İzahlı lüğət

QORXMAQ

f. 1. Bir adam, ya şey, yaxud hadisə və s. qarşısında qorxu hiss etmək, ürkmək, xoflanmaq, qorxaqlıq göstərmək. Qaranlıqdan qorxmaq. Itdən qorxmaq. [Novruz:] Ağa, nə üçün fikir edirsən, yoxsa qaçaqlardan qorxursan? N.Nərimanov. // Cəsarət edə bilməmək. O, qaranlıqda bayıra çıxmağa qorxur. // Narahat olmaq, təşvişə düşmək, təlaş etmək. Mahirə qorxmuş kimi dörd yanına boylandı. M.Hüseyn.
Çəkinmək, sağınmaq, ehtiyat etmək. Soyuq suda çimməkdən qorxur. Yağışa düşəcəyimdən qorxuram. Onunla üz-üzə gəlməkdən qorxuram. - Buğac inamlı səslə davam etdi: - Qorxma, anacan, mənə bu yaradan ölüm yoxdur. M.Rzaquluzadə.
Bir şeyin təsirindən xarab olmaq, pozulmaq, korlanmaq. Bu bitkilər soyuqdan qorxmur.
qorxa-qorxa zərf Çox ehtiyatla, çəkinəçəkinə. Mən qorxa-qorxa kresloların birinin üstə oturub yumşaq məxmər döşəyin içinə .. qulaylandım. C.Məmmədquluzadə. [Əhməd:] Sən get qonşu arvadlardan bir-ikisinə qorxa-qorxa nəql elə ki, bəs bizim əncir ağacının dibində çıraq yanır. Ə.Haqverdiyev. Xidmətçilərin hamısı pəncələri üstə yeriyir, qorxa-qorxa pıçıltı ilə danışırdı. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

QOM

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed