1
İzahlı lüğət - Q hərfi ilə başlayanlar - H. 29
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

QAZMAQLANMA (ID - 24250)

“Qazmaqlanmaq” dan .

QAZMAQLANMAQ (ID - 24251)

f. Qazmaq tutmaq, qazmaq bağlamaq, dib tutmaq. Qazanın dibi qazmaqlandı.

QAZMAQLI (ID - 24252)

sif. Qazmağı olan, qazmaq bağlamış. Qazmaqlı aş. Qazmaqlı quymaq.

QAZNAQ (ID - 24253)

is. Qazılmış yer, çuxur yer; qazıq, çuxur. Təpənin dibindəki bulağın üstünə endim, əl və üzümü yuyub qaznağın qırağında oturdum. A.Divanbəyoğlu.

QAZ(O)GENERATOR (ID - 24254)

[fr. qaz və lat. generator] Bərk və ya duru yanacağı qızğın qaz halına salmaq üçün aparat.

QAZ(O)GENERATORLU (ID - 24255)

sif. xüs. Qazogeneratoru olan. Qazogeneratorlu yük avtomobili.

QAZOLİN (ID - 24256)

[xar.] Neftin distilləsindən və ya neft qazının mayeləşdirilməsindən alınan duru yanacaq, yaxşı təmizlənməmiş benzin.

QAZON (ID - 24257)

[fr.] Bağlarda, parklarda və s. yerlərdə bəzək üçün əkilmiş və başı dümdüz kəsilmiş ot sahəsi. Bulvarların qazonları.

QAZOYL (ID - 24258)

is. Qaz və neft sözlərinin birləşməsindən yaranan söz.

QAZÖLÇƏN (ID - 24259)

is. xüs. Laboratoriyalarda və s.-də müxtəlif qazları toplamaq, saxlamaq və həcmlərini ölçmək üçün cihaz.

QAZSIZLAŞDIRILMA (ID - 24260)

“Qazsızlaşdırılmaq” dan f.is.

QAZSIZLAŞDIRILMAQ (ID - 24261)

məch. Qazsız hala gətirilmək, qazdan təmizlənmək.

QAZSIZLAŞDIRILMIŞ (ID - 24262)

f.sif. 1. xüs. Qazsız hala gətirilmiş, qazı çıxardılmış.
2. hərb. Zərərsiz hala gətirilmiş, qazdan təmizlənmiş.

QAZSIZLAŞDIRMA (ID - 24263)

xüs. “Qazsızlaşdırmaq” dan f.is.

QAZSIZLAŞDIRMAQ (ID - 24264)

f. 1. xüs. Bir şeyin içində olan qazları müxtəlif vasitələrlə çıxarmaq, onu qazsız etmək.
2. hərb. Mexaniki və kimyəvi üsullarla zəhərləyici maddələrin təsirini zərərsizləşdirmək.

QAZSIZLAŞMA (ID - 24265)

“Qazsızlaşmaq” dan f.is.

QAZSIZLAŞMAQ (ID - 24266)

f. xüs. Qazsız hala gəlmək, qazı boşalmaq, qazı uçmaq (çıxmaq).

QAZSOĞANI (ID - 24267)

is. bot. Zanbağa oxşar bəzək bitkisi. Qazsoğanı cinsinin çiçəkyanlığı altı sərbəst yarpaqdan təşkil olunmuşdur, yarpaqlar içəri tərəfdən sarı rəngli və parlaqdır, bəzən ağımtıl rənglidir, onların xarici tərəfində yaşıl...

QE (ID - 24268)

“Q” hərfinin və bu hərflə işarə olunan səsin adı.

QEYB (ID - 24269)

[ər.] 1. Hazır və göz önündə olmama; qaiblik. □ Qeyb etmək - itirmək, əldən çıxarmaq. Hərgah siz buna razılıq versəniz, burada qeyb edə biləcəyiniz bu qiymətli şeyləri də özünüzlə bərabər salamat apara biləcəksiniz! M.S.Ordubadi....

QEYBƏT (ID - 24270)

is. [ər.] 1. Birinin (özü olmadığı halda) haqqında danışma, yaxud əleyhinə söz söyləmə, dalınca danışma. Məcalı qeybətə olmaz o kəs ki, əhli-sənətdir. S.Ə.Şirvani. Gecəgündüz işi qeybət o cahil qızların, Möcüz! Əgər...

QEYBƏTCİL (ID - 24271)

sif. Qeybət etməyi sevən.

QEYBƏTÇİ (ID - 24272)

is. Qeybət edən, dalca danışan, dedi-qoduçu. [Bahar Mahmuda:] Mən tənbələm? Mən qeybətçiyəm? Ə.Haqverdiyev.

QEYBƏTÇİLİK (ID - 24273)

is. Qeybətçi adamın xasiyyəti, söz gəzdirmə xasiyyəti, dedi-qoduçuluq.

QEYD1 (ID - 24274)

is. [ər.] 1. Qısa surətdə yazma. Bloknotda edilən qeydlər. - ..Gözləriyazı stolunun üstündəki qeydlərinə sataşdı. M.Hüseyn. // Kitab və s. haşiyəsində, yaxud altında edilən işarə və ya yazılan yazı. Səhifənin altında çoxlu...

QEYD2 (ID - 24275)

is. [ər.] Fikir, qayğı, narahatlıq, əndişə. Ah, bilməm neyləyim, qurtulmaq olmaz qeyddən. Füzuli. Sabira! Ey əsiri-qeydibəla! Şeirdir gərçi şiveyi-şüəra. M.Ə.Sabir. Bir tərəfdən qızın qeydi yox idi. Ə.Haqverdiyev. □ Qeydinə...

QEYDÇİ (ID - 24276)

is. Qeyd edən, siyahıya alan; idarəyə gələn və oradan göndərilən kağızları dəftərə qeyd edən işçi.

QEYDÇİLİK (ID - 24277)

is. Qeydçi vəzifəsi və işi.

QEYDEDİCİ (ID - 24278)

is. fiz. Hər hansı bir hadisəni qeyd edən cihaz.

QEYDKEŞ (ID - 24279)

sif. [ər. qeyd və fars. ...keş] Qeydə qalan, qayğı çəkən, diqqətli, mehriban. Qeydkeş ata. - Yaraları qeydkeş əllərlə sarınıb sağalan döyüşçülər xəstəxananı tərk edib, yenidən cəbhəyə qayıtdı(lar). Ə.Məmmədxanlı....

QEYDKEŞLİK (ID - 24280)

is. Qeyd çəkmə, qeydə qalma, qayğıya qalma; qayğıçılıq. Qeydkeşlik göstərmək. Ata-ananın öz övladlarına qarşı qeydkeşliyi. Zəhmətkeşlərin tələblərinə qeydkeşliklə (z.) yanaşmaq.

QEYDLİ (ID - 24281)

sif. Qayğılı, qayğısı olan, hər bir şeyin fikrini çəkən.

QEYDSİZ (ID - 24282)

sif. 1. Qayğısı, fikri, dərdi, qəmi olmayan; hər şeyi qulaqardına vuran; laqeyd.
O, çox qeydsiz adamdır. [Mirzə:] Balalarım, dünyada mən çox ömür etmişəm. Sizin yolunuzda nə qədər çalışıb məramıma çatmışam və xatircəm,...

QEYDSİZLİK (ID - 24283)

is. Qeydsiz adamın halı; qayğısızlıq.

QEYDSİZ-ŞƏRTSİZ (ID - 24284)

zərf. Heç bir şərt olmadan, heç bir məhdudlaşdırıcı şərt olmadan; sözsüz. Qeydsiz-şərtsiz təslim olmaq. Şərtlər qeydsiz-şərtsiz qəbul edildi. - [Oğlan:] Rütbəcə özündən böyüklərin əmrini qeydsizşərtsiz yerinə yetirmək!...

QEYR (ID - 24285)

[ər.] bax qeyri 3-cü mənada. Edəsən qeyr ilə seyri-gülüstan; Xəstə Zakir qala külxan içində. Q.Zakir.

QEYRƏT (ID - 24286)

is. [ər.] 1. Vətən, xalq, ailə namusu; ən əziz və müqəddəs sayılan bir şeyin təəssübünü çəkmə, şərəfini, heysiyyətini qoruma. Vətən qeyrəti. - Gəl, ana yurdumun qızı, gəlini! İndi hünər vaxtı, qeyrət dəmidir. S.Vurğun....

QEYRƏTKEŞ (ID - 24287)

sif. və is. [ər. qeyrət və fars. ...keş] Qeyrət çəkən; vətən, xalq, ailə namusu çəkən (adam).

QEYRƏTLƏNDİRMƏ (ID - 24288)

“Qeyrətləndirmək” dən f.is.

QEYRƏTLƏNDİRMƏK (ID - 24289)

f. Qeyrətə gətirmək, ruhlandırmaq, ürəkləndirmək.

QEYRƏTLƏNMƏ (ID - 24290)

"Qeyrətlənmək” dən f.is.

QEYRƏTLƏNMƏK (ID - 24291)

f. Qeyrətə gəlmək, səy etmək, cəhd etmək, ruhlanmaq, fəaliyyətə gəlmək, cəsarətə gəlmək, ürəklənmək.

QEYRƏTLİ (ID - 24292)

sif. Öz vətəninin, xalqının, yaxın adamlarının qeyrətini çəkən, şərəf və namusunu qoruyan. Hər birimiz guya millətin ən qeyrətli hamisi, canıyananı donuna girib zəmanə aslanı, qəhrəmanı oluruq. C.Məmmədquluzadə. Haşım...

QEYRƏTMƏND (ID - 24293)

[ər. qeyrət və fars. ...mənd] köhn. bax qeyrətli. Qeyrətmənd və sahibi-namus şəxs belə səltənətdən ar edər və belə padşahlardan bizar olar. M.F.Axundzadə.

QEYRƏTPƏRƏST (ID - 24294)

[ər. qeyrət və fars. ...pərəst] bax qeyrətli.

QEYRƏTSİZ (ID - 24295)

sif. Qeyrəti, namusu, heysiyyəti olmayan. Dərdlərimiz daha da; Ürəkdə köz-köz olur; Bu haqdır, ağladıqca; Kişi qeyrətsiz olur. B.Vahabzadə.

QEYRƏTSİZLİK (ID - 24296)

is. Qeyrəti, namusu, heysiyyəti olmama. [Şahların] qəfləti və qeyrətsizliyi üzündən vətənimiz .. ən acınacaqlı bir vəziyyətə düşmüşdür. M.F.Axundzadə.

QEYRİ (ID - 24297)

1. qoş. Başqa. Səndən qeyri. Ondan qeyri. Əhməddən qeyri heç kəsin yazısı hazır deyil. - Ey sevdiyim, səndən qeyri kimim var? M.V.Vidadi. // Sif. mənasında. Bahadır qeyri bir halətdə idi. N.Nərimanov.
sif. Özgə, yad, kənar, başqa....

QEYRİ-ADİ (ID - 24298)

sif. [ər. ] Adi olmayan, adətdən kənar, fövqəladə, görünməmiş. Qeyriadi istedad. Qeyri-adi sevinc. Qeyri-adi gözəllik. - Muradlı onun üzünə baxıb qeyriadi (z.) halda qaqqıldadı. Mir Cəlal. Səməd Əzizə baxdı. Dostunun sifətində...

QEYRİ-ADİLİK (ID - 24299)

is. Qeyri-adi şeyin halı; adətdən kənar olma; qeyri-adi hal, qeyriadi şey (hadisə). İlyas bu gün hər tərəfdə bir qeyri-adilik hiss edirdi. M.S.Ordubadi.

Bu səhifə 175 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif