1
İzahlı lüğət - Q hərfi ilə başlayanlar - H. 22
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

QAŞIQ (ID - 23900)

is. 1. Duru, qatı və ya dənə halında olan xörəyi qabdan götürüb yemək üçün ağac və ya metal alət. Xörək qaşığı. Çay qaşığı. Taxta qaşıq. Gümüş qaşıq. - Ağsaqqal həkim qaşıq tapıb Dəmirova bir xörək qaşığı...

QAŞIQAŞI (ID - 23901)

is. Qaşıq ilə yeyilən duru xörək.

QAŞIQÇI (ID - 23902)

is. Qaşıq qayıran usta.

QAŞIQXÖRƏYİ (ID - 23903)

b ax qaşıqaşı. Dostum .. dolmaya əlini də vurmurdu: - “Qaşıqxörəyi olmursa, çörəkyeyə bilmirəm” , - dedi. Qantəmir.

QAŞIQLAMA (ID - 23904)

“Qaşıqlamaq” dan f.is.

QAŞIQLAMAQ (ID - 23905)

f. 1. Qaşıq ilə götürmək, qaşıq ilə götürüb yemək; qaşıq ilə alıb dadına baxmaq. // məc. Acgözlüklə yemək. [Məcid kişi:] Isti xörəyi qaşıqlayanda üfürməmiş udma, hər işdə səbirli ol. İ.Məlikzadə.
2. Qaşıq ilə...

QAŞIMA (ID - 23906)

“Qaşımaq” dan f.is.

QAŞIMAQ (ID - 23907)

f. 1. Bədənin gicişən yerini dırnaq və ya sərt bir şey ilə sürtmək, cırmaqlamaq, dımaqlamaq. Başını qaşımaq. Dalını qaşımaq. - Qapıçıdan soruşdum: “Filankəs mənzilindədirmi?” Dedi: “Buyurun, mənzildədir!” Və cavab...

QAŞINDIRMA (ID - 23908)

“Qaşındırmaq” dan f.is.

QAŞINDIRMAQ (ID - 23909)

icb. Qaşınma hissi doğurmaq, gicişdirmək, qıcıqlandırmaq. Gicitkən toxunduğu yeri qaşındırır.

QAŞINMA (ID - 23910)

1. “Qaşınmaq” dan f.is.
2. is. Gicişmə, qaşınmaq ehtiyacı. Bədənimdə qaşınma var.

QAŞINMAQ (ID - 23911)

1. f. Gicişmə hiss etmək, gicişmək. Bədənim qaşınır.
2. qayıd. Dırnaqla və ya bərk bir şeylə bədənin gicişən yerini qaşımaq. [Allahqulu:] Biz kötəksiz məgər dolana bilərik? Belimiz adət eləyib. Iki gün kötək dəyməyəndə...

QAŞINTI (ID - 23912)

is. 1. Bax qaşınma 2-ci mənada.
2. Taxta və s.-dən qaşınıb tökülən xırımxırda. Təknənin qaşıntısı. Ət taxtasının qaşıntısı.

QAŞITMA (ID - 23913)

“Qaşıtmaq” dan f.is.

QAŞITMAQ (ID - 23914)

icb. Qaşınmasına səbəb olmaq; qaşınma ehtiyacı doğurmaq.

QAŞQA (ID - 23915)

is. 1. Ümumiyyətlə, mal-qaranın, xüsusilə at, inək və öküz kimi iri ev heyvanlarının alnındakı ağ ləkə. // sif. Alnında qaşqası olan. Qaşqa inək. Qaşqa day. Qaşqa dana.
[Pəricahan xanım:] Qaşqa at altımda qoruqdan gəlirdim....

QAŞQABAQ (ID - 23916)

is. Acıqlı, hirsli və ya bir şevdən narazı olan adamın üzündə əmələ gələn hal; qaşların çatılması və alnın qırışdırılması. Xudayar bəy qaşqabaq ilə cavab verdi. C.Məmmədquluzadə. □ Qaşqabağı açılmaq - üzündə...

QAŞQABAQLI (ID - 23917)

sif. Acıqlı, hirsli, tutqun üzlü. [Sərxan] gələndə ən qaşqabaqlı adamların belə dodağı qaçırdı. M.İbrahimov. [Tükəzban] əvvəlki kimi qaşqabaqlı (z.) gəlib öz yerində oturdu. B.Talıblı. [Yalıncaq bəyin] üst-başı toz-torpaq...

QAŞQABAQLILIQ (ID - 23918)

is. Qaşqabaqlı adamın hal və keyfiyyəti.

QAŞQAL (ID - 23919)

is. məh. Xır bağlanan zaman, suyu paylaşdırmaq üçün bir neçə yerdən deşilib, suyun ağzına qovulan ağac parçası.

QAŞQALAŞMAQ (ID - 23920)

f. məh. Toqquşmaq, bir-biri ilə sözləşmək, çəkişmək, tutaşmaq, deyişmək. Ay yoldaşlar, sizə bir söz söyləyim; Kəndlilərlə qaşqalaşdı mollalar. Aşıq Mirzə.

QAŞQALDAQ (ID - 23921)

is. zool. Əti yeyilən qara rəngli, ördəyə bənzər su quşu. Pirallahıdan bu yanda balaca bir ada var, bir dəfə atam ora qaşqaldaq ovuna getmişdi, məni də aparmışdı.. Ə.Məmmədxanlı.

QAŞLAMAQ (ID - 23922)

f. Üzüyə qaş taxmaq.

QAŞLATMAQ (ID - 23923)

icb. Üzüyə qaş taxdırmaq.

QAŞLI (ID - 23924)

sif. Qaşı olan. bax qaş 2 və 3-cü mənalarda. Qaşlı üzük. Qaşlı yəhər. - Səadət xanım Gülnazı.. Laləzara apardı. Parça mağazalarını, ətriyyat və daş-qaş dükanlarını gəzdirdi. Hətta almaz qaşlı bir üzük də alıb barmağına...

QAŞOTU (ID - 23925)

is. bot. Dağlıq yerlərdə, çəmənlərdə bitən çoxillik ot bitkisi.

QAŞOV (ID - 23926)

is. Heyvanların tozunu, çirkini qaşıyıb təmizləməyə məxsus dəmirdən düzəldilmiş dişli alət. Malları hər gündə iki dəfə şotka və qaşov ilə təmiz edib, iki dəfə də onların altının otlarını dəyişdirirlər. “Əkinçi”...

QAŞOVLAMA (ID - 23927)

“Qaşovlamaq” dan f.is.

QAŞOVLAMAQ (ID - 23928)

f. 1. Heyvanın qaşov ilə tozunu, çirkini təmizləmək. Donqarınla donqar ayı; Qaşovlandı bütün yayı; Boz qaban ağzı dolayı... Palıd, səni kim yıxdı? M.Araz.
məc. dan. Ruhən incitmək, ruha əzab vermək (pis çalğıçı və ya...

QAŞOVLANMA (ID - 23929)

“Qaşovlanmaq” dan f.is.

QAŞOVLANMAQ (ID - 23930)

məch. Qaşov çəkilmək, qaşovla təmizlənmək.

QAŞOVLATMA (ID - 23931)

“Qaşovlatmaq” dan f.is.

QAŞOVLATMAQ (ID - 23932)

icb. Qaşov çəkdirmək. Atı qaşovlatmaq.

QAT (ID - 23933)

is. 1. Üfüqi vəziyyətdə bir-birinin üstündə yerləşən cismin laylarından hər biri; lay, təbəqə. Torpağın alt qatları. Yer kürəsinin dərin qatları. Havanın üst qatları. - Bir sıra neftli sahələrin dərin qatlarında olan neft...

QATANQAZ (ID - 23934)

sif. 1. Kobud, cod, qatlanmaz, çətin bükülən. Palazı suya saldıqda, taxta kimi qatanqaz olur.
Çirkdən, kirdən codlaşmış, sərtləşmiş (paltar və s. haqqında). Əynindəki köynək lap qatanqaz olmuşdur.

QATAR1 (ID - 23935)

is. 1. Bir-birinin ardınca sıralanmış heyvanlar düzümü; qafilə, karvan. Durna qatarı. Dəvə qatarı. - Təsbeh kimi qatarınız düzərsiz; Havalanıb ərş üzündə süzərsiz. M.V.Vidadi. Qanad çalıb göylərdə süzür durna qatarı. M.Seyidzadə....

QATAR2 (ID - 23936)

is. [ər.] mus. Azərbaycan klassik muğamlarından birinin adı; kiçik həcmli vokal-instrumental muğam. Qatar üstə oxumaq. Qatar rəngi.

QATARI (ID - 23937)

sif. və zərf Qatarla, qatar kimi, yan-yana sıralanmış. Sanasan pələngdən balü pər düşüb; Düzülüb dalında qatarı tellər. M.P.Vaqif.

QATARLAMA (ID - 23938)

“Qatarlamaq” dan f.is.

QATARLAMAQ (ID - 23939)

f. Adamları, heyvanları, yaxud şeyləri bir-birinin ardınca düzüb qatar düzəltmək.

QATARLANMA (ID - 23940)

“Qatarlanmaq” dan f.is.

QATARLANMAQ (ID - 23941)

bax qatarlaşmaq. Arazdan qalxan duman dəvə karvanı kimi qatarlanır.. S.Rəhimov.

QATARLAŞMA (ID - 23942)

“Qatarlaşmaq” dan f.is.

QATARLAŞMAQ (ID - 23943)

f. Qatar düzülmək, qatar bağlamaq (bax qatar1 1 və 2-ci mənalarda). Qatarlaşıb nə diyardan gəlirsiz? Bir xəbər versəniz bizə, durnalar! M.P.Vaqif. Dəstə ilə uçan quşlar dağınıq halda və ya müəyyən nizamla uçurlar. Məsələn,...

QATARLI (ID - 23944)

sif. 1. Qatarı olan.
2. Zərf mənasında. Boynunda, ya belində patron qatarı (patrondaşı) olduğu halda; patrondaşlı. [Veys:] Tüfəngli, qatarlı, qollarınızda qırmızı, hansı dövlətlinin qapısından girsəniz, nəfəsi kəsiləcək!...

QATBAQAT (ID - 23945)

bax qat-qat. Milləti gördükcə belə hərcü mərc; Könlüm olur dopdolu qan qatbaqat. M.Ə.Sabir. Fikrim açılır hərdən; Göz önümdə qatbaqat. B.Vahabzadə.

QATDALAQ (ID - 23946)

is. məh. Dalaq şişməsi xəstəliyinin xalq arasında adı.

QATDIRMAQ (ID - 23947)

“Qatmaq” dan icb. Suvağa su qatdırmaq.

QATI (ID - 23948)

sif. 1. Sıyıq, duru olmayan; mət, qəliz. Qatı palçıq. Qatı şərbət. Qatı şorba. Qatı kütlə. Qatı mürəkkəb. Qatı mürəbbə.
Sıx, kəsif, qəliz. Qatı tüstü. Qatı duman. - Alaçıqların bəriyanından nazik, lakin qatı çən...

QATIAÇILMAMIŞ (ID - 23949)

sif. Qat-təzə (parça, paltar haqqında).

Bu səhifə 160 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif