1
İzahlı lüğət - Q hərfi ilə başlayanlar - H. 48
ZE+education...
kitab_satishi+...

İzahlı lüğət

QIRMA(N)CLAMAQ (ID - 25200)

f. Qırmancla vurmaq. Atı qırmanclamaq. - Qırmanclayır atı, yortur, yüyürür; Bir dağı döndükdə böyük kənd görür. A.Səhhət.

QIRMA(N)CLANMA (ID - 25201)

“Qırma(n)clanmaq” dan f.is.

QIRMA(N)CLANMAQ (ID - 25202)

f. Qırmancla vurulmaq.

QIRMA(N)CLATMA (ID - 25203)

“Qırma(n)clatmaq” dan f.is.

QIRMA(N)CLATMAQ (ID - 25204)

icb. Qırmancla vurdurmaq, qırmancla döydürmək.

QIRMA(N)CLI (ID - 25205)

sif. Əlində qırmanc olan. Arada gəzən əli qırmanclı nəzarətçilər “tənbəllik” edənləri döyəcək(dilər). M.Rzaquluzadə.

QIRMASAQQAL (ID - 25206)

sif. Saqqalı üzdən qayçı ilə vurulmuş, üstdən qayçılanmış, üzündə xətt qoymuş. Məriz, dərviş libasında qırmasaqqal, uzun, cavan bir oğlandır.. Ə.Haqverdiyev.

QIRMATÜFƏNG (ID - 25207)

is. Beldən qatlanan, bükülən ov tüfəngi.

QIRMIZ (ID - 25208)

is. 1. B a x qırmızböcəyi.
2. Bu böcəkdən hasil edilən qırmızı boya.

QIRMIZBÖCƏYİ (ID - 25209)

is. zool. Boyayıcı maddə istehsal edilən böcək cinsi.

QIRMIZI (ID - 25210)

sif. 1. Qan rəngli; al. Qırmızı boya. Qırmızı şərab. - Gəlin ağlayır; gözlərinin yaşları od kimi tökülüb, qırmızı yanaqlarını dağlayır. Çəmənzəminli. ..Zəhra xala stol qoyub, üstünə qırmızı örtük salmışdı. Mir...

QIRMIZIBALDIR (ID - 25211)

is. məh. bot. Bulaqların ətrafında bitən qırmızı saplaqlı pencər; yeyilən ot.

QIRMIZIBİRÇƏK (ID - 25212)

sif. köhn. Birçəkləri hənalı. Bazarın başında yoğun və qırmızıbirçək bir baqqal. “Buy, dəli Səmədə bax!”
deyib, ona bir çürük badımcan səlbəsi atdı. Çəmənzəminli.

QIRMIZIBOĞAZ (ID - 25213)

is. zool. Boğazının altı qırmızı balaca köçəri quş.

QIRMIZICA (ID - 25214)

1. sif. Azca qırmızı, bir az qırmızı.
2. zərf məc. Həyasızca, utanmadan; açıqaydın. Qırmızıca yalan demək. - Yəqin ki, qeyri yazıçılarımız da mənim kimidirlər və hər kəs desə ki, “xeyr” , lap qırmızıca yalan deyir....

QIRMIZIDƏRİLİ (ID - 25215)

QIRMIZIGÖZ (ID - 25216)

sif. 1. Gözləri qızarmış, gözləri qırmızı rəngdə olan. Qırmızıgöz balıq. Qırmızıgöz dovşan. // Gözləri qanla dolmuş.
2. məc. zar. dan. Qırmızı, al. “Qırmızıgöz” şərabdan içdikcə dəmiryolçuların gözləri...

QIRMIZIQABIQ (ID - 25217)

sif. Qabığı qırmızı olan. Qırmızıqabıq nar. Qırmızıqabıq alma.

QIRMIZILAŞDIRILMA (ID - 25218)

“Qırmızılaşdırılmaq” dan f.is.

QIRMIZILAŞDIRILMAQ (ID - 25219)

məch. Qırmızı rəngə boyadılmaq, qırmızı edilmək; allaşdırılmaq.

QIRMIZILAŞDIRMA (ID - 25220)

“Qırmızılaşdırmaq” dan f.is.

QIRMIZILAŞDIRMAQ (ID - 25221)

f. Qırmızı rəngə boyamaq, qırmızı etmək; allaşdırmaq.

QIRMIZILAŞMA (ID - 25222)

“Qırmızılaşmaq” dan f.is.

QIRMIZILAŞMAQ (ID - 25223)

f. Qırmızı olmaq, qırmızı rəng almaq; allaşmaq.

QIRMIZILI (ID - 25224)

sif. Qırmızıya çalar, qırmızı qarışığı olan. Addımbaşı qırmızılı, sarılı, yaşıllı sular yerin qatlarından üzü yuxarı gəzəgəzə dik qaynayır, çıxır və axıb gedirdi. S.Rəhimov. // Qırmızı geyinmiş, al geyinmiş....

QIRMIZILIQ (ID - 25225)

is. 1. Qırmızı rəngdə olan şeyin halı; allıq. Qanın qırmızılığı. Üzün qırmızılığı. // Qırmızı rəng, qırmızı ləkə, qızartı. Boğazında qırmızılıq var. Yara yerinin qırmızılığı getdi. - [Rzaqulu xanın] çöhrəsi...

QIRMIZIMTIL (ID - 25226)

sif. Qırmızı rəngə çalar, qırmızıya çalar. Qırmızımtıl alma. - Ağabəyim saray tərəfə qalxan cığırla huşsuz addımlarla irəliləyir, göyün üzündəki qırmızımtıl bulud parçalarına tamaşa edirdi. Çəmənzəminli.

QIRMIZIMTILLIQ (ID - 25227)

is. Qırmızımtıl şeyin halı; qırmızıya çalarlıq.

QIRMIZIMTRAQ (ID - 25228)

bax qırmızımtıl. Əşrəf indi büsbütün dəyişmiş, .. göz qapaqları şişmiş və qırmızımtraq bir rəng almışdı. A.Şaiq.
Yer üzü qırmızımtraq bir rəngə boyanırdı. Ə.Əbülhəsən.

QIRMIZIPEYSƏR (ID - 25229)

sif. Boynunun ardı qırmızı olan (adətən “boynuyoğun” , “tüfeyli” mənasında işlənir).

QIRMIZISAQQAL (ID - 25230)

sif. Saqqalı qızardılmış, saqqalı hənalı. Qırmızısaqqal qoca. - Çadırda turanlı qırmızısaqqal bir qoca oturmuşdu. A.Bakıxanov. [Zeynal] lap yuxarı qəfəsədən beş top çiti çiyninə alaraq nazik taxta nərdivanla aşağı düşən...

QIRMIZISİFƏT (ID - 25231)

sif. Sifətinin rəngi qırmızı olan, sifəti qızarmış. Teybə .. qırmızısifət, düz qamətli, dolğun əndamlı, ucaboy .. bir qadın idi. M.Hüseyn. Bir saat sonra qərargahdan qırmızısifət bir leytenant gəldi. Mir Cəlal.

QIRMIZITƏPƏ (ID - 25232)

sif. Təpəsi qırmızı parçadan olan (papaq). Leylək Ələmdar gödək, büzmə çuxa, uzunboğaz çəkmə geyinmiş, .. qırmızıtəpə .. papağını da başına qoymuşdu. S.Rəhimov.

QIRMIZIYANAQ (ID - 25233)

sif. Yanaqları qırmızı olan. Qırmızıyanaq uşaq.

QIRNA (ID - 25234)

is. Kran. Hamamın qabağına qırnadan su axır. C.Məmmədquluzadə.

QIROV1 (ID - 25235)

is. Payızın axırlarında soyuqlar düşəndə gecələr yerə, yarpaqlar və s. üzərinə kiçik kristallar şəklində qonan qar kütləsi, şehin donmuş zərrələri. Əgər qışda hava çox soyumuş olsa, şəbnəm dönüb buz olur, yerə düşür...

QIROV2 (ID - 25236)

is. İnsan və heyvanın gözündə əmələ gələn cüzi görməməzlik; göz nöqsanı.

QIROVLAMA (ID - 25237)

“Qırovlamaq” dan f.is.

QIROVLAMAQ (ID - 25238)

f. Qırov bağlamaq, qırovla örtülmək.

QIROVLANMA (ID - 25239)

“Qırovlanmaq” dan f.is.

QIROVLANMAQ (ID - 25240)

b a x qırovlamaq.

QIRPIQ (ID - 25241)

sif. Kənarları, ucları, başları və s. qırpılmış, kəsilmiş, vurulmuş, qopardılmış. Başı qırpıq ot.

QIRPILMA (ID - 25242)

“Qırpılmaq” dan f.is.

QIRPILMAQ (ID - 25243)

1. məch. Kənarları, ucları, başları və s. kəsilmək, vurulmaq, qopardılmaq.
2. t-siz. Tez açılıb yumulmaq, açılıbörtülmək. Gözləri qırpılmaq. - Bahadırın kirpikləri qırpıldı. M.Hüseyn.

QIRPIM (ID - 25244)

is. (adətən “bir” , “bircə” sözü ilə). 1. Göz yumub açınca keçən vaxt; an, ləhzə. Dilbər bir qırpım dayandı. C.Cabbarlı. Bircə qırpım sürən şaşqınlıqdan sonra gənc qız .. qəzəblə dilləndi. M.Rzaquluzadə.
Bir...

QIRPINMA (ID - 25245)

“Qırpınmaq” dan f.is.

QIRPINMAQ (ID - 25246)

f. 1. Tez-tez açılıb yumulmaq, açılıb örtülmək. Onun qonur gözlərini bürümüş uzun kirpikləri tez-tez qırpınırdı. Ə.Vəliyev. // Məc. mənada. Günəş qırpınanda açıldı hava; Dayandı ordular, durdu üz-üzə. S.Vurğun.
Utanmaq,...

QIRPITMAQ (ID - 25247)

f. Aşağıya yatırtmaq, yaxud tərpətmək, qımıldatmaq. Qoyunlar tütəyin səsini eşidən kimi, elə bil ki, bir şeydən ürkdülər; eləcə getdikləri yerdə dayandılar, qulaqlarını qırpıtdılar. C.Məmmədquluzadə.

QIRPMA (ID - 25248)

“Qırpmaq” dan f.is.

QIRPMAQ (ID - 25249)

f. 1. Tez-tez yumub-açmaq, örtüb-açmaq (gözü, kirpiyi). Musa kişi dərinlərə getmiş, təkcə giləsi işıldayan gözlərini qırpdı. M.İbrahimov. □ Göz qırpınca
bir anda, göz yumub açınca. Göz qırpmamaq - qorxmamaq, çəkinməmək....

Bu səhifə 208 dəfə baxılıb

1
ugur_200x200_new.gif
LD5.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif