İzahlı lüğət

QEYB

[ər.] 1. Hazır və göz önündə olmama; qaiblik. □ Qeyb etmək - itirmək, əldən çıxarmaq. Hərgah siz buna razılıq versəniz, burada qeyb edə biləcəyiniz bu qiymətli şeyləri də özünüzlə bərabər salamat apara biləcəksiniz! M.S.Ordubadi. Qeyb olmaq - gözdən itmək, yox olmaq, aradan çıxmaq. Kəklik onun əlindən ox kimi çıxdı və bir anda ormanın yarpaqları arasında qeyb oldu. A.Şaiq. [Mirzə Valeh] abasını çiyninə atdı, ayaqqabılarını dəyişdirdi, pilləkən aşağı tırıqtırıqla düşüb, qaranlıq içində qeyb oldu. S.Rəhimov. Qeybə çəkilmək - bax qeyb olmaq. Çox xırdalar bərk ayaqda qeybə çəkilir; Böyük dərdlə vuruşana böyük deyildi. M.Araz.
2. Dinə görə gözlə görünməz olan ruhi aləm; aləmi-qeyb. Böylə qaranlıq dama daş atmaq, ya qeybdən səadət ummaq, əcəba hansı divanənin xəyalından keçər! S.Hüseyn. // Məchul və naməlum şeylər, görünməz və bilinməz hal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

QAB

44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed