1
İzahlı lüğət - Q hərfi ilə başlayanlar - H. 4
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

QAÇQIN (ID - 23000)

is. Müharibə, təbii fəlakət və başqa səbəblər üzündən yaşadığı yeri tərk etmiş, oradan qaçmış adam. Ağa Məhəmməd şahın basqınından qaçan qaçqınlar yollarda ağır vəziyyətə rast gəldilər. Mirzə Adıgözəl bəy....

QAÇQINLIQ (ID - 23001)

is. Müharibə, təbii fəlakət və s. üzündən əhalinin öz yerlərini kütləvi surətdə tərk etməsi, öz yerlərindən qaçması. Ballının yerli-yataqlı danışığı, .. qaçqınlıq illərini kədərli söyləməsi Budağı uzun müddət...

QAÇ-QOV (ID - 23002)

bax qaçaqaç.

QAÇMA (ID - 23003)

"Qaçmaq” dan f.is.

QAÇMAQ (ID - 23004)

f. 1. İti, cəld addımlarla getmək, çox iti getmək; yüyürmək. Hara belə qaçırsan? - Pərinisə hövlnak qaçdı ərinin yanına və bilmədi nə eləsin. C.Məmmədquluzadə. O, tələsik yerindən durub qapıya qaçdı. M.İbrahimov.
İş...

QADA (ID - 23005)

is. 1. Bəla, dərd, müsibət, fəlakət. Koroğlu əyilməz yağıya, yada; Mərdin əskik olmaz başından qada. “Koroğlu” . Bənd oldu könül bir gülə, səs tutdu mahalı; Guya ki, bu dünyada qan oldu, qada düşdü. C.Cabbarlı.
2. “Qadası”...

QADA-BALA (ID - 23006)

bax qada. Qab sınması el arasında qada-balanın izalə olması mənasında təfsir olunur. Çəmənzəminli.

QADAĞA (ID - 23007)

dan. bax qadağan. Qorxmursan ovçudan, tülək tərlandan; Məgər yoxdur sənə qadağa, kəklik! Aşıq Rəcəb. Sevmə, sevilmək deyil əsrimizdə qadağa. M.Rahim.

QADAĞAN (ID - 23008)

is. 1. İcazə verilməyən, müsaidə edilməyən şey; adətən xəbər kimi işlənir: qadağandır - qanunən icazə verilmir, yasaqdır. Kənar adamların daxil olması qadağandır. Zalda papiros çəkmək qadağandır. - Bir kimsə soruşmur, bu...

QADAQ (ID - 23009)

is. Bıçaq, qayçı, kəlbətin kimi alətlərin tiyəsini canına bərkidən bənd, ox. Bıçağın qadağı laxlayır.
□ Qadaqda saxlamaq - sərbəstlik verməmək, müəyyən həddən kənara çıxmağa qoymamaq. Bu dil ki var, onu bağlamasan,...

QADALI (ID - 23010)

sif. Bəlalı, dərdli, başıbəlalı, müsibətli. [Qazan xan:] A üzü qaralı, başı qadalı, xatınları, oğul-uşağı nə deyə dustaq etdin?! M.Rzaquluzadə.

QADIN (ID - 23011)

is. Cins etibarı ilə kişinin əksi; arvad. Qadınlar bayramı. Evdar qadın. Qadın həkim. - Ayrım qızı şişman bir qadın idi. Kiçik qumral gözləri, ay kimi yuvarlaq üzü var idi. A.Şaiq. Bir qadın gözündə qəm duysam, o dəm; Sanıram...

QADINLIQ (ID - 23012)

is. 1. Qadına xas olan sifətlər, xüsusiyyətlər. ..Səninsə qadınlıq haqqındır bəlkə; Məni qısqanırsan çiçəklərə də. M.Araz.
top. Qadınlar. Mədəni qadınlığın tarixi bizim qarşımızda oturan bu gənclərlə başlanır....

QADİR (ID - 23013)

sif. [ər.] 1. Qüdrətli, böyük qüvvət və qüdrət sahibi olan. Qadir xalqımız öz gələcəyinə inamla baxır. // Bacaran, qabil; qüvvəsi, gücü çatan. Hər ikisi şiddətli naxoş olduqlarından hərəkətə qadir deyildilər. M.S.Ordubadi....

QADİRLİK (ID - 23014)

is. Bacarma, böyük qüvvət və qüdrət sahibi olma; qüdrət, bacarıq.

QAF1 (ID - 23015)

[ər.] Ərəb əlifbasında ( j) şəklində yazılan hərfin adı.

QAF2 (ID - 23016)

is. [ər.] klas. Əfsanələrdə: ənqa (Simurq) adlı mövhumi quşun yaşadığı Qafqaz sıra dağlarından birinin - Elbrusun (Əlbürzün) qədim adı. Hər quşun olmaz səadətli hümatək kölgəsi; Çünki simurqəm, deyirsən, laməkan Qafın...

QAFA (ID - 23017)

is. [ər.] Baş. Çar zabitlərinin qafasında iki şey hökm sürürdü: şəhvət və şərab. M.S.Ordubadi. Həkimin olmasa qırxıq qafası; Mərizə faidə verməz dəvası. M.Möcüz. Qafa tası - baş kasası, kəllə. Üzünüzü Reyxstağın...

QAFALI (ID - 23018)

bax başlı 1-ci mənada. Hanı məclisi-qumarın, rüfəqayi-meyküsarın? Hanı nəşəyi-xumarın, a qalın qafalı fələ?! M.Ə.Sabir.

QAFASIZ (ID - 23019)

bax başsız 1-ci mənada.

QAFİL (ID - 23020)

sif. [ər.] 1. Nə edəcəyini və başına nə gələcəyini irəlicədən düşünməyib, işini boş tutan; qəflətdə olan; ehtiyatsız, diqqətsiz, xəbərsiz. Qafil xortdan, bu nə xabiqəflətdir ki, uyubsan! Ə.Haqverdiyev. Bu qafil qıza mənimyazığım...

QAFİLANƏ (ID - 23021)

zərfi[ər. qafil və fars. ...anə] Qafilcəsinə, qəflətdə olaraq; diqqətsizliklə, xəbərsizcəsinə, ehtiyatsızcasına. Qafilanə hərəkət etmək. - Xab et, hələ qafilanə xab et. M.Ə.Sabir. Azacıq tar olursa indi hava; Sevinir hər tərəfdə...

QAFİLƏ (ID - 23022)

is. [ər.] Birlikdə yol gedən atlılar və s. dəstəsi; karvan. Qafilə bir az irəliləyib sağ tərəfə - qala qapısına doğru döndü. Çəmənzəminli. Fəxrəddinin qafiləsi Araz çayından Şimali Azərbaycana keçdiyi zaman onun atının...

QAFİLLİK (ID - 23023)

QAFİYƏ (ID - 23024)

is. [ər.] ədəb. Şeirdə: beytlərin və ya misraların son söz və ya səslərinin uyğunluğu, həmahəngliyi. Bu şerin qafiyələri düz gəlmir. - Demirəm mən sənə şair deyilsən, var şerin; Vəzni var, qafiyə var, qaliba yox can, Yusifi!...

QAFİYƏBAZ (ID - 23025)

is. [ər. qafiyə və fars. ...baz] Şerin məzmununa fikir verməyib, ancaq qafiyələri güdən, qafiyələrin düz gəlməsinə çox fikir verən şair.

QAFİYƏBAZLIQ (ID - 23026)

is. Yalnız qafiyə güdüb, şerin mənasına fikir verməmə.

QAFİYƏLİ (ID - 23027)

sif. Qafiyəsi olan. Qafiyəli beyt. Qafiyəli şeir. - Ünvanına tək-tək qafiyəli hərzə də yağdırdılar. R.Rza.

QAFİYƏPƏRDAZ (ID - 23028)

sif. və is. [ər. qafiyə və fars. pərdaz] Qafiyə düzəldən, qafiyə uyduran (şair). Şövqü-vəsli-çəmənində sənin, ey mayeyi-naz; Təbimin bülbülüdür qafiyəpərdaz bu gecə. Şəhriyar.

QAFİYƏPƏRDAZLIQ (ID - 23029)

is. Qafiyə düzəltmə, qafiyə uydurma. Nəhayət, Sabiri “Sabir” edən “Molla Nəsrəddin” oldu. Təb Sabirin idi, qafiyəpərdazlıq Sabirin idi, istedadı-şeriyyə Sabirin idi, fəqət mövzu verən “Molla Nəsrəddin” və Mirzə...

QAFİYƏSİZ (ID - 23030)

sif. Qafiyəsi olmayan, qafiyəsi pozğun olan. Nə qədər çalışdın “ağ” alınmadı; Köhnə qafiyəsiz darıxdı şerim... M.Araz.

QAFİYƏSİZLİK (ID - 23031)

is. Qafiyə nöqsanı, qafiyədə uyğunsuzluq; ahəngsizlik, pozğunluq. // Şeirdə sərbəstlik, qafiyə olmama.

QAFQAZLI (ID - 23032)

sif. və is. Qafqaz xalqlarından birinə mənsub olan; Qafqaz əhli. Qafqazlı qızarmış halda üzrxahlıq edib, çıxıb papirosu çöldə çəkir. F.Köçərli.

QAĞ (ID - 23033)

dan. b ax vağ 2-ci mənada.

QAĞA1 (ID - 23034)

is. Uşaq dilində: hər cür şimi, dadlı, yeməli şey.

QAĞA2 (ID - 23035)

is. dan. Hörmət üçün böyük qardaşa, əmiyə, dayıya və ümumiyyətlə, yaxın adama deyilir. Ay qağa, nə yatmısan, evimi yıxıblar, dur görək bu nə işdir? Mir Cəlal. [Bacısı Şamoya:] Sənə pay saxlamışam, qağa, deyə dəsmalının...

QAĞA3 (ID - 23036)

is. Dimdik. [Piri Fani:] Simurq adında bir quş uçub gələr, bu ağacda məskən edər, onu qoruyar. Sizlərdən hər biriniz özünüz üçün nə istəsəniz, Simurq qağası ilə dərib atar. S.S.Axundov.

QAĞAYI (ID - 23037)

is. zool. Dəniz sahilində yuvalayıb, sahil suları üzərində uçan və balıqla qidalanan iri qanadlı dəniz quşu. Göy dənizim, ləpələrin qatar-qatar; Yoxsa qanad çalıb keçən qağayılardır? R.Rza.

QAĞAZLANMAQ (ID - 23038)

bax qazlanmaq 3-cü mənada. [Yasavul] öz tay-tuşunun yanında da “Göyərçinin canı üçün, Göyərçinin ölmüşünə” , - deyə and içər və bununla da qağazlanardı. S.Rəhimov.

QAĞILDAMA (ID - 23039)

“Qağıldamaq” dan f.is.

QAĞILDAMAQ (ID - 23040)

f. Qaz kimi səs çıxarmaq, qağayı səsinə bənzər səs çıxarmaq.

QAĞILDAŞMA (ID - 23041)

“Qağıldaşmaq” dan f.is.

QAĞILDAŞMAQ (ID - 23042)

qarş. Ağız-ağıza verib hamı birdən qağıldamaq, bağırışmaq. Qarğa kimi çox da qağıldaşmayın; Ay cücələr, bəsdi, cırıldaşmayın! Ə.Nəzmi.

QAĞILDATMA (ID - 23043)

"Qağıldatmaq” dan f.is.

QAĞILDATMAQ (ID - 23044)

icb. Qağıltı səsi çıxartdırmaq. Qazları qağıldatmaq.

QAĞILTI (ID - 23045)

is. Qaz və qağayı kimi quşların bağırtısı.

QAĞLA (ID - 23046)

is. məh. Müxtəlif həcmdə olan şəkilcə küpəoxşar saxsı qab.

QAHAL (ID - 23047)

is. məh. Mal-qaranın saxlandığı, ətrafı çəpərli və ya hasarlı üstüaçıq yer; ağıl. Bu gün Bəxti də evdə yatmayıb, özünü malqaranın qahalına verdi. S.Rəhimov.

QAH-QAH (ID - 23048)

zərf Qəhqəhə ilə, bərkdən. Əl-ələ çalanda, qah-qah güləndə; Əyləşib qalanda, pünhan olanda; Deyib danışdığı yadıma düşdü. Aşıq Hüseyn. Qah-qah gülüş getdi; Asdım dəstəyi; Nəfəsimi dərməmiş, dring-dring yenə zəng...

QAHMAR (ID - 23049)

is. məh. Tərəfdar, arxa, kömək, havadar. Qahmarımız olmadı nə arxada, nə öndə.. B.Vahabzadə. □ Qahmar çıxmaq kömək çıxmaq, tərəfini saxlamaq, havadarlıq etmək. [Səfərəli:] Çarə yolunu düşünmüşük. Siz ancaq ilqar verin...

Bu səhifə 234 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif