hello...11... QIŞQIRTI sözünün izahı / QIŞQIRTI sözünün mənası

İzahlı lüğət

QIŞQIRTI

is. Qışqırıq, çığırtı, bağırtı; qışqırıq səsi. Balaca uşaqlar .. biqeyd bağın xiyabanlarında qışqırtı ilə yüyürüşürlər. Ə.Haqverdiyev. Elə bu zaman səbir kasası aşıb-daşan Zərrintac xanımın qışqırtısı bütün həyəti götürdü. S.Rəhimov. Bayaqkı qışqırtı və bağırtıdan hürkmüş .. müdir nəfəs aldı. M.İbrahimov. // məc. Səs, gurultu, şarıltı, şırıltı. Çayın qışqırtısı qaranlığın qatı sükutunu pozur, çay səllimi at kimi baş alıb gedir. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!