1
İzahlı lüğət - Q hərfi ilə başlayanlar - H. 13
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

QAPDIRMA (ID - 23450)

“Qapdırmaq” dan f.is.

QAPDIRMAQ (ID - 23451)

1. icb. Qapmağa təhrik etmək, qapmağa məcbur etmək. Iti qısqırdıb yoldan keçəni qapdırırdı.
f. Qapışdırmaq, qapıb almaq, oğurlamaq. Boş danışma, bura say qapdırıb aldıqlarını! M.Ə.Sabir.

QAPI (ID - 23452)

is. 1. Girib-çıxmaq üçün evin, yaxud barının və s.-nin divarında açıq yer, deşik, habelə bu deşiyi qapamaq üçün taxtadan, dəmirdən və s.-dən düzəldilən qurğu. Divara qapı açmaq. Ev qapısı. Qapını örtmək. Ara qapı (iki...

QAPIBİR (ID - 23453)

sif. Çox yaxın, lap yaxın, qapıqapıya. Qapıbir qonşu. - Yoxsa həqiqətdə bizim südümüzün bərəkəti həmin qapıbir qonşularımızın pambığının bərəkətinə bağlıdır. Məmmədquluzadə. Lətifəgilin qapıbir qonşusu mühəndis...

QAPICIQ (ID - 23454)

is. Kiçik qapı.

QAPIÇI (ID - 23455)

is. 1. Binanın qapısında durub gözətçilik edən xidmətçi. Klub ağzında duran qapıçı qorxub divar dibinə çəkildi. A.Şaiq. Məhbusi hələ bu vaxta qədər orada qoca qapıçıdan başqa bir ins-cinsə rast gəlməmişdi. M.İbrahimov.
2....

QAPIÇILIQ (ID - 23456)

is. Qapıçının işi, vəzifəsi. [Sadıq kişi:] A kişi, Allah sənə qapıçılıqdan artıq qulluq qismət eləməsin, qırarsan xalqı! Mir Cəlal.

QAPILMA (ID - 23457)

“Qapılmaq” dan f.is.

QAPILMAQ1 (ID - 23458)

“Qapmaq” dan məch. Əlindən qapılmaq. Papağı başından qapıldı.

QAPILMAQ2 (ID - 23459)

t-siz. Bir şeyə həddindən artıq aludə olmaq, uymaq, bütün fikrini, özünü tamamilə bir şeyə həsr etmək. Elmə qapılmaq. Kitaba qapılmaq. - Lakin Tütünçüoğlu, gənc olduğuna baxmayaraq, başqaları kimi həlli müşkül olan arzulara...

QAPISIZ (ID - 23460)

sif. Qapısı olmavan. Qapısız və gecələr işsiz olan hücrələrin döşənəkləri çürük həsir qırıqlarından ibarətdi. Ə.Məmmədxanlı.

QAPIŞDIRILMAQ (ID - 23461)

məch. Tez-tələsik götürülmək, bir-birinin əlindən qapılıb alınmaq, dartışdırılmaq.

QAPIŞDIRMA (ID - 23462)

“Qapışdırmaq” dan f.is.

QAPIŞDIRMAQ (ID - 23463)

f. 1. Tez-tez, tələsik götürmək, bir-birinin əlindən qapıb almaq, dartışdırmaq.
Çırpışdırmaq, oradan-buradan götürmək.
icb. İtləri bir-birinin üzərinə saldırmaq, boğuşdurmaq.

QAPIŞ-QUPUŞ (ID - 23464)

is. dan. Hərə bir yandan tez, tələsik götürmə, qapışdırma, bir-birinin əlindən qapıb alma, dartışdırma. □ Qapışqupuş etmək - qapışdırmaq. Alaçiy bişən əti adamlar tüstülü-tüstülü, alovlu-alovlu qapışqupuş elədi....

QAPIŞMA (ID - 23465)

“Qapışmaq” dan f.is.

QAPIŞMAQ (ID - 23466)

qarş. Bir-birini qapmaq, bir-birini dişləmək; boğuşmaq.

QAPOARA (ID - 23467)

sif. Tünd qara, zil qara. Qapqara kömür. Qapqara saç. Qapqara rəng. [Südabənin] qapqara gözləri yenə şam kimi yandı. M.İbrahimov. Qapqara tüstülər qalxır yuxarı. M.Rahim. □ Qapqara qaralmaq - tamamilə qara olmaq. Kosanın qırışıq...

QAPOARANLIQ (ID - 23468)

sif. Tamamilə qaranlıq, zülmət. Qapqaranlıq gecə.

QAPLAMA (ID - 23469)

1. “Qaplamaq” dan f.is.
is. Metal və s. üzərinə çəkilən təbəqə.

QAPLAMAÇI (ID - 23470)

is. Metal və s. üzərinə qızıldan, gümüşdən və s.-dən təbəqə çəkən usta.

QAPLAMAQ (ID - 23471)

f. Hər tərəfini əhatə etmək, bürümək, çulğamaq, örtmək, basmaq, tutmaq. Duman ətrafı qapladı. - Zülmət yenə qaplamış cahanı; Yox nuri-həyatdan əlamət. A.Səhhət. Buludlar bir-birinin üzərinə yığılmış, ortalığı dərin...

QAPLAN (ID - 23472)

is. zool. İsti ölkələrdə yaşayan, pişik cinsindən çox yırtıcı və çevik heyvan; benqal pişiyi, bəbir. [Şair:] Qaplan yırtıcıların ən vəhşisidir, fəqət qaplanları parçalayacaq daha böyük vəhşilər var ki, o da insanlardır....

QAPMA (ID - 23473)

“Qapmaq” dan f.is.

QAPMAQ (ID - 23474)

f. 1. Birdən əlini uzadıb cəld götürmək, dartıb almaq, qamarlamaq. Məhərrəm iynəni əlindən buraxıb bucaqdakı ağırbaşlı çəkici qaparaq qapını açıb kənara çıxdı. H.Nəzərli. [Şagird qızın] bu sözlərindən molla bacı...

QAPSAMAQ, QAPSIMAQ (ID - 23475)

f. məh. Zorla almaq, tutmaq, zəbt etmək. Qapsayıblar yetimlərin obasın; Ev sahibin qovar zor olsa qonaq. Q.Zakir.

QAPSANMAQ, QAPSINMAQ (ID - 23476)

f. Qapanmaq, tıxanmaq, pərçim olmaq.

QAR (ID - 23477)

is. Qışda müxtəlif şəkillərdə, ən çox ulduz şəklində yağan və hər tərəfi örtən donmuş ağappaq su kristalcıqları. Qaryağır. Yumşaq qar. Sulu qar. Qar kimi ağ. Qar yığını. Qar yerin yorğanıdır. (Ata. sözü). Göyün üzünü...

QARA1 (ID - 23478)

1. sif. Bütün rənglərin ən tündü, ən tutqunu; his, kömür rəngi (ağ ziddi). ^ sif Bu rəngdə olan. Qara boya. Qara saç. Qara at. Qara kostyum. - [Musanın nəvəsi] qara papağını qoydu, əlinin pəncəsi ilə bir az qabağa basdı. Qantəmir....

QARA2 (ID - 23479)

is. Yer kürəsinin torpaqla örtülü hissəsi; torpaq (su qarşılığı). Qarada və suda. Qara qüvvələri.

QARA3 (ID - 23480)

is. Plov üzərinə, yanına qoyulan xuruş. Aşın qarası azdır.
qara... - bəzi mürəkkəb sözlərin birinci tərkib hissəsi; məs.: qarasaç, qaragöz, qaragün.

QARAAĞIZ (ID - 23481)

is. məh. 1. Canavarın, qurdun ləqəbi.
2. Qoyun sürüsünün qabağına düşən erkək keçi, dıbır.

QARAAYAQ (ID - 23482)

sif. Bədəni başqa rəng, ayaqları isə qara olan. Qaraayaq at. Qaraayaq it.

QARAAZAR (ID - 23483)

is. bayt. Çox yoluxucu malqara azarı.

QARABAQARA (ID - 23484)

zərf 1. İzincə, təqib edərək, ardınca düşərək, özünü göstərmədən, izləyərək. [Fərhad:] Nə qarabaqara düşübsən, dalımca gəzirsən! Ə.Haqverdiyev. [Xurşud:] Yox, yox, vəzir qoşun götürüb qarabaqara onun dalınca getməlidir....

QARABASMA (ID - 23485)

is. Yuxuda görülən, yaxud xəyala gələn qorxunc şeylər; vahimə, kabus.

QARABAŞ (ID - 23486)

is. köhn. Qulluqçu qadın (qız). ..Onun bacısı Səkinə xanım pəncərə qabağında durub qarabaşı Gülsəbanı çağırır. M.F.Axundzadə. Axırı Xudayar bəyin yazıq övrətə bir az rəhmi gəldi. Vəliqulunu özünə cütçü, Zibanı...

QARABAŞAQ (ID - 23487)

is. bot. Toxumundan yarma, un hazırlanan tarla bitkisi. Qarabaşaq və yulafda B vitamini vardır.

QARABAŞLIQ (ID - 23488)

is. köhn. Qulluq-çuluq, kənizlik.

QARABATDAQ (ID - 23489)

is. zool. Balıqla qidalanan uzunboğaz, qısaayaq, cəld üzən su quşu.

QARABƏXT (ID - 23490)

sif. Bəxtsiz, bədbəxt, talesiz. [Nadir] özünün şəxsi həyatda qarabəxt olduğunu anladı. B.Talıblı.

QARABƏNİZ (ID - 23491)

sif. Qarabuğdayı, qaraşın. Qarabəniz qız, oğlan. - Həqiqətdə bu qadınların heç birisi təbrizliyə bənzəmirdi. Bunlar qarabəniz, .. uzunsov çöhrəli qadınlardı. M.S.Ordubadi.

QARABIĞ(LI) (ID - 23492)

sif. Bığları qara. Qarabığ kişi. - Sadədil muzdur indi anladı ki, uzunboylu, qarabığlı müsafir xozeyin deyilmiş, oğru imiş. S.M.Qənizadə.

QARABOĞAZ1 (ID - 23493)

sif. dan. Son dərəcə mütəəssib.

QARABOĞAZ2 (ID - 23494)

is. zool. Torağay cinsindən döşündə iri qara xal olan bir quş.

QARABOĞMA (ID - 23495)

is. Difteritin xalq arasında adı.

QARABUĞDA (ID - 23496)

is. k.t. Çovdar.

QARABUĞDAYI (ID - 23497)

QARACA1 (ID - 23498)

sif. 1. Qara rəngli, qaramtıl.
məc. Dəyərsiz, qiymətsiz mənasında. O qaraca qəpiyə o qədər məhəbbətimiz var ki, qeyri işlər yadımıza düşməyir. N.Vəzirov.

QARACA2 (ID - 23499)

is. k.t. 1. Dəni qara toz halına salan taxıl xəstəliyi.
Taxıl dənləri arasında olan yumru və xırda zərərli bitki dəni. Bu taxılın qaracası çoxdur.

Bu səhifə 7 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif