1
İzahlı lüğət - Q hərfi ilə başlayanlar - H. 33
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

QƏDƏHNUŞ (ID - 24450)

sif. [ər. qədəh və fars. ...nuş] klas. İçki içən, şərab içən. □ Qədəhnuş olmaq - içki içmək, şərab içmək. O lalərüxlə qədəhnuş olduğum gecələr. S.Ə.Şirvani.

QƏDƏHVARİ (ID - 24451)

sif. bot. Görünüşcə qədəhə oxşayan. Qədəhvari tac.

QƏDƏK (ID - 24452)

is. köhn. Pambıqdan toxunma sadə və ucuz parça, tünd göy rəngə boyanmış bez. Bazarın bir küncündə tikilmiş dükanın içində qədəkdən, bezdən, şilədən, alçaq çitlərdən tökülübdür. M.F.Axundzadə. [Hacı Kərim] əvvəlləri...

QƏDƏM (ID - 24453)

is. [ər.] 1. Addım. Vəsiqəli adamlara hər qədəmdə təsadüf etmək mümkün idi. M.S.Ordubadi. Atlar başladılar qədəm ilə getməyə. Ə.Haqverdiyev. // Saylarla bərabər məsafə bildirir. Uzaqda bir alaçıq görünür, alaçıqdan on qədəm...

QƏDƏMƏ (ID - 24454)

is. [ər.] Pillə (nərdivanda, pilləkəndə). // məc. Səvivvə, dərəcə.

QƏDƏMLİ (ID - 24455)

sif. Ayağı xeyirli, uğurlu; xoşqədəm. Mey içdilər hər gələnin sağlığına, .. Güldandakı qızılgülün sağlığına; Xoş qədəmli ayın, ilin sağlığına! X.Rza.

QƏDƏMSİZ (ID - 24456)

sif. Ayağı düşərsiz, ayağı düşməz; uğursuz, bədqədəm.

QƏDƏR1 (ID - 24457)

[ər.] 1. is. Miqdar, say, kəmiyyət. Hər şeyin qədəri vardır. // Başqa nitq hissələri ilə (say və əvəzliklərlə) birlikdə qeyri-müəyyən say bildirir. □ Bir qədər bir az, qeyri-müəyyən miqdar. Bir qədər fikirləşdikdən sonra...

QƏDƏR2 (ID - 24458)

is. [ər.] Tale, qismət, müqəddərat, alın yazısı. Qədər büküb belimi, eyləyib kəman, ölürəm! X.Natəvan. Etiqad etsə qəzayə, qədərə; Ömrünü verdi bu sözlər hədərə. Səhhət. Vali buyurdu ki, qəm yeməsin çox; Qədər yazdığına...

QƏDƏRLƏNMƏK (ID - 24459)

f. Alnına yazılmaq, bəxtinə yazılmaq, qisməti olmaq. Qəza qədərlənib üz verəndə dərd; Kəməndə düşənə “qaç” demək olmaz. Aşıq Şəmşir.

QƏDƏRSİZ (ID - 24460)

sif. dan. Saysız, saysız-hesabsız, saya-hesaba gəlməyən. Qədərsiz qoşun. Qədərsiz qarışqa.

QƏDİM (ID - 24461)

sif. [ər.] 1. Çox köhnə zamanlara, çox uzaq keçmişə məxsus və aid olan. Qədim tarix. Qədim xalqlar. Qədim adətlər. Qədim abidələr. Qədim qala. Qədim mədəniyyət əsərləri. // Çox köhnə. Divarda bədənnüma bir cüt qədim güzgü...

QƏDİMDƏN (ID - 24462)

zərf Çox köhnə zamandan, çox köhnə dövrdən bəri, köhnədən, çoxdan, əskidən. Kəndlilər.. qorxularından uşaqları gərmə qalaqlarının içində gizlədib, uçitelə deyiblər ki, bizim kənddə heç qədimdən uşaq olmaz. C.Məmmədquluzadə....

QƏDİMİ (ID - 24463)

sif. Köhnə, qədimdən mövcud olan, qədim. Qədimi qulundur Zakiri-xəstə; Məhəbbət et ona, barı, görəndə. Q.Zakir. Keçər ciyərdən, oturmaz o qanlı peykanı; Könül qədimi olan aşinadı, qoyma gedə. S.Ə.Şirvani.

QƏDİMLİK (ID - 24464)

is. Qədim zamanlara aid olma; çox köhnəlik. Bu pulların qədimliyinə şübhə yoxdur. Qız qalasının qədimliyi müəyyən edilmişdir. - Burda qədim nağıldan da qədimlik; “Mənəm” desə, noxtalanar “mənəmlik” . M.Araz.

QƏDİR1 (ID - 24465)

is. [ər.] Dəyər, qiymət; etibar, hörmət, heysiyyət, ləyaqət. □ Qədr(ini) bilmək - layiqincə qiymətləndirmək, bir adamın və ya bir şeyin qiymətini, dəyərini, əhəmiyyətini başa düşüb onu qorumaq, mühafizə etmək. Firaqi çəkməyən...

QƏDİR2 (ID - 24466)

klas. Bax qədər1 1-ci mənada. Sənə nə qədir dedim rəhm qıl mənə, getmə. X.Natəvan.

QƏDİRBİLƏN (ID - 24467)

sif. Bir adamın, ya şeyin qiymətini, əhəmiyyətini bilən, başa düşən; yaxşılıq bilən. Qədirbilən adam. - Odun götür, yaxşı yar; Yaxşı doğra, yaxşı yar; Iyidi gümrah eylər; Qədirbilən, yaxşı yar. (Bayatı).

QƏDİRBİLMƏZ (ID - 24468)

sif. Adama qiymət qoymayan, adamın qədrini bilməyən; yaxşılıq bilməyən. Qədirbilməz adam. - Haq bilir ki, səni necə istərəm; Ay bivəfa, qədirbilməz, bəri bax! M.P.Vaqif. Gözəlin bəzisi bədniyyət olur; Qədirbilməz olur, bihürmət...

QƏDİRBİLMƏZLİK (ID - 24469)

is. Adama qiymət qoymama, adamın qədrini bilməmə; yaxşılıq bilməmə. Qədirbilməzlik, milli etinasızlıq və insan taleyinə biganəlik faktlarından biri də Xəzər dənizində “Merkuri” gəmisində batan iki yüz Iran vətəndaşının...

QƏDİRDAN (ID - 24470)

sif. [ər. qədr və fars. ...dan] köhn. b a x qədirbilən. Qədirdan adamları, məmləkətin qeydinə qalanları çıraq götürüb qapı-qapı axtarıram. M.S.Ordubadi.

QƏDİRDANLIQ (ID - 24471)

is. köhn. bax qədirşünaslıq. [Vəliəhd:] ..Bunları nəzərə alaraq, sizin bu qədər böyük qədirdanlığınızı təşəkkürsüz buraxmaq istəmədim. M.S.Ordubadi.

QƏDİR-QİYMƏT (ID - 24472)

bax qədir1. Napak olan sənin nə bilir qədir-qiymətin; Zatində adəmin dəxi arı göhər gərək. Nəsimi. Insanın ki elmi olmadı, onun nə qədir-qiyməti ola bilər, nə hörməti. C.Məmmədquluzadə. Qədir-qiymətini bilmək - b a x qədrini...

QƏDİRŞUNAS (ID - 24473)

[ər. qədr və fars. ...şünas] bax qədirbilən. Heyf olsun bivaxt əlimizdən gedən rəfiqəmizə ki, həmişə qədirşünas dostların ürəyində diridir. Ə.Haqverdiyev.

QƏDİRŞÜNASLIQ (ID - 24474)

is. Qədir bilmə; bir adamın məziyyətlərini qiymətləndirmə, təqdir etmə, dəyərini, qiymətini anlama.

QƏDLƏMƏK (ID - 24475)

b ax qəddəmək.

QƏDLƏNMƏK (ID - 24476)

b ax qəddənmək.

QƏDLƏNMİŞ (ID - 24477)

bax qəddənmiş. Salman qədlənmiş qırmızı karandaşı və bir dəftər götürdü. S.Rəhimov.

QƏDLİ-QAMƏTLİ (ID - 24478)

bax qədd-qamətli. Dürdanə xanım yaşı altmışa yaxın qədliqamətli bir arvad idi. Ə.Əbülhəsən.

QƏDR (ID - 24479)

[ər.] klas. b ax qədər1. Xoşdur nə qədr eyləsə yarım cəfa mənə. Füzuli. Bir zaman var idi canda ixtiyar; O qədri gəlmədin, ta oldum bimar. Q.Zakir.

QƏDTƏZƏ (ID - 24480)

QƏFƏS (ID - 24481)

is. [fars.] 1. Quşları, heyvanları salmaq üçün məftil və ya ağac çubuqlarından düzəldilmiş, ya hörülmüş qutu şəkilli qurğu. Quş qəfəsi. Toyuq qəfəsi. Tülkünü qəfəsə saldılar. - Pəncərənin qabağında asılan qəfəsin...

QƏFƏSƏ (ID - 24482)

is. [fars.] 1. Bax qəfəs.
Kitab və sairə qoymaq üçün mərtəbəmərtəbə divara bənd edilmiş və bölmələrə ayrılmış taxtalardan ibarət qurğu. Kitab qəfəsəsi. Dükan qəfəsəsi. - Burada nə yoxdur? ..Qəfəsələrdə top-top...

QƏFƏSƏLİ (ID - 24483)

sif. Qəfəsəsi olan (bax qəfəsə 2-ci mənada). Qəfəsəli kitabxana. Qəfəsəli dükan. // Hörgülü, şəbəkəli. Qadınlara məxsus qəfəsəli lojalar var, bizi kimsə görməz. A.Şaiq. Adamlar bir-birinə macal vermədən, son vaqonun dəmir...

QƏFİL (ID - 24484)

sif. və zərf [ər.] Gözlənilməz, ansız, xəbərsiz. Təzə silah növlərini öyrənmək, tez-tez qəfil basqınla düşməni narahat etmək .. bölüyün əsas məşğuliyyəti idi. Ə.Əbülhəsən. Tuturlar onları qəfil atəşə; Gizləyir...

QƏFİLCƏ (ID - 24485)

bax qəfildən.

QƏFİLDƏN (ID - 24486)

zərf Birdən, birdən-birə, gözlənmədən, xəbərsiz, ansızın. Qəfildən vurmaq. - Nəbigil qəfildən [bəylərin] qabağına çıxıb atlarını saxladılar. “Qaçaq Nəbi” . ..Qəfildən girən qonaq ev sahibinin xəcalət çəkməsinə...

QƏFLƏT (ID - 24487)

is. [ər.] 1. Qafillik, xəbərsizlik. Qılma bizi qəfilət ilə mədhuş; Həmsöhbətin eyləmə fəramuş. Füzuli. [Ziba xanım:] Vay sənin halına, vay sənin halına ki, qəfilət gözünü örtübdür. M.F.Axundzadə. Bülbül, keçirtmə bağda...

QƏFLƏTƏN (ID - 24488)

zərfi [ər.] Qəfildən, birdən, gözlənmədən, xəbərsiz, təsadüfən. [Müsyö Jordan:] Əlbəttə, sehrdir, mat qalmalı işdir, bir türfətüleyndə qəflətən Parij xarab olubdur. M.F.Axundzadə. Su kənarında qəflətən naçar; Bir quzu...

QƏHƏR (ID - 24489)

dan. bax qəhr. Uşaqların belə kədərli ağlamasını görüncə Gövhərə qəhər üz verirdi. Ə.Vəliyev.

QƏHƏRLƏNMƏ (ID - 24490)

“Qəhərlənmək” dən f.is.

QƏHƏRLƏNMƏK (ID - 24491)

f. Acıq çəkmək, hiddətlənmək, acığından boğulmaq. // Mütəəssir olmaq, kədərlənmək, kövrəlmək, doluxsunmaq, boğula-boğula ağlamaq. Bu sözlərdən sonra qadın qəhərləndi, çarqatının ucu ilə gözlərini sildi. P.Makulu.

QƏHƏRLİ (ID - 24492)

sif. Acıqlı, qəzəbli, hiddətli. Üfüq qəhərli bir ürək kimi sökülür, dalğalar hücum edən ordular kimi şəfəqlərə tökülür, kainat oyanırdı. Mir Cəlal.

QƏHƏT (ID - 24493)

is. [ər.] Qıtlıq, yoxluq; quraqlıqdan məhsulatın və s.-nin yetişməməsi, azlığı, tapılmaması. □ Qəhət olmaq, qəhətə çıxmaq - tapılmamaq, yoxa çıxmaq.
□ Başına (başıma) iş (sənət və s.) qəhətdir? (qəhət idi?)...

QƏHƏTLƏŞMƏ (ID - 24494)

“Qəhətləşmək” dən f.is.

QƏHƏTLƏŞMƏK (ID - 24495)

f. Qıtlaşmaq, tapılmamaq, yoxa çıxmaq.

QƏHƏTLİK (ID - 24496)

is. Qıtlıq, məhsulsuzluq; quraqlıq nəticəsində məhsul bitməməsi üzündən törəyən aclıq. Təbrizdə bu saat qəhətlikdir və əhali çörək üzünə həsrətdir. C.Məmmədquluzadə. // Bir şeyin tapılmaması, azlığı, çatışmaması;...

QƏH-QƏH (ID - 24497)

bax qəhqəhə. □ Qəh-qəh çəkmək - bax qəhqəhə çəkmək. Naçalnik Qurbanəli bəyə baxıb, qəh-qəh çəkib dedi. C.Məmmədquluzadə. Qoca keşikçi qəh-qəh çəkib güldü. M.Hüseyn.

QƏHQƏHƏ (ID - 24498)

is. [ər.] Bərkdən gülüş, səslə gülmə. Bu sözə qarşı oturan sərxoşlardan qeyri-təbii qəhqəhələr eşidildi. M.S.Ordubadi. Ayrım qızının belə öyünməsindən, Kərim babanın elə sükut ilə büzülüb durmasından bir qəhqəhə...

QƏHMƏR (ID - 24499)

bax qahmar. [Qarı:] Bala, o, xozeyinlər, naçalniklər üçün qorxulu adamdır. Sənin kimi, mənim kimi fağırların onun kimi qəhmər çıxanı olmasaydı, indi bizim gözümüzə od salmışdılar. S.S.Axundov. Yeni dünya quran bizik; Haqqa qəhmər...

Bu səhifə 173 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif