1
İzahlı lüğət - Q hərfi ilə başlayanlar - H. 11
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

QANMA (ID - 23350)

"Qanmaq” dan f.is.

QANMAQ (ID - 23351)

f. Anlamaq, başa düşmək. [Şahbaz bəv:] Əmi, qanmıram ki, siz necə Parij əhlinin adət və xəvasından xəbərdarsınız? M.F.Axundzadə. [Səfdərqulu:] Vallah, mən bilmirəm sən məndən nə istəyirsən, qana bilmirəm, nə qədər fikir...

QANMAZ (ID - 23352)

sif. Anlamaz, anlaqsız, düşüncəsiz, qanacaqsız; ədəbsiz, tərbiyəsiz. ..Bir para qanmaz adamlar gedib özgəsinin yaxasından yapışar, o da gəlib sizin yaxanızdan yapışar, siz də mənim, mən də sizin, axırda qalmaqal çıxar. “Mol....

QANMAZCASINA (ID - 23353)

zərf Ədəbsizcəsinə, heyvancasına.

QANMAZLIQ (ID - 23354)

is. Anlamazlıq, düşüncəsizlik, qanacaqsızlıq, tərbiyəsizlik. [Kosaoğlu:] Özünü niyə qanmazlığa qoyursan? Səni əsgərlikdən saxladım, kolxozun yerini verdim, bostan əkdin. I.Şıxlı.

QANOTU (ID - 23355)

is. bot. Nəm yerlərdə, su kənarlarında, əkinlərin arasında və zibilli yerlərdə bitən birillik bitki.

QANOV (ID - 23356)

[rus.] Arx. Qarlar əridikcə əmələ gələn sular qanovlara gedə bilmir, yolun ortasında qalırdı. Ə.Əbülhəsən.

QANOVUZ (ID - 23357)

is. [fars.] Əksərən al-əlvan olan zərif ipək parça. // Bu parçadan tikilmiş. Qanovuz köynək. Qanovuz yorğan. - Su götürdüm hovuzdan; Seçilmərəm tovuzdan; Mənə bir xəbər deyin; Köynəyi qanovuzdan. (Bayatı). [Gülyaz] anasının...

QANOVUZU (ID - 23358)

sif. Tünd, pürrəng. Şamama dəmdə olan ağ samovardan, qədimlərdə deyildiyi kimi, qanovuzu bir çay töküb gilənar mürəbbəsi ilə mənim qabağıma qoyur. İ.Əfəndiyev.

QANRILMAQ (ID - 23359)

f. Çevrilmək, dönmək, üzünü çevirmək. Fərhad arabir qanrılıb geri baxır və döyüşçülərin nə cür gəldiyini yoxlayırdı. Ə.Vəliyev. Molla qanrılıb baxdı. O, əli şahinli xanın gəldiyini görüb, yola tərəf çevrildi. S.Rəhimov....

QANSIZ (ID - 23360)

1. sif. Qanı az olan, zəif, cansız. // Qanı qaçmış, rəngi qaçmış, solğun. Qansız dodaqları tərpəndisə də, səs gəlmədi. Çəmənzəminli.
zərf Qan tökülmədən, qurban verilmədən. [Zeynəb:] Azadlıq qansız və qurbansız...

QANSIZLAŞDIRILMA (ID - 23361)

“Qansızlaşdırılmaq” dan f.is.

QANSIZLAŞDIRILMAQ (ID - 23362)

məch. Qanı azaldılmaq, qansız hala salınmaq.

QANSIZLAŞDIRMA (ID - 23363)

“Qansızlaşdırmaq” dan f.is.

QANSIZLAŞDIRMAQ (ID - 23364)

f. Qanını azaltmaq, qansız bir hala gətirmək; yeməyini azaltmaq və ya çox yormaq nəticəsində zəiflətmək.

QANSIZLAŞMA (ID - 23365)

“Qansızlaşmaq” dan f.is.

QANSIZLAŞMAQ (ID - 23366)

f. Qanı azalmaq, qansız bir hala gəlmək, yeməmək və ya yorğunluq nəticəsində qansız olmaq, zəifləşmək. // Ağarmaq, solmaq, qırmızılığını itirmək. Dodaqları qansızlaşmaq.

QANSIZLIQ (ID - 23367)

is. 1. Qanı azalma, qan azlığı; qanda qırmızı kürəciklərin azlığı nəticəsində əmələ gələn hal. İgid bir vəqt qansızlara qan verər; Bir vəqt özü qansızlıqdan can verər. Şəhriyar.
2. məc. Rəhmsizlik, insafsızlıq,...

QANSORAN (ID - 23368)

is. və sif. Özgələrin hesabına yaşayan; istismarçı; zalım, qaniçən. Mənim azadlığım qansoranların; Cındır maskasını yırtmaq üçündür! X.Rza.

QANTAR (ID - 23369)

is. köhn. 1. Bax qapan1.
2. Qədimdə işlənmiş ölçü vahidi.

QANTARÇI (ID - 23370)

is. köhn. b a x qapançı.

QANTARÇILIQ (ID - 23371)

is. köhn. bax qapançılıq.

QANTARĞA (ID - 23372)

is. Yüyənin, atın ağzına keçirdilən qoşa dəmir hissəsi, cilovu. Dəliqanlılar dəstəsindən ayrılıb gələn bir nəfər Sadığa yanaşdı, atının qantarğasından tutdu. M.Hüseyn.

QANTARĞALAMA (ID - 23373)

“Qantarğalamaq” dan f.is.

QANTARĞALAMAQ (ID - 23374)

f. 1. Atın ağzına yüyən vurmaq, yüyənləmək.
məc. Qabağını almaq, cilovlamaq. Sən də ey.. Azğın suları qantarğalayan, dur! Dayan! R.Rza.

QANTARĞALANMA (ID - 23375)

“Qantarğalanmaq” dan f.is.

QANTARĞALANMAQ (ID - 23376)

məch. Yüyən vurulmaq, yüyənlənmək, cilovlanmaq.

QANTARĞALATMAQ (ID - 23377)

icb. Yüyənlətmək, yüyən vurdurmaq, cilovlatmaq.

QANTARĞALI (ID - 23378)

sif. Ağzı yüyənli, yüyənlənmiş, cilovlu.

QANTARĞASIZ (ID - 23379)

sif. Ağzı yüyənsiz, yüyənlənməmiş, cilovsuz.

QANTƏPƏR (ID - 23380)

is. bot. Xalq təbabətində işlənən ağ çiçəkli dağ bitkisi. Kəndin qarıları Qəhrəmana qantəpər deyilən çiçəyin çayını içirdilər. S.Rəhimov.

QAN-TƏR (ID - 23381)

is. Çox ağır, əziyyətli, yorucu, gərgin iş nəticəsində bərk tərləmə. Su gəlir lülə-lülə; Yar gəlir gülə-gülə; Əlində güllü dəsmal; Qan-tərin silə-silə. (Bayatı). □ Qantər içində - zəhmətlə, məşəqqətlə, çox...

QANTÖKƏN (ID - 23382)

is. Qatil, adam öldürən, cani. [Odabaşı:] Hər bir cani, qantökən, yolkəsən ki divan əlindən qaçıb onun [Əhməd ağanın] evinə girməyi.. özünə mümkün elərdi, daha hər bir divan siyasətindən özünü [azad] hesab edərdi. Ə.Haqverdiyev....

QANUN1 (ID - 23383)

is. [ər. əsli yun.] 1. İctimai və hüquqi münasibətlərin hər hansı bir sahəsini nizama salmaq üçün dövlət tərəfindən müəyyən edilən qərar, nizamnamə. Seçki qanunu. Əmək haqqında qanunlar. Cəza qanunu. Qanun üzrə hərəkət...

QANUN2 (ID - 23384)

is. [ər.] Yaxın və Orta Şərq ölkələrində geniş yayılmış uzunsov dördbucaq taxta üzərində gərilmiş simlərdən ibarət musiqi aləti.

QANUNAUYĞUN (ID - 23385)

sif. Qanuna müvafiq, qanun ilə düz gələn; təsadüfi deyil, obyektiv qanun üzrə əmələ gələn, qanuna tabe olan. Qanunauyğun hərəkət. Hadisələrin qanunauyğun (z.) inkişaf etməsi.

QANUNAUYĞUNLUQ (ID - 23386)

is. Hadisələr arasında mövcud olan zəruri əlaqə, obyektiv qanunlardan asılılıq. Hadisələrin qanunauyğunluğu. Inkişafın qanunauyğunluqları.

QANUNÇU (ID - 23387)

is. bax qanunşünas.

QANUNÇULUQ (ID - 23388)

is. 1.Bax qanunşünaslıq.
2. B ax qanuniyyət 2-ci mənada.

QANUNƏN (ID - 23389)

zərf [ər.] Qanuna uyğun olaraq, qanun üzrə, qanuna görə. Qanunən rəftar etmək. Qanunən düz deyil. - Şərqi öyrətmək qanun mucibincə lazım olduğunu bütün müəllimlər bilir. Hərçənd ki, qanunən şərqi müəllimi mütəxəssisi...

QANUNİ (ID - 23390)

sif. [ər.] Qanuna müvafiq, qanuna uyğun, qanuna əsaslanan, qanunun yol verdiyi. Qanuni rəftar. Qanuni hərəkət. Qanuni iş. Qanuni tələb.

QANUNİLƏŞDİRİLMƏ (ID - 23391)

“Qanuniləşdirilmək” dən f.is.

QANUNİLƏŞDİRİLMƏK (ID - 23392)

məch. Qanuna uyğunlaşdırılmaq, qanuna müvafiq bir hala salınmaq, qanuni şəklə salınmaq, qanuni qüvvə verilmək.

QANUNİLƏŞDİRMƏ (ID - 23393)

“Qanuniləşdirmək” dən f.is.

QANUNİLƏŞDİRMƏK (ID - 23394)

f. Qanuna uyğun bir hala salmaq, qanuni şəklə salmaq, qanun qüvvəsi vermək.

QANUNİLİK (ID - 23395)

is. Qanuna uyğunluq, qanuna müvafiqlik. Məhkəmə hökmünün qanuniliyi.

QANUNİYYƏT (ID - 23396)

is. [ər.] 1. Qanunilik, qanuna uyğunluq, qanuni olma.
Ictimai həyat və fəaliyyətin qanunlarla təmin olunduğu vəziyyət.

QANUN-QAYDA (ID - 23397)

bax qayda-qanun. Dəyişir sonunu hər şey, diqqət et; Dəyişir adətlər, qanun-qaydalar. B.Vahabzadə.

QANUNLAŞDIRILMA (ID - 23398)

“Qanunlaşdırılmaq” dan f.is.

QANUNLAŞDIRILMAQ (ID - 23399)

bax qanuniləşdirilmək.

Bu səhifə 7 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif