1
İzahlı lüğət - Q hərfi ilə başlayanlar - H. 34
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

QƏHR (ID - 24500)

is. [ər.] Hiddət, qəzəb, acıq. Çeşmində qəzəb yoxsa dili-zarım üçündür; Qəhri o təbibin dili-bimarım üçündür. S.Ə.Şirvani. Kuyində məhrəm etdi rəqibi səfa ilə; Qəhr ilə etmədi məni həm yad, ağlaram. X.Natəvan. Qəhr...

QƏHRƏMAN (ID - 24501)

[fars.] 1. sif. Müharibədə, yaxud başqa bir işdə qoçaqlıq, fədakarlıq nümunəsi göstərən; igid. Qəhrəman ordu. Qəhrəman əsgər. // İs. mənasında. Azərbaycanın milli qəhrəmanları. - Seyr edin zamanın qəhrəmanını; Əynində...

QƏHRƏMANANƏ (ID - 24502)

[fars.] bax qəhrəmancasına. Şəfiqə qəhrəmananə ətrafa baxırdı. İ.Musabəyov.

QƏHRƏMANCASINA (ID - 24503)

zərf Qəhrəmana, igidə yaraşan bir tərzdə; qoçaqlıqla, rəşadətlə; igidcəsinə. Qəhrəmancasına döyüşmək. Qəhrəmancasına hərəkət etmək.

QƏHRƏMANİ (ID - 24504)

QƏHRƏMANLAŞMAQ (ID - 24505)

f. Qoçaqlaşmaq, qəhrəman olmaq.

QƏHRƏMANLIQ (ID - 24506)

is. İgidlik, müstəsna qoçaqlıq, rəşadət, cəsurluq; qəhrəmanca hərəkət. Qəhrəmanlıq dastanı. Antik cəmiyyətin “qəhrəmanlıq dövrü” . Qəhrəmanlıq göstərmək. - Qəhrəmanlıq yalnız silah deyil, bilik də tələb edir....

QƏHRLƏNMƏK (ID - 24507)

b a x qəhərlənmək.

QƏHVƏ (ID - 24508)

is. [ər.] 1. Tropik ölkələrdə bitən qəhvə ağacının girdə ətirli dənləri. Qovrulmuş qəhvə. Üyüdülmüş qəhvə.
2. Bu dənənin ovuntusundan hazırlanan içki. Qəhvə içmək. Qəhvə bişirmək. Qara qəhvə. Südlü qəhvə....

QƏHVƏALTI (ID - 24509)

QƏHVƏÇİ (ID - 24510)

is. 1. Qəhvəxana; qəhvə satılan yer. // Sif. mənasında. Yetdi bir mərtəbəyə surəti-kar; “Parlaman” qəhvəçi dükan oldu. M.Ə.Sabir.
2. Qəhvə hazırlayıb satan adam.

QƏHVƏÇİLİK (ID - 24511)

is. Qəhvəçinin işi, peşəsi.

QƏHVƏDAN (ID - 24512)

is. [ər. qəhvə və fars. ...dan] İçində qəhvə dəmləmək üçün qab. Qəhvədandan stəkanlara qəhvə tökmək.

QƏHVƏXANA (ID - 24513)

is. [ər. qəhvə və fars. ...xanə] Qəhvə içilən yer, kiçik yeməkxana. Xudayar bəy oğlanın dalınca dar yol ilə gedib girdi qəhvəxanaya. C.Məmmədquluzadə.

QƏHVƏYİ (ID - 24514)

sif Qəhvə rəngli, boz ilə sarı arasında olan rəng. Qəhvəyi parça. - [Rəis] tünd qəhvəyi rəngli yun parçadan frenç və şalvar geymişdi. İ.Əfəndiyev. Fələk qəhvəyi suda əks etməz, bu bəllidir... Şəhriyar.

QƏLB (ID - 24515)

is. [ər.] 1. Ürək (adətən insanın daxili aləmi, onun hisslərinin, təəssüratının, əhvali-ruhiyyəsinin simvolu, rəmzi təzahürü mənasında işlənir). Bu təsadüf onun qəlbində bir etimad oyandırdı. M.Ə.Sabir. Haman qız bütün...

QƏLBAÇAN (ID - 24516)

sif. Ürəkaçan, xoş, gözəl. Öz-özünə aşıq deyən hər kəsdə; Qəlbaçan səs, şirin söhbət gərəkdir. Aşıq Bəylər.

QƏLBƏN (ID - 24517)

zərf [ər.] Can və könüldən, ürəkdən, səmimi olaraq. Qəlbən bağlı olmaq. Qəlbən sevmək. Qəlbən sizə hörmətim var. - Vətən həsrətiylə külə dönmüşəm; Qəlbən ağlasam da, şadgörünmüşəm. B.Vahabzadə.

QƏLBİ (ID - 24518)

sif. məh. Yüksək, hündür, uca. Qazamat istidir, yata bilmirəm; Barısı qəlbidir, aşa bilmirəm. “Qaçaq Nəbi” . [Qəhrəman] ötən qış çovğunda qəlbi bir ağacdan yıxılıbdır. S.Rəhimov. Uzaqlarda görünən qəlbi dağların üzərindəki...

QƏLBİDAŞ (ID - 24519)

sif. Daşürəkli, rəhmsiz, insafsız. Çalış ki, bir güllən çıxmasın boşa; Dəysin o faşistə, o qəlbidaşa. S.Rüstəm.

QƏLBİQARA (ID - 24520)

sif. və is. Hər şeyə, hər kəsə şübhə ilə baxan, heç kəsin xoşbəxtliyini istəməyən, hər şeydə bir pislik görən; xain ürəkli. Hər qəlbiqara nakəs ilə eyləmə ülfət. S.Ə.Şirvani.

QƏLBİQARALIQ (ID - 24521)

is. Qəlbiqara adamın keyfiyyəti.

QƏLBİQIRIQ (ID - 24522)

sif. İncimiş, küskün, ürəyi bir şeydən sınmış.

QƏLBİLƏNMƏ (ID - 24523)

"Qəlbilənmək” dən f.is.

QƏLBİLƏNMƏK (ID - 24524)

f. məh. Yüksəlmək, ucalmaq, yuxarı qalxmaq, yüksəklərə qalxmaq. Mən aşiq qəlbiləndi; Ay doğdu qəlbiləndi; Nəyə desən and içim; Bu qəlb o qəlb iləndi. (Bayatı).

QƏLBİLƏŞDİRMƏ (ID - 24525)

“Qəlbiləşdirmək’dən f.is.

QƏLBİLƏŞDİRMƏK (ID - 24526)

f. məh. Yüksəltmək, ucaltmaq, yuxarı qaldırmaq.

QƏLBİLƏŞMƏK (ID - 24527)

b ax qəlbilənmək.

QƏLBİLƏTMƏK (ID - 24528)

f. məh. Yüksəltmək, hündürləşdirmək. Baş altını qəlbilətmək.

QƏLBİNAZİK (ID - 24529)

sif. Ürəyiyumşaq, rəhmli, şəfqətli, hər şeydən tez təsirlənən. Qəlbinazik adam. - Özün çox qəlbinaziksən, hamını da elə bilirsən. M.S.Ordubadi.

QƏLBİNAZİKLİK (ID - 24530)

is. Ürəyi yumşaqlıq, şəfqətlilik, şəfqət.

QƏLBİR, QƏLBİRLƏMƏ (ID - 24531)

və s. bax xəlbir, xəlbirləmə və s.

QƏLBİSINIQ (ID - 24532)

bax qəlbiqırıq.

QƏLƏ (ID - 24533)

[ər.] bax qala.

QƏLƏBƏ (ID - 24534)

is. [ər.] 1. Qalibiyyət; müharibədə, döyüşdə tam müvəffəqiyyət. Qələbə bayramı. Düşmən üzərində qələbə. Qələbə ilə qayıtmaq.
Bir şey uğrunda mübarizədə əldə edilən müvəffəqiyyət, mübarizə nəticəsində...

QƏLƏBƏLİK (ID - 24535)

is. İzdiham, tünlük, basabas; çoxlu adam olan yer. Əhmədli kəndinin meydançası çox qələbəlik idi. H.Nəzərli. Böyük qələbəlik içində Rüxsarə onların hər ikisini gözdən itirir. S.Rəhimov. // Sif. mənasında. Bu, Bakının mərkəzi...

QƏLƏBƏND (ID - 24536)

[ər. qələ və fars. ...bənd] bax qalabənd.

QƏLƏBƏNDLİK (ID - 24537)

bax qalabəndlik.

QƏLƏBƏYİ (ID - 24538)

b a x qalabəyi.

QƏLƏÇƏ (ID - 24539)

is. [ər. qələ və fars. ...çə] Kiçik qala, qalaça. Bu qələçələri təmir etməkdən qərəz bu idi ki, tayifeyi-Xəzər Dərbəndə qələbə və təsəllüt edə bilməsinlər. “Dərbəndnamə” .

QƏLƏM (ID - 24540)

is. [ər.] 1. Mürəkkəbə batırıb yazmaq üçün ucu şiş və yarıq yazma aləti. Dəmir qələm. Qələmi əlinə alıb yazdı. Qələm yazanı qılınc poza bilməz. (Ata. sözü). [Sədr] siyirməsindən bloknot çıxardı, bir neçə vərəq...

QƏLƏMCİK (ID - 24541)

is. Kiçik qələm.

QƏLƏMDAN (ID - 24542)

is. [ər. qələm və fars. ...dan] Qələmqabı, qələm qoymaq üçün uzunsov qutu. Məşədi Molla Həsən əvvəl eynəyi taxır gözünə, sonra qələmdanı açır. C.Məmmədquluzadə. [Əhməd:] Sən elə yüz ildir gözünü bir qələmdan ilə...

QƏLƏMDAŞ (ID - 24543)

is. 1. Karandaş.
2. Qara lövhə üzərində ağ yazı yazmağa məxsus nazik çubuq şəklində azca yumşaq mədəni maddə; qrifel.

QƏLƏM-DAVAT (ID - 24544)

is. [ər.] köhn. Qələm ilə mürəkkəb qabı birgə olan yazı cihazı. Qələm-davatını götürüb .. düşdü Koroğlunun yanına. “Koroğlu” .

QƏLƏMƏ (ID - 24545)

is. bot. Düz uzanıb qalxan uca ağac. Şıdırğı yaz yağışından sonra qarağac, qələmə, şam ağaclıqları sükuta qərq olmuşdu. Mir Cəlal.

QƏLƏMƏLİK (ID - 24546)

is. Qələmə ağacları bitmiş yer.

QƏLƏMİ (ID - 24547)

sif. [fars.] Narıngüllü Buxara dərisindən tikilmiş. [Zərgər Hacı Məmmədin] qara rəngə boyanmış top qara saqqalı, başında Buxara dərisindən qələmi papağı var idi. H.Sarabski.

QƏLƏMKAR (ID - 24548)

is. [ər. qələm və fars. ...kar] Parça və s. üzərində incə naxışlar çəkən usta, nəqqaş.
2. Qıraqları haşiyəli və ortası güllü parça. Süfrə İsfahanda qayrılmış “qələmkar” adlı güllü bir parçadandı. M.S.Ordubadi....

QƏLƏMKARLIQ (ID - 24549)

is. Qələmkar peşəsi.

Bu səhifə 151 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif