İzahlı lüğət

QIZDIRMA

is. 1. “Qızdırmaq” dan f.is.
Bədəndə hərarət, istilik. Uşağın qızdırması var. Xəstənin qızdırması artdı. [Turac:] Bir həftədir ki, uşağım qızdırma içində yanır. C.Cabbarlı. Başı .. ağırlaşmış, qulaqları uğuldayır, bədəni uçunurdu. Bir az sonra onu qızdırma apardı. M.Rzaquluzadə. Sürəyya qızdırma içində yanırdı. Ə.Məmmədxanlı.
dan. İsitmə xəstəliyi, malyariya. Bir naxoşun üstə həkim gətirəndə, həkim əvvəl yapışır naxoşun nəbzindən, sonra qulağını qoyur döşünə və deyir ki, “sənin azarın, məsələn, qızdırmadır” . C.Məmmədquluzadə. Zavallı uşaq qızdırma azarından yeni qalxmış adam kimi ayaq üstündə dayana bilmirdi. S.S.Axundov. Bir neçə il bundan əvvəl mən onu qızdırma xəstəliyindən müalicə edirdim. C.Cabbarlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed