İzahlı lüğət

QIZDIRMAQ

1. t-li. İsitmək, isti eləmək, qızğın hala gətirmək, dağ eləmək. Suyu qızdırmaq. Xörəyi qızdırmaq. Ütünü qızdırmaq. - Uşaqlar, falaqqa hazır edin; Od yandırın, şiş qızdırın. M.Ə.Sabir. Yasəmən çayın qırağında su qızdırıb paltar yuyurdu. S.S.Axundov.
t-li. Öz hərarətini vermək, keçirmək, qızışmasına səbəb olmaq. İlk yazı andıran günəşin ilıq şüaları insanın canını qızdırır. M.İbrahimov.
t-siz. Bədəninin hərarəti artmaq (bir xəstəlik nəticəsində). Xəstə bərk qızdırmışdır. - Bir gün Əkbər qızdırıb, yüngülcə xəstələndi. S.Rüstəm. // dan. İsitmə xəstəliyi keçirmək, isitmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

QIT

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed