1
İzahlı lüğət - Q hərfi ilə başlayanlar - H. 51
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

QIŞQIRTI (ID - 25350)

is. Qışqırıq, çığırtı, bağırtı; qışqırıq səsi. Balaca uşaqlar .. biqeyd bağın xiyabanlarında qışqırtı ilə yüyürüşürlər. Ə.Haqverdiyev. Elə bu zaman səbir kasası aşıb-daşan Zərrintac xanımın qışqırtısı bütün...

QIŞQIRTMA (ID - 25351)

“Qışqırtmaq” dan f.is.

QIŞQIRTMAQ (ID - 25352)

icb. Birinin qışqırmasına, bağırmasına, çığırmasına səbəb olmaq; bağırtmaq.

QIŞLA (ID - 25353)

is. 1. Əsgəri hissələri yerləşdirmək üçün böyük bina; qazarma. 0əhərə buraxılan qoşun dəstələri bu gün öz qışlalarına çəkilmişdi. M.S.Ordubadi. Bu, qışladan bir neçə yüz metr qədər dalda olan bacanın suyu idi. Ə.Əbülhəsən.
Fabriklər...

QIŞLAQ (ID - 25354)

is. Qoyun və başqa ev heyvanlarının gətirilib saxlandığı mötədil havalı və otlaqlı qışlama yeri. Heyvanlar yaylaqdan qışlağa köçdü. // Qışı keçirmək üçün bina və s. olan yer; oba, kənd. Əvvəlinci məclis Qarabağ vilayətində...

QIŞLAMA (ID - 25355)

“Qışlamaq” dan f.is.

QIŞLAMAQ (ID - 25356)

f. Qışı bir yerdə keçirmək. Qoyunlar aranda qışladı. - Qaçarlar isti yerlərə tamam quşlar ol zaman; Bizimlə qışlayar fəqət dolaşa, sərçə, sağsağan. A.Səhhət. [Pinəçi Qafar:] Bu qışı burada qışlamasam, mədarım keçməz....

QIŞLIQ (ID - 25357)

sif. Qışa, qış fəslinə məxsus, qış üçün ayrılmış, yaxud bir qışa çatacaq qədər olan. Qışlıq azuqə. Qışlıq odun. Qışlıq paltar.

QIŞOTU (ID - 25358)

is. bot. Qışlaqlarda, şoranlıqlarda bitən birillik yem bitkisi.

QIT (ID - 25359)

sif. Tapılmayan, qəhət, yox dərəcəsində az. Sərv ağacı hər ağacdan ucadır; Əsli qıtdır, budağında bar olmaz. Xəstə Qasım. □ Qıt olmaq - tapılmamaq, tapılmayacaq dərəcədə az olmaq, qıtlaşmaq.

QITIQOTU (ID - 25360)

is. bot. Tərkibində efir yağı olan iriköklü bitki. // Bu bitkinin xörəyə qatılıb yeyilən kökü.

QITLAŞDIRMA (ID - 25361)

“Qıtlaşdırmaq” dan f.is.

QITLAŞDIRMAQ (ID - 25362)

f. Tapılmayacaq bir hala gətirmək, bir şeyin tapılmamasına, son dərəcə azalmasına, qəhətliyə səbəb olmaq.

QITLAŞMA (ID - 25363)

“Qıtlaşmaq” dan f.is.

QITLAŞMAQ (ID - 25364)

f. Tapılmaz hala gəlmək, yox olmaq, çatışmamaq, qəhətləşmək, tapılmayacaq dərəcədə azalmaq.

QITLIQ (ID - 25365)

bax qəhətlik. ..Qəzvinin ətrafında suyun qıtlığı cəhəti ilə əksəri-məhsulat yanıb əmələ gəlməmişdi. M.F.Axundzadə. Bunlar çox zaman qapı qabağında görünürlər, .. qıtlıqdan, zülmdən, zalımdan söhbət edirlər. S.Rəhimov....

QIVIRCIQ (ID - 25366)

sif. Qıvrım halda olan. Qıvırcıq saç. Quzunun gör nə qıvırcıq dərisi var!
..Bir qismi də qara gözlərə, qara qıvırcıq saçlara .. daha ziyada məftuniyyət göstərir. A.Şaiq. Gündüz o küçələrdə, gur saçları qıvırcıq;...

QIVIRCIQLANMA (ID - 25367)

“Qıvırcıqlanmaq” dan f.is.

QIVIRCIQLANMAQ (ID - 25368)

f Qıvırcıq hala gəlmək, qıvrım-qıvrım olmaq, buruq-buruq olmaq.

QIVIRCIQSAÇ(LI) (ID - 25369)

bax qıvrımsaç(lı).
Söylə görək, Beyrək adlı, boylu-buxunlu, qara, qıvırcıqsaçlı .. bir igid görmədinmi? M.Rzaquluzadə.

QIVIRCIQTEL(Lİ) (ID - 25370)

bax qıvrımsaç(lı).

QIVIRCIQTÜKLÜ (ID - 25371)

sif. Tükləri qıvrımqıvrım olan. [O] qıvırcıqtüklü papağını boynunun ardına sarı itələyib, ucları kəsik qara kəkilini alnından gözünün üstünə tökmüşdü. M.Hüseyn.

QIVRAQ (ID - 25372)

sif. 1. Sağlam, möhkəm, gümrah, səhhətcə yaxşı. Qıvraq bədən. Xəstə bu gün bir az qıvraqdır. - Səksən yaşındadır, hamıdan qıvraq. Q.Zakir. Həkim yaşlı, lakin qıvraq bir adamdı. Ə.Əbülhəsən. // Çevik, cəld, diribaş,...

QIVRAQLANMA (ID - 25373)

“Qıvraqlanmaq” dan f.is.

QIVRAQLANMAQ (ID - 25374)

b a x qıvraqlaşmaq.

QIVRAQLAŞMA (ID - 25375)

“Qıvraqlaşmaq” dan f.is.

QIVRAQLAŞMAQ (ID - 25376)

f. 1. Sağlamlaşmaq, yaxşılaşmaq, sağalmaq, gümrahlaşmaq. İstirahətdən sonra xeyli qıvraqlaşıbdır.
Yüngülləşmək.
Geyinmək, üst-başını səliqəyə salmaq, düzəltmək. [Xeyransa:] Hə... hə... hə... yaxşı deyirsən. Bir...

QIVRAQLIQ (ID - 25377)

is. Qıvraq adamın halı; sağlamlıq, yüngüllük, çeviklik.

QIVRANMA (ID - 25378)

“Qıvranmaq” dan f.is.

QIVRANMAQ (ID - 25379)

bax qıvrılmaq 3-cü mənada. [Qəhrəman] ümidsiz-ümidsiz qıvranır və yerində yatırdı. S.Rəhimov.

QIVRIQ (ID - 25380)

sif. Qıvrılmış, qıvrılmış halda olan, qıvrım, buruq-buruq. Qıvrıq saç.

QIVRILIŞ (ID - 25381)

is. Qıvrılma, qıvrılma tərzi.

QIVRILMA (ID - 25382)

“Qıvrılmaq” dan f.is.

QIVRILMAQ (ID - 25383)

f. 1. Qıvrıq hala gəlmək, qıvrıq şəkil almaq; burulmaq, buruq-buruq olmaq. Saçları qıvrılmaq. - Onun .. bir tutumluq ağ saqqalı ətsiz çənəsi üzərindən boğazına doğru qıvrılaraq uzanmışdı. A.Şaiq. [Tutubəyimin] iri hörüyü...

QIVRILMIŞ (ID - 25384)

fi.sif. Qıvrım; qıvrım hala düşmüş. Kişinin üz-gözünü qıvrılmış qara tük basmış, yanaqlarını və alnını sarı bir ləkə tutmuşdu. S.Rəhimov.

QIVRILTMA (ID - 25385)

“Qıvrıltmaq” dan f.is.

QIVRILTMAQ (ID - 25386)

f. Qıvrıq hala gətirmək, qıvrılmış hala salmaq.

QIVRIM (ID - 25387)

1. sif. b ax qıvrıq. Qıvrım o saçın müşkə qalib gəlib aləmdə. Heyran xanım. Qıvrım başın əyilmişdir; Doluxsunmuş qara gözün. R.Rza. Qızın qıvrım saçları yastığa dağılmışdı. M.Hüseyn. // Spiral şəklində olan; buruq,...

QIVRIMLAŞDIRILMA (ID - 25388)

“Qıvrımlaşdırılmaq” dan f.is.

QIVRIMLAŞDIRILMAQ (ID - 25389)

məch. Qıvrımqıvrım edilmək, qıvrım hala salınmaq; buruqburuq edilmək.

QIVRIMLAŞDIRMA (ID - 25390)

“Qıvrımlaşdırmaq” dan f.is.

QIVRIMLAŞDIRMAQ (ID - 25391)

f. Qıvrım-qıvrım etmək, qıvrım hala salmaq, buruq-buruq etmək.

QIVRIMLAŞMA (ID - 25392)

"Qıvrımlaşmaq” dan f.is.

QIVRIMLAŞMAQ (ID - 25393)

f. Qıvrım-qıvrım olmaq, qıvırcıq hala düşmək, buruq-buruq olmaq.

QIVRIMLI (ID - 25394)

sif. Qıvrımları olan, qıvrım. // Əyri-üyrü, buruq-buruq. ..Bu qıvrımlıyollar, yerli dildə desək, qıvraq kəndlilərin ayağına dolaşır. Mir Cəlal.

QIVRIMLIQ (ID - 25395)

is. Qıvrım şeyin halı. Qoyunların yemi kifayət qədər olmayanda, yunun uzanması ləngiyir və keyfiyyəti də pisləşir; möhkəmliyi, uzunluğu, nazikliyi və qıvrımlığı pisləşir. “Zootexniya” .

QIVRIMSAÇ(LI) (ID - 25396)

sif. Saçları qıvrım olan, buruqsaçlı. Qaragöz, qıvrımsaç qız güzgünü Nərimandan almadı. Mir Cəlal.

QIVRIMSAQQAL (ID - 25397)

sif. Saqqalının tükləri qıvrım (qıvırcıq) olan.

QIVRINTI (ID - 25398)

is. Bir şeyin qıvrılmış, burulmuş yeri, bükük yeri, qıvrıq yeri.

QIVRIŞMAQ (ID - 25399)

bax qıvrılmaq.

Bu səhifə 172 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif