1
İzahlı lüğət - Q hərfi ilə başlayanlar - H. 52
ZE+education...
kitab_satishi+...

İzahlı lüğət

QIY1 (ID - 25400)

is. Səs, qışqırtı, bağırtı, haray. Bir az yaxşı dinlə, hey qıya bir bax; Dördnala gəlirlər, atlar çaparaq. Ə.Cavad. □ Qıy vurmaq, qıy qoparmaq, qıy çəkmək - qışqırmaq, bağırmaq, səsləmək, nərə çəkmək. Durnalar düzüləndə;...

QIY2 (ID - 25401)

QIY3 (ID - 25402)

is. Gözün ucu, dar tərəfi.

QIYAQOTU (ID - 25403)

is. bot. Taxılların arasında bitən alaq otu.

QIYĞACI (ID - 25404)

bax qıyqac 1-ci mənada. Qıyğacı baxmaq -1) gözünün ucu ilə baxmaq. Dilara Həsənə qıyğacı baxıb gülümsədi. M.İbrahimov; 2) süzgün baxmaq. Xumar qara gözlərini leylacı; Süzür hərdən, dönüb baxır qıyğacı. A.Səhhət. Kiçikxanım...

QIYĞACLAMA (ID - 25405)

“Qıyğaclamaq” dan f.is.

QIYĞACLAMAQ (ID - 25406)

f. Bir şeyi (kağızı, parçanı və s.-ni) qıyğacı bükmək və ya qıyğacı kəsmək. Çarqatı qıyğaclayıb başına atdı.

QIYĞACLANMA (ID - 25407)

“Qıyğaclanmaq” dan f.is.

QIYĞACLANMAQ (ID - 25408)

məch. Qıyğacı bükülmək, ya kəsilmək.

QIYIQ1 (ID - 25409)

is. Torba, çuval və s. tikməyə məxsus iri iynə; çuvalduz. ..Əlinə bir dəmir sünbə, bir də bir qıyıq keçirib, düşüb bu dərənin canına, adını da qoyubpalanduz. S.Rəhimov. Qıyıqlar xarallara sancıldı. Ə.Vəliyev.

QIYIQ2 (ID - 25410)

sif. Gözlərinin ucu dar, qıyılmış. Musa kişi qıyıq gözlərini Firidunun fikirli simasından çəkib, uşaqların dalınca baxdı. M.İbrahimov. ..Elə bil bütün bunlar da tatarın qıyıq gözlərindən gizli qalmırdı. Ə.Əbülhəsən.

QIYIQDAN (ID - 25411)

is. Qıyıq qabı, iynə qabı.

QIYIQGÖZ(LÜ) (ID - 25412)

sif. Gözləri qıyıq olan. Qıyıqgöz uşaq. - Dəyənin qalın palaz pərdəsi aralandı, qıyıqgözlü, seyrək, uzunbığlı bir yasavul başını içəri uzatdı. M.Rzaquluzadə.

QIYILDAMA (ID - 25413)

“Qıyıldamaq” dan f.is.

QIYILDAMAQ (ID - 25414)

f. Qıy vurmaq (b ax qıy1).

QIYILMA (ID - 25415)

“Qıyılmaq” dan f.is.

QIYILMAQ (ID - 25416)

f. Yığılmaq, yarı yumulmaq. Təbəssümdən onun gözləri qıyıldı. Ə.Əbülhəsən. Molla Qurbanəlinin xırda gözləri qıyıldı. P.Makulu.

QIYILTI1 (ID - 25417)

is. Qıy səsi, qışqırtı. [Qırğıda] isə gözə çarpacaq qədər bir küskünlük vardı. Onun qıyıltıları, qanad çırpıntıları müəyyən dərəcədə əskilmişdi. H.Nəzərli.

QIYILTI2 (ID - 25418)

is. Gözün qıyılması.

QIYIŞ (ID - 25419)

is. Gözü qıyma işi və tərzi.

QIYIŞMAQ (ID - 25420)

bax yığılmaq.

QIYQAC (ID - 25421)

1. sif. Əyri, çəp, yanakı, çəpəki. Siyah zülfü dal gərdəndə bir qulac; Sona cıqqası tək ucları qıyqac. Q.Zakir. Dağ başından günəş baxınca qıyqac; Quşlar durmaz, sərsəm kimi bağırar. A.Şaiq. Tikanlı tel uzanır hər yana...

QIY-QIY (ID - 25422)

is. 1. Bir ayağı üstündə yerimə.
Bu cür oynanılan uşaq oyunu.

QIYLAMAQ1 (ID - 25423)

f. Qıy vurmaq, qışqırmaq, haray çəkmək, bağırmaq, səsləmək, qışqırıb çağırmaq (bax qıy1).

QIYLAMAQ2 (ID - 25424)

f. məh. Qıy (qaytan) keçirmək, qıya tutmaq (bax qıy2).

QIYLI (ID - 25425)

sif. məh. Qıyı olan (bax qıy2). Ağzı qıylı heybə.

QIYMA (ID - 25426)

“Qıymaq’dan f.is.

QIYMAQ1 (ID - 25427)

f. Heyfi gəlməmək, əsirgəməmək; bir şeyi başqasına rəva görmək. Könül rəva görməz səni yad görə; Səni özgəsinə qıyan deyiləm. M.P.Vaqif. [Tükəz:] Sənin evində zəhirmar da tapılmaz; olsaydı onu da qıyıb bizə verməzdin....

QIYMAQ2 (ID - 25428)

: gözlərini qıymaq - gözlərini yarım yumaraq və kirpiklərini qısaraq baxmaq. Kərim baba iri, sallaq dodaqlarını geniş-geniş açaraq gözlərini daha da qıydı. A.Şaiq. Hesabdar gözlərini qıyıb, üfüqdə iki boy qalxmış günəşə...

QIYMAMA (ID - 25429)

“Qıymamaq” dan f.is.

QIYMAMAQ (ID - 25430)

f. Heyfi gəlmək, əsirgəmək, bir şeyi başqasına rəva görməmək. İstər başına durub dolansın; Qıymaz uşaq uyqudan oyansın. A.Səhhət. [Cənnətəli:] Sən öləsən, Mirzə, tulalarımın içində elələri var ki, birini bir ata qıymırsan....

QIYNAQ (ID - 25431)

is. Yırtıcı quş çəngəli; caynaq. Çünki onun [insanın] pələng kimi dişləri və qıynaqları yox ki, düşmənə qalib olsun, at və maral kimi ayaqları yox ki, qaçıb qurtarsın..
Zərdabi. [Bədəl:] Bizim birinci qəsdimiz .. öz kasıb...

QIYNA QLAMA (ID - 25432)

“Qıynaqlamaq” dan f.is.

QIYNAQLAMAQ (ID - 25433)

f. Qıynaqları ilə tutmaq, qıynağına keçirtmək; caynaqlamaq. Çalağan göyərçini qıynaqlayıb apardı.

QIYNAQLANMA (ID - 25434)

“Qıynaqlanmaq” dan f.is.

QIYNAQLANMAQ (ID - 25435)

məch. Qıynaqla tutulmaq, qıynağa keçirilmək, caynaqlanmaq.

QIZ (ID - 25436)

is. 1. Qadın cinsindən olan uşaq, övlad. Yusifin Səlimədən başqa bir oğlu və iki qızı var idi. N.Nərimanov. Gəlinlər, qızlar ağır-ağır enib qalxırdılar. Çəmənzəminli.
Hədd-büluğa çatmış, lakin hələ ərə getməmiş...

QIZARAQ (ID - 25437)

is. bot. Quru dağ yamaclarında bitən çoxillik ot bitki.

QIZARDILMA (ID - 25438)

“Qızardılmaq” dan f.is.

QIZARDILMAQ (ID - 25439)

məch. 1. Qızarıncaya qədər qızdırılmaq, közərdilmək. Qırmızı rəngə boyadılmaq, qırmızı rəngə salınmaq, qırmızılaşdırılmaq, qırmızı rəng sürtülmək.
Tavada və s.-də qızarıncaya qədər bişirilmək, qovrulmaq....

QIZARDILMIŞ (ID - 25440)

f.sif. 1. Qırmızı oluncaya qədər qızdırılmış, közərdilmiş. O, indi körükdə qızardılmış dairəvi bir dəmir parçasına bənzəyirdi. M.Hüseyn. Şiddətli od üstündə qızarıncaya qədər bişirilmiş; qovrulmuş. Qızardılmış...

QIZARIQ (ID - 25441)

is. Bədəndə bir yerin qaşınmasından, yaxud başqa səbəbdən əmələ gəlmiş qızartı.

QIZARIŞMA (ID - 25442)

"Qızarışmaq” dan f.is.

QIZARIŞMAQ (ID - 25443)

f. Görünmək, qızarmaq (çoxlu qırmızı şey haqqında). Məhəccər boyu dairə şəklində balaca bostanın dövrəsini bürümüş gül-çiçək elə uzaqdan da qızarışırdı. M.Hüseyn. Dağın ətəyində buğda zəmilərinin içindəki lalələr...

QIZARMA (ID - 25444)

“Qızarmaq” dan f.is.

QIZARMAQ (ID - 25445)

f. 1. Çox qızmaqdan qırmızı rəng almaq, közərmək. Dəmir ocaqda qızardı.
Şiddətli od üstündə tavada və s.-də qırmızı oluncaya qədər qovrulub bişmək. Ət
qızarmışdır. - Təndirin bir tərəfi dolmamış, o biri tərəfdə...

QIZARMIŞ (ID - 25446)

f.sif. 1. Çox qızmaqdan qırmızılaşmış, közərmiş, qıpqırmızı olmuş, köz bağlamış. Qızarmış dəmir. Qızarmış kömür.
Kürənin daşları pul kimi qızarmış, divarları qovrulurdu. Mir Cəlal. Od üstündə qovrulub qızarıncaya...

QIZARTDAQ (ID - 25447)

sif. Qırmızıya çalar sarı; kürən. Əsirlər lagerində bizi qızartdaq saçlı, bulanıq gözlü topal bir alman qarşıladı.. Ə.Məmmədxanlı.

QIZARTDIRMA (ID - 25448)

“Qızartdırmaq” dan f.is.

QIZARTDIRMAQ (ID - 25449)

icb. Qızartma işi gördürmək. Yumurtaları qızartdırmaq. Parçanı verib qızartdırdım. Balığı yağda qızartdırmaq.

Bu səhifə 214 dəfə baxılıb

1
ugur_200x200_new.gif
LD5.gif
modi.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif