İzahlı lüğət

QEYRƏT

is. [ər.] 1. Vətən, xalq, ailə namusu; ən əziz və müqəddəs sayılan bir şeyin təəssübünü çəkmə, şərəfini, heysiyyətini qoruma. Vətən qeyrəti. - Gəl, ana yurdumun qızı, gəlini! İndi hünər vaxtı, qeyrət dəmidir. S.Vurğun. [Cabbar:] Qeyrət! Varlı balasında qeyrət olmaz, pul olar, sərvət olar, qeyrət, namus olmaz. B.Talıblı. □ Qeyrətinə toxunmaq - heysiyyətinə toxunmaq, təhqir etmək. Əslinə baxsan, bu gerilik şəxsən onun [Cəmilin] qeyrətinə də toxunurdu. M.Hüseyn.
Fövqəladə səy, cəhd; çalışma. Bu işi görmək üçün qeyrət lazımdır. - Başa gəlir elədiyin niyyətlər; Gər saf ilə doğru qeyrət eylərsən. M.V.Vidadi. Çünki bilir: rahət əziyyətdədir; 0ad yaşamaq səydə, qeyrətdədir. M.Ə.Sabir.
Səbir, dözüm, mətanət; bir bəla və fəlakət qarşısında mərdcəsinə durma.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......