1
İzahlı lüğət - Q hərfi ilə başlayanlar - H. 73
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

QURĞUŞUNLAMAQ (ID - 26450)

f tex. Qurğuşuna tutmaq, üzərinə qurğuşun çəkmək, qurğuşunla örtmək, qurğuşunla işləmək.

QURĞUŞUNLANMA (ID - 26451)

“Qurğuşunlanmaq” dan f.is.

QURĞUŞUNLANMAQ (ID - 26452)

1. t-siz. Qurğuşuna çevrilmək, qurğuşun kimi olmaq.
2. məch. İçinə qurğuşun tökülmək, yaxud qurğuşunla suvanmaq, qurğuşunla örtülmək, üzərinə qurğuşun çəkilmək.

QURĞUŞUNLAŞMA (ID - 26453)

“Qurğuşunlaşmaq” dan f.is.

QURĞUŞUNLAŞMAQ (ID - 26454)

f. Qurğuşuna dönmək, qurğuşun kimi olmaq.

QURĞUŞUNLU (ID - 26455)

sif. Tərkibində qurğuşun olan, qurğuşun qatışığı olan.

QUR-QUR1 (ID - 26456)

təql. 1. Qarın quruldaması, bağırsaqların içindəki qaz və ya mayenin hərəkətindən qarında hasil olan səs. Qurbağaların çıxardığı səs, quruldama.
Boğazı dar qabdan tökülərkən mayenin çıxardığı səs. // Sulu qəlyanı...

QUR-QUR2 (ID - 26457)

is. dan. İçinə giləli meyvə yığmaq üçün ağac qabığından qayrılan boruşəkilli qab. Uşaqlar qur-qurda çiyələk gətirmişdilər.

QURMA (ID - 26458)

1. “Qurmaq” dan f.is.
sif. Qurulan, yaylı. Qurma oyuncaq.

QURMAQ (ID - 26459)

f. 1. Yaratmaq, təşkil etmək, meydana gətirmək. Yeni həyat, yeni məişət qurmaq.
Tikmək, bina etmək, təsis etmək, inşa etmək, qayırmaq. Sədd qurmaq. Zavod qurmaq. - Istehkamçı - mühəndis deməkdir. Yəni körpü tikəcək, yolları...

QURNA (ID - 26460)

is. 1. Çeşmə, hamam və s. kranı altında suyun tökülüb yığılması üçün daşdan və s.-dən düzəldilmiş kiçik hovuz. Hamam, çeşmə qurnası.
Kran. Lüzum vaxtında qurnanı açırsan, pakizə su cari olur. M.F.Axundzadə. [Xortdan:]...

QURNAZ (ID - 26461)

sif. Hiyləgər, aldadıcı, məkrli. Təbiət qurnaz baqqallar kimi bizi aldadır. C.Cabbarlı. Bilirik, tülküdən daha qurnazsan; Dilində “qardaşlıq” , əlində silah. S.Vurğun. // Ayıq, aldanmaz, zirək.

QURNAZCASINA (ID - 26462)

zərf Hiyləgərcəsinə, bic-bic. [Gülərin] daima qurnazcasına gülümsəyən iri mavi gözləri vardı. C.Cabbarlı.

QURNAZLIQ (ID - 26463)

is. Hiyləgərlik, aldadıcılıq; məkr. Nə etmək, qurnazlıqla (z.) edilən bu xəyanət dünyada birinci dəfə deyildir. A.Şaiq. // Ayıqlıq, aldanmazlıq, zirəklik.

QURS (ID - 26464)

[ər. qürs] 1. is. Yastı, dairə şəkilli şey, yuvarlaq şey; disk. Ay qursu. - Günəşin qursu nədən yer yüzünə şölə verir? Nəsimi.
2. sif. Həcmcə kiçik, vəzncə ağır.

QURSAQ (ID - 26465)

is. 1. Gövşəyən heyvanların və quşların birinci mədəsi. // Ümumiyyətlə, mədə. □ Qursağı boş - ac.
2. İçinə sucuq və s. doldurmaq üçün nazik, quru bağırsaq. // Dəf, baraban və s. üzünə çəkilən nazik dəri.
□...

QURSAQCIQ (ID - 26466)

is. Kiçik qursaq.

QURSAQLI (ID - 26467)

sif. 1. Qursağı olan.
2. məc. dan. Ürəkli, cəsarətli, qorxusuz.

QURSAQLIQ (ID - 26468)

is. anat. Qarında qursağın yerləşdiyi boşluq.

QURŞAQ (ID - 26469)

is. 1. Beli sıx tutmaq üçün ona sarılan uzun və dar parça; belbağı. Qurşaq da, bilirsən ki, on arşın gərək olsun.. M.Ə.Sabir. Məhəmmədhəsən əlini eşşəkçinin qurşağına salıb çəkə-çəkə aparırdı. C.Məmmədquluzadə....

QURŞAQLAMA (ID - 26470)

“Qurşaqlamaq” dan f.is.

QURŞAQLAMAQ (ID - 26471)

f. 1. Qurşaqla bağlamaq, qurşaq geydirmək, qurşaq keçirmək, qurşaq vurmaq, çənbərləmək.
2. Birinin qurşağından yapışmaq (güləşmə üsulu).

QURŞAQLANMA (ID - 26472)

“Qurşaqlanmaq” dan f.is.

QURŞAQLANMAQ (ID - 26473)

1. qayıd. Belinə qurşaq bağlamaq.
məch. Qurşaq bağlanmaq, qurşaq geydirilmək, qurşaq keçirilmək, qurşaq vurulmaq, çənbərlənmək.
məc. dan. Bir işə hazırlanmaq, bir işə başlanmaq, ... qəsdində olmaq.

QURŞAQLANMIŞ (ID - 26474)

f.sif. Qurşaq çəkilmiş, qurşaq keçirilmiş, çənbərlənmiş. Qurşaqlanmış çəllək.

QURŞAQLAŞMA (ID - 26475)

“Qurşaqlaşmaq” dan f.is.

QURŞAQLAŞMAQ (ID - 26476)

qarş. Bir-biri ilə qurşaq tutmaq, güləşmək. Onlar [İsmayıl və Nifti] əl tutdular. Əvvəlcə sağ, sonra sol çiyinlərini bir-birinə vurdular. Beləliklə, güclərini sınadıqdan sonra qurşaqlaşdılar. Ə.Abasov.

QURŞAQLI (ID - 26477)

QURŞAQLIQ (ID - 26478)

sif. Qurşaq üçün yararlı. Qurşaqlıq parça. Qurşaqlıq dəmir, ağac.

QURŞAQTUTAN (ID - 26479)

is. Güləşən, pəhləvan. Hərdən İrandan, Ərdəbildən, Sarabdan nüfuzlu, adlı qurşaqtutanlar da gələrdi. H.Sarabski.

QURŞAMA (ID - 26480)

“Qurşamaq” dan f.is.

QURŞAMAQ (ID - 26481)

f. 1. Belinə bağlamaq. Koroğlu qılıncını qurşadı, .. tərlan kimi Qıratın belinə sıçradı. “Koroğlu” . Əcəb qurşayıbdır incə belinə; Gümüş kəmər qəddi-dala yaraşır. Aşıq Ələsgər. Səsimə səs versin bütün ölkələr;...

QURŞANMA (ID - 26482)

“Qurşanmaq” dan f.is.

QURŞANMAQ (ID - 26483)

f. 1. qayıd. Belinə qurşaq, kəmər və sairə bağlamaq. [Tükəz:] Yəni sən bu yaraqları qurşanıb, onlar ilə adam qorxudacaqsan? M.F.Axundzadə. Sizin ilə canlanır yeni əsrin həyatı; Qurşandığın silahla parlat bu kainatı. A.Şaiq.
məc....

QURŞATMA (ID - 26484)

“Qurşatmaq” dan f.is.

QURŞATMAQ (ID - 26485)

icb. Qurşanmağa məcbur etmək.

QURŞUN (ID - 26486)

bax qurğuşun 2-ci mənada. Fəqət hərbin o səfalı həngamında bir qurşun; Gəlib dəydi sağ qoluna, etdi onu qərqixun. A.Səhhət. Qurşunumuz getməz boşa; Oxlarımız dəyməz daşa. A.Şaiq. [Nadir:] ..Müharibə zamanı üzərimə minlərcə...

QURŞUNİ (ID - 26487)

sif. Qurğuşun rəngində, açıq kül rəngində.

QURŞUNLAMAQ (ID - 26488)

b a x qurğuşunlamaq.

QURTAQURT (ID - 26489)

təql. Su və s. içərkən boğazdan çıxan səs. Süfrələr açılır, adamlar badələrini bir-birinə vurur, daha damcı-damcı deyil, qurtaqurtla (z.) içirdi. S.Rəhimov. At ağzını bulağın daş novuna söykəyib qurtaqurtla (z.) su içir....

QURTARACAQ (ID - 26490)

is. 1. Bir şeyin qurtaran yeri; son, nəhayət, axır. Küçənin qurtaracağı. Meşənin qurtaracağına iki verst qalmış bir atlı, yaraqlı adam Cəfərin qabağını kəsdi. S.S.Axundov. Yuxarı bazarın qurtaracağında qarşı-qarşıya tikilmiş...

QURTARAN (ID - 26491)

bax qurtarıcı.

QURTARICI (ID - 26492)

is. Xilas edən, xilaskar; təhlükədən və ya çətin bir vəziyyətdən qurtaran adam. Ol kəman əbru xədəngi-qəmzə birlə bigünah; Kişvərini öldürür, kimdir anı qurtarıcı? Kişvəri.

QURTARICILIQ (ID - 26493)

is. Xilaskarlıq.

QURTARILMA (ID - 26494)

“Qurtarılmaq” dan f.is.

QURTARILMAQ (ID - 26495)

məch. Xilas edilmək, nicat verilmək. Ölümdən qurtarılmaq. Girdabdan qurtarılmaq. Fəlakətdən qurtarılmaq.

QURTARIŞ (ID - 26496)

is. Qurtulma, xilas, nicat. Ey süzən qumral qadın; Yazıqsan, süzmə belə; Qurtarış yoxdur sənə; Canımı üzmə belə. Ə.Cavad.

QURTARMA (ID - 26497)

“Qurtarmaq” dan f.is.

QURTARMAQ (ID - 26498)

1. t-li. Bitirmək, axıra çatdırmaq, tamamlamaq. İşini görüb qurtarmaq. Məktəbi qurtarmaq. Söhbəti qurtarmaq. Danışan qazmaçı bir neçə kəlmə ilə sözünü qurtardı. M.İbrahimov.
t-siz. Bitmək, tamamlanmaq, axıra çatmaq. İvanov...

QURTARMAZ (ID - 26499)

sif. Bitməz, qurtarmayan, axırı olmayan, axırı görünməyən. Qurtarmaz iş. Qurtarmaz mübahisə.

Bu səhifə 154 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif