1
İzahlı lüğət - Q hərfi ilə başlayanlar - H. 53
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

QIZARTI (ID - 25450)

is. Qırmızı rəng; qırmızılıq. Züleyxa böyüdükcə gözəlləşirdi; yanaqlarında olan qızartı səhər vaxtı gün çıxmamış şərqdə göy üzünü bürüyən zərif qızartıdan daha gözəl, daha xoş idi. C.Cabbarlı. // Bədənin...

QIZARTMA (ID - 25451)

1. “Qızartmaq” dan f.is.
is. aşp. Tavada və s.-də qızardılmış ət, balıq və s. Süfrənin üstünə sərin şərbət, toyuq qızartması düzüldü, meyvələr və əlvan yeməklər qoydular. M.S.Ordubadi.

QIZARTMAQ (ID - 25452)

f. 1. Qızarıncaya qədər qızdırmaq, közərtmək. Dəmiri kürədə qızartmaq. Kömürü üfləyib qızartmaq. - [Şeyx Şəban] özü çırağına neft töküb yandırırdı, manqala kömür qoyub qızardıb, su qaynadıb özünə çay qayırırdı....

QIZBİBİ (ID - 25453)

is. dan. Həmişə qızlarla oynayan, qızlarla oturub-duran, evdən bayıra çıxmayan, qorxaq, cəsarətsiz, aciz oğlan.

QIZCIQ (ID - 25454)

bax qızcığaz. Dəyişdi günbəgün qızcığın halı; Pozuldu gördüyüm o gül camalı. S.Vurğun.

QIZCIĞAZ (ID - 25455)

“Qız” dan oxş. Qızcığaz bu gecə səhərə qədər qızdırıbdır. - Ay qız, Hacı Məhərrəmin, deyirlər, qızcığazı qoşulub qaçıbdır axı. N.Vəzirov. Ox .. balaca Aybikənin ayağına dəyib qanatmışdı, qanı görən qızcığaz...

QIZDIRICI (ID - 25456)

sif. Bir şeyi qızdırmağa xidmət edən; isidici. Qızdırıcı cihaz. // is. İsidici cihaz və s. Böyük quşçuluq təsərrüfatlarında cücələrin isinməsi üçün mürəkkəb quruluşlu qızdırıcılar tətbiq edilir.

QIZDIRILMA (ID - 25457)

“Qızdırılmaq” dan f.is.

QIZDIRILMAQ (ID - 25458)

məch. 1. İstiləndirilmək, qızğın hala salınmaq, isidilmək. Dəmir kürədə qızdırıldı. Soba qızdırıldı.
2. məc. Hiddətləndirilmək, acıqlandırılmaq.

QIZDIRILMIŞ (ID - 25459)

f.sif. Qızğın hala gətirilmiş, istiləndirilmiş, isidilmiş, od üstündə hərarəti artırılmış, isidilmiş. Qızdırılmış xörək. Qızdırılmış dəmir. Qızdırılmış otaq.

QIZDIRMA (ID - 25460)

is. 1. “Qızdırmaq” dan f.is.
Bədəndə hərarət, istilik. Uşağın qızdırması var. Xəstənin qızdırması artdı. [Turac:] Bir həftədir ki, uşağım qızdırma içində yanır. C.Cabbarlı. Başı .. ağırlaşmış, qulaqları uğuldayır,...

QIZDIRMAQ (ID - 25461)

1. t-li. İsitmək, isti eləmək, qızğın hala gətirmək, dağ eləmək. Suyu qızdırmaq. Xörəyi qızdırmaq. Ütünü qızdırmaq. - Uşaqlar, falaqqa hazır edin; Od yandırın, şiş qızdırın. M.Ə.Sabir. Yasəmən çayın qırağında su...

QIZDIRMALI (ID - 25462)

1. sif. İsitməli, qızdırma xəstəliyi olan. Qızdırmalı xəstə. - Bəy qəzəbindən qızdırmalı adamlar kimi uçundu. M.Hüseyn. Budur, mən iyirmi ildir qızdırmalıyam. Mir Cəlal. // İs. mənasında. Qızdırmalılara kinə verirlər....

QIZĞIN (ID - 25463)

sif. 1. Çox isti, çox qızmış halda olan, yüksək hərarətli; qaynar, yandırıcı. Qızğın dəmir. Qızğın ütü. Qızğın maşa. Günəşin qızğın şüaları.
məc. Coşqun, hərarətli, alovlu, atəşin, ehtiraslı. Qızğın məhəbbət....

QIZĞINLAŞMA (ID - 25464)

“Qızğınlaşmaq” dan f.is.

QIZĞINLAŞMAQ (ID - 25465)

f. 1. Daha da qızğın olmaq. Alov get-gedə qızğınlaşırdı.
məc. Daha da şiddətlənmək, gərginləşmək, güclənmək, dərinləşmək, qızışmaq. Mübarizə qızğınlaşdı.
məc. Azğınlaşmaq, qızmaq, hiddətlənmək, qəzəblənmək,...

QIZĞINLIQ (ID - 25466)

is. 1. Qızğın şeyin halı. Dəmirin qızğınlığı. Günəşin qızğınlığı. - Məhbusi, böyük bir ürək qızğınlığı ilə qollarını onun boynuna salıb qucaqladı. M.İbrahimov.
məc. Canlanma, fəaliyyət, hərəkət. Bir həftə...

QIZIL (ID - 25467)

1. is. Rəngi sarı, bahalı bəzək şeyləri və s. qayrılan və dəyər vahidi kimi işlədilən qiymətli metal. Xalis qızıl. Qızıl mədəni. □ Qızıl bahasına - çox baha qiymətə. Qızıl suyuna çəkmək - qızıl olmayan metalın üstünə...

QIZILAĞAC (ID - 25468)

is. bot. Meşələrdə və su kənarlarında bitən iri, enli yarpaqlı qırmızımtıl ağac.

QIZILAĞACLIQ (ID - 25469)

is. Qızılağac meşəsi, qızılağac çox bitən yer. QIZILBALIQ is. zool. Çəhrayı rəngli zərif əti olan, çox qiymətli iri balıq növü. Saysız-hesabsız .. qızılbalıq və çox qiymətli başqa balıq cinsləri kürü tökmək üçün...

QIZILBAŞ (ID - 25470)

is. tar. 1. İranda Şah İsmayıl Səfəvi dövründə qoşunun adı (bu qoşunun döyüşçüləri başlarına qırmızı bağladıqlarına görə belə adlanırdı). [Heydər bəy:] İndi nə at çapmaq olur, nə ordu dağıtmaq olur, nə qızılbaş...

QIZILBAYRAQLI (ID - 25471)

bax qırmızıbayraqlı.

QIZILBƏNDLİ (ID - 25472)

sif. Bəndi qızıldan olan. Qulam xan .. gözlərində qızılbəndli çeşmək o tərəfə-bu tərəfə dolanıb başına hərəkət verirdi. M.S.Ordubadi.

QIZILBOZ (ID - 25473)

sif. Qırmızıya çalar boz rəngli. Qızılboz at.

QIZILBÖCƏK (ID - 25474)

is. zool. Rəngi tünd-yaşıl, üstü parıldayan xırda böcək.

QIZILCA (ID - 25475)

1. is. tib. Bədəndə səpgi və isitmə ilə təzahür edən yoluxucu uşaq xəstəliyi. Qızılca çıxartmaq. Qızılca xəstəliyi.
2. sif. Qırmızımtıl, qırmızıya çalar rəngdə olan.

QIZILCALI (ID - 25476)

sif. tib. Qızılca xəstəliyinə tutulmuş. Qızılcalı uşaq.

QIZILCIQ (ID - 25477)

is. bot. 1. Noxud boyda, qırmızı rəngli, çəyirdəkli meyvəsi olan tikanlı ağac və bu ağacın meyvəsi.
2. Bax qızılca 1-ci mənada.

QIZILÇƏTİR (ID - 25478)

is. bot. Çəmənlərdə, rütubət yerlərdə bitən ot bitkisi (bəzi növləri xalq təbabətində işlənir). Qızılçətir bir və ya ikiillik xırda bitki olub, rozetka təşkil edən yumurtaşəkilli kökyanı yarpaqları vardır. Əliyev.

QIZILÇUBUQOTU (ID - 25479)

is. bot. Meşəli yerlərdə bitən ballı bitki.

QIZILDİŞ(Lİ) (ID - 25480)

sif. Dişi, ya dişləri qızıldan olan. Şişmanqarınlı, qızıldişli fabrik-zavod sahibləri.. gəzişir, hər birisi özünün iç üzünü göstərirdi. H.Nəzərli.

QIZILGÖZ (ID - 25481)

is. zool. Qırmızı gözlü kəpənək növü. Ən çox yayılmış tırtıllar yemişan kəpənəyi və qızılgöz adlanan kəpənəklərin tırtıllarıdır ki, bu tırtıllardan sonradan həmin kəpənəklər əmələ gəlir. “Zoologiya” .

QIZILGÜL (ID - 25482)

is. Kiçik, tikanlı kolda bitən, müxtəlif rənglərdə olan ətirli bir gül. Qızılgülün ürəyə xoş gələn ətri otağa yayıldı. Qızılgül olmayaydı; Saralıb solmayaydı; Bir ayrılıq, bir ölüm; Heç biri olmayaydı. (Bayatı). //...

QIZIL-GÜMÜŞ (ID - 25483)

top. Qızıldan və gümüşdən düzəldilmiş şeylər, yaxud pul. Deyirlər ki, Bağdad xəlifəsinə köçürülən Məlik şah Sultanın qızı ilə nəfis qumaşlar və qızılgümüş şeylərlə yüklənmiş sırma örtüklü 130 qatar dəvə...

QIZILXALLI (ID - 25484)

sif. Üzərində qızıl (qırmızı) xalları olan, qızıl xallarla örtülü. Qızılxallı balıq.

QIZILI (ID - 25485)

sif. Qızıl rəngində olan, parlaq sarıya çalan. Qızılı şal. - Qızılı saçlarından yağan yağış süzülür. M.Rahim. Payızda o da anasına qoşulub pambıq yığırdı. Bu zaman pambıq kolları qızılı bir rəng alır. İ.Əfəndiyev....

QIZILQAZ (ID - 25486)

is. zool. Zərif çəhrayı tüklü, qanadları qızıl kimi parlaq uzunboğaz və uzunqıç su quşu.

QIZIL-QIRMIZI (ID - 25487)

b ax qızıl 4-cü mənada.

QIZILQURD (ID - 25488)

is. Atların bağırsaqlarında əmələ gələn qurd xəstəliyi.

QIZILQUŞ (ID - 25489)

is. zool. 1. Ov üçün istifadə edilən alıcı quş növlərindən biri. Qızılquşun ensiz və yığcam bədəni üzərində olan bir cüt ensiz qanad və uzun quyruq ona çox sürətlə və asanlıqla uçmağa imkan verir. “Zoologiya” . Ovçular...

QIZILQUYRUQ (ID - 25490)

is. zool. Quyruğu qırmızıya çalar sarı rəngli quş.

QIZILLAMA (ID - 25491)

"Qızıllamaq” dan f.is.

QIZILLAMAQ (ID - 25492)

f. Qızıla tutmaq, üstünə qızıl çəkmək, ya qızıl suyu vermək.

QIZILLANMA (ID - 25493)

"Qızıllanmaq” dan f.is.

QIZILLANMAQ (ID - 25494)

məch. Qızıla tutulmaq, qızılla örtülmək, qızılla bəzənmək.

QIZILLAŞDIRMA (ID - 25495)

"Qızıllaşdırmaq” dan f.is.

QIZILLAŞDIRMAQ (ID - 25496)

f. 1. Qızıla tutmaq, üstünə qızıl çəkmək və ya qızıl suyu vermək.
2. Qırmızılaşdırmaq.

QIZILLAŞMA (ID - 25497)

"Qızıllaşmaq” dan f.is.

QIZILLAŞMAQ (ID - 25498)

f. Qırmızılaşmaq.

QIZILLATMA (ID - 25499)

"Qızıllatmaq” dan f.is.

Bu səhifə 153 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif