1
İzahlı lüğət - Q hərfi ilə başlayanlar - H. 68
ZE+education
kitab_satishi+

İzahlı lüğət

QUDALIQ (ID - 26200)

is. Quda olma; oğul evləndirmək və ya qız vermək nəticəsində əmələ gələn qohumluq əlaqəsi.

QUDOK (ID - 26201)

is. [rus.] Fit, uğultu, fit səsi. Təşkilat [çar] hökumət məmurlarını azdırmaq fikri ilə, o gün bir-birindən az fasiləli olaraq bütün mədənlərdə qudok çalmağı qərara almışdı. A.Şaiq. Qudokun səsindən canlanan sürət; Andırırdı...

QUDRON (ID - 26202)

[fr.] tex. Mazut qalıqlarından istehsal edilən, başlıca yol tikilişində və s.də işlədilən qara qatran maddəsi. Mazutdan sürtkü yağları alındıqdan sonra, qalıq olaraq qatran kimi kütlə - qudron alınır, bundan küçələrə döşənən...

QUDRONLAMA (ID - 26203)

xüs. “Qudronlamaq” dan f.is.

QUDRONLAMAQ (ID - 26204)

f. xüs. Qudronla örtmək, qudron döşəmək (salmaq). Yolları qudronlamaq.

QUDRONLANMA (ID - 26205)

“Qudronlanmaq” dan f.is.

QUDRONLANMAQ (ID - 26206)

məch. xüs. Qudronla örtülmək, qudron döşənmək (salınmaq).

QUDRONLANMIŞ (ID - 26207)

f.sif. xüs. Qudronla örtülmüş, qudron döşənmiş (salınmış). Qudronlanmış şose.

QUDRONLU (ID - 26208)

sif. Qudron qatışıqlı, tərkibində qudron olan.

QUDURĞAN (ID - 26209)

sif. Azğın, həddini azmış, qudurmuş; harın. ..Qudurğan dövlətli cavanları arvada latayıl söz qoşub oxuyur, onu biabır edirdilər. Ə.Əbülhəsən. // İs. mənasında. Söyüş yerində işlənir. [Xan:] Qudurğanın boynunu sındırarlar!...

QUDURĞANCASINA (ID - 26210)

zərfi Qudurğan adam kimi, azğıncasına, həyasızcasına.

QUDURĞANLAŞMAQ (ID - 26211)

f. Qudurğan olmaq, azğınlaşmaq, qudurmaq, həddini azmaq, cızığından çıxmaq; harınlaşmaq, həyasızlaşmaq.

QUDURĞANLIQ (ID - 26212)

is. Qudurma, həddini aşma, cızığından çıxma, azğınlıq; həddindən artıq lovğalıq, həyasızlıq; harınlıq; qudurğancasına hərəkət. [Cümşüd:] Bilirsən ki, bu başıbatmış dörd məlik mənim atamla da düşmənçilik ediblər.....

QUDURMA (ID - 26213)

“Qudurmaq” dan f.is.

QUDURMAQ (ID - 26214)

f. 1. Quduz olmaq, quduzluq xəstəliyinə tutulmaq.
məc. Son dərəcə hiddətlənmək; hirsindən, acığından özünü itirmək dərəcəsinə gəlmək. Şişman adam artıq büsbütün quduraraq əsəbi hallar keçirirdi. A.Şaiq.
məc. Coşmaq,...

QUDURMUŞ (ID - 26215)

1. f.sif. Quduzluq xəstəliyinə tutulmuş, quduz olmuş. Qudurmuş it.
[Molla bacı:] Paxıllıqdan qudurmuş itə dönüb yan-yörəni dalayırsan. Çəmənzəminli.
2. is. məc. Azğın, coşmuş, həddini azmış adam haqqında (bəzən söyüş...

QUDURMUŞCASINA (ID - 26216)

bax quduzcasına.

QUDURTMA (ID - 26217)

“Qudurtmaq” dan f.is.

QUDURTMAQ (ID - 26218)

f. Öz hərəkətləri ilə birinin qudurmasına, həddini azmasına, həyasızlaşmasına səbəb olmaq; harınlaşdırmaq, başa çıxartmaq. [Ziba xanım:] ..Axır işi oyerə yetiribsən ki, mənim qaravaşımı söyüb mənim üstümə göndərirsən....

QUDUZ (ID - 26219)

sif. 1. Quduzluq xəstəliyinə tutulmuş; qudurmuş. Quduz it. Quduz canavar. Quduz olmaq (quduzluq xəstəliyinə tutulmaq). - Ələmdar quduz it kimi mırıldanamırıldana aşağıya düşüb, faytonun yanında dayandı. S.Rəhimov.
2. məc. Azğın,...

QUDUZCASINA (ID - 26220)

zərf Azğıncasına, vəhşicəsinə, amansızcasına; quduz kimi. Quduzcasına üzərinə atılmaq.

QUDUZLAŞDIRMA (ID - 26221)

“Quduzlaşdırmaq” dan f.is.

QUDUZLAŞDIRMAQ (ID - 26222)

f. Daha da qızışdırmaq, daha da hiddətləndirmək, daha da qəzəbləndirmək.

QUDUZLAŞMA (ID - 26223)

“Quduzlaşmaq” dan f.is.

QUDUZLAŞMAQ (ID - 26224)

f. 1. Quduz olmaq, quduzluq xəstəliyinə tutulmaq.
2. məc. Daha da azğınlaşmaq, qudurmaq, şiddət göstərmək, quduz heyvana dönmək.

QUDUZLUQ (ID - 26225)

is. 1. Quduz heyvanın dişləməsi nəticəsində sinir sistemini iflicə uğradan ağır yoluxucu xəstəlik. Quduzluğa qarşı aşı. Quduzluğun yayılmasının qarşısını almaqdan ötrü quduz və avara itləri məhv edirlər. // Bu xəstəliyə...

QUDUZOTU (ID - 26226)

is. bot. Kolluqlarda, quru dağ yamaclarında bitən çoxillik ot bitki.

QUĞU (ID - 26227)

QUĞULDAMA (ID - 26228)

1. “Quğuldamaq” dan f.is.
2. is. Göyərçinin çıxardığı səs.

QUĞULDAMAQ (ID - 26229)

f. Göyərçin kimi səs çıxarmaq. Göyərçin quğuldayır.

QUQQU, QUQQU QUŞU (ID - 26230)

is. zool. Adətən özünə yuva tikməyib, özgə quşların yuvasında yumurtlayan, boz, çil-çil, uzunquyruq meşə quşu. Quqqu quşu göyərçin böyüklükdə bir quşdur; o, hər 3-4 gündən bir balaca yumurta yumurtlayır və bu yumurtanı kiçik...

QUQ-QU (ID - 26231)

təql. Quqqu kimi quşların çıxardığı səs.

QUQQULDAMA (ID - 26232)

“Quqquldamaq” dan f.is.

QUQQULDAMAQ (ID - 26233)

f. 1. Quq-qu səs çıxarmaq. Turac quqquldayır. Alabaxta quqquldayır.
Xoruz kimi səs çıxarmaq, banlamaq, quq-qu eləmək. Kəblə Hətəm xan qırmızı cığalı xoruz kimi quqquldadı. S.Rəhimov.

QUQQULDAŞMA (ID - 26234)

“Quqquldaşmaq” dan f.is.

QUQQULDAŞMAQ (ID - 26235)

qarş. Ağız-ağıza verib quqquldamaq.

QUQQULTU (ID - 26236)

is. Turac, alabaxta kimi quşların çıxardığı səs.

QUQ(Q)ULU (ID - 26237)

is. məh. 1. Bütöv çıxarılmış qoz içi, ləpələri ayrılmamış qoz.
2. Bütöv halda çıxarılmış nar içi.

QUQ-QULU-QU (ID - 26238)

təql. Xoruz banlaması, xoruzun çıxardığı səs. Gördü ki, bir xorusirənginmu; Eyləyir bir ağacda quq-qulu-qu. S.Ə.Şirvani.

QUQURD (ID - 26239)

is. məh. Açılmamış qızılgül; qönçə.

QUL1 (ID - 26240)

is. 1. Qədim dövrlərdə: müharibədə əsir tutulub satılan adam. Neçə qul azad elədim; Qəsd etmədim cana, Nigar! “Koroğlu” .
Xidmət üçün satın alınmış adam; hər cür istehsal vasitəsi və hüquqdan məhrum olan və tamamilə...

QUL2 (ID - 26241)

is. Tənha yerlərdə və qaranlıqda vahiməyə düşən adamın gözünə canlı kimi görünən qorxunc xəyal; qulyabanı.

QULA (ID - 26242)

is. məh. Açıq-sarı rəngli at. Qula madyan.

QULAĞAGİRƏN (ID - 26243)

is. 1. Bax qırxayaq 1-ci mənada.
məc. dan. Hər kəsdən söz bilməyə, söz çəkməyə çalışan adam; xəbəraparan, casus.

QULAQ (ID - 26244)

is. 1. İnsan və heyvanlarda eşitmə orqanı. Qulağı ağrımaq. Qulaq həkimi. Nəvəsi onun .. burnundan, qulağından yapışır, boğazının altını qıdıqlayır. M.Rzaquluzadə. Qulaqları örtmək üçün papağın yanlarından sallanan hissəsi....

QULAQALTI (ID - 26245)

1. sif. anat. Qulağın alt tərəfində, ya yanlarında olan. Qulaqaltı vəzi.
2. is. bax qulaqbalışı. Kosanın qaralmış kirli qulaqaltısı otaqcanın ortasına düşmüşdü. S.Rəhimov.

QULAQARDI (ID - 26246)

is. Qulağın dal tərəfi.
□ Qulaqardına vurmaq (vermək) - qulaq asmamaq, qəsdən fikir verməmək, özünü eşitməməzliyə, bilməməzliyə qoymaq. [Həsən:] Neçə dəfə ağaya demişəm, qulaq asmır. Gah da görürsən qulaqardına verir....

QULAQBALIŞI (ID - 26247)

is. Yatarkən qulaq altına qoyulan kiçik yastıqca.

QULAQBATIRAN, QULAQBATIRICI (ID - 26248)

sif. Qulaqları batıracaq qədər bərk, şiddətli, gurultulu. Qulaqbatırıcı səs. Qulaqbatırıcı gurultu. - Kənddə qulaqbatıran bir haray vardı. M.Hüseyn. Hacı Atakişi: - Oğul, Fərman! deyə qulaqbatırıcı bir səslə qışqıraraq,...

QULAQBURMA(SI) (ID - 26249)

is. dan. Yüngül tənbeh, yüngül cəza. [Dayısı Nadirə:] Bacıoğlu, görünür, qulaqburması yadından çıxıb, ha?
deyə altı il əvvəl döyüldüyünü xatırlatdı. Talıblı. □ Qulaqburması vermək - cəzalandırmaq, tənbeh etmək....

Bu səhifə 166 dəfə baxılıb

....
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif