1
İzahlı lüğət - Q hərfi ilə başlayanlar - H. 66
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

QÖNÇƏLƏB (ID - 26100)

sif. [fars.] bax qönçədodaq(lı).

QÖNÇƏLƏNMƏ (ID - 26101)

“Qönçələnmək” dən f.is.

QÖNÇƏLƏNMƏK (ID - 26102)

f. Qönçə açmaq; açılmaq. Sənin açıq, ağ alnını öpdü sərin küləklər; Hər addımın dəyən yerdə qönçələndi çiçəklər. S.Vurğun. Laləli yaz gəlsin, gül qönçələnsin; Yetişsin bülbüllər gülə, sevgilim! Aşıq Hüseyn....

QÖNÇƏLİ (ID - 26103)

sif. Qönçə açmış, çiçəkli, güllü. Pəncərədən baxanda qumluq səhra yox, yaşıl ağaclar, güllü qönçəli kollar görünsün. Mir Cəlal.

QÖNÇƏLİK (ID - 26104)

is. Gülün qönçə halı, qönçə vaxtı. Gül qönçəlikdə gərçi olur xarə aşina; Açsa niqabını, olur əğyarə aşina. S.Ə.Şirvani.

QÖVL (ID - 26105)

is. [ər.] Söz, danışıq. Onun qövlü ilə işi düz gəlmir. - Qövli-zahidlə əməl etməmişəm həşr günü; Var ümidim ki, mənə dadrəs olsun bu əməl. S.Ə.Şirvani. Mənəmmənəm deyənlərin inanma çox da qövlünə; Gərəkli gündə...

QÖVLƏN (ID - 26106)

zərf [ər.] Sözlə, sözlə olaraq (felən ziddi).

QÖVM (ID - 26107)

[ər.] Kiçik xalq, tayfa. Bu qövm bizim vətənimizin başına elə müsibətlər gətirmişlər və onun xarabalığına səbəb olmuşlar ki, onları xatırlayarkən ağıllı bir insanı ağlamaq tutmaya bilməz. M.F.Axundzadə.

QÖVMİ (ID - 26108)

sif. [ər.] Qövmə mənsub olan, bir xalqa aid olan.

QÖVMİYYƏT (ID - 26109)

is. [ər.] Bir qövmə, bir xalqa mənsub olma. Çünki buna onların qövmiyyəti də icazə verir. M.S.Ordubadi.

QÖVR (ID - 26110)

qövr etmək - narahat etmək, incitmək, daim özünü hiss etdirmək. Sinəsinə vurulan yara yenidən qövr elədi. Mir Cəlal. Səlim ürəyində qövr edən dərdi gizlədə bilmədi. M.Hüseyn. Qocanın ifadəsindəki inam çobanı tutdu, ürəyində...

QÖVS (ID - 26111)

is. [ər.] 1. Yay, kaman. // Şəkilcə qövsü xatırladan, qövsə oxşayan şey. Qəzadır qaşların qövsi, qədərdir kirpigin səhmi; Bəni amac üçün eynin bu mənindən nişan etdi. Nəsimi. Qızların qövs qaşları və sehirli gözləri...

QÖVSİ (ID - 26112)

sif. [ər.] Qövs şəklində olan. [Səttarxanın] əymə və qövsi qaşları qalxır(dı). M.S.Ordubadi.

QÖVSİ-QÜZEH (ID - 26113)

is. [ər.] Günəş şüalarının havadakı yağış damcılarından keçərkən sınması nəticəsində göydə görünən rəngarəng yarımdairə şəkilli qurşaq; göy qurşağı, qarınənə örkəni. Hər şey günəşə qurutdu yaşın; Qövsi-qüzeh...

QÖVSŞƏKİLLİ (ID - 26114)

bax qövsvari.

QÖVSVARİ (ID - 26115)

sif. Qövsə oxşar, qövs şəklində. Sərvkimilər fəsiləsinin .. yarpaqları sadə və tam kənarlı olub, qaidəsindən ucuna doğru qövsvari və ya paralel şəkildə damarlanır. Qədirov.

QÖVŞƏ (ID - 26116)

is. Qabıq, qın.

QRADONAÇALNİK (ID - 26117)

[rus. градоначальгик] 1917-ci il inqilabından qabaqkı Rusiyada xüsusi əhəmiyyəti olan şəhərlərdə qubernator hüququnda olan polis rəisi. [Umudbəyov] ..Nikolay vaxtında nər-nər nərildəyirdi və qradonaçalnik Martınova...

QRAF (ID - 26118)

[alm.] Qərbi Avropada və 1917-ci il inqilabından qabaqkı Rusiyada (knyaz ilə baron arasında orta) zadəgan rütbəsi və bu cür rütbəsi olan adam. [Əmiraslan ağa:] ..Mənim oğlum rusların knyaz, qraf baron .. övladlarından artıq və əzizmidir?...

QRAFA (ID - 26119)

[yun.] Cədvəllərdə iki vertikal xətt arasındakı sütun; bölmə.

QRAFEM (ID - 26120)

is. [yun.] Yazılı nitqin ən kiçik vahidi; hərf.

QRAFİK1 (ID - 26121)

[yun.] Qrafika mütəxəssisi olan rəssam. Qrafiklərin sərgisi.

QRAFİK2 (ID - 26122)

[yun.] 1. Müxtəlif proseslərin kəmiyyətcə vəziyyətinin cizgilərlə (xətlərlə) təsviri. Hava təzyiqinin dəyişməsini göstərən qrafik.
İstehsalatda, nəqliyyatda və s.-də işlərin görüləcək müddətini və normaları dəqiq...

QRAFİK3 (ID - 26123)

sif. Qrafikaya aid olan; qrafika əsasında təsvir edilən. Səslərin qrafik təsviri. Qrafik üsul.

QRAFİKA (ID - 26124)

[yun.] 1. Əşyanın şəklini boyasız olaraq xətlər, cizgilər vasitəsilə çəkmə üsulu. Qrafika əsərləri. Füzulinin qrafika üsulu ilə çəkilmiş şəkli. // top. Bu üsul ilə ifa olunmuş sənət əsərləri. Qrafika sərgisi.
2. dilç....

QRAFİN (ID - 26125)

is. [ital.] Su, içki və başqa mayelər tökmək üçün şüşədən, yaxud büllurdan dar, uzunboğaz qab. Şüşə qrafin. Büllur qrafin. - Stol üzərindəki qrafindən stəkana su töküb içdim. A.Şaiq. Aralığa İran adabı üzrə çay deyil,...

QRAFİNYA (ID - 26126)

[rus.] Qraf arvadı, yaxud qızı.

QRAFİT (ID - 26127)

[alm.] 1. Qurğuşun parıltısına çalar qara rəngli mineral.
2. Karandaşın içərisinə qoyulan bu mineraldan, yaxud başqa rəngli maddədən ibarət mil.

QRAFLIQ (ID - 26128)

is. 1. Qraf titulu, qraf ünvanı.
Feodalizm quruluşunda: qraf mülkləri, qraf malikanəsi.
İngiltərədə, İrlandiyada, ABŞ-da, Kanadada və bəzi başqa ölkələrdə iri inzibatiərazi bölgüsü.

QRAM (ID - 26129)

[fr.] Metr ölçü sisteminin çəki vahidi (1 kub santimetr suyun çəkisinə bərabərdir).
□ Qram-atom kim. fiz. - kimyəvi elementin, öz atom çəkisinə bərabər olan qramlarının sayı. Qram-molekul kim. fiz. - maddənin, öz molekul çəkisinə...

QRAMMATİK (ID - 26130)

sif. Qrammatikaya aid olan, qrammatikaya əsaslanan. Dilin qrammatik quruluşu. Qrammatik təhlil. Qrammatik qanunlar. Qrammatik xüsusiyyətlər.

QRAMMATİKA (ID - 26131)

is. [yun.] 1. Dilçilik elminin söz və cümlənin quruluşunu öyrənən və buna müvafiq olaraq iki hissədən - morfologiya və sintaksisdən ibarət olan bölməsi. Müqayisəli qrammatika. Tarixi qrammatika.
2. Hər hansı bir dilə xas olan...

QRAMMOFON (ID - 26132)

[yun.] Xüsusi lövhəciklərə (vallara) yazılmış səsləri eynən təkrar edən borulu musiqi cihazı; borulu patefon. Qrammofon çalmaq. Qrammofon valı. - Yanında bulunan qadınlar .. [Gülzarı] yayındırmaq və əyləndirmək üçün qrammofon...

QRAN1 (ID - 26133)

[lat.] riyaz. 0,062 qrama bərabər aptek çəki vahidi.

QRAN2 (ID - 26134)

is. [fars.] Bir riala bərabər İran gümüş pulu. Eybi yoxdur, Yusif əmi, beş-altı qran hazır elə ki, verək seyidlərə. C.Məmmədquluzadə. Təziyyə məclisinə gələn yoxsulların hər birinə bir qran pul ehsan verilməsi qərara alınmışdı....

QRANAT (ID - 26135)

[ital.] 1. Partlayıcı top gülləsi; qumbara. □ Əl qranatı - əl ilə atılan kiçik qumbara.
2. idm. Yüngül atletikada: uzağa və ya hədəfə atılan idman aləti.

QRANATATAN (ID - 26136)

is. hərb. Qranat atmaq üçün silah.

QRANİT (ID - 26137)

[ital.] Çox bərk süxur (daş). Daş qayaya baxdım, dedim: qranitin nə bərkdir; Dedi: sənin tanklarından mənim daşım köyrəkdir. R.Rza. // Qranitdən düzəldilmiş, tikilmiş. Mirzə qəbiristanlığa nəzər saldı... Adamboyu başdaşılar,...

QRANLIQ (ID - 26138)

is. Saylarla birlikdə qranın miqdarını bildirir. Düyünçədə ağır günlər üçün saxlanılmış on dənə iki qranlıq pul vardı. P.Makulu.

QRANT (ID - 26139)

“Kran” sözünün danışıq dilində işlənən forması. İki qrantdan su şırıltı ilə tökülürdü iki hovuza. C.Məmmədquluzadə. Salmanova qrantın altında əlini yudu. Ə.Əbülhəsən.

QRANUL (ID - 26140)

is. [lat.] Dənəvərləşdirilmiş qatışıq yem.

QRAVİTASİYA (ID - 26141)

is. [lat.] fiz. Ümumdünya cazibəsi.

QRAVÜRA (ID - 26142)

[fr.] Hər hansı bir bərk materialın (metal, ağac, şüşə və s.) hamar üzündə qazılmış və ya aşındırılmış şəkil, naxış. // Üzərində şəkil qazılmış və ya aşındırılmış lövhə.

QRAVÜRAÇI (ID - 26143)

is. Qravüra ustası.

QREYDER (ID - 26144)

[ing.] tex. 1. Yol saldıqda, yaxud təmir etdikdə torpaq laylarını kəsib kənara çəkmək, habelə suvarma kanalları çəkmək və s.-də istifadə edilən çarxlı qoşma maşın. Maşın-meliorasiya dəstəsi yaradılmış və onun ixtiyarına...

QREYDERÇİ (ID - 26145)

is. xüs. Qreyder maşınında işləyən fəhlə. Qreyderçilər arasında yarış genişlənmişdi.

QRİFEL (ID - 26146)

[alm.] Daşaoxşar xüsusi materialdan düzəldilmiş yazı taxtası üzərində yazmaq üçün daş qələm.

QRİM (ID - 26147)

[ital.] Aktyorun səhnədə ifa edəcəyi rola görə üzünə lazımi şəkil verməsi üçün işlədilən vasitələr (boyalar, bığ, saqqal, saç və s.). □ Qrim eləmək (etmək) bax qrimləmək. [Mazandaranski:] Oqtay elə bir qrim eləmiş ki,...

QRİMÇİ (ID - 26148)

is. Qrim hazırlayan və qrimləmə işində aktyora kömək edən teatr işçisi; qrim mütəxəssisi.

QRİMLƏMƏ (ID - 26149)

“Qrimləmək” dən f.is.

Bu səhifə 138 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif