İzahlı lüğət

QƏBİLƏ

is. [ər.] İbtidai cəmiyyətdə: bir soydan törəmiş və bir rəisin idarəsi altında birlikdə yaşayan köçəri tayfa, nəsil; əşirət, oymaq. Qəbilə birlikləri. Qəbilə quruluşu. [Skiflər] cəsarətli, vəhşi xasiyyətli və köçəri olan müxtəlifi qəbilələrdən ibarət idilər. A.Bakıxanov. [Müdir səyahətçiləri üçüncü otağa gətirdi:] Məlumunuz olmalıdır ki, bunların əksəriyyəti cərimə, vergi və hərb təminatı müqabilində alınan qızlardır; çünki qəbilələr bir-birini məğlub etdiyi zaman ələ keçirdikləri qızları və oğlanları satırlar.
M.S.Ordubadi. // məc. Tayfa, xalq, millət mənasında. Qəbiləmiz burda qurub ocağı; Indi olmuş qurd-quşların yatağı.. Şəhriyar.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed