Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

QIFILLANMIŞ (ID - 24950)

f.sif Qıfılla bağlanmış. [Kitabçada] göstərilir ki, elmin qıfıllanmış qapıları əməkçi xalqın üzünə açılır. S.Rəhimov. // Bağlanmış.

QIFILLATMA (ID - 24951)

“Qıfıllatmaq” dan f.is.

QIFILLATMAQ (ID - 24952)

icb. 1. Qıfılla bağlatmaq.
2. məc. Ağzını yumdurmaq, danışmağa qoymamaq.

QIFILLI (ID - 24953)

sif. Qıfılla bağlanmış, bağlı. Qıfıllı qapı. Qıfıllı sandıq. Darvaza küçə tərəfdən qıfıllıdır. // Qıfılı olan.

QIFVARİ (ID - 24954)

sif. Qıf şəklində olan, qıfaoxşar.

QIĞ (ID - 24955)

is. Qoyun, keçi, dəvə və başqa heyvanların xırda yumrular şəklində olan ifrazatı (nəcisi). Balam, nə işimiz var? Deyərik: dəvə gördün, qığın da görmədim. M.F.Axundzadə.

QIĞILCIM (ID - 24956)

is. 1. Yanar, yaxud qızarmış bir şeydən sıçrayan od zərrələri; çırtdaq, cılğam, çınqı. O ki qaldı “qığılcım” kəlməsinə, azərbaycanca qığılcım ən kiçik od şərarələrinə deyilir. M.F.Axundzadə. Yoğun elektrik kabelinin...

QIĞILCIMLANMA (ID - 24957)

“Qığılcımlanmaq” dan f.is.

QIĞILCIMLANMAQ (ID - 24958)

f. Qığılcım çıxarmaq, qığılcım saçmaq; qığılcım kimi işıq vermək, qığılcım kimi parlamaq; bərq vurmaq.

QIĞILCIMLI (ID - 24959)

sif. Qığılcım verən, qığılcım çıxaran, qığılcımsaçan. // məc. Odsaçan, coşqun, ehtiraslı, qızğın.

QIĞILCIMSAÇAN (ID - 24960)

bax qığılcımlı. [Toğrul] qığılcımsaçan böyük gözlərini bir an yerə dikərək, [növbətçinin] gözləri içinə dərin-dərin baxdı. H.Nəzərli.

QIĞILDAMA (ID - 24961)

“Qığıldamaq” dan f.is.

QIĞILDAMAQ (ID - 24962)

f. Qığ-qığ etmək (körpə uşağın gülərək çıxardığı səs). Əşrəf hər səhər quşlar kimi erkən oyanar, kiçik beşiyinin içində qığıldamağa başlar. A.Şaiq. // Qağıldamaq.

QIĞILDANMA (ID - 24963)

“Qığıldanmaq” dan f.is.

QIĞILDANMAQ (ID - 24964)

bax qığıldamaq. [Xudaverən] yasavulun ayaq tərəfindən oynaqlayıb, - “Dədə, dədə!” - deyə qığıldandı. S.Rəhimov.

QIĞILDAŞMA (ID - 24965)

“Qığıldaşmaq” dan f.is.

QIĞILDAŞMAQ (ID - 24966)

qarş. Bir yerdə, hamı birdən qığ-qığ səs çıxarmaq (körpə uşaqlar haqqında). // Yerbəyerdən qığıldamaq. Qarğa kimi çox da qığıldaşmayın; Ay cücülər, bəsdi, cırıldaşmayın! Ə.Nəzmi.

QIĞILTI (ID - 24967)

is. Körpə uşağın çıxardığı səs, qığ-qığ səs çıxarması.

QIGIRDAQ (ID - 24968)

is. anat. Orqanizmin azca sərt, elastik birləşdirici toxumadan ibarət olan hissəsi və ya sümüklərin oynaqlarının üstünü örtən gəmircək, xımırtdək.

QIGIRDAQLI (ID - 24969)

sif. Qığırdağı olan, yaxud qığırdaqdan ibarət olan. Qığırdaqlı sümük. Qığırdaqlı balıqlar.

QIĞ-QIĞ (ID - 24970)

təql. Körpə uşaqların gülərkən çıxardıqları səs.

QIĞLAMA (ID - 24971)

“Qığlamaq” dan f.is.

QIĞLAMAQ (ID - 24972)

f. Qığ buraxmaq, qığ ifraz etmək (qoyun, keçi, dəvə haqqında).

QIĞLIQ (ID - 24973)

is. Qoyunun, keçinin gödək bağırsağı.

QIXMIQ (ID - 24974)

is. məh. Ağacı, odunu yararkən qopub düşən parçalar, baltanın altından çıxan odun qırıqları, talaşa.

QIXMIQLAMAQ (ID - 24975)

f. məh. Odunu balta ilə xırda-xırda doğramaq, qıxmıq halına gətirmək.

QIJHAQIJ (ID - 24976)

zərf Çox sürətlə, çox iti, qıjıltı ilə. Araz qıjhaqıj axır, dumanlı gecədir, gahgah ildırım çaxır. M.F.Axundzadə. Adətimiz daş idi dəva günü; Tullar idik əldə sapan, qıjhaqıj. M.Ə.Sabir. Sellər qıjhaqıjla tüğyan edirdi....

QIJI (ID - 24977)

is. bot. Rütubətli yerlərdə bitən uzun və dilik-dilik yarpaqları olan bir bitki. Əbil pendirlə qıjını lavaşın arasına qoyub, dürməklədi və çox iştaha ilə yedi. Ə.Vəliyev.

QIJILAMA (ID - 24978)

“Qıjılamaq” dan f.is.

QIJILAMAQ (ID - 24979)

f. Qablaşdırılan meyvənin altına və üstünə qıjı qoymaq, qıjı ilə örtmək. Alma yeşiklərini qıjılamaq.

QIJILATMAQ (ID - 24980)

icb. Qıjı qoydurmaq, qıjı ilə örtdürmək.

QIJILDAMA (ID - 24981)

“Qıjıldamaq” dan f.is.

QIJILDAMAQ (ID - 24982)

f. Qıjıltı səsi çıxarmaq, qıjqıj etmək. Çay yaman qıjıldayır. Tapançanın gülləsi qıjıldayıb keçdi. - Ox qıjıldadı və .. Buğacın iki kürəyinin arasına sancıldı. M.Rzaquluzadə.

QIJILIQ (ID - 24983)

is. Qıjı otu bitən yer. Arxın qırağı başdan-başa qıjılıqdır. Öküz qıjılıqda yatıbdır.

QIJILTI (ID - 24984)

is. Çox iti axan suyun, yaxud havanı yarıb keçən cismin çıxardığı səs. Qalın meşə, yaşıl ot adam boyunda, gözəl quşların nəğmələri, iti bulaqların qıjıltısı, havanın təmizliyi insana ləzzət verir. N.Nərimanov.
Buğac...

QIJILTILI (ID - 24985)

sif. Qıjıltı ilə axan, çox iti axan. Qəhrəman .. aşağılarda, çox dərinlərdə axan qıjıltılı çaya baxırdı. S.Rəhimov.

QIJ, QIJ-QIJ (ID - 24986)

təql. Qıjıltı səsi. Gəştə çıxsa ərşə qara qarğalar; Çalar qanadların, ay eylər qıj-qıj. Aşıq Ələsgər.

QIJOV (ID - 24987)

is. Çayda suyun çox sürətlə axdığı yer. ..Tor isə birdən ona güc gəlir, o da qabaqkı kimi özünü çayın qıjovuna verirdi. S.Rəhimov.

QIQQILDAMA (ID - 24988)

“Qıqqıldamaq” f.is.

QIQQILDAMAQ (ID - 24989)

f. Gülmək. ..Bəylər də qıqqıldaya-qıqqıldaya (z.) qızların oynamasına çəpik çalırdılar. C.Məmmədquluzadə.

QIL (ID - 24990)

is. Bəzi heyvanların və insanın bədənində çıxan sərt, qalın tük. Keçi qılı. At qılı. - Qaratoyuq tutmaq üçün at qılından cələ hörüb bağda, ağaclar altında çox xəzəl olan yerdə qururduq. S.S.Axundov. Möhkəm sarılmış...

QILAN (ID - 24991)

is. məh. Əyrilə bilməyən yoğun tüklü yun.

QILBAŞ (ID - 24992)

is. Çox zaman əl barmaqlarının baş tərəfinə dırnaq dibinə çıxan əziyyətli yara; dolama.

QILBOYUN (ID - 24993)

sif. Boynu nazik, çox arıq.

QILCA (ID - 24994)

zərf Zərrə qədər, zərrəcə, bir tük qədər, qətiyyən, əsla.

QILÇA (ID - 24995)

bax qıç. Qılçası ağrımaq. Qılçası sınmaq. - Ancaq biçarə arvadın sağ qılçası dizdən yuxarı xınc-xınc olmuşdu. C.Məmmədquluzadə. [Nadir Məcidə:] Get, sən də şəhərdə fəhləlik elə. - Bu qıçlarımla hara gedim? - deyə...

QILÇALAMA (ID - 24996)

“Qılçalamaq” dan f.is.

QILÇALAMAQ (ID - 24997)

f. Qılçasından tutmaq, yapışmaq. Qılçalayıb yerə vurmaq. Keçini qılçalayıb tutmaq.

QILÇALANMAQ (ID - 24998)

məch. Qılçasından tutulmaq.

QILÇIQ (ID - 24999)

is. 1. Sünbüldə dənin qişası ucundakı uzun, qıl kimi nazik, iti, diş-diş tikan. Arpa qılçığı. Buğda qılçığı. - Tapdıq .. aran dəni sünbüllərinin uzun qılçıqlarını tumarlayıb iri ovcunun arasına aldı. Ə.Əbülhəsən.
2....

Bu səhifə 110 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla