Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

QANUNLAŞDIRMA (ID - 23400)

“Qanunlaşdırmaq” dan f.is.

QANUNLAŞDIRMAQ (ID - 23401)

bax qanuniləşdirmək.

QANUNNAMƏ (ID - 23402)

is. [ər. qanun və fars. namə] Qanunlar məcəlləsi (kitabçası), qanunlar toplusu, qanunlar toplanmış kitabça. // Qanun, qanun layihəsi. Qəzetlər yazırlar ki, duma vəzirin qanunnaməsini təsdiq eləyir. C.Məmmədquluzadə. [Əsgər bəy...

QANUNPƏRƏST (ID - 23403)

sif. və is. [ər. qanun və fars. ...pərəst] Qanuna ciddi riayət edən, qanundan kənar çıxmayan.

QANUNPƏRƏSTLİK (ID - 23404)

is. Qanuna ciddi surətdə riayət etmə, qanundan kənar çıxmama.

QANUNSUZ (ID - 23405)

sif. Qeyri-qanuni, qanuna zidd, qanuna müvafıq olmayan, qanunu pozan. Qanunsuz hərəkət. Qanunsuz (z.) iş görmək. Mən ondan qanunsuz taxta alanda; Biləydim, bu gündən mənimçün də var! B.Vahabzadə.

QANUNSUZLUQ (ID - 23406)

is. 1. Qeyri-qanunilik, qanuna uyğun olmama, qanuna zidd olma; qanunsuz hərəkət.
2. Nizamsızlıq, şuluqluq, başlı-başınalıq, hərc-mərclik. [Nizami:] Minlərcə azərbaycanlını qamçı və ağac gücünə səfərbərliyə alaraq təzə...

QANUNŞÜNAS (ID - 23407)

is. [ər. qanun və fars. ...şünas] 1. Qanunları yaxşı bilən, qanunlar mütəxəssisi; hüquqşünas.
2. Qanunlara, nizam və qaydalara dəqiq surətdə riayət edən, onları lazımınca yerinə yetirən (adam).

QANUNŞÜNASLIQ (ID - 23408)

is. 1. Hökumət qanunlarını yaxşı bilmə; hüquqşünaslıq.
2. Qanunlara, nizam və qaydalara tabe olma, onları lazımınca yerinə yetirmə.

QANUNVERİCİ (ID - 23409)

sif. Qanun verən, qanun verməyə ixtiyarı olan. Qanunverici orqan.

QANUNVERİCİLİK (ID - 23410)

is. Qanun vermə işi. Qanunvericilik hakimiyyəti.

QAN-YAŞ (ID - 23411)

is. Göz yaşı, ağlama, yas. Qan-yaş axıtmaq (tökmək) - çox ağlamaq, çox kədərli olmaq, çox təəssüflənmək, yasa batmaq. Parlaq günəşim, həsrəti-ruyinlə gözümdən; Qan-yaş axıdıb Dəclələr icad edərəm mən. Heyran xanım....

QAPADILMA (ID - 23412)

“Qapadılmaq” dan f.is.

QAPADILMAQ (ID - 23413)

QAPAĞAN (ID - 23414)

sif. bax qapan2.

QAPAQ (ID - 23415)

is. 1. Hər hansı bir şeyin (qabın və s.-nin) üstünü örtən hissəsi. Sandıq qapağı. Qutu qapağı. Çaynikin qapağı.
Bəzi bədən üzvlərini örtən pərdə. Göz qapağı. Diz qapağı. - Qoca göz qapaqlarını ağır-ağır qaldırdı....

QAPAQCIQ (ID - 23416)

is. Kiçik qapaq.

QAPAQLAMA (ID - 23417)

"Qapaqlamaq” dan f.is.

QAPAQLAMAQ (ID - 23418)

f. Qapağını örtmək, qapağını bağlamaq, qapağını qoyub bərkitmək, üstünə qapaq qoymaq. Samovarı qapaqlamaq. Qazanı qapaqlamaq.

QAPAQLANMA (ID - 23419)

“Qapaqlanmaq” dan f.is.

QAPAQLANMAQ (ID - 23420)

məch. Qapaqla örtülmək, qapağı bağlanmaq, bərkidilmək.

QAPAQLATMAQ (ID - 23421)

icb. Qapaqla örtdürmək, bağlatmaq, üstünə qapaq qoydurmaq.

QAPAQLI (ID - 23422)

sif. Qapağı olan, qapaqla örtülü, qapaqla bağlı olan. Qapaqlı qazan. Qapaqlı çaydan. Qapaqlı qənddan.

QAPAQLIQ (ID - 23423)

is. Qapağa yararlı, qapaq qayrıla bilən hər şey. // Qapaq vəzifəsini görən
şey.

QAPAQSIZ (ID - 23424)

sif. Qapağı olmayan, üstü örtülməyən. Qapaqsız qazan. Qapaqsız qəhvədan. Qapaqsız qutu.

QAPALI (ID - 23425)

sif. 1. Qapanmış, bağlı; qapısı və ya qapağı örtülmüş. Qapalı ev. Qapalı qutu. Qapalı qapı. - Küçə dükanlarından başqa hər yer qapalı idi. M.S.Ordubadi. [Sübhanverdizadə] ağzı qapalı qablara baxdı və yaxınlaşıb qapaqları...

QAPALILIQ (ID - 23426)

is. 1. Qapalı şeyin halı. Qapalı (6-cı mənada) adamın xasiyyəti. Təbiətimdəki qapalılığa rəğmən, o gənc qadın haqqında sənə heç nə söyləmədim. İ.Əfəndiyev.
Gizlilik.

QAPAMA (ID - 23427)

“Qapamaq” dan f.is.

QAPAMAQ (ID - 23428)

f. 1. Bağlamaq, örtmək. Sandığı qapamaq. Yeşiyi qapamaq. // Bağlamaq, qıfıl və s. ilə bağlamaq. Qapını qapamaq. Pəncərəni qapamaq. // Açıq şeyi örtmək. Ağzını qapamaq. Kirpiklərini qapamaq. - Göz yaşı Bəyimi boğdu. Əlləri...

QAPAN1 (ID - 23429)

is. Ağır şeyləri çəkmək üçün böyük tərəzi. Güləlioğlu böyük kooperativ qapanını arabaya qoyub anbarın çardağına gətirirdi. M.Hüseyn. Çağır tərəzini, çağır qapanı; Çağır çağrışlarla şöhrət tapanı. M.Araz.

QAPAN2 (ID - 23430)

f.sif. Dişləyən, tutan, sərt. Qapan at. - Qapan it dişini göstərməz. (Ata. sözü).

QAPANÇI (ID - 23431)

is. Qapana baxan, qapanda şey çəkən adam.

QAPANÇILIQ (ID - 23432)

is. Qapançı vəzifəsi, peşəsi.

QAPANDAR (ID - 23433)

bax qapançı. Qapandaryığılmış pambığı qapanda çəkdi.

QAPANDARLIQ (ID - 23434)

bax qapançılıq.

QAPANMA (ID - 23435)

“Qapanmaq” dan f.is.

QAPANMAQ (ID - 23436)

f. 1. Bağlanmaq, kilidlənmək. Pəncərələrin hamısı qapanmışdır. - Qapılar örtülüb qapanmışdır. A.Səhhət. Örtülmək (açıq şey haqqında). Elə bil düşdüyü bəlanı qanır; Yenidən gözləri yenə qapanır. A.Səhhət.
Buludla...

QAPAN-TƏRƏZİ (ID - 23437)

QAPATMA (ID - 23438)

“Qapatmaq” dan f.is.

QAPATMAQ (ID - 23439)

icb. Qapamağa, örtməyə, bağlamağa məcbur etmək.

QAPAYICI (ID - 23440)

1. sif. Qapayan, örtən. Ilbizlərin bədəninin qapayıcı əzələləri.
2. is. Dəstədə, sırada ən axırıncı gedən şəxs.

QAPAZ (ID - 23441)

is. 1. Əl ayası ilə başa vurma. Amma burada yenə bir az fikirləşirəm, fikirləşirəm ki, Hacı əmi müxbirin başına qapazı nə üçün ilişdirirdi. M.Ə.Sabir. Qoy nağıl eləyim, sənin haqqında olmasa, durub mənim başıma bir qapaz...

QAPAZALTI (ID - 23442)

is. dan. Hər kəs tərəfindən təhqir olunan, incidilən aciz, məzlum, hüquqsuz adam.

QAPAZLAMA (ID - 23443)

“Qapazlamaq” dan f.is.

QAPAZLAMAQ (ID - 23444)

f. dan. Qapazla vurmaq, başına vurmaq. [Şahqulu:] Siz öləsiz, özü məni gündə min qapazlayır. N.Vəzirov.

QAPAZLANMA (ID - 23445)

“Qapazlanmaq” dan f.is.

QAPAZLANMAQ (ID - 23446)

məch. Qapazla vurulmaq.

QAPAZLAŞMA (ID - 23447)

“Qapazlaşmaq” dan f.is.

QAPAZLAŞMAQ (ID - 23448)

qarş. dan. Bir-birini qapazla vurmaq.

QAPÇAQ (ID - 23449)

is. 1. Taxtadan qayrılmış su və ya şərab qabı; çəllək. Qapçaq su ilə doludur.
2. Cod həsirdən, kəndirdən toxunmuş, ya tikilmiş böyük kisə. Bir qapçaq kartof.

Bu səhifə 116 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla