ZE+education...
kitab_satishi+...

İzahlı lüğət

QATIQ (ID - 23950)

is. 1. Südü bişirib, bir qədər soyutduqdan sonra, içərisinə maya qataraq, üstünü basdırmaqla hazırlanan ağartı; yoğurt. Üzlü qatıq. Üzsüz qatıq. Qatıq çalmaq (süddən qatıq hazırlamaq). Uç gündür yol gəlirəm, acam, mənə...

QATIQAŞI (ID - 23951)

is. Buğda yarmasından, yaxud düyü, göyərti və ətdən hazırlanaraq qatıqla yeyilən sadə yemək; yoğurtaşı.

QATIQÇI (ID - 23952)

is. Qatıq hazırlayıb satan adam.

QATIQDOĞRAMASI (ID - 23953)

is. Doğrama(c).

QATIQQUYMAĞI (ID - 23954)

is. köhn. Xalq təbabətində: xəmiri yağda qovurduqdan sonra, üzərinə bir az qatıq, ya ayran töküb yaranın, çibanın üstünə qoyulan yaxı; yaxma dərman.

QATIQLAMA (ID - 23955)

“Qatıqlamaq” dan f.is.

QATIQLAMAQ (ID - 23956)

f. dan. Qatıq qatmaq, qatıq sürtmək, qatıq yaxmaq; xörəyin və s.-nin üstünə qatıq tökmək, qatıqla dada gətirmək.

QATIQLANMA (ID - 23957)

“Qatıqlanmaq” dan f.is.

QATIQLANMAQ (ID - 23958)

məch. Qatıq qatılmaq, qatıq sürtülmək, üstünə qatıq tökülmək.

QATIQLAŞDIRILMA (ID - 23959)

“Qatıqlaşdırılmaq” dan f.is.

QATIQLAŞDIRILMAQ (ID - 23960)

məch. Qatıq halına salınmaq, xarab edilmək.

QATIQLAŞDIRMA (ID - 23961)

“Qatıqlaşdırmaq” dan f.is.

QATIQLAŞDIRMAQ (ID - 23962)

f. Südü saxlayıb, xarab etmək, qatıq halına salmaq, laxtalaşdırmaq.

QATIQLI (ID - 23963)

sif. Qatıq vurulmuş, qatıq vurulan, qatıqla yeyilən. Qatıqlı qayğanaq. Plovun üstündə də bir mis sərpuş, yanında da bir boşqabın içində üstü qatıqlı yarpaq dolması qoyulardı. H.Sarabski.

QATIQOTU (ID - 23964)

is. bot. Tərkibində efir yağı olan iri köklü bitki.

QATIQSATAN (ID - 23965)

is. Qatıq satmaqla məşğul olan adam. Bu gün həyətə qatıqsatan gəlmişdi. - Çapdılar obaya, ey qatıqsatan; Hər eyməyə tökmüşdülər üç qazan. Q.Zakir.

QATILANMA (ID - 23966)

“Qatılanmaq” dan f.is.

QATILANMAQ (ID - 23967)

f. Qatı olmaq, qatı hala gəlmək, qatılaşmaq.

QATILAŞDIRILMA (ID - 23968)

“Qatılaşdırılmaq” dan f.is.

QATILAŞDIRILMAQ (ID - 23969)

məch. Daha qatı edilmək, daha qatı hala salınmaq; qəlizləşdirilmək, kəsifləşdirilmək.

QATILAŞDIRMA (ID - 23970)

“Qatılaşdırmaq” dan f.is.

QATILAŞDIRMAQ (ID - 23971)

f. Daha da qatı etmək, yaxud duru halda olan şeyi qatı hala salmaq; qəlizləşdirmək, kəsifləşdirmək. Suvaq üçün tutulan palçığı bir az qatılaşdırmalı.

QATILAŞMAQ (ID - 23972)

f. 1. Getdikcə qatı hala düşmək, getdikcə bərkimək, qəlizləşmək; mət ləşmək. Qatıq qalıb qatılaşıbdır. Mürəkkəb lap qatılaşıb, yazmaq olmur. Mürəbbə odun üstündə çox qalıb qatılaşdı.
2. Getdikcə artmaq, şiddətlənmək,...

QATILAŞMIŞ (ID - 23973)

f.sif. Qatı hala gəlmiş, qəlizləşmiş, kəsifləşmiş. Qatılaşmış şorba. Çox vaxt quyudan çıxan qatılaşmış məhlulun özlülüyünü su əlavə etməklə azaltmaq lazım gəlir. Quliyev.

QATILATMAQ (ID - 23974)

icb. Qatı hala saldırmaq.

QATILI (ID - 23975)

sif. Qatışığı olan, tərkibinə başqa şey qatılmış olan; xalis və saf olmayan.

QATILIQ (ID - 23976)

is. 1. Qatı şeyin halı, xassəsi; bir şeyin bərkliyi ilə mayelik arasında olan halı (sıyıqlıq, duruluq ziddi).
Sıxlıq, kəsiflik, qəlizlik.
Şiddət, şiddətlilik, sərtlik.
məc. Mərhəmətsizlik, rəhmsizlik, amansızlıq. Hər...

QATILIŞ (ID - 23977)

is. Qatma (qatılma) işi.

QATILMA (ID - 23978)

“Qatılmaq” dan f.is.

QATILMAQ (ID - 23979)

f. 1. Qarışmaq, qoşulmaq, birləşmək; bir kütlənin içərisinə daxil olmaq. Camaata qatılıb getdi. Mal mala qatıldı.
məch. Qarışdırılmaq. Bir-birinə qatılmaq. Sirkəyə su qatılmışdır.

QATILMIŞ (ID - 23980)

f.sif. Əlavə edilmiş, daxil edilmiş, qarışdırılmış. Su qatılmış süd. Şəkər qatılmış xəmir. - [Ömər koxa] buğlanan çaya, bal qatılmış qaymağa, motalpendirinə və sacın üstündən yenicə götürülmüş isti ağ fətirə...

QATIM (ID - 23981)

is. Qatma, qarışdırma, qatışdırma.
□ Qatım-qatım qatlamaq - tamamilə əldən salmaq, əzmək. Bir yandan Koroğlu, bir yandan Qırat, az vaxtda dəstəni qatım-qatım qatlayıb əldən-ayaqdan saldılar. “Koroğlu” .

QATIR (ID - 23982)

is. Eşşəklə madyanın cütləşməsindən törəyən yük heyvanı. Kənd təsərrüfat heyvanlarından at, öküz, qatır, dəvə və sairədən qoşqu qüvvəsi kimi istifadə olunur. [Fərhad:] Əmi, bu yüklü qatırlar nədir qapıda dayanıblar?...

QATIRÇI (ID - 23983)

is. köhn. Qatır saxlayıb kirə ilə işlədən adam.

QATIRÇILIQ (ID - 23984)

is. köhn. Qatırçı sənəti. [Hacı Nuru:] Onun da səbəbi var, ondan ötrü ki, sən çox yaxşı qatırçılığa layiqsən. M.F.Axundzadə.

QATIRDIRNAĞI (ID - 23985)

is. bot. Sarı çiçək açan yabanı bitki. Murad yerdən boy atmış uzun bir qatırdırnağı üzdü. İ.Əfəndiyev.

QATIRXANA (ID - 23986)

is. köhn. Qatır saxlanılan yer, tövlə. Bir nəfər qışqırdı: - Ağanın qatırxanası hər yerdən yaxşıdır, keşiyi də biz özümüz çəkərik. P.Makulu.

QATIRQUYRUĞU (ID - 23987)

is. bot. Bəzi növlərindən dərman hazırlanan çoxillik bataqlıq bitkisi.

QATIRMUNCUĞU (ID - 23988)

is. köhn. Keçmişdə qatırların boynuna taxılan göy şüşə muncuq.

QATIŞDIRILMA (ID - 23989)

“Qatışdırılmaq” dan f.is.

QATIŞDIRILMAQ (ID - 23990)

“Qatışdırmaq” dan məch.

QATIŞDIRMA (ID - 23991)

“Qatışdırmaq” dan f.is.

QATIŞDIRMAQ (ID - 23992)

bax qarışdırmaq 1-ci mənada. [Gülnisə:] Ana, südlü yaymanı cılxaca süddən bişirim, yoxsa su da qatışdırım? Ə.Haqverdiyev.

QATIŞIQ (ID - 23993)

1. Bax qarışıq 1-ci mənada. Bu südün qatışığı var. Bu, xalis buğda unu deyil, qatışıqdır.
is. Müxtəlif maddələrin qarışığından ibarət olan xəlitə.

QATIŞMA (ID - 23994)

“Qatışmaq” dan f.is.

QATIŞMAQ (ID - 23995)

bax qarışmaq. Onun sözlərinə qatışma, dilbər; Dəli yola gedər el arasında. Q.Zakir.

QATİL (ID - 23996)

is. və sif. [ər.] Öldürən, adam öldürən, cani. Qatil öz cəzasına çatdı. - Səfərin qardaşının .. qatili kim olduğu məlum deyildi. S.S.Axundov.

QATİLLİK (ID - 23997)

is. Adam öldürmə, canilik. Balacayevi böyük bir dəhşət bürüdü. Onun boynuna üç təqsir sarınmışdı - saxtakarlıq, israfçılıq və qatillik. S.Rəhimov.

QAT-QARIŞ (ID - 23998)

bax qat-qarışıq. [Katibin] yazıq-yazıq baxan sönük və qonur gözləri qat-qarış olmuş kağızlara dikildi. S.Rəhimov.

QAT-QARIŞIQ (ID - 23999)

sif. Nizamsız, bir-birinə qarışmış, dolaşıq, qarışıq, pozğun. Qat-qarışıq işlər. Yuxarıda qat-qarışıq bir səs eşidildi. // Hərc-mərc. Ballı Dursunun bu vaxtadək gəlib çıxmamasından onun qat-qarışıq günlərdə tələf...

Bu səhifə 9 dəfə baxılıb

Ugur MM
Language dom
Alsat.az - ən rahat aliş-veriş saytı
Elbite tibb kurslari
Tereggi 1
Bağla