İzahlı lüğət

QƏBUL

is. [ər.] 1. Verilən, təslim edilən, göndərilən, təklif edilən şeyi alma. Ərizələrin qəbulu başlanır. Teleqramların qəbulu. Malların qəbulu haqqında akt.
Götürmə; öz sıralarına alma, daxil etmə. Instituta qəbul.
Söhbət etmək, danışmaq, dinləmək, yoxlamaq, müayinə etmək və s. üçün birini öz yanına buraxma. Müdirin qəbul saatları. Qəbul otağı (gələnlər üçün xüsusi otaq). Adilə bu gün xəstələrinin qəbulundan sonra iş gününü qurtarıb xalatını soyunmaq istəyirdi ki, Xasayoğlu onun yanına, kənd həkim məntəqəsinə gəldi. Ə.Məmmədxanlı.
□ Qəbul etdirmək - qəbul etməyə məcbur etmək. [Qətibənin] bu üsyanı təşkil etdiyi zaman Toğrulu qorxutmaq və nəticədə də öz təkliflərini qəbul etdirməyi düşünmüşdü. M.S.Ordubadi. Qəbul etmək verilən, göndərilən, təslim edilən bir şeyi almaq, götürmək. Poçtdan məktubları qəbul etmək. Göndərilən şeyləri qəbul etmək;
idarə etməyə başlamaq, bir işi görməyə razı olmaq, vəzifəni tutmaq. Idarəni qəbul etmək. Direktorluq vəzifəsini qəbul etmək. Yeni vəzifəni qəbul etmək. Şöbəni qəbul etmək; 3) bir təşkilatın sıralarına, tərkibinə daxil etmək, iştiraka buraxmaq, götürmək. Həmkarlar Ittifaqına qəbul etmək. Instituta qəbul etmək. Işə qəbul etmək; 4) söhbət etmək, danışmaq, yoxlamaq, müayinə etmək və s. üçün gələnləri yanına buraxmaq. Direktor saat 2-də qəbul edəcəkdir. Həkim bu gün 10 xəstə qəbul etmişdir; 5) gələn adamı (qonağı və s.-ni) lazımi surətdə və ya hər hansı bir tərzdə qarşılamaq, münasibət göstərmək. Qonaqları təntənə ilə qəbul etdilər. - Nəsir də [Mirzə Qədiri] bir qardaş kimi xoş üzlə qarşılayıb qəbul etmişdi. S.Hüseyn; 6) təsdiq etmək, səs verməklə öz razılığını ifadə etmək. Yığıncaq qərar qəbul etdi. Komissiya layihəni qəbul etdi; 7) içmək, udmaq, atmaq (dərman). Həbi gündə üç dəfə qəbul etmək lazımdır; // öz üzərində hər hansı bir müalicə vasitəsi tətbiq etmək. Vanna qəbul etmək. Duş qəbul etmək. Qəbula keçmək - qəbul edilmək, məqbul hesab edilmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed