Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

QICIQLANMA (ID - 24900)

“Qıcıqlanmaq” dan f.is.; təxərrüş.

QICIQLANMAQ (ID - 24901)

f. Qıcıq hiss etmək, qıdıqlanmaq, gicişmək. Surxay burnunun qıcıqlandığını hiss etdi. I.Əfəndiyev.

QICIQLAYICI (ID - 24902)

sif. Qıcıqlandıran, qıcıq təsiri oyadan, təxriş edən, təxərrüşə gətirən. Bir qədər sonra [Qoçər] kəskin qıcıqlayıcı bir qoxudan ayılıb yenə gözlərini açdı. M.Rzaquluzadə.

QICILDANMAQ (ID - 24903)

f. dan. Maraqlanmaq, həvəs göstərmək, kişilik hissləri ayılmağa başlamaq. Cəmilin bığ yeri çoxdan tərləmişdi. Necə deyərlər, yavaş-yavaş qıcıldanır, gəlinə, qıza baxırdı. Ə.Vəliyev.

QICIMAQ (ID - 24904)

1. B a x qıcamaq.
2. B a x qıcırdamaq.

QICIRDAMA (ID - 24905)

“Qıcırdamaq” dan f.is.

QICIRDAMAQ (ID - 24906)

f. Bir-birinə sürtülərək qıcırtı səsi çıxarmaq. Oxucum, yaxın gəl, bir diqqətlə bax; Qollarında zəncir qıcırdayaraq; O, qabaqda gedən kimdir, sorsana! R.Rza. Xanın bütün vücudu əsdi, dişləri qıcırdadı, gözləri dumanlandı....

QICIRDATMA (ID - 24907)

“Qıcırdatmaq” dan f.is.

QICIRDATMAQ (ID - 24908)

f. Iki şeyi (və ya dişlərini) bir-birinə sürtərək qıcırtı səsi çıxarmaq. Dişlərini qıcırdatmaq. - [Beyrək] dişlərini bir-birinə sıxıb qıcırdatdı və başını qaldırıb göyə, .. ulduzlara baxdı. M.Rzaquluzadə. Turac dişlərini...

QICIRTI (ID - 24909)

is. Iki şeyin (və ya dişlərin) bir-birinə sürtülməsindən hasil olan səs. Dişlərinin qıcırtısından yatmaq olmur. - ..Arabaların qıcırtısı, şən uşaqların bağırtı və gurultusundan canlı və dəbdəbəli görünən kəndi, indi...

QICIRTMAQ (ID - 24910)

bax qıcırdatmaq. Molla Kərim də dişlərini qıcırdıb, əsasının şiş ucu ilə çuvalın o yan-bu yanına bir-iki dəfə vurdu. B.Talıblı.

QICITMA (ID - 24911)

“Qıcıtmaq” dan f.is.

QICITMAQ (ID - 24912)

f. 1. Bax qıcamaq. Təməin indi nədir ya? Qıcadırsan dişini? M.Ə.Sabir.
2. “Göz” sözü ilə bərabər: göz qıcıtmaq
göz ağartmaq, qorxutmaq, göz dikmək. Bilsin hamı nələr yazmış tarixlərə Azərbaycan; Dərs götürsün...

QICQIRMA (ID - 24913)

“Qıcqırmaq” dan f.is. □ Ürək qıcqırması - mədə şirəsinin çoxluğu, bəzən də azlığı nəticəsində mədə nahiyəsində turşuluq hissi.

QICQIRMAQ (ID - 24914)

f. İstidən, çox qalmaqdan və s. səbəblər üzündən turşuyub xarab olmaq, şişib qoxumaq. Qatıq qıcqırıbdır. // Qıcqırma halında olmaq, turşumaq, acımaq. Xəmir qıcqırıbdır.

QICQIRMIŞ (ID - 24915)

f.sif. İstidən, çox qalmaqdan və ya başqa səbəbdən turşumuş, turşuyub xarab olmuş, şişib qoxumuş. Qıcqırmış süd. Qıcqırmış xəmir. - Şərbət bir az qalanda qıcqırıb xarab olur və belə qıcqırmış şərbət arıları naxoş...

QICQIRTMA (ID - 24916)

“Qıcqırtmaq” dan f.is.

QICQIRTMAQ (ID - 24917)

f. Bir şeyin qıcqırmasına səbəb olmaq, turşutmaq. Qatığı qıcqırtmaq. Südü qıcqırtmaq. Xəmiri qıcqırtmaq.

QICLAŞMA (ID - 24918)

“Qıclaşmaq” dan f.is.

QICLAŞMAQ (ID - 24919)

f. Qıc olmaq.

QICLIQ (ID - 24920)

is. Qıc olmuş bədən üzvünün halı; keylik, hissizlik, çənglik.

QIÇ (ID - 24921)

is. 1. İnsan bədəninin, ombadan başlamış ayağa qədər olan və insanın yeriməsinə xidmət edən üzvü. Qıçları ağrımaq. Qıçları əyri. Qıçı sınmaq. - Bəhram arxası üstə sərilib, qıçlarını tamam uzatdı. Ə.Vəliyev. //...

QIÇA1 (ID - 24922)

is. Ağac və ya gül budağı; bitkinin qolu. Qarğıdalı toxumu dən qıçadan ayrıldıqdan sonra diqqətlə təmizlənməli, onun cücərmə qabiliyyəti yoxlanılmalıdır. (Qəzetlərdən). Bəzən dənləri və özəyi ilə birlikdə bütün qıçanı...

QIÇA2 (ID - 24923)

is. Bir şeyin bölündüyü, ayrıldığı hissələrdən hər biri; tikə, parça, dilim. Bir qıçapaxlava. Alma qıçası. Bir qıça soğan. Gördüm ətəklərini dizinin altına soxdu, çayına da bir qıça qənd atdı. Qantəmir.

QIÇALAMA (ID - 24924)

“Qıçalamaq” dan f.is.

QIÇALAMAQ (ID - 24925)

f. Qıça-qıça doğramaq.

QIÇALANMA (ID - 24926)

“Qıçalanmaq” dan f.is.

QIÇALANMAQ (ID - 24927)

məch. Qıça-qıça doğranmaq.

QIÇAVARİ (ID - 24928)

sif. Qıça kimi, qıçaya bənzər, qıça şəklində.

QIÇSIZ (ID - 24929)

sif. Bir qıçı, yaxud qıçları olmayan; qıçı, yaxud qıçları kəsilmiş. Qıçsız adam. Qıçsız stol.

QIÇSIZLIQ (ID - 24930)

is. Qıçı, yaxud qıçları olmayan adamın halı.

QIDIQ (ID - 24931)

is. Bədənin bir yerinə əl və s. ilə toxunduqda onda əmələ gələn və adamın qeyri-ixtiyari gülməsinə səbəb olan hal; yüngül təxərrüş, qıcıq; qıcıqlanma hissi. □ Qıdığı gəlmək (tutmaq) - b ax qıdıqlanmaq 2-ci mənada....

QIDIQLAMA (ID - 24932)

“Qıdıqlamaq” dan f.is.

QIDIQLAMAQ (ID - 24933)

f. 1. Birinin bədəninin bir yerinə əl və s. ilə toxunmaqla həmin yerin qıcıqlanmasına səbəb olmaq. Uşağı qıdıqlamaq ziyandır. - Qumru öz arıq və uzun boynunu uzadaraq Məsuməni qucaqlayıb öpməyə və qıdıqlamağa başladı....

QIDIQLANMA (ID - 24934)

“Qıdıqlanmaq” dan f.is.

QIDIQLANMAQ (ID - 24935)

1. “Qıdıqlamaq” dan məch.
2. qayıd. Bir yerinə toxunulduqda qıdığı gəlib qeyri-ixtiyari gülmək.

QIDIQLAŞMA (ID - 24936)

“Qıdıqlaşmaq” dan f.is.

QIDIQLAŞMAQ (ID - 24937)

qarş. Bir-birini qıdıqlamaq.

QIDIQLI (ID - 24938)

sif. Qıdığı gələn, qıdığı tutan, tez qıdıqlanan, qıdığa çox həssas olan. Qıdıqlı adam.

QIDIR-BIDIR (ID - 24939)

is. dan. Tez-tez və anlaşılmaz danışma.

QID-QID (ID - 24940)

is. dan. Deyinmə; dedi-qodu, mübahisə.

QIF (ID - 24941)

is. Mayeləri qaba tökmək və ya süzmək üçün alt tərəfində dar lüləsi olan konusşəkilli cihaz.

QIFGÜLÜ (ID - 24942)

is. məh. bot. Çoxillik sürünən ot bitki və onun qıfa oxşayan çiçəyi.

QIFIL (ID - 24943)

is. Qıfıllamaq (bağlamaq) üçün açarla bağlanıb açılan alət; kilid. Qapının qıfılını açmaq. - Məktəbin qapısında böyük bir qıfıl asılmışdı. A.Şaiq. // xüs. Müxtəlif mexanizmlərdə və s.-də həmin vəzifəni görən...

QIFILBƏND (ID - 24944)

1. sif. Möhkəm bağlanmış, qıfıl ilə bağlanmış.
2. ədəb. Aşıq ədəbiyyatında: müəmmalı sual (tapmaca) şəklində şeir forması.

QIFILÇI (ID - 24945)

is. Qıfıl qayıran usta.

QIFILLAMA (ID - 24946)

"Qıfıllamaq” dan f.is.

QIFILLAMAQ (ID - 24947)

1. t.-li. Qıfıl ilə bağlamaq. Qapını qıfillamaq. Dükanı qıfilladılar. Musa kişi Əli əmniyyəbaşı yatan otağı çöl tərəfdən qıfillayıb, uşaqlarının yanına qayıtdı. M.İbrahimov.
2. t.-siz. məc. Ağzını yummaq. // Əmr...

QIFILLANMA (ID - 24948)

“Qıfıllanmaq” dan f.is.

QIFILLANMAQ (ID - 24949)

məc. Qıfıl ilə bağlanmaq.

Bu səhifə 87 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla