılmaq. Barmağım qapının arasında qısıldı. // Ümumiyyətlə, sıxılmaq. Qocurdan Tiflisi görəndə Bahadırın ürəyi qısıldı.. N.Nərimanov. Adamın ürəyi elə qısılır ki, deyəsən bəs...

QISILMIŞ (ID - 25303)

f.sif. Sığınmış, daldalanmış, bir yerə sığınmış, gizlənmiş. Şən qəhqəhə və gurultularımızla .. kollar və budaqlar arasında qısılmış quşları qaçırırdıq. A.Şaiq.

QISINMAQ (ID - 25304)

1. Bax qısnamaq. [Tarverdi:] Namaz, bura gəl, bilirsənmi, cəbr eləmə; görürsən ki, qorxurlar, dəxi niyə qısınırsan? M.F.Axundzadə.
Bax qısılmaq 3-cü mənada. Balaca uşaqlar yenə də analarına qısınıb yalnız indi tanıdıqları...

QISINTI (ID - 25305)

is. Sıxıntı, çətinlik. Qısıntı çəkmək.

QISIR (ID - 25306)

sif. Müvəqqəti və ya həmişəlik doğmayan. Qısır inək.

QISIRƏMƏN (ID - 25307)

sif. Qısır qalmış anasını təkrar əmən. Qısırəmən dana.

QISIRLAMA (ID - 25308)

“Qısırlamaq” dan f.is.

QISIRLAMAQ (ID - 25309)

f. Qısır qalmaq, doğmamaq, bala verməmək.

QISIRLIQ (ID - 25310)

is. Qısır olma, doğmama, bala verməmə.

QISQAC (ID - 25311)

is. 1. zool. Rütubətli yerlərdə daşların altında yaşayan sarı rəngli, haça quyruqlu uzunsov cücü.
zool. Başında qayçı kimi sıxıcı buynuzları - müdafiə aləti olan cücü; qayçıkəsən.
Xərçəng kimi heyvanların sıxıcı...

QISQACLI (ID - 25312)

sif. Qısqacı olan.

QISQANAN (ID - 25313)

f.sif. bax qısqanc. Mənim rəhmətlik ərim də çox qısqanan adamdı. M.S.Ordubadi.

QISQANC (ID - 25314)

sif. 1. Çox qısqanan. Qısqanc ər. Qısqanc qadın. - Bir-birinə rəqib kəsilən və sönük piltənin bozumtraq alovunu qucaqlamaq istəyən qısqanc pərvanələrin son dəstələri qırılır və dəli bir sevgiyə qurban verilirdi. M.S.Ordubadi.
Paxıl,...

QISQANCLIQ (ID - 25315)

is. 1. Sevdiyi bir adamın tam sədaqət və məhəbbətinə qarşı doğan şübhə, etimadsızlıq hissi; sevdiyi bir adamın başqasına qarşı yaxşı münasibətinə dözməmək xasiyyəti. [Həyat:] ..Sənin qısqanclıqların da, şübhələrin...

QISQANDIRILMAQ (ID - 25316)

“Qısqanmaq” dan məch.

QISQANDIRMA (ID - 25317)

“Qısqandırmaq” dan f.is.

QISQANDIRMAQ (ID - 25318)

icb. Birinin qısqanmasına səbəb olmaq, birində qısqanclıq hissi doğurmaq.

QISQANIŞ (ID - 25319)

is. Qısqanma. Qadın və qızlarda .. qısqanışlar həddindən artıqdır. M.S.Ordubadi.

QISQANMA (ID - 25320)

“Qısqanmaq” dan f.is.

QISQANMAQ (ID - 25321)

f. 1. Sevdiyi, qəlbində məhəbbət bəslədiyi bir adama başqasının münasibətini çəkə bilməmək, yaxud yaxın bir adamının başqasına daha çox meyil və məhəbbət göstərdiyinə, daha çox sədaqətli olmasına şübhələnərək ruhi...

QISQI (ID - 25322)

is. 1. Tələsdirmə, qısnama, qısnağa salma. □ Qısqı basmaq (gəlmək) - bax qısqılamaq.
Hədə, qara-qorxu; hədələmə, sıxışdırma. Qısqı güclü olanda, qorxaq bacadan qaçar. (Ata. sözü). Səlim bəy Nəbinin qısqısından sonra,...

QISQILAMAQ (ID - 25323)

f. dan. Sıxışdırmaq, qısnamaq.

QISQIN (ID - 25324)

dan. bax qısqı 1-ci mənada.

QISQINMAQ (ID - 25325)

f. dan. Çəkinmək, utanmaq, sıxılmaq.

QISQINTI (ID - 25326)

is. dan. Sıxışdırma, tələsdirmə, qısnama. // Sıxıntı, əziyyət.

QISQIRDILMA (ID - 25327)

“Qısqırdılmaq” dan f.is.

QISQIRDILMAQ (ID - 25328)

məch. Üzərinə saldırılmaq (it).

QISQIR(T)MA (ID - 25329)

“Qısqır(t)maq” dan f.is.

QISQIR(T)MAQ (ID - 25330)

f. İti birinin üzərinə saldırmaq qəsdi ilə qıs-qıs demək. [Ovçular] mağaranın içindən ayının nəriltisini eşidib, tüfənglərini hazırladılar və itləri içəri qısqırtdılar. S.S.Axundov. ..Ağsaqqal və mömin adamlar köpəkləri,...

QIS-QIS (ID - 25331)

İti qısqırtmaq üçün işlənən nida.

QIS-QIVRAQ (ID - 25332)

bax qıvraq. [Nəriman] belini enli qayışla qıs-qıvraq bağlamışdı.
İ.Əfəndiyev. Fəvvarə vuraraq qaynayır bulaq; Hovuz zireh geyir sudan qıs-qıvraq. Şəhriyar.

QISMA (ID - 25333)

“Qısmaq” dan f.is.

QISMA-BOĞMA (ID - 25334)

is. Hər tərəfdən sıxışdırma, qısnama. □ Qısma-boğmaya salmaq
çox sıxışdırmaq, çox qısnamaq. [Aqronom:] Nə başlayıblar məni qısma-boğmaya salmağa?.. M.Hüseyn. Qələndərlə bir neçə nəfər isə öz sualları ilə Zülfüqar...

QISMAQ (ID - 25335)

f. 1. Sıxıb tutmaq, iki şey arasında bərk sıxmaq. [Şərəfnisə xanım] şəkil kağızlarını dişin-dişinə qısıb, əlində bərkbərkövkələyir, salır ayağı altına. M.F.Axundzadə. [Kərim baba] uşaqlara məxsus bir sevinclə sümsünü...

QISNAQ (ID - 25336)

1. is. Çox çətin girilə bilən yer.
2. sif. Tələsik, təcili, təxiredilməz. Qısnaq iş. □ Qısnağa salmaq - tələsdirmək, sıxışdırmaq.

QISNAMA (ID - 25337)

“Qısnamaq” dan f.is.

QISNAMAQ (ID - 25338)

f. Təkidlə israr etmək, təkidlə tələb etmək; bərk qısqı gəlmək; sıxışdırmaq, dirənmək. [2-ci kəndli:] Bizi niyə belə dara qısnayırsan? Ə.Haqverdiyev. Mənim qardaşım gəlib məni qısnayıbdır ki, tez
ol, məni də məktəbə...

QISRAQ (ID - 25339)

sif. Doğmayan, qısır. O, qısraq şeydir, öküz deyil ki, qulaqlayıb cütə qoşasan. S.Rəhimov.

QIŞ (ID - 25340)

is. İlin payızdan sonra gələn ən soyuq fəsli. Qarlı qış günündə. Bu il qış çox gec gəldi. - Doğrudur, kəndlərdə və balaca şəhərlərdə qışın o qədər bir səfası yoxdur, amma Tiflis kimi yerdə qış böyük bir qənimətdir....

QIŞÇİÇƏYİ (ID - 25341)

is. məh. bot. Aran rayonlarda bitən tez çiçəklənən ot bitkisi.

QIŞQIR-BAĞIR (ID - 25342)

is. Qışqırıq, çığır-bağır, qışqırma. Qışqır-bağır salmaq. - Zeynal əvvəl bu qışqır-bağırla (z.) bu özbaşınalığın qabağını almaq istəyirdi. Ə.Əbülhəsən.

QIŞQIRIQ (ID - 25343)

is. Çığırtı, bağırtı, çığırtı səsi. Qışqırıq qopmaq. Qışqırıq salmaq. Onun qışqırığını uzaqdan eşitdim. - Bu qədər qışqırığa durdu qonum-qonşu təmam; Dəbərişməz də, veribdir, deyəsən, can, ölübə! M.Ə.Sabir....

QIŞQIRIQ-BAĞIRIQ (ID - 25344)

bax qışqır-bağır. Molla yenə də qışqırıq-bağırıqla (z.) məsələnin üstünü birtəhər örtmək istədisə də, bu dəfə Sirat ona imkan verməyərək belə bir məsəl də çəkdi.. Ə.Əbülhəsən.

QIŞQIRIQÇI (ID - 25345)

sif. Daima qışqıran, bağıran, küy-kələkçi, çığırqan. Qışqırıqçı uşaq.

QIŞQIRIŞMA (ID - 25346)

“Qışqırışmaq” dan f.is.

QIŞQIRIŞMAQ (ID - 25347)

qarş. Hamı birdən, hərə öz yerindən qışqırmaq. Biz bir ağızdan qışqırışdıq. S.Rəhimov. Qızlar gülüşərək yerbəyerdən qışqırışdılar. Ə.Məmmədxanlı.

QIŞQIRMA (ID - 25348)

“Qışqırmaq” dan f.is.

QIŞQIRMAQ (ID - 25349)

f. Bərkdən çığırmaq, bağırmaq. Cənnət xanım.. başını silkələyib elə qışqırdı ki, üzündən pudra ələndi. Mir Cəlal.

Bu səhifə 161 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif