İzahlı lüğət

QUYU

is. Su, neft, qaz çıxarmaq və s. məqsədlər üçün silindr şəklində qazılmış dərin və ya dayaz çuxur. Su quyusu. Neft quyusu. - Özgəyə quyu qazan özü düşər. (Ata. sözü). Tülkü gəzəndə yıxılıb nagahan; Bir quyuya düşmüş idi bir zaman. A.Səhhət. Nə olsun? Ay fağır kişi! O quyudan burayadək lağım vurmuşam. Ə.Haqverdiyev.
□ Quyu qazımaq məc. - birinin yamanlığına, bədbəxtliyinə çalışmaq, ayağından çəkmək, əlaltından əleyhinə iş görmək. [Vəzir:] Bu arvad xainlik ilə bunu sevgiyə həml edib, biçarəyə quyu qazır. M.F.Axundzadə. Lakin bir çoxları vardır ki, hal-hazırda bizə .. quyu qazırlar. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed