Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

QUYRUQ

is. 1. Heyvanların çoxunun bədənlərinin qurtaracağındakı mütəhərrik törəmə, yaxud heyvanın bədəninin getdikcə nazikləşən dal hissəsi. At quyruğu. Əqrəb quyruğu. Balıq quyruğu. - Bir həyətdə on iki-on üç yaşında bir .. uşaq pişiyin quyruğuna ip bağlayıb, həyətin o tərəfinə qaçırdı. C.Məmmədquluzadə. // Qoyunların bədənlərinin qurtaracağındakı ət halında olan yağ kütləsi. Qoyun quyruğu. Qoç quyruğu. Quyruq yağı - qoyun quyruğunun əridilməsindən çıxan yağ. // Quşların bədənlərinin qurtaracağındakı uzun və ya qısa lələk topası. Xoruz quyruğu. Qırqovul quyruğu. Tovuz quyruğu.
Uçucu aparatların dal hissəsi. Təyyarənin quyruğu.
Hərəkət edən (yeriyən) bir şeyin axırıncı, ən arxadakı hissəsi. Qatarın quyruğu. Sürünün quyruğu göründü. Dəstənin quyruğu. // məc. Axır, axırıncı. [Qurban:] Namərdlər, alçaqlar, nə qədər ki, quyu dərinləşməmişdi, mən baş idim, onlar quyruq. A.Şaiq. // Ümumiyyətlə, bir şeyin qurtaracağı, son hissəsi.
dan. Növbədə durmuş adamlar sırası.
məc. Bir adamın arxasına düşüb ondan ayrılmayan adam haqqında; əlaltı. □ Quyruq olmaq - daim birinin dalına düşüb, ondan əl çəkməmək. // məc. dan. Bir adamın dalınca, ya yanınca gələn adam.
□ Quyruğu qapı arasında qalmaq - bilmədən girə düşmək, işi dara düşmək, çətin və çıxılmaz bir vəziyyətdə qalmaq, nə edəcəyini bilməmək. Quyruğu qapı arasından çıxmaq - girdən qurtarmaq, çətin və çıxılmaz vəziyyətdən qurtarmaq, daha başqasından asılı olmamaq. Quyruğun qapı arasından çıxıb, daha bizi saymazsan. M.Hüseyn. Quyruğu paçada olmaq - çəkinmək, qorxa-qorxa dolanmaq; qəribliyə düşərək qısınmaq. Quyruğu tələdə qalmaq - b a x quyruğu qapı arasında qalmaq. Quyruğu tələdən çıxmaq - bax quyruğu qapı arasından çıxmaq. Quyruğunu basmaq - bir hərəkətlə, ya sözlə birinə toxunmaq, sataşmaq. Quyruğunu belinin tirinə qoymaq - lovğalanmaq, təşəxxüs satmaq, etina etməmək, saymamaq, meydan oxumaq, istədiyini etmək. Quyruğunu düyünləmək - möhkəm durmaq, hər bir ehtimala qarşı hazır olmaq, hazır durmaq. Quyruğunu eşmək - 1) qaçmağa hazırlanmaq; 2) bax quyruğunu belinin tirinə qoymaq. Quyruğunu əldən buraxmaq (vermək) - əldən çıxarmaq (ələ keçmiş şeyi). Quyruğunu tapdalamaq acışdırmaq məqsədi ilə sözlə və ya hərəkətlə birinə dolaşmaq, sataşmaq, öcəşmək. Quyruğunu tutmaq - 1) birdən ələ keçirmək, girinə keçirmək; 2) ardına düşmək, təqib etmək, izləmək. Quyruq bulamaq 1) yaltaqlanmaq, yaltaqlıq etmək. [İsmayıl] molla olsa da çox nadürüst bəndədir. Srağagünəcən bizim kənddə quyruq bulayırdı. P.Makulu; 2) yaltaqlıqla və s. yollarla tədbir görmək, iş görmək, aralığa girmək. [Ağa Mərdan:] İndi durum gedim, məhkəmədə olan haşiyənişinləripüxtə və amadə edim ki, sabah mürafiə vaxtında bəqədri-lüzum quyruq bulasınlar. M.F.Axundzadə. Quyruq doğmaq (əsli: quyruq donmaq) - yay fəslinin yarıdan keçdiyini bildirən ifadədir. İki ay, artıqbaşı iki ay yarımdan ziyadə dağda qalmayıb, quyruq doğandan sonra, yəni iyulun iyirmi beşindən, yainki avqustun əvvəllərindən başlayırlar arana köçməyə. F.Köçərli. Köçəri dili ilə deyilsə, “quyruq doğub” havalar sınandan sonra, bu yaylaqların adamları bir-bir yerindən tərpənər, .. köç üzüaşağı enərdi. S.Rəhimov. Əntiqə yazbaşı yox, yayın axırlarında, “quyruq doğandan” sonra gəlmişdi. Mir Cəlal. Quyruq ələ verməmək - aradan sovuşub çıxmaq, ələ keçməmək, tutulmaq qorxusundan hiylə və kələklə yaxasını qurtarmaq. Quyruq qısmaq
qorxub özünü yığışdırmaq, yaxud qaçmaq, əkilmək. ..Qalan iki-üç atlı isə aslan görmüş çaqqallar kimi, quyruqlarını qısaraq qaçdılar. M.Rzaquluzadə. Quyruqda bıçağı sındırmaq - bir işi görüb tamamlamamaq, yarımçıq qoymaq, axıra çatdırmamaq. Quyruqda qalmaq - yubanmaq, geriyə düşmək, hamıdan geri qalmaq, bir işdə axırıncı yeri tutmaq. Quyruqda sürünmək - 1) bax quyruqda qalmaq; 2) öz fikri olmayıb başqalarının fikri ilə oturub-durmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla