Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

QIZILLATMAQ (ID - 25500)

icb. Qızıla tutdurmaq, üstünə qızıl çəkdirmək və ya qızıl suyu verdirmək.

QIZILLI (ID - 25501)

sif. Qızıl vurulmuş, qızıl ilə bəzənmiş. [Əminə] ..ətəyiqızıllı, qəşəngal faydan kofta geymiş, başına da heyratı kəlağayı örtmüşdü. Ə.Əbülhəsən.

QIZILLIQ (ID - 25502)

is. 1. Qırmızılıq, qırmızı şeyin halı.
məc. dan. Utanmazlıq, həyasızlıq, heç bir şeydən çəkinməzlik.

QIZILÖZƏK (ID - 25503)

is. Qida borusunun xalq arasında adı.

QIZILPƏNCƏR (ID - 25504)

is. bot. Yayda bitən, yeyilən bir bitki.

QIZILSAQQAL (ID - 25505)

is. bot. Aran və dağlıq yerlərdə, yamaclarda, kolluqlarda bitən bitki (xalq arasında şotka və s. hazırlamaq üçün istifadə edilir).

QIZILSÖYÜD (ID - 25506)

is. bot. Söyüd ağacının bir növü.

QIZILULDUZLU (ID - 25507)

sif. Üzərində qırmızı ulduz nişanı olan. Qızılulduzlu təyyarə. Qızılulduzlu papaq. - Bu qızılulduzlu bayraq sənindir; Biliyə, zəkaya, əməyə hörmət! A.Şaiq.

QIZILYEL (ID - 25508)

is. tib. Yoluxucu dəri xəstəliyi.

QIZILZANBAQ (ID - 25509)

is. bot. Dağlıq yerlərdə bitən soğanaqlı bitki.

QIZINDIRMA (ID - 25510)

"Qızındırmaq” dan f.is.

QIZINDIRMAQ (ID - 25511)

f. Odda, istidə qızdırmaq, isindirmək, istiləndirmək.

QIZINMA (ID - 25512)

“Qızınmaq’dan f.is.

QIZINMAQ1 (ID - 25513)

qayıd. Odun və ya günəşin qabağında, yaxud bir şeyin istisində öz bədənini qızdırmaq, istiləndirmək; isinmək. [Onlar] xırda qruplara ayrılıb, günün istisində qızınır və söhbət edirdilər. M.S.Ordubadi. Mən istədim ki, sizdə...

QIZINMAQ2 (ID - 25514)

bax qızmaq2. Bütün Təbrizdə sizdən başqa qızınıb etibar edəcəyim bir nəfər də adam tanımıram. M.F.Axundzadə.

QIZIRĞALANMAQ (ID - 25515)

bax qızırğa(n)maq.

QIZIRĞA(N)MAQ (ID - 25516)

f. Müzayiqə etmək, əsirgəmək, heyfi gəlmək, xəsislik etmək, verməyə əli getməmək, bir şeyi başqasına çox görmək. Utanmırsan, 9 manatı qızırğanırsan, sənin yanında bizim doqquz manatlıq da xatirimiz yoxdur? C.Məmmədquluzadə....

QIZITMA (ID - 25517)

“Qızıtmaq” dan f.is.

QIZITMAQ (ID - 25518)

f. Qızdırmaq, istiləndirmək, isitmək. Soyuqdan donmuş bədənimi öz tələbə otağımın isti havasında qızıtmağa tələsirdim. T.Ş.Simurq.

QIZIŞDIRICI (ID - 25519)

is. Təhrikçi, araqarışdıran. Müharibə qızışdırıcı - bax müharibə qızışdıran (“qızışdırmaq” da).

QIZIŞDIRICILIQ (ID - 25520)

is. Təhrikçilik, araqarışdırıcılıq, ara qarışdırma.

QIZIŞDIRILMA (ID - 25521)

"Qızışdırılmaq” dan f.is. Mübarizənin qızışdırılması. Mübahisənin qızışdırılması.

QIZIŞDIRILMAQ (ID - 25522)

məch. 1. Alovu daha da şiddətləndirilmək; alovlandırılmaq.
Qızdırılmaq, isidilmək, istiləndirilmək.
məc. Şiddətləndirilmək; qüvvəsi, şiddəti, gərginliyi və s. daha da artırılmaq.
məc. Hirsləndirilmək, acıqlandırılmaq,...

QIZIŞDIRMA (ID - 25523)

"Qızışdırmaq” dan f.is.

QIZIŞDIRMAQ (ID - 25524)

f. 1. Odun alovunu daha
da şiddətləndirmək; alovlandırmaq. Ocağı üfürüb qızışdırmaq. Uşaqlar tonqalı qızışdırdılar.
Qızdırmaq, isitmək, istiləndirmək. Əllərimi oda tutub bir az qızışdırdım. - Qızışdırar bahar...

QIZIŞQAN (ID - 25525)

sif. Qudurğan, azğın, qızışmış.

QIZIŞQANLIQ (ID - 25526)

is. Qudurğanlıq, azğınlıq, qızğınlıq.

QIZIŞMA (ID - 25527)

"Qızışmaq” dan f.is.

QIZIŞMAQ (ID - 25528)

f. 1. Qızmaq, istiləşmək, hərarətlənmək; canı qızmaq, bədənində xoş bir istilik hiss etmək, soyuqluğu rəf olmaq. Soyuqdan donmuş bədənim qızışdı. Havalar qızışmışdı. - Cəbiş danışmaqla öz-özünə sığınır, bədənini...

QIZIŞMIŞ (ID - 25529)

bax qızmış. Qızışmış fayton atları dördnala çaparaq, şose yolunun daşlarından qığılcım qoparırdı. M.Hüseyn.

QIZQUŞU (ID - 25530)

zool. bax qızlarquşu.

QIZLARAĞASI (ID - 25531)

is. tar. Hökmdarın hərəmxanasına nəzarət edən saray xidmətçisi. Əndərun, birun, qısqanc xədimlər, sərt qızlarağası, qürbət... Bütün bunları düşündükcə Kiçikbəyimin ürəyi sıxılırdı. Çəmənzəminli.

QIZLARQUŞU (ID - 25532)

is. zool. Sığırçın boyda kiçik, bel və qanadlarının tükləri yaşıl bir quş. Bizim aran yerlərində [arıların] birinci düşməni qızlarquşudur. Qızlarquşu köçəri quşdur, .. onlar dəstə ilə arı suya gedən yolu kəsib, onları...

QIZLIQ (ID - 25533)

is. 1. Qadın cinsinin ərə gedincəyə qədər olan halı, qız olma dövrü. Qızlıq dövrü qadın həyatının ən mühüm dövrüdür. M.S.Ordubadi. [Məsmə:] İndi öz otağıma daşındıqda, ta qızlığımdan xəyalımda nəqşəsini çəkdiyim...

QIZMA1 (ID - 25534)

“Qızmaq1’dan f.is.

QIZMA2 (ID - 25535)

“Qızmaq2” dan f.is.

QIZMAQ1 (ID - 25536)

f. 1. Bərk istilik almaq, hərarət almaq, çox istilənmək, hərarəti artmaq. Su qızmamışdır. Havalar getdikcə qızır. - Qızdı günəş, əsdi isti yellər; Qarlar əridi, axışdı sellər. A.Şaiq. ..Otağa cənub küləyinin ilıq şüaları...

QIZMAQ2 (ID - 25537)

f. dan. İnanmaq, etibar etmək, bel bağlamaq, xatircəm olmaq, arxayın olmaq (çox vaxt “ürəyi” sözü ilə bərabər). Ona heç qızmaq olmur. - [Şəhrəbanı xanım:] De görüm, ürəyim dürüst qızasıdırmı? Çünki bu iş çox çətin...

QIZMAR (ID - 25538)

sif. Çox qızğın, yandırıcı, qaynar. ..O, bu yırtıcı odların acıqlı qoynunda, mənasız cəhənnəmin qızmar dişlərində məhv olur. C.Cabbarlı. Şamama .. böyüyüb yaşa dolduqca çöl çiçəkləri kimi qızmar günəşin .. altında,...

QIZMARLIQ (ID - 25539)

is. Qızmar şeyin halı; çox qızğınlıq, yandırıcılıq, qaynarlıq.

QIZMIŞ (ID - 25540)

sif. 1. Od üstündə qalaraq yüksək hərarət almış, yandırıcı dərəcədə istilənmiş. Yaşıl qədəkdən uzun arxalıq geymiş, başına qırmızı sarıqlı sərpuş qoymuş bir sehrkar ocaqda qızmış ərsini dilinin üstünə basırdı....

QİBLƏ (ID - 25541)

is. [ər.] 1. Namaz qılarkən müsəlmanların üzlərini çevirdikləri tərəf (Məkkədə müqəddəs sayılan Kəbə adlı binanın səmti). Burada axund molla Tağı durdu namaza, üzünü qibləyə çöndərdi. C.Məmmədquluzadə.
2. Cənub,...

QİBLƏGAH (ID - 25542)

is. [ər. qiblə və fars. ...gah]
din. Qiblə yeri, qiblə tərəfi (bax qiblə
ci mənada).
Keçmişdə padşahlara verilən ünvanlardan biri. Əsrin padşahını, əhalinin yüz illərcə ölüsünün və dirisinin sahibi və qibləgahı...

QİBLƏNÜMA (ID - 25543)

is. [ər. qiblə və fars. ...nüma] Kompasın köhnə adı. O zamanlar hələ yoxmuş qiblənüma; Bilən yoxmuş elmin böyük qüdrətini. S.Vurğun.

QİBT (ID - 25544)

is. [ər. ] Sonralar ərəblərlə qarışmış qədim Misir əhalisinin adı.

QİBTƏ1 (ID - 25545)

is. [ər.] Başqasının üstünlüyünü, müvəffəqiyyətini, xoşbəxtliyini və başqa yaxşı cəhətlərini görüb, bunların özündə də olmasını arzulama, bunların həsrətini çəkmə. Cəmil Tahiri tanıdı və onun məharətinə qibtə...

QİBTƏ2 (ID - 25546)

is. [ər.] Kompas, qibləni göstərən.

QİBTƏKEŞ (ID - 25547)

sif. [ər. qibtə və fars. ...keş] Qibtə çəkən, qibtə edən.

QİBTİ (ID - 25548)

is. [ər.] 1. Qibt qövmünə mənsub olan adam (b ax qibt).
2. Misirdən keçərək, Avropanın bəzi ölkələrinə yayılmış qaraçılara verilən ad.

QİDA (ID - 25549)

is. [ər.] 1. İnsan və heyvan orqanizminin və bitkilərin yaşaması üçün lazım olan bəsləyici maddələr, yeyilən və içilən şeylər. Qida maddələri. Insanın qidası. Sağlamlıq üçün lazım olan şərtlərdən biri də qidanın düzgün...

Bu səhifə 74 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla