İzahlı lüğət

Q (ID - 22850)

Azərbaycan əlifbasının on yeddinci hərfi. bax qe.

QA (ID - 22851)

təql. Qarğanın çıxardığı səs. Böylə sözdən fərəhlənib qarğa; Ağzını açdı, ta ki etsin qa! M.Ə.Sabir.

QAAN (ID - 22852)

is. tar. Türk, monqol və tatar xanları üçün “hökmdarlar hökmdarı” mənasında işlədilən ünvan; xaqan.

QAB (ID - 22853)

is. 1. İçərisinə şey qoymaq və ya içərisində şey saxlamaq üçün məişət avadanlığı. Saat qabı. Şeyləri qoymaq üçün qab lazımdır. - Qəzəl qurtarmayır, çatmayır sona; Qoyub qələmini davat qabına.. B.Vahabzadə. // dan. Çuval,...

QABA (ID - 22854)

sif. 1. Kobud, sərt, cod. Qaba yun. Qaba parça. Qaba mahud. Qaba yem.
2. Qeyri-mədəni, ədəbsiz, nəzakətsiz, kobud; tərbiyəyə zidd. Qaba söz. Qaba zarafat. Qaba hərəkət. Qaba rəftar. Qaba (z.) danışmaq. - [Feldşer] çox uzunçu, lağlağı,...

QABAĞARDAN (ID - 22855)

is. dan. Qalayçı.

QABAQ1 (ID - 22856)

is. 1. bot. Qarpız, qovun və xiyar cinsindən, yerə yayılan iriyarpaqlı bir bitkinin uzunsov, ya girdə, sarımtıl və ya yaşıl meyvəsi; balqabaq, kudu. Qabaq tağı şamama verməz. (Ata. sözü).
məc. dan. Dadsız, tamsız qovun, qarpız...

QABAQ2 (ID - 22857)

1. zərf Əvvəl, irəli. Üç gün bundan qabaq gəlmişəm. - Bir ay bundan qabaq övrətim və uşaqlarımı da götürüb Ağdamdan Bakıya köçürmüşəm. C.Məmmədquluzadə. Məmməd şirin səhər yuxusuna xələl qatar, işə vaxtından da...

QABAQCA (ID - 22858)

zərfi Əvvəlcə, əvvəldən, irəlicə, irəlidən. Mən qabaqca söyləmişdim. Qabaqca hazırlaşmaq lazımdır. - Qabaqca Münəvvər xanım anası ilə görüşürdü: - Ana, salamat qal! Yenə tezliklə sənin ziyarətinə gələrəm. M.S.Ordubadi....

QABAQCADAN (ID - 22859)

zərf Qabaqdan, əvvəldən, irəlicədən. Qabaqcadan şərtldşmək. Qabaqcadan xəbər vermək. - Mən bir az tez gəldim ki, qabaqcadan sizi görüm. C.Cabbarlı. “Molla Nəsrəddin” in bu nömrəsindən Hacı Axund qabaqcadan xəbər tutmuşdu....

QABAQCIL (ID - 22860)

sif 1. Ən şüurlu, ən gözüaçıq, ən təşəbbüslü; işdə, mübarizədə hamıdan irəlidə gedən, ən fəal. Cəmiyyətin ən qabaqcıl adamları. - [“Dəbistan” ] ilk məktəbli jurnalının bağlanması qabaqcıl elm, maarifi xadimlərini,...

QABAQCILLIQ (ID - 22861)

is. Hər hansı bir işdə qabaqcıl olma, ön sırada olma; birincilik, təşəbbüsçülük. İşdə qabaqcıllıq. Dərsdə qabaqcıllıq. Qabaqcıllığı əldən verməmək. Qorxmazla Zaman şiləyənlərə baş çəkir, .. Həqiqətlə Səadətin...

QABAQDA (ID - 22862)

zərfi 1. İrəlidə, qabaq tərəfdə. Qabaqda oturmaq. □ Qabaqda gedən 1) irəlidə gedən; 2) məc. yol göstərən, başçılıq edən, rəhbərlik edən. Qabaqda getmək - 1) hamıdan irəlidə getmək; 2) məc. rəhbərlik etmək, yol göstərmək.
Gələcəkdə,...

QABAQDAKI (ID - 22863)

sif Qabaqda, irəlidə olan; qabaqda duran, ya oturan. Qabaqdakı evlər. Atları sürüb, qabaqdakı adama yetişdilər. “Aşıq Ələsgər” . // Yaxındakı, irəlidəki. Qabaqdakı kəndin adı nədir?

QABAQDAN (ID - 22864)

zərfi 1. Qabaq tərəfdən, ön tərəfdən; qarşı tərəfdən; qarşıdan. Evin qabaqdan görünüşü. - Mən gedirdim, dostum çıxdı qabaqdan; Acı sözün salmaz məni damaqdan. “Aşıq Qərib” .
2. Qabaqcadan, əvvəlcədən, əvvəldən,...

QABAQGÖRƏN (ID - 22865)

sif. Gələcəyi görən, bəsirətli, açıqfikirli; qabaqcıl, tərəqqipərvər. Xalqın bütün açıqfikirli, qabaqgörən igid və namuslu oğulları .. alçaq düşmənlərlə öz mübarizəsini daha artıq gücləndirirdi{lər). H.Sarabski.

QABAQGÖRƏNLİK (ID - 22866)

is. Qabağı görmə, gələcəyi görmə; açıqfikirlilik, bəsirət.

QABAQKI (ID - 22867)

sif Əvvəlki, əvvəldə olan, keçmişdə olan. Qabaqkı məsələ. - Gözəl sonra ikinci uşağı Atabəyə verdi, yenə qabaqkı sözünü təkrar etdi. M.S.Ordubadi.

QABAQ-QARŞI (ID - 22868)

zərfi Qabaq-qabağa, qarşı-qarşıya, üz-üzə. Sadıq xanla Məmməd bəyin gözlərinə yuxu getmirdi: qabaq-qarşı oturub sabahın dərdinə qalmışdılar. Çəmənzəminli. Güllü .. qoluçirməkli olduğu halda, oğlu ilə qabaq-qarşı durub...

QABAQ-QƏNŞƏR (ID - 22869)

is. Qabaq, göz qabağında olan, görünən yer. Qabaq-qənşər qayalıqda kəklik oxuyur; Var ol səni, xallı pəri, bu təbrik üçün. M.Araz.

QABAQLAMA (ID - 22870)

“Qabaqlamaq” dan f.is.

QABAQLAMAQ (ID - 22871)

f 1. Bir hadisənin baş verməsinə mane olmaq üçün qabaqcadan tədbir görmək, baş verməyə qoymamaq, qabağını almaq. Hadisələri qabaqlamaq. - Firidun sərtibi qabaqlamaq üçün addımlarını itiləşdirdi. M.İbrahimov. Qabağını kəsmək,...

QABAQLANMA (ID - 22872)

“Qabaqlanmaq” dan f.is.

QABAQLANMAQ (ID - 22873)

məch. Qarşılanmaq, önlənmək.

QABAQLAŞDIRMA (ID - 22874)

“Qabaqlaşdırmaq” dan f.is.

QABAQLAŞDIRMAQ (ID - 22875)

1. Tutuşdurmaq, müqayisə etmək.
2. Bir-biri ilə üzləşdirmək, üz-üzə gətirmək.

QABAQLAŞMA (ID - 22876)

"Qabaqlaşmaq” dan f.is.

QABAQLAŞMAQ (ID - 22877)

f. Qarşılaşmaq, qarşı-qarşıya gəlmək, üz-üzə gəlmək; üz-üzə durmaq. Tənbur ilə telli sazı; Qabaqlaşıb çalaq, barı! S.Vurğun. Ana-oğul dikdirdə qabaqlaşdılar. Şamxal anasını gözüyaşlı görüb, evdə bədbəxt bir hadisə...

QABAQLIQ1 (ID - 22878)

is. 1. Qadınların alınlarına vurduqları qızıl, gümüş və s.-dən bəzək.
2. Döşlük.

QABAQLIQ2 (ID - 22879)

is. Qabaq əkilmiş yer.

QABALAŞDIRILMA (ID - 22880)

“Qabalaşdırılmaq” dan f.is.

QABALAŞDIRILMAQ (ID - 22881)

məch. Kobudlaşdırılmaq, qaba şəklə salınmaq; zəriflikdən, incəlikdən məhrum edilmək.

QABALAŞDIRMA (ID - 22882)

"Qabalaşdırmaq” dan f.is.

QABALAŞDIRMAQ (ID - 22883)

f. Kobudlaşdırmaq, qaba şəklə salmaq; zəriflikdən, incəlikdən məhrum etmək.

QABALAŞMA (ID - 22884)

“Qabalaşmaq” dan f.is.

QABALAŞMAQ (ID - 22885)

f. Qaba olmaq; zərifliyini, incəliyini itirmək; kobudlaşmaq, codlaşmaq.

QABALIQ (ID - 22886)

is. 1. İncəlikdən, zəriflikdən məhrum olma; kobudluq, codluq. Mahudun qabalığı. Dərinin qabalığı. Tikişin qabalığı dərhal nəzərə çarpır.
2. Tərbiyəsizlik, ədəbsizlik, nəzakətsizlik; qaba hərəkət, qaba danışıq. Rəftarın...

QABAN (ID - 22887)

is. Vəhşi donuzun erkəyi. Qaban əti. Qaban ovu. Çöl donuzuna qaban da deyilir. - Kənddən bir dənə biyar araba gətirib, qabanın cəmdəyini içinə yıxıb, özüm də üstündə yola düşdüm. Ə.Haqverdiyev. // məc. Kobud, yekə cüssəli,...

QABAR (ID - 22888)

is. 1. Bədəndə dərinin altında əmələ gələn sulu qabarcıq; suluq. □ Qabar olmaq - bax qabarlamaq 1-ci mənada. [Mahmud:] Balta vurmaqdan qollarım düşdü, əllərim suluq-suluq qabar oldu. Ə.Haqverdiyev.
Çox sürtülməkdən, toxunmaqdan...

QABARBÖCƏYİ (ID - 22889)

is. zool. İnsan bədəninə toxunduqda və ya əzildikdə dəridə qabar əmələ gətirən bir böcək.

QABARCIQ (ID - 22890)

is. Kiçik qabar.

QABARCIQLANDIRMA (ID - 22891)

"Qabarcıqlandırmaq” dan f.is.

QABARCIQLANDIRMAQ (ID - 22892)

f. Qabarcıqlar əmələ gətirmək.

QABARCIQLANMA (ID - 22893)

"Qabarcıqlanmaq” dan f.is.

QABARCIQLANMAQ (ID - 22894)

f. 1. Bax qabarlamaq 1-ci mənada. Əllərimin dərisi qabarcıqlanmışdı, soyulmuşdu, xalam hər iki əlimi qatıqla suvayıb tənziflə bağlamışdı və qabağına salıb həkimə aparmaq istəmişdi, amma mən getməmişdim. Ə.Məmmədxanlı.
2....

QABARCIQLI (ID - 22895)

sif. Üzərində qabarcıqlar olan, qabarcıqla örtülü.

QABARDILMA (ID - 22896)

“Qabardılmaq” dan f.is.

QABARDILMAQ (ID - 22897)

məch. Qabarıq hala (şəklə) salınmaq, şişirdilmək.

QABARDİN (ID - 22898)

is. [fr.] 1. Əsasən palto və kostyum tikmək üçün əla yun parça növü.
2. Sif. mənasında. Həmin parçadan tikilmiş. Qabardin palto (kostyum).

QABARIQ (ID - 22899)

sif. 1. Qabarmış, şişmiş, səthi hamar olmayan. Qabarıq şüşə. Qabarıq naxış. // is. Şiş, çıxıntı, ur.
2. sif. və zərf məc. Nəzərə çarpacaq halda, çox aydın. Tehran qabarıq bir təzad içərisində öz adi həyatını yaşayırdı....

Bu səhifə dəfə baxılıb

......