1
İzahlı lüğət - Q hərfi ilə başlayanlar - H. 76
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

QUŞQUNLAMAQ (ID - 26600)

f. Atın quşqununu taxmaq; quşqun keçirmək (heyvana).

QUŞQUNLANMA (ID - 26601)

“Quşqunlanmaq” dan f.is.

QUŞQUNLANMAQ (ID - 26602)

məch. Quşqun keçirilmək, quşqunu taxılmaq. At quşqunlanmışdır.

QUŞQUNLATMA (ID - 26603)

“Quşqunlatmaq” dan f.is.

QUŞQUNLATMAQ (ID - 26604)

icb. Quşqun taxdırmaq. Atı quşqunlatmaq.

QUŞTƏRƏSİ (ID - 26605)

is. bot. Kolların arasında və zibilliklərdə bitən bir bitki.

QUŞÜRƏK (ID - 26606)

sif. və is. dan. Cəsarətsiz, ürəksiz, qorxaq.

QUŞÜZÜMÜ (ID - 26607)

is. bot. Salxım şəklində bitən, qırmızı giləli kol bitkisi.

QUTAB (ID - 26608)

is. İçərisinə döyülmüş ya ət, ya göyərti, ya qabaq və s. qoyularaq yağda qızardılan yarımdairə şəkilli xəmir bişmişi. Ət qutabı. Tərə qutabı. Qabaq qutabı. - Aşüplovdan oluruq kamyab; Yağlı fətirlər yeyirik, həm qutab....

QUTAN, QUTANQUŞU (ID - 26609)

is. zool. Uzun və nazik boğazlı, gödək qıçlı, uzun dimdikli, ayaqları enli və pərdəli quş. Gərdəni ağ, boynu misali-qutan; Bir nəfəsə sərçəni yüz min tutan. S.Ə.Şirvani.

QUTLU (ID - 26610)

sif. və zərf qəd. Uğurlu, səadətli, xoşbəxtlik gətirən. Başıma qutlu ayağın gəldi basdı ol nigar; Kölgəsi düşdü bana sərvixuramanın yenə. Nəsimi.

QUTTAPERÇA (ID - 26611)

[ing. əsli mal.] Bəzi bitkilərin bərkləşmiş şirəsindən alınan dəriyə oxşar plastik kütlə. ..Adigərməşovun gövdə qabığında, kökündə və yarpaqlarında quttaperça maddəsi çoxdur. M.Qasımov.

QUTU (ID - 26612)

is. İçinə şey qoymaq üçün taxtadan, kartondan, metaldan, plastmasdan və s.-dən qayrılan qab. Tütün qutusu. Konfet qutusu. Qəhvə qutusu. Kibrit qutusu.
□ Kəllə qutusu anat. - b ax kəllə.

QUTUCUQ (ID - 26613)

is. Balaca qutu.

QUTULU (ID - 26614)

sif. Qutusu olan.

QUVARLANMA (ID - 26615)

“Quvarlanmaq” dan f.is.

QUVARLANMAQ (ID - 26616)

f. məh. Ürəklənmək, fərəhlənmək. Bəxtiyar tüfənglə vermədən ara: - Ya mən ölməliyəm, ya siz! - deyirdi; Cəlal quvarlanıb nəşə yeyirdi. S.Vurğun.

QUYLAMA (ID - 26617)

“Quylamaq” dan f.is.

QUYLAMAQ (ID - 26618)

f. 1. Bax quyulamaq. Öləni quylamışıq, öldürəni danlamışıq.. Ə.Nəzmi.
2. Qoymaq, soxmaq. Sona dizlərini ota quylamışdı. Mir Cəlal.

QUYLANMA (ID - 26619)

“Quylanmaq” dan f.is.

QUYLANMAQ (ID - 26620)

f. Girmək, batmaq. Ey tirmə rəxti-xab içinə quylanan dadaş! Getsə vətən, vətənlə gedər istirahətin. M.Möcüz. Körpü elə tikilməli idi ki, maşınlar onun üzərindən keçərkən təkərlərin yarısı suya quylansın. Ə.Sadıq.

QUYMAQ (ID - 26621)

is. Yağda bişirilərək bal və ya şəkərlə yeyilən xəmir xörəyi. Quymaq undan bişirilən qatı sıyıqdır. - Əriştə bəylər aşı; Quymaq onun yoldaşı. (Ata. sözü). Balaca nəvəsinin eşqi ilə çırpınan Sərvinaz arvad, quymaq...

QUYRUQ (ID - 26622)

is. 1. Heyvanların çoxunun bədənlərinin qurtaracağındakı mütəhərrik törəmə, yaxud heyvanın bədəninin getdikcə nazikləşən dal hissəsi. At quyruğu. Əqrəb quyruğu. Balıq quyruğu. - Bir həyətdə on iki-on üç yaşında bir .....

QUYRUQALTI (ID - 26623)

. is. İş heyvanlarının quyruqlarının altından keçirilən örkən və onun qalın dəridən və ya keçədən tikilmiş quyruq altından keçirilən orta hissəsi; paldüm.
2. sif. Quyruğun altında olan, quyruğun altında yerləşən. Xanı...

QUYRUQBULAYAN (ID - 26624)

sif. və is. dan. 1. Yaltaq.
2. İt. [Tarverdi axunda dedi:] Məhərrəmin on beşindən sonra bu kənddə bir quyruqbulayan tapa bilməzsən. Qantəmir.

QUYRUQCUQ (ID - 26625)

is. 1. Kiçik quyruq, qısa quyruq, incə quyruq.
2. Bir şeyin quyruğa oxşar ucu, kənarı, çıxan hissəsi.

QUYRUQLAMA (ID - 26626)

dan. “Quyruqlamaq” dan f.is.

QUYRUQLAMAQ (ID - 26627)

f. 1. Quyruğundan tutmaq, quyruğundan yapışmaq. İti quyruqlamaq. Camışı quyruqlamaq. Noxtasını qırmış atı quyruqladılar.
2. məc. dan. Tutmaq, ələ keçirmək, yaxalamaq, tutub buraxmamaq.

QUYRUQLANMA (ID - 26628)

“Quyruqlanmaq” dan f.is.

QUYRUQLANMAQ (ID - 26629)

məch. 1. Quyruğundan tutulmaq.
2. məc. dan. Tutulmaq, ələ keçirilmək, yaxalanmaq; girə düşmək.

QUYRUQLU (ID - 26630)

sif. 1. Quyruğu olan. Quyruqlu at. Quyruqlu qoç. Quyruqlu heyvanlar.
2. məc. Arxasında quyruq kimi sallanan hissəsi, parçası və s. olan. Quyruqlu paltar.
□ Quyruqlu ulduz köhn. - b ax kometa. Deyirdilər ki, bu gün, yəni ayın 17-də...

QUYRUQSUZ (ID - 26631)

1. sif. Quyruğu olmayan, quyruğu kəsik; lümək. Quyruqsuz inək. Quyruqsuz tula. Quyruqsuz xoruz. Quyruqsuz kərtənkələ.
2. is. Cəm şəklində: quyruqsuzlar zool.
böyüdükdə öz quyruğunu itirən suda-quruda yaşayan heyvanlar dəstəsi....

QUYU (ID - 26632)

is. Su, neft, qaz çıxarmaq və s. məqsədlər üçün silindr şəklində qazılmış dərin və ya dayaz çuxur. Su quyusu. Neft quyusu. - Özgəyə quyu qazan özü düşər. (Ata. sözü). Tülkü gəzəndə yıxılıb nagahan; Bir quyuya düşmüş...

QUYUÇU (ID - 26633)

is. Əl ilə quyu qazan adam; kankan.

QUYUQAZAN, QUYUQAZIYAN (ID - 26634)

is. 1. Quyu qazımaq ilə məşğul olan adam; kankan. [Köhnə] Bakıda ümumiyyətlə peşəkarlar: bənna, xarrat, dəmirçi, quyuqazıyan .. və sairə çox olardı. H.Sarabski. // Sif. mənasında. Quyuqazan maşın.
2. məc. Başqasının ayağının...

QUYULAMA (ID - 26635)

“Quyulamaq” dan f.is.

QUYULAMAQ (ID - 26636)

QUYULANMA (ID - 26637)

“Quyulanmaq” dan f.is.

QUYULANMAQ (ID - 26638)

məch. Basdırılmaq, torpaq altında gizlədilmək.

QUYULATMA (ID - 26639)

“Quyulatmaq” dan f.is.

QUYULATMAQ (ID - 26640)

icb. Quyulama işi gördürmək.

QUZAPAYI (ID - 26641)

is. Pambıq yığıldıqdan sonra tarlada qalan pambıq bitkisi qalıqları. Qozalar yığıldıqdan sonra quzapayı çıxaran maşınlar tarlaya buraxılır.

QUZEY (ID - 26642)

is. 1. Dağın, evin və s.-nin gün düşməyən, günəş görməyən yeri; həmişə kölgəli yer (güney ziddi). İgidlər könlünə şikvə gətirmək; Necə dağdır quzeyində qar olmaz. Qurbani. Əriyir yaz günü quzeydəki qar; Gəzir dağ...

QUZĞUN (ID - 26643)

is. 1. zool. Qarğa növündən iri və bərk şığıyan yırtıcı quş. Quzğun nəştər qaynaqlı, əyri dimdikli, leş didən bir quşdur. N.Vəzirov. Mən quşların adlarını bilməzdim. Çalağan ilə quzğuna fərq qoymazdım. Onları mənə...

QUZU (ID - 26644)

is. 1. Qoyun balası. Quzu əti. Quzu dərisi. - Mal qapıya gələndə axşam-səhər; Qoyun mələr, quzu mələr, dağ mələr. Şaiq. Çıxır dağ döşünə körpə quzular; Tarlanın səsini əks edir sular. S.Vurğun.
2. məc. Çox yumşaq,...

QUZUCUQ (ID - 26645)

“Quzu” dan oxş. və kiç.

QUZUÇU (ID - 26646)

is. k.t. Quzulara baxan, quzu otaran balaca çoban. Gənc quzuçu daha ayıq gözlə indi.. [quzuların] dövrəsində gəzir və Mayagilə tərəf baxırdı. M.İbrahimov. Atalar məsəlidir: “Naxırçı ilə quzuçunun haqqını kəsdin, gərək kənddən...

QUZUDİŞİ (ID - 26647)

is. Uşaqlarda ilk çıxan və yeddi yaşlarında dəyişən diş.

QUZUQULAGI (ID - 26648)

is. bot. Dadı turş və uzunsov yarpaqları olan, yeyilən tərəvəz bitkisi; turşəng. Yamacdan körpə yarpız, quzuqulağı yığıb döşlüklərinə toplayırdılar. Ə.Vəliyev.

QUZULAMA (ID - 26649)

“Quzulamaq^’dan f.is.

Bu səhifə 146 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif