İzahlı lüğət

QORXUTMAQ

f. 1. Qorxmasına səbəb olmaq, qorxu vermək, xoflandırmaq, çəkindirmək. Noldu qəmimə gətirmədin tab? Qorxutdu məgər səni bu girdab? Füzuli. Başında nişanə aldım almanı; Qorxutmadı hədəf nişanə səni. “Koroğlu” . ..Kərbəlayı Cəfər bərk çığırıb, Məhəmməd Həsən əmini lap qorxutdu. C.Məmmədquluzadə. // Təşvişə salmaq, canına qorxu salmaq.
Hədələyərək qorxuya salmaq, hədələmək. Uşaqları qorxutmaq. - [Heydər bəy:] Onu birdən çıxdı, qorxutdum, hamısı qaçdı, getdi. M.F.Axundzadə.
Hürküdüb qaçırmaq. Toyuqları qorxudub qaçırmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
i_l_by_id_with_comments